Ыыы курс ихтисасчы тялябялярин


, 1433 Əsas texniki sistemlərin təhlili və mahiyyəti. Qapıçının oyun taktikası. Oyunçuların vəzifələri



Yüklə 299 Kb.
səhifə14/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Ümumi kurs Futbol Mühazirə

1424, 1433 Əsas texniki sistemlərin təhlili və mahiyyəti. Qapıçının oyun taktikası. Oyunçuların vəzifələri.

Demək olar ki, taktikanın inkişafının müxtəlif mərhələlərində qüvvələr bərabərliyini (hücum və müdafiədə) 1424 taktiki sistem çərçivəsində sanki bərabərləşdirmək mümkün olmuşdur. Onun rəqəmlərlə ifadəsinə (4 müdafiəçi, 2 yarımmüdafiəçi və 4 hücumçu) görmək olar. Belə taktiki sistem əsil həqiqətdə hücum və müdafiənin balansının bərabərliyinə dəlalət etsə də, komandada bu və ya digər xətt oyunçularının hazırlıq səviyyələrindən asılı olaraq ondan həm müdafiə, həm də hüjum sistemi kimi istifadə etmək olar. Bu komandada olan futbolçuların hazırlıq səviyyəsindən, bacarıq qabiliyyətindən bilavasitə asılıdır. 1424 taktiki sisteminin mahiyyəti komanda qarşısında qoyulan məqsəddən asılı olaraq ondan həm hüjum, həm də müdafiə taktikası kimi istifadə etmək olar. 1433 taktiki sistemi mahiyyətjə müdafiə sistemi kimi rəqəmlərlə ifadəsində görünsə də 1424 taktiki sistemində olduğu kimi qomandada olan oyunçulardan asılı olaraq ondan hücum taktiki sistemi kimi də istifadə etmək olar. Bu da onların oxşar cəhətləridir.

Qapıçı müdafiəyə rəhbərlik edir. Onun texniki və taktiki hazırlığı yüksək olarsa müdafiə xətti və bütün komanda oyunçuları inamla oynayırlar. Qapıçının taktikası rəqib komandanın hücumu zamanı düzgün yer seçməsi, rəqib komandanın düşünülmüş kombinasiyalara qarşı əks fəaliyyəti topu tutduqdan sonra hüjumu təşkil etmək fəaliyyətləri və s. hərəkətləri daxildir. Futbol komandalarında oyunçuların vəzifələri komanda oynadığı yerdən (müdafiə, yarımmüdafiə, hücum) və komandanın qarşıya qoyduğu ümumi məqsəddən asılı olur. Belə ki, qapıçı qapını müdafiə edir, müdafiə xəttini rəhbərlik edir. Hücumu və ya əks hücumu təşkil edir. Müdafiəçilər qapını müdafiə edir, rəqib komandanın hücumlarının qarşısını alır. Əks hücumun təşkili və hüjumlarda fəal fəaliyyət göstərməlidir. Yarımmüdafiəçilər müdafiə və hücum xətləri arasında qarşılıqlı əlaqə yaratmaqla bərabər komandanın müdafiə və hücum fəaliyyətlərində iştirak edirlər.

Hücum xətti oyunçuları hücumda iştirak edir, digər xətt oyunçularının hücumda iştirakın fəaliyyətlərini əlaqələndirir və komandanın müdafiə fəaliyyətində fəal iştirak edir.



Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin