Ыыы курс ихтисасчы тялябялярин



Yüklə 299 Kb.
səhifə9/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Ümumi kurs Futbol Mühazirə

Qaçış – «adi», «daldala», «çarpaz», «bitişik» addımlarla icra edilir.

Hoppanmalar – «Bir ayağın təkanı ilə»; «İki ayağın təkanı ilə»; «Hücum addımı» ilə ijra edilir.

Dayanmalar – «Hüjum addımı ilə»; «hoppanmaqla» icra edilir.

Dönmələr – «Keçməklə», «hoppanmaqla», «dayaq üzərində» icra edilir.

Qapıçının topa yiyələnmə texnikası – tutmaq, vurub qaytarmaq, «keçirtmək», «atmalar» MOQT (meydan oyunçusunun qrup texnikası) fəndləri.

Tutmaq – iki əllə;

Vurub qaytarmaq – «iki əllə», «bir əllə».

«Keçirtmə» - «bir əllə», «iki əllə».

Atmalar - «bir əllə», «iki əllə».

MOQT – «fəndlər».

Zərbələr – düz və kəsiji olur.

Zərbə qüvvəsi topun mərkəzindən keçirsə bu zərbəyə «kəsiji» zərbə deyilir. Bu zaman top düz xətlə deyil qövsvari xətlə hərəkət edir.



Başla top saxlamaq – alının ortası ilə icra edilir. Gövdə ilə top saxlamaq – sinə və qarın nahiyyəsi ilə ijra edilir.

Ayaqla top saxlamaq – ayağın altı, ayağın daxili, pənjə, bud, pəncənin daxili, ayağın xarici icra edilir.

Top aparmaq – ayaqla və başla icra edilir.

Ayaqla – pəncə, pəncənin xarici; pəncənin daxili, ayağın ucu, ayağın daxili ilə icra edilir.

Başla – alının ortası ilə icra edilir.

«Aldadıjı hərəkətlər» - «Uzaqlaşmaq», «ayağın zərbəsi», başın zərbəsi, ayaqla «top saxlamaq», gövdə ilə «top saxlamaq», başla «top saxlamaq»la icra edilir.

«Uzaqlaşmaq» - hücum addımı atmaq, ayatın topun üzərindən keçirtməklə, ikiqat keçirtməklə, familyalı fəndlərdən ibarətdir.

Aldadıcı hərəkətlərin ayaq və başla zərbələrin müxtəlif növləri ilə icra edilir.

Aldadıcı hərəkətlərin ayaq və gövdə ilə «top saxlamaqla» icrası topsaxlamaların müxtəlif üsulları ilə icra edilir. Aldadıcı hərəkətlərin başla «top saxlamaqla» ijrası topu buraxmaqla ijra edilir.



Top almaq – ayağın zərbəsi ilə, ayaqla saxlamaqla, çiyinlə itələməklə ijra edilir.

Ayağın zərbəsi ilə ayaqla saxlamaqla top almaq hücum addımı atmaqla və padkatla icra edilir.



Futbolun texnikasının biomexaniki əsası ilə və təkmilləşdirilməsi haqqında ümumi məlumat. Texniki və fiziki hazırlığın, texnika və taktikanın qarşılıqlı əlaqələri. Texnika və üslub. Texnika və sürət. Texniki fəndlərin uzlaşması.

İnsanın quruluşunu biomexanika nöqteyi nəzərindən keçirsək görərik ki, insan bədəninin hissələri bir-biri ilə əzələ və bağlarla əlaqədar olaraq üzvi surətdə bir-birini tamamlayırlar. Bu qırılmaz əlaqələr futbolun texnikasının icrasında həlledici əhəmiyyət kəsb edərək fəndlərin icrası dəqiqliyində, onların təkmil olmasında xüsusi rol oynayırlar.

Zərbələr ayaq və başla icra edildiyi üçün bu hissələrin biomexaniki quruluşu eləcə də qarşılıqlı təsiri haqqında ümumi məlumatı nəzərdən keçirək.

Başla zərbələrin icrasında boyun və çanaq, bud oynağı, eləcə də diz, daban topun oynaqları iştirak edirlər. Bunlar bir-biri ilə üzvi surətdə bağlı olub qarşılıqlı əlaqədədirlər. Zərbənin dəqiqliyinə bu hissələrin qarşılıqlı təsirinin özünəməxsus biomexaniki qanunauyğunluqları təsir göstərir. Bu qanunauyğunluqların ən adilərini nəzərdən keçirək. Bildiyimiz kimi təsir əks təsirə bərabərdir. Əgər biz başla topa zərbə vururuqsa o zaman topa vurduğumuz zərbə qüvvəsi topun başımıza göstərdiyi təsir eynidir. Odur ki, zərbənin dəqiqliyi üçün zərbə anı başın hədəf istiqamətdə edilməsi vacib şərtlərdən hesab edilir. Zərbə anı zərbə nöqtəsinin düzgün müəyyən edilməsinin və zərbə manqalarının uzlaşmış dəqiqliyi zərbənin dəqiqliyini təmin edə bilər. Əgər bu göstərilən qanunauyğunluqlara riayət edilməsi zərbənin dəqiqliyinə təsir edən amillərdə mövcuddur. Bunlar da öz növbələrində bir-birinə təsir göstərir. Onlar biomexaniki nöqteyi nəzərindən uzlaşmalı və təlim məşqdə düzgün icra edilərək təkmilləşdirilməlidir. Ancaq bu cür düzgün uzlaşmış və təkmilləşmiş fəaliyyət səmərəli ola bilər.

