İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə25/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

11. Nəsr əsərlərinin ifadəli oxusu

Epik növ- müəyyən bir hadisə və ya əhvalatın danışmaq nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növə deyilir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlər şəkli yazılışlarına görə üç formada - nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər. Nəsr ərəb dilində vəzni, qafiyəsi və rədifi olmayan bədiiəsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adidanışıq dili ilə eyniləşdirirlər. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Bədii əsərlərin oxusunu təşkil etmək üçün ilk növbədə onun mövzusunu izah etmək lazımdır. Çünki əsərin mövzusunu müəyyən etmədən onun məzmunu üzrə iş və ya təhlil aparmaq mümkün deyildir. Sinifdən, şagirdlərin bilik səviyyəsindən, proqramın tələbindən və əsərin xarakterindən asılı olaraq mövzu haqqında bu və ya digər dərəcədə məlumat verilməlidir. Belə məlumatların verilməsi şagirdlərin mövzunu daha dərindən başa düşmələrinə yaxından kömək edir, oxunu asanlaşdırır. Ədəbi əsərin əsas predmeti insan, onun işi, həyatı və fəaliyyətidir. Buna görə də bədii əsərlərin öyrənilməsində obrazların təhlili başlıca yer tutur. Obrazlar elə təhlil edilməlidir ki, əsərin ideya məzmunu tam genişliyi və dərinliyi ilə şagirdlərin şüuruna çatsın. Epik əsərlərdə müəllif obrazlarla oxucu arasında rabitə yaradır, obrazların xarakterini, hadisələri izah edir. Məsələn, nağılların öyrədilməsi tamamilə fərqli olur. Çünki, nağılın əsas məziyyəti söyləməkdir. Aşağı siniflərdə oxu vərdişlərinin inkişaf etdirilməsi baxımında nağılların oxusu daha vacibdir. Yuxarı siniflərdə artıq bədii nağıletmə formasından istifadə edilir. Aşağı siniflərdə şagirdlərə tapmacaların oxusu da maraqlıdır. Tapmacalar kiçik yaşlı uşaqların ətraf aləmlə tanışlığına, təfəkkür və nitqlərinin inkişafına kömək edir. Tapmacalar həm nəzmlə, həm də nəsrlə olur. Burada hər hansı bir əşyanın əlamətləri dolayı yolla təqdim olunur. Tapmacaların ifadəli oxusuna xüsusilə diqqət yetirilməlidir. Tapmacalar xüsusi vurğu ilə deyilməlidir. Əgər əşyanın əlaməti düzgün təqdim olunmazsa onda onun cavabını tapmaq da çətinləşər.

İri həcmli epik əsərlər də ustalıqla oxunmalıdır. Bu əsərlər də düzgün oxunmazsa, yaradılmış obrazların təhlilini aparmaq xeyli çətin olacaqdır. Bu cür əsərlərdə baş və ikinci dərəcəli obrazları müəyyənləşdirmək, onları qruplaşdırmaq, əsərdəki yerlərini aydınlaşdırmaq və nəhayət onların başlıca xüsusiyyətlərini aşkara çıxarıb təhlili ardıcıl və sistemli şəkildə aparmaq müəllimdən dərin bilik və bacarıq tələb edir. Epik əsərlərin dil baxımından təhlili daha mühüm əhəmiyyətə malikdir. Müəllimhər hansı bədii əsərin tədrisinə, adətən, giriş söhbəti ilə başlayır. Bədii əsərlərin dilinin öyrənilməsi obrazların daha dərindən və möhkəm mənimsənilməsinə, şagirdlərin obrazlı təfəkkürünün, nitqinin, dünyagörüşünün və estetik tərbiyəsinin inkişafına xidmət edir. Hər hansı bir bədii əsərin öyrədilməsi zamanı onun məzmununun, ideyasının, bədii sənətkarlıq xüsusiyyətlərinin tədrisinə aid tapşırıqlar vermək, müntəzəm və sistemli şəkildə ədəbiyyat nəzəriyyəsinə dair müvafiq məlumatın keçirilməsini, təkrarını planlaşdırmaq tələb olunur. “Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə də xüsusi diqqət yetirilməlidir”(12,109). Beləliklə, əsərin ifadəli oxusu zamanı müxtəlif metodik yollar və priyomlarla bilikləri möhkəmləndirmək olar. İfadəli oxudan qabaq həm də əsərin müəllifinin yaradıcılığındakı və ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyini və əhəmiyyətini konkret faktlarla şagirdlərə başa salmaq lazımdır. Bu da şagirdlərin fəallığını, mütəqil düşünmək və nəticə çıxarmaq qabiliyyətlərini daha da inkişaf etdirmək üçün müəllimə yaxından kömək edir.





Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin