Ыыы курс ихтисасчы тялябялярин


Futbol dərslərinin quruluşu, təşkili və keçirilməsi



Yüklə 299 Kb.
səhifə5/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi kurs Futbol Mühazirə

Futbol dərslərinin quruluşu, təşkili və keçirilməsi.

Ümumtəhsil məktəblərində tədris edilən futbol şagirdlərin təhsil almağı təhsil məktəblərindən, konkret yaş xüsusiyyətlərindən və jinsindən asılı olaraq planlaşdırılır, dərslər fiziki hazırlığın inkişaf etdirilməsi, texniki hazırlıq üzrə texniki fəndlərin təlimi və təkmilləşdirilməsi, taktiki hazırlıq üzrə müdafiə və hüjum taktikasının təlimi, texniki-taktiki məşğələ ilə kompleks hərəki qabiliyyətlərin inkişaf etdirilməsi və s. kimi tədris edilir.

Futbol məşğələləri vasitəsilə futbolçuların hazırlıq növləri inkişaf etdirilir və təkmilləşdirilir.

Futbolla məşğul olmaq üçün 5 hazırlıq növləri var:



  1. Fiziki hazırlıq;

  2. Texniki hazırlıq;

  3. Taktiki hazırlıq;

  4. Psixoloci hazırlıq;

  5. Nəzəri hazırlıq.

Fiziki hazırlıq – tədris məşq prosesinin vajib bölmələrindəndir. Fiziki hazırlıq fiziki bajarığın inkişafı etdirilməsi prosesi olub, oraqnizmin ümumi funksional səviyyəsinin artırılması, hərtərəfli fiziki inkişafla sağlamlığın möhkəmləndirilməsidir. Fiziki hazırlıq ümumi və xüsusi hazırlığa bölünür. Tədris məşq işində ümumi və xüsusi fiziki hazırlığın məqsədləri üzvi surətdə bir-biri ilə bağlıdır.

Futbolçunun ümumi fiziki hazırlığı fiziki bajarığın hərtərəfli inkişaf etdirilməsi, ümumi işgörmə qabiliyyətinin artırılması məqsədlərinə xidmət edir. Burada əsas vasitə kimi ümumi inkişaf etdiriji hərəkətlər və müxtəlif idman növlərindən (gimnastika, akrobatika, y/atletika, üzgüçülük, idman və mütəhərrik oyunlar) olan hərəkətlər tətbiq edilir, bunlar da məşğul olanların orqanizminə ümumi təsir göstərir. Bu halda əzələ bağ aparatının inkişafı və möhkəmlənməsinə daxili orqan və sistemlərin funksiyalarının təkmilləşdirilmə-sinə, hərəkət koordinasiyasının yaxşılaşdırılmasına və hərəkətlərin inkişaf səviyyələrinin ümumi artımına nail olunur. Ümumi fiziki hazırlığı artırmaq məqsədi ilə tətbiq edilən əksər hərəkətlər orqanizmə hərtərəfli təsir göstərir. Lakin eyni zamanda onların hər biri bu və ya digər keyfiyyətin üstünlüklə inkişaf etdirilməsinə yönəldilir. Belə ki, enişli yoxuşlu yerdə uzun müddətli qaçış üstünlüklə davamlılığı inkişaf etdirir. Qısa məsafələrə tədriclə sürəti artırmaqla qaçış sürəti, gimnastika və akrobatik hərəkətlər çevikliyi artırır. Bu hərəkətlər məşğələlərə əsas amil kimi daxil edilir, lakin bəzi hərəkətlər səhər məşğələlərində keçirilir.

Futbolçunun fəaliyyəti, icra edilən hərəkətlərin intensivliyinin daim dəyişdirilməsi ilə xarakterizə olunur. Əzələ fəaliyyətinin, intensiv işi aşağı fəallılıq və nisbi istirahət müddəti ilə növbələşir. Tədriclə sürəti artırmaq, sürətli qaçış, hoppanmalar, bərabər sürətli qaçış yerişlə dayanmalarla növbələşir və hərəkətin istiqamətini, ritmini, tempini dəyişməklə icra edilir. Belə fəaliyyət müəyyən fiziki yükün icrası ilə bağlıdır və vegetativ proseslərin axıcılığında ilk növbədə maddələr mübadiləsində, tənəffüs və qan dövranında müəyyən dərəcədə funksional inkişafla müşahidə olunur.

Fiziki hazırlıq məşğələlərində hər şeydən əvvəl təkrar, interval dəyişən oyun və yarış metodları tətbiq edilir. İllik məşq dövründə əvvəlcə ümumi fiziki hazırlığın inkişaf etdirilməsi məsləhət görülür. Çoxillik futbol məşğələlərinin keçirilməsi prosesində ümumi və xüsusi fiziki hazırlığın nisbəti səviyyəsi ilə əlaqədar olaraq tədriclə xüsusi fiziki hazırlığın həjminin artması istiqamətində dəyişməlidir. Futbolçunun ümumi və fiziki hazırlığında əsas rolu qüvvə, sürət, davamlılıq, çeviklilik, cəldlik oynayır. Bu fiziki keyfiyyətlər futbolçunun hərəki imkanlarının səviyyəsini əks etdirir. Fiziki keyfiyyətlərin inkişaf etdirilməsi məşq prosesinin vahid ayrılmaz hissəsidir.

Ümumi fiziki hazırlığın vasitələri olan gimnastika, akrobatika futbolçuların orqanizminin bütün üzv orqan və əzələlərinin inkişafına müsbət təsir etməklə yanaşı onlarda cəldlik və çeviklik keyfiyyətlərinin inkişafına, yüngül atletika ümumi inkişafı və stereometriyanın artması və inkişafına, idman və mütəhərik oyunlar bütün orqanizmin tamlıqda ahəngdar inkişafına müsbət təsir göstərməklə kompleks keyfiyyətlərin inkişafına müsbət təsir edir. Bunlara davamlılıq, cəldlik, çeviklik və s. əsas keyfiyyətləri göstərmək olar. Futbolçu nə qədər çox hərəkət növünü mənimsəsə onun futbolun texnikasını daha tez, dolğun mənimsəməsinə imkanı olar. Yuxarıda qeyd edilən hərəkətlərdən əlavə futbolçuların ümumi fiziki hazırlığında ağır atletika hərəkətlərindən də istifadə olunur. Bütün bunlar futbolçuların ümumi fiziki hazırlığının möhkəm özüldə yaradılmasına əsas olan vasitələr kimi hesab edilir. Ümumi fiziki hazırlıq futbolçuların ilkin başlanğıc hazırlığının təməli olub, onların gələcək idman ustalıqlarının artmasının əsasıdır.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin