Futboçluların xüsusi fiziki keyfiyyətlərinin mahiyyəti: qüvvə, sürət, davamlılıq, cəldlik və çeviklik.
İnsanın qüvvəsi onun xarici müqavimətinin dəf edilmə bajarığının və ya ona əzələ səyi ilə əks müqavimətin göstərilməsi ilə müəyyən edilir. Futbolçu həmişə özünün və topun çəkisinin müqavimətinin dəf edilməsi ilə fəaliyyət göstərir. Bununla əlaqədar olara futbolçu öz qüvvəsini əsasən özünün bədəninin və topun ətaləti müqavimətinin dəf edilməsi üçün istifadə edir. Hərəkətin istiqamətini dəyişmək, hoppanmaq, topa zərbə bu hərəkətlərin icrasında futbolçuların qüvvəsinin inkişaf səviyyəsi müşahidə edilir. Göründüyü kimi bütün hallarda qüvvənin tətbiqi dinamiki xarakter daşıyır. Beləliklə, onun fəaliyyətinin xarakteri, oyunda qüvvənin təzahür xüsusiyyətinin və onun inkişaf səviyyəsini müəyyən edir. Bütün əzələlər özlüyündə morfoloci cəhətdən bir sıra yumaqdan ibarət olan kompleksdir. Onlar hər biri böyük miqdarda lifləri özündə birləşdirir. Hər bir lif şaxəsi ilə sinir çıxıntısını – aksionu, sinirləndirərək belə deyilən hərəkət vahidini /HV/ təşkil edir. Əzələnin təqəllüsünün belə morfoloji xüsusiyyətlərinə görə əzələ təqəllüsünü həm tamlıqda, həm qismən ayrı-ayrı lif qruplarına görə icra etmək olar. Əzələnin qeyri-tamlıqda, həm də qismən ayrı-ayrı lif qruplarına görə icra etmək olar. Əzələnin qeyri tamlıqda təqəllüsünün imkanı təqəllüsün ancaq bir neçə miqdarda HV hesabına edilməsi hərəkət koordinasiyası üçün əzələ sisteminin vacib xassəsidir.
Sürət anlayışı dedikdə insanın qısa vaxt müddətində hərəkət fəaliyyətinin ijra qabiliyyətini nəzərdə tuturuq. Sürətin təzahürünün dörd forması müəyyən edilmişdir:
Reaksiyanın vaxtı;
Bir hərəkətin vaxtı;
Hərəkətin maksimal tezliyi;
Hərəkətin başlanma tezliyi.
İnsanın sürəti mürəkkəb hərəki fəaliyyətdə sürətin kompleks təzahüründən, eləjə də digər amillərdən – addımın uzunluğu təkanın qüvvəsindən və s. asılıdır. Futbolda sürət bu heç də anjaq futbolçunun meydanda sürətlə yerdəyişməsi deyildir. Bu həm də onun təfəkkürünün və topla fəaliyyət göstərməsinin sürətidir.
Futbol nöqteyi nəzərindən sürətli oyunçu rəqibdən məkan və vaxt idman imkanına malik olur, deməli nisbi azadlıqda taktiki məqsədləri daha müvəffəqiyyətlə həll edə bilər. Futbolda qapıya qısa yol əksər hallarda heç də düz xətt üzrə olmur. Məqsədə nail olmaq üçün oyunçu rəqibin və topun meydanda yerləşməsindən asılı olaraq yer dəyişir. Öz növbəsində bu yerdəyişmələr fərdi mübarizədə həyata keçirilir.
Futbolçu gözlənilmədən istiqaməti çox böyük sürətlə dəyişməyə, hər hansı bir texniki fəndi mürəkkəb vəziyyətdə və əksər hallarda bir dayaqlı vəziyyətlərdə hərəkətin ijra edilməsinə həmişə hazır olmalıdır. Bununla əlaqədar futbolçular çalışmalıdırlar ki, onların bəzilərinin ağırlıq mərkəzləri nə qədər mümkünsə bir o qədər aşağıda olsun. Beləliklə, futbolçunun sürəti bu tərtib edilənlərin tam siyahısıdır. Tədqiqatlar göstərir ki, futbolçunun sürət keyfiyyəti aşağıdakılardan ibarətdir.
