Ыыы курс ихтисасчы тялябялярин


Mövzu: Futbolçuların texniki hazırlıqları



Yüklə 299 Kb.
səhifə8/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Ümumi kurs Futbol Mühazirə

Mövzu: Futbolçuların texniki hazırlıqları.
P L A N



  1. Futbol texnikasının təsnifatı.

  2. Topa yiyələnmə və hərəkət texnikası. Zərbələr, aldadıjı hərəkətlər, top saxlamalar, top almalar, topun yan xətdən oyuna daxil edilməsi texniki fəndlərin təlimi və ijra etdirilməsi.

  3. Texniki fəndlərin üstünlüklə ijrası ilə ikitərəfli oyunlar.



  1. Futbolçuların texniki hazırlıqları.


Futbolun texnikasının mahiyyəti. Futbolun texnikasının təsnifatı. Hərəkət texnikası: qaçış, hoppanma, dayanmaq, dönmələr. Meydan oyunçularının texnikası: Zərbə, saxlamaq, aparmaq, aldadıcı hərəkətlər, top almaq, yan xətdən topun oyuna daxil edilməsi. Qapıçının oyun texnikası: topu tutmaq, topa zərbə, top saxlamaq, top atmaq, aldadıjı hərəkətlər.

Futbolun texnikası qarşıya qoyulmuş məqsədə nail olmaq üçün oyunda müxtəlif cür əlaqələndirilərək istifadə edilən xüsusi fəndlər birliyindən ibarətdir. Texniki fəndlər, bu oyunun aparılması vasitəsidir. Yüksək idman nəticələrinin qazanılması futbolçunun bütün bu rəngarəng vasitələri hansı dərəcədə dolğun mənimsənilməsindən, oyun fəaliyyətindən, onun çoxvariantlı şəraitindən, rəqib oyunçularının əks müqavimət zamanı və çox vaxt yorğunluğun durmadan araqon hallarında onları necə bajarıqla və səmərəli icra etməsindən asılıdır. Texnikanın ustalıqla mənimsənilməsi futbolçuların hərtərəfli hazırlığının və harmonik inkişafının ayrılmaz hissəsidir. Futbolun texnikası oyunun yüz ildən artıq olan inkişafı dövründə müəyