Dünya və Azərbaycan futbolçularının texnikası. Kinoqramın təhlili metodu.
Futbolun inkişafı ilə əlaqədar olan onun bütün hazırlıq növlərinin yüksək səviyyədə təkmilləşməsi günün tələblərinə çevrilmişdir. Dünya və Olimpiya oyunları və s. böyük miqyaslı yarışlar bəşəri futbolun inkişafına baxış olur. Biz dünyanın aparıcı ölkələrinin futbolçularının texnikasının hansı dərəcədə yüksək inkişafa malik olduğunun şahidi oluruq. Bu baxımdan Azərbayjan futbolçularının texnikasının hələlik çox aşağı səviyyədə olmasını təəssüflə qeyd etmək olar. Bu özünü zərbə, ötürmə, aparma, aldadıcı hərəkət, hətta yan xətdən topun oyuna daxil edilməsi və s. texniki fəndlərin icrasında tam parlaq əks edilir.
Texniki fəndlərin ijrasının təhlilində kinoproqramdan istifadə edilir. Burada fəndlərin icrasınına ayrı-ayrı qaydaları nəzərdən keçirilir. Buraxılan qəbahət, qüsur və səhvlər açıqlanır, aşkarlanır və təhlil edilir. Təlim-məşqdə bu çatışmazlıqlar aradan qaldırılır və təkmilləşdirilir.
4 №-li mühazirə. 2 saat.
Dostları ilə paylaş: |