Sadə vəziyyətlərə start sürətindən;
Mürəkkəb vəziyyətlərdə start sürətindən;
Start qaçışı sürətindən;
Tam /ən yüksək/ sürətdən;
Sürəti artırıb azaltmaq fəaliyyəti tezliyindən;
Texniki fəndin ijra sürətindən;
Bir hərəkətdən digər hərəkətə qoşulmanın sürətindən.
Bu toplananların hamısı futboçluların oyun fəaliyyətindən, özünün xüsusi rolunu oynayır. Onu qeyd etmək lazımdır ki, sürətin təzahürün bütün formaları nisbətən bir-birindən asılı deyildir. Bu onu göstərir ki, sürətin yaranmasını təşkil edənlərin hər biri xüsusi iş istiqamətini tələb edir.
Futbolçunun davamlılığı dedikdə bütün oyun müddətində, oyun fəaliyyətinin icra qabiliyyətinin effektliliyinin aşağı salınması nəzərdə tutulur. Demək olar ki, davamlılıq yorğunluğa qarşı göstərilən əks müqavimət qabiliyyətidir. İdman təcrübəsində yorğunluq 4 hissəyə ayrılır: əqli, sensar, emosional vi fiziki. Yorğunluğun bütün 4 növü də futbolçuya aiddir. Təbiidir ki, onların daha böyük səviyyədə inkişaf etdirilməsi fiziki yorğunluğa səbəb olur. Futbolçuların davamlılığını inkişaf etdirmək metoduna düzgün yanaşmaq üçün idmançıların oyun fəaliyyətlərinin xarakterini və görüşlərdə onlara düşən oyunu da mütləq nəzərə almaq lazımdır.
Cəldlik – bu mürəkkəb kompleks keyfiyyət olub qiymətləndirmək üçün yeganə ölçü vahidi olmur. V.M.Zatsifekinin fikrinə görə cəldlik növbəti amillərdən müəyyən edilə bilər. Tapşırığın koordinasiya mürəkkəbliyi, onun dəqiq icrası və icra vaxtı futbol üçün bu minimal vaxtdır ki, bu şəraitin dəyişməsi anından cavab fəaliyyətinin başlanmasına qədər olan dövrdür.
Futbolçunun cəldliyi futbol meydanında daim dəyişən vəziyyətlər də hər şeydən əvvəl topla və topsuz təzahür edilir. Cəldlik keyfiyyətinin təkmilləşməsində böyük miqdarlı yeni hərəkətləri mənimsəməli və məlum vərdişlər əsasında yeniləri asanlıqla formalaşır. Yadda saxlamaq lazımdır ki, jəhdliyin keçiciliyi məhlullur, çnüki bu keyfiyyət spesifikdir. İdmançının hərəkəti görüb və icra etmək qabiliyyəti nə qədər yüksəkdirsə onlar yeni vərdişləri bir o qədər yaxşı mənimsəyir.
Çeviklik hərəkətin böyük amplituda ilə icra edilməsi bacarığıdır. Çeviklik bu və ya digər oynaqlardan keçən əzələ bağlarının elastikliyindən asılıdır. Çevikliyin iki növü vardır: fəal və passiv. Passiv çeviklik yoldaş tərəfindən alət və ağırlıqla yaradılan xarici qüvvədən istifadə etmək hesabına icra edilən hərəkətlərə təzahür edilir. Fəal çeviklik dedikdə idmançının sərbəst, kənardan kömək olmadan, anjaq öz əzələlərinin qüvvəsindən istifadə edərək oynaqlarda maksimum mümkün olan hərəkililiyi yaratmaq imkanını nəzərdə tutur. Passiv hərəkətlər əzələlərin dartılması ilə, fəalı isə yığılmaqla müşaiyət edilir. Çevikliyin inkişaf etdirilməsinin optmal metodu dəfedici, statiki və güzəştedici xarakterli fəal hərəkətlərin kompleks tətbiqini hesab etmək lazımdır. Onlar antoqonist əzələlər arasında normal koordinasiya münasibətlərinin formalaşmasına imkan verirlər. Antoqonist əzələlərin belə nisbəti əzələlərin möhkəmliyini təmin edir və əzələlərin zədələnmələrinin qarşısını xeyli aşağı salır.
Dostları ilə paylaş: |