Fiziki hazırlıq anlayışı dedikdə biz futbolçunun hərtərəfli ahəngdar hazırlığının əsas təməli kimi tərk etməliyik. Fiziki hazırlıq futbolçuların obrazlı desək təməl daşıdır. O özülün əsasında digər hazırlıq növləri bərqərar olur, formalaşır, təkmilləşir. Hazırlıq növləri bir-biri ilə qarşılıqlı əlaqədə olub, bir-birini tamamlayırlar. Texnika dedikdə biz oyunun aparılması vasitələri – zərbələri, saxlamaları, aparmaları, aldadıcı hərəkətləri top almanı, yan xətdən topun oyuna daxil edilməsini və qapıçının oyununu başa düşməliyik.

Mübahisəsiz görülən fiziki işlə texniki hazırlığın qırılmaz əlaqələri mövcuddur. Bu əlaqələr obyektiv qanunauyğunluqlarla əlaqədardır. Bildiyimiz kimi insan fiziki işlə əlaqədar orqanizmində yorğunluq baş verir. Bu işin kiçik, orta, böyük həcmdə olması yorğunluğun dərəjəsini müəyyənləşdirir. Onunla əlaqədar texnikanın icrasında qüsur və qəbahətlər özünü biruzə verir. Aparılmış elmi tədqiqatlar onu göstərir ki, yüksək fiziki hazırlığa malik futbolçuların oyunda texniki fəndlərin icrasında daha az nisbətdə səhvlərə yol verirlər.

Fiziki hazırlıqlarının səviyyəsi aşağı olan futbolçuların oyunda texniki fəndlərin icrasında buraxdığı səhvlər daha nəzərə çarpan olur. Və bu çatışmazlıq onların ümumi oyun fəaliyyətlərinə hiss edilən təsir göstərir. Odur ki, yuxarıda qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, oyunda daha az texniki səhvlərə yol vermək üçün futbolçunun fiziki hazırlığı yüksək səviyyədə təkmilləşməsinin də fəndlərin səmərəli və daha az səhvlə icrasına təsiri olur. Odur ki, fiziki hazırlığın inkişaf səviyyəsi və texnikanın yüksək səviyyədə təkmilləşdirilməsi futbolçunun ustalığını əks etdirən cəhətlərdəndir.

Taktika futbolçunun təfəkkürünün məhsulu olub düşünülmüş fəaliyyətin texniki fəndlərlə icra edilməsidir. Futbolçunun texniki hazırlığı nə qədər yüksək olarsa, düşünülmüş hər hansı taktiki fəaliyyəti icra etmək imkanı bir o qədər məqsədyönlü və lüzumlu olur. Taktiki fəaliyyət texniki fəndlərlə icra edildiyi və onlarla qarşılıqlı əlaqədə olduğundan daimi bir-birindən asılı olurlar. Əgər futbolçunun taktiki təfəkkürü yüksək, lakin, texniki hazırlığı aşağı olarsa, o düşündüyü hər hansı bir taktiki gedişi icra etmək imkanından məhrum olacaqdır. Odur ki, yüksək texniki hazırlığa malik futbolçu yüksək mürəkkəb taktiki fəaliyyət göstərə bilər. Odur ki, anjaq yüksək texniki və taktiki hazırlığa malik futbolçular yüksək səviyyəli futbolçu ola bilər.

Texnika və üslub anlayışı dedikdə ayrı-ayrı futbolçuların texniki fəndlərin özünəməxsus icra üsulunu baş düşmək olar. Bildiyimiz kimi üslub fransız sözü olub – nəyinsə əsas cəhətlərinin vəhdətini müəyyən edir. Bu özünü komandanın ayrı-ayrı qrup oyunçularının və ayrıca oyunçunun fərqləndirici əsas xüsusiyyətlərində özünü əks etdirir.

Texnika və sürət anlayışları tərs mütənasib olub qarşılıqlı əks təsir edici anlayışlardır. Sürətin artması ilə texniki fəndlərin icrasında baş verən səhvlər daha yüksək olur. Bu da texnikanın sürətlə qarşılıqlı əlaqədə olmasını sübut edən dəlildir. Odur ki, təlim-məşqdə bu cəhət nəzərə alınmalı və texniki fəndlərin icrası uzunmüddətli gərgin müqavimət, sürətli görülən işin icrasından sonra təkmilləşdirilib dinamika stereotip halına qədər çatdırılmasına nail olmaq lazımdır. Bütün texniki fəndlər qarşılıqlı təsirə malik olmaqla futbolçunun ahəngdar səmərəli fəaliyyətləri üçün imkan yaradır. Odur ki, meydanda yaranmış konkret şəraitdən asılı olaraq fəndlərin uzlaşması zərurəti yaranır. Və bu real konkret fəaliyyəti əks etdirir. Bu uzlaşmalar müxtəlif ola bilər. Məsələn, topu saxlayıb ötürmək, topu saxlamadan ötürmək. Topu saxlayıb zərbə vurmaq və ya topu saxlamadan zərbə vurmaq və s.



Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin