Ыыы курс ихтисасчы тялябялярин



Yüklə 299 Kb.
səhifə2/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi kurs Futbol Mühazirə

1 №-li mühazirə. 2 saat.
Mövzu: « FIZIKI TƏRBIYƏ SISTEMINDƏ FUTBOLUN YERI, ROLU VƏ VƏZIFƏLƏRI. FUTBOL OYUNUN YARANMASI VƏ INKIŞAF TARIXI»

P L A N



  1. Azərbaycanda fiziki tərbiyə sistemində futbolun yeri, rolu, vəzifələri. Futbol idmanının xarakteristikası. Fiziki tərbiyə sistemində futbolun yeri, rolu, əhəmiyyəti.

  2. Futbolun inkişaf tarixinə dair qısa xülasə. Azərbaycanda futbolun inkişafı. Görkəmli Azərbaycan futbolçuları. Futbol Olimpiya oyunlarında.

  3. Qədim və orta əsrlərdə futbolun inkişafı haqqında qısa məlumat. Futbolun yaranması, onun inkişafı. Azərbaycanda futbolun yaranması, təşəkkülü və inkişafı.

Futbol oyun olaraq fiziki tərbiyə sistemində əsaslı və vacib yer tutur. O, geniş əhali kütləsinin sağlamlığın möhkəmləndirilməsinin və fiziki inkişafının ən sadə bir vasitəsidir. Dünyada elə bir yer yoxdur ki, orada futbolu sevməsinlər və oynamasınlar. Futbol oyununda insanların kollektiv fəaliyyətləri insanlığın fiziki və mənəvi kamilliyə doğru inkişafının hansı səviyyədə olmasını çox dolğun əks etdirir. Futbol xalqın inkişaf səviyyəsinin, onun potensial imkanlarını əks etdirən idman eyni növlərindəndir.

Futbolda fəaliyyətin kollektiv forması onlarda dostluq, qardaşlıq, qarşılıqlı yardım xüsusiyyətlərini tərbiyə etməklə bərabər, başqa lazımi keyfiyyətləri: məsuliyyətli olmaq, yoldaşa və rəqibə hörmət etmək, intizamlı olmaq və s. kimi qabiliyyətləri formalaşdırır. Bunlar isə xarakterin formalaşması keyfiyyətlərini cəsurluluğu, qətiyyətliliyi, səbrliliyi, möhkəmliliyi və kişiliyi tərbiyə edir. Bu idman növü ilə məşğul olanlarda fiziki gözəlliyə, yaradıcı təşəbbüsə və estetik davranışa maraq artır.

Futbol bədən tərbiyəsinin və idmanın ən geniş təbliğidir. Stadionlarda, meydançalarda və salonlarda yüksək idman mübarizəsi və ifaçılıq qabiliyyəti milyonlarla insanları futbolla məşğul olmağa həvəsləndirir. Bu maraq uşaq və yeniyetmələrdən də yan keçmir. Azərbaycan Respublikasının Prezidenti 2005-ci il 10 oktyabr tarixli 1038 saylı Sərəncamı ilə təsdiq edilmiş (2005-2015-ci illər) futbolun inkişafına çox böyük təkan verir.

Bu Proqramın həyata keçirilməsi istiqamətində Respublikamızın şəhər və rayonlarında böyük işlər, uğurlu layihələr həyata keçirilir. Bunun nəticəsində sağlam həyat davranışı formalaşır, məişət və idman reciminə vərdişlər yaranır.

Yarış xarakteri, yüksək emosiyalar futbolu fəal istirahətin səmərəli vasitəsi edir. Müxtəlif hərəkət fəaliyyəti nəticəsində futbolla məşğul olanların geniş koordinasiya və atletik imkanları onlarda həyat üçün vacib olan bacarıq və qabiliyyətləri formalaşdırır. Yaşayış sahələrində, ümumi təhsil məktəblərində və eləcə də xüsusi təşkil olunmuş futbol bölmələrində (futbol məktəblərində, futbol klublarında) uşaq və gənjlərin futbolla məşğul olması günün tələblərindən biridir.

Futbolun yaranması haqqında həddindən artıq rəvayətlər, fikirlər, mülahizələr mövjuddur. Futbol oyunu bizim eramızdan 2650 il əvvəl Yaponiyanın imperatoru Kemarinin sarayında oynayırdılar. Qapı indiki futbol qapısını xatırlayırdı, vaxt qum saatları ilə müəyyən edilirdi. Qədim Çində eradan 2697 il əvvəl futbolu xatırlayan oyun mövjud olmuş, onu «dzu-nyu» adlandırmışlar. İki seçmə komanda komanda Çin imperatoru Çen-Tszı və onun yaxın adamlarını əyləndirirdilər. Qalibləri gül-çiçək, çaxır, qiymətli saxsı qablarla təltif edir, məğlubu isə kütlə içərisində utandırırdılar. Futbola oxşar oyunlar qədim Romada, İtaliyada, Meksikada, Fransada və dünyanın bir sıra digər ölkələrində mövcud olmuşdur. Spartada hətta qızlar da futbolla məşğul olurlarmış. Onların oynadığı oyun «episkro» adlandırılmış, yarışın hakimini isə «çellopodikom» çağırırmışlar. Dünyanın əksər ölkələrində futbola oxşar oyun mövcud olmuş, lakin futbolun yaranması 26 oktyabr 1863-cü il kimi tarixə daxil olmuşdur.

Beynəlxalq miqyasda yarışların təşkili və keçirilməsi üçün vahid bir təşkilatın olması o dövrün zəruri tələbi idi. Odur ki, zamanın tələbinə müvafiq olaraq 21 may 1904-cü ildə Beynəlxalq Futbol Federasiyası (FİFA) Parisdə yaradıldı. Onun əsasını – Fransa, Belçika, Daniya, Niderland, İspaniya, İsveç və İsveçrə ölkələrinin nümayəndələri olmuşlar. İngiltərə isə anjaq iki il sonra FİFA-nın üzvü olmuşdur.

Futbol inkişaf etdikcə dünya birinciliyinin keçrilməsi zərurəti günün tələblərinə çevrilmişdir. 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya oyunlarının keçirildiyi müddətdə Beynəlxalq Futbol İttifaqının (FİFA) konqresində konkret olaraq Dünya birinciliyinin keçirilməsi qəti olaraq qərara alındı və keçiriləcək yerin Uruqvay olması qərarına gəldilər. Beləliklə, futbolun inkişafı üçün geniş imkanlar yarandı və özünün əhatə miqyasının artırmağa başladı.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin