5 №-li mühazirə. 2 saat.
Mövzu: Orta ümumtəhsil məktəblərində futbol bölmələri üzrə işin təşkili, futbol dərslərinin icmallarının tərtibi.
P L A N
Bölmənin təşkili, işin planlaşdırılması, onun işində fiziki tərbiyə müəlliminin rolu və vəzifələri.
Futbol üzrə fiziki tərbiyə dərslərinin planlaşdırılması və təşkili.
Futbol üzrə xüsusi fiziki və texniki hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi üçün yoxlama testlərinin götürülməsi.
Futbol dərslərinin, icmallarının tərtib edilməsinə göstərilən tələblər.
Ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin fiziik tərbiyəsi üzrə kompleks proqramını nəzərə alaraq (6 yaşlıların təlimi ilə əlaqədar olaraq X siniflərdə b/t dərsləri XI sinifin kompleks proqramın tələblərilə uyğun və ya I sinifdə II sinif proqramı üzrə) qalan bütün siniflər qayda üzrə keçirildiyi üçün, ona görə də biz I-V sinifdən başlayaraq şagirdlərə idman oyunları elementlərini öyrətməli oluruq. 6 yaşlılardan təlimə başlayan məktəblər isə hal-hazırda III siniflər I-XI siniflərin yeni proqramını tədris etməklə onlar V sinifdən başlayaraq idman oyunları elementlərini öyrənəjəklər.
Tədris proqramında IV-V-VI siniflərdə 2, VII-VIII və IX-X siniflərdə isə 1 idman oyunu elementləri keçirilir. Proqram materialında VII-X siniflər üzrə cəmi 16 saat idman oyunları elementlərinin öyrədilməsi nəzərdə tutulmuşdur. Oğlanlar futbol təlimi ilə məşğul olarkən, qızlar voleybol, basketbol və ya əl topu ilə məşğul olurlar.
Müəllim dərs başlanan kimi qruplara başçılar təyin edir və dərsin qarşısında duran vəzifələr və dərsdə nəzərdə tutulan əsas hərəkətlər haqqında qısa məlumat verir. Odur ki, tədris proqramında futbol elementlərinin əsasən məktəbin şəraitini nəzərə alaraq I-III və IV rübdə keçmək nəzərdə tutulur. Bu variant futbol oyununa tamamilə uyğun gəlir.
Cənub regionlarında isə məşğələləri meydança şəraitində ilin bütün vaxtlarında planlaşdırmaq mümkündür. Futbol bölməsi üzrə nəzərdə tutulan 1-ci dərsdə bu oyunun əhəmiyyəti haqda söhbət açmaq məqsədəuyğundur. Birinji növbədə əsasən futbolun tarixi, dünyada ən görkəmli futbolçularının mühüm keyfiyyətləri və bajarıqları haqqında uşaqlara ətraflı məlumat vermək lazımdır. Odur ki, müəllim şagirdlərə inadkarlıq, dözümlülük, təşəbbüskarlıq, iradəlik, öz hərəkətini yoldaşının hərəkətləri ilə uyğunlaşdırmağı bajarmaq, oyunda qələbə çalmaq üçün bütün güjünü sərf etməklə, futbol ustalığının fəndlərini texniki cəhətdən mükəmməl və məharətlə yerinə yetirmək üçün və əks mübarizə aparan oyunçuların müqavimətini qırmaq üçün bunları əlaqələndirməyi bacarmalıdır.
Axırda futbolla məşğul olmağın gigiyenası haqqında məlumat vermək lazımdır. Bura futboçlunun geyimi, ayaqqabısı oyun məşqi üçün intentar və müstəqil oyun zamanı gigiyena da daxildir. Bütün bunları nəzərə alaraq tədris proqram materialında göstərilən elementlərin ardıjıllıqla şagirdlərə öyrədilməsi müəllimdən böyük ustalıq tələb edir. Futbol oyunu bu dərslərdə planlaşdırılır.
I rüb 13-18-ci dərslər, II rübdə 49-52-ci dərslər, IV rübdə isə 59-64-cü dərslər. Dərs prosesində təlim edilən müxtəlif oyun hərəkətləri tədris oyunlarında təkmiləşdirilməlidir. Odur ki, müəllim vaxtaşırı oyun zamanı texniki fəndlərin icra variantlarını izah etməlidir.
Tədris oyunları müxtəlif olurlar. Məsələn, məhdud kvadratlarda 3x3, 5x5, 7x7 və s. kiçildilmiş qapılar olan yığjam meydançalarda ikitərəfli oyunları öyrədilməlidir.
Aşağıdakı bölgüdə bir idman oyunu futbol nəzərdə tutulmuşdur. Öyrədiləjək tədris materialı dərs saatlarını müəllim özü yaradıjı olmaqla istədiyi qaydada (şəraitə görə) bölüşdürə bilər.
VII-XI siniflərdə futbol oyunu dərs saatlarının illik və rüblük
B Ö L G Ü S Ü
Proqramın bölmələri
|
Saat
|
Rüblər
|
I
|
II
|
III
|
IV
|
Futbol
|
16
|
6
|
-
|
4
|
6
|
Dərs keçmək üçün əsasən aşağıda qeyd edilən əsas sənədlərin olmağı vacibdir:
Proqram;
Tədris planı;
Tədris planının qrafiki;
İş planı;
İcmal.
İcmal iş planına əsasən tərtib edilir.
İcmal – hazırlayıcı, əsas, tamamlayıcı hissələrdən ibarət olur.
Hazırlayıcı hissənin əsas məqsədi məşğul olanların görüləcək işə bədənin üzv orqanlarının və əzələlərinin əsas hissədə görüləcək işlərə hazırlamaqdır. Tamamlayıcı hissə bədənin fəaliyyətini nisbətən əvvəlki (başlanğıc) vəziyyətə çatdırmaqdır.
İcmalda icra edilən hərəkətlər, onların təkrar miqdarı, hərəkətlər arasında olan fasilə və hər bir hərəkətin icrası üçün zəruri vaxtın müəyyən edilməsidir.
Dostları ilə paylaş: |