İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə15/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

7. İfadəli oxunun dərsdə yeri.

Müəllimin və tələbələrin ifadəli oxusu

Dərsdə ifadəli oxunun üç əsas mərhələsindən istifadə olunur:



  1. Müəllimin ifadəli oxusu;

  2. Əsərin sinifdə təhlili;

  3. Tələbələrin ifadəli oxusu.

1. Müəllimin ifadəli oxusunda, yəni ifadəli oxunun bu mərhəkləsində müəllimin üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, ifadəli oxuyan hər bir müəllim oxuduğu mətni ilk əvvəl məntiqi cəhətdən qavramalıdır. Buna müəllimin məntiqi oxusu deyilir. Bunun üçün müəllim ifadəli oxu dərsinə başlamazdan əvvəl bədii materialı diqqətlə oxumalı, oradakı çətin sözlərin lüğəvi mənalarını bilməli, əsərdəki sadə və mürəkkəb məcazlar sistemini müəyyənləşdirməli, dil və üslub xüsusiyyətlərinə diqqət yetirməli, əsərdəki obrazları səciyyələndirməyi bacarmalı, əsərdəki ideyanı tam aydınlığı ilə dərk etməlidir. Müəllim üçün bu deyilən məntiqi oxu prosesi başa çatdıqdan sonra müəllim tələbəvə ya şagirdlər qarşısında ifadəli oxuya bilər. “Bədii qiraət ustaları da ifa edəcəkləri mətni əvvəlcədən diqqətlə öyrənirlər. Məktəbdə də ifadəli oxunun həyat keçirilməsində bu kimi məsələlərə diqqət yetirilməlidir” (12, 105). Bu iki istiqamətdə aparılır. Əgər müəllim mətni ifadəli oxuyacağına əmindirsə, bu halda o, ifadəli oxudan əvvəl məşq etməyə də bilər. Əgər müəllim hiss etsə ki, mətni düzgün, ifadəli oxumaqda çətinlik çəkir, bu halda o, yaxşı olar ki, tələbələr qarşısına çıxmazdan əvvəl özü seçilmiş mətni bir neçə dəfə fərdilikdə nümunəvi oxusun və özünü ifadəli oxuya hazırlamış olsun, İfadəli oxu mərhələsi müəllimdən daha çox bacarıq tələb edir. Belə ki, müəllim seçilmiş mətnin tələbinə və həmin mətnin bədii üslubi xüsusiyyətlərinə müvafiq olaraq özünün mimika və pantomimikasına (daxili və xarici hərəkətlər) fikir verməlidir. Bu prosesdə müəllim bir növ aktyora bənzəməlidir. Belə hallarda müəllim zahiri hərəkətlərdə həddindən artıq bayalılığa yol verməməlidir. Əks-təqdirdə dinləyicilərdə özünə qarşı rəğbətdən daha çox ikrah və yoruculuq hissi yarada bilər.

Müəllimin zahiri hərəkətləri mətnin tələbinə uyğun olmalıdır. Belə hallarda müəllimin zahiri mimikası ilə daxili pantomimikası vəhdət təşkil etməlidir. Məsələn, əgər müəllim hər hansı bir şairin lirik-sentimental üslubda yazılmış şeirini ifadəli oxuyursa, bu halda o, bir növ şeirdə təsvir olunan lirik qəhrəmanların, yəni aşiq və məşuqə obrazlarının daxili aləmini elə ifadə etməlidir ki, həmin qəhrəmanların daxili-psixoloji məziyyətləri tam aydınlığı ilə dinləyici tələbələrə çata bilsin. Burada bədii mükalimələr, dialoqlar aydın tələffüz normaları əsasında ifadəli oxunmalıdır. Lazımi yerlərdə, mətnlərdəki üslubi məqamlardan asılı olaraq müəllim səsin üç avazindan, tembrindən və tonundan düzgün istifadə etməlidir.

Bədii metodiki ədəbiyyatlarda müəllimin ifadəli oxusunu dərsin hansı mərhələsində aparılması barəsində elmi mübahisələr gedir. Bəzi metodistlər bunu dərsin birinci mərhələsinə, bəziləri isə dərsin axırıncı mərhələsinə salmağı məsləhət bilirlər. Lakin son illərin təcrübəsi göstərir ki, müəllimin ifadəli oxusu dərsin son mərhələsinə salınması tədris prosesində çətinlik törədir. Belə ki, müəllimin ifadəli oxusu şagird və ya tələbələr üçün bir növ nümunə olmalıdır. Tələbələr müəllimin ifadəli oxusunda özlərinə lazım olan oxu vərdişlərini nümunə kimi götürürlər. Ona görə də

müəllimin ifadəli oxusunu son mərhələyə, yəni şagirdlərin ifadəli oxusundan sonraya salınması əlverişli deyildir. Bunun üçün tələb olunur ki, əvvəlcə müəllim nümunəvi oxusun, oxu qaydalarını şagirdlərə nümunə göstərsin, sonra isə seçilmiş mətnin ideya-bədii xüsusiyyətlərini sinifdə təhlil edilib tələbələrə tam aydınlaşdırsın. Daha sonra isə tələbələrin ifadəli oxusuna başlanılsın. Bu prinsip daha düzgün olar.




Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin