Ыыы курс ихтисасчы тялябялярин


Mövzu: Futbolçuların taktiki hazırlıqları



Yüklə 299 Kb.
səhifə11/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Ümumi kurs Futbol Mühazirə

Mövzu: Futbolçuların taktiki hazırlıqları.
P L A N



  1. Futbol oyun taktikasının təsnifatı. Hüjum və müdafiə taktikası.

  2. Fərdi, qruppalı və komandalı fəaliyyətlər.

  3. Fərdi taktiki hərəkətlər: oyunçuların yer seçmə üsulları və funksiyaları (vəzifələri).

  4. Qruppalı və komandalı müdafiə, taktiki sistemlər haqqında, kombinasiyaların təşkili, tədricən, sürətli və standart vəziyyətlərdən hücumun təşkili.

Strategiya, taktika, üslub, sistem, ritm, manevr, ansambl və kombinasiya haqqında ümumi məlumat. Futbolun taktikasının təsnifatı. Onun taktikasının inkişaf mərhələləri.



Strategiya – yunan sözü olub, mövsüm ərzində və ya daha artıq dövrlərdə üsullardan daha səmərəli istifadə edilməsi deməkdir. Bura məşqin çoxillik (perspektiv) planlaşdırılması, rəqibin öyrənilməsi, ehtiyat qüvvələrinin hazırlanması və s. daxildir.

Yuxarıda göstərilən əsas cəhətlər futbolçuların hazırlanmasının əsas istiqamətinin müəyyən edir. Əlbəttə strategiya hərbi termin olsa da, futbol aləmində də enyi məna kəsb edir. Komandanın uzun müddət üçün qarşısına qoyduğu əsas məqsəddir ki, bu da strategiya termini kimi futbolda işlədilir.



Taktika – yunan sözü olub, hərbi incəsənət deməkdir. Taktika strategiyanın bir hissəsi olub ona xidmət edir. Strategiya sabitdir. Uzun müddət dəyişməz qalır. Taktika isə müvafiq şəraitdən asılı olaraq dəyişə bilər və strategiyadan asılıdır.

Üslub – bu fars sözüdür. Nəyinsə əsas cəhətlərinin vəhdətini müəyyən edir. Bu sözünü komandanın ayrı-ayrı qrup oyunçularının fərqləndirici əsas xüsusiyyətlərində özünü əks etdirir.

Sistem – bu yunan sözüdür.Tam hissələrdən təşkil olunmuş deməkdir. Hissələrin tama görə düzlənməsidir. Sistem bu komandanın oyunun aparılmasının elə formasıdır ki, burada oyunçuların vəzifələri həm də fəaliyyətlərinin yeri müəyyən edilir (1433, 1442 və s.).

Ritm – bu yunan sözüdür. Bərabər miqdarda növbələşmə deməkdir. Ritm daim maksimal olur. Tempinə görə dəyişkən olur. Hüjum zamanı bu dəyişilə bilər, aritmik fəaliyyət bu yüksək dərəcəli komandaya xas olan haldır. Onlar rəqibi öz iradələrinə tabe etdirmək bacarığına malik olaraq ayrılıqda fəaliyyət göstərmək qabiliyyətinə malikdirlər. Əlbəttə bu oyunda yaranmış şəraitdən və qarşıya qoyulmuş məqsəddən asılı olur.

Manevr – bu fransız sözüdür. Bu oyunçuların oyundakı hərəkət fəaliyyətidir ki, onlar öz fəaliyyətləri ilə (yeriş, qaçış, yer dəyişməklə öz komanda oyunçularına daha əlverişli şərait yaradır. Bu cür hərəkət oyunçuya əlverişlidir, rəqibə nisbətən daha səmərəli və müqavimətsiz düşünülmüş hər hansı hərəkət fəaliyyətini asan icra edir.

Temp – bu yunan sözüdür. Hər cür bərabər dəyişkən deməkdir. Vahid zamanda sürətin dəyişməsidir. Bu yavaş, orta, böyük ola bilər. Temp ancaq oyunçuların şəxsi fəaliyyətlərinin tezliyi ilə deyil, həm də topun ötürülməsi ilə də yaradılar bilər.

Ansambl – bu fransız sözüdür. Qarşılıqlı təşkil edilmiş tamdır. Futbolda oyunçuların, komandanın imkanlarını nəzərə almaq biliyidir.

Məşqçilərdən yüksək ustalıq, bacarıq, qabiliyyət tələb olunur ki, oyunçulvrın imkan, bajarıq qabiliyyətlərini nəərə alaraq onların qarşılıqlı anlaşmada komandada fəaliyyət yerini müəyyənləşdirərək vahid ansambl təşkil etsin. Bu komandanın təşkilində əsas amillərdən biridir.



Kombinasiya – bu latın sözüdür. Müəyyən ardıjıllıqla uzlaşmaq və ya birləşmə deməkdir. Bu oyunun ayrı-ayrı epizodlarında komanda oyunçularının iki və ya daha artıq ümumi düşünülmüş fəaliyyətidir. Kombinasiyanın icrası tam vahid düşünülmüş fəaliyyətində icra edilir. Mürəkkəb icra fəaliyyətinin təlim etmək hədsiz çox çətindir. Onlar oyun müddətində yaranır. Kiçik taktika kombinasiyalarından epizodların taktikası yaranır.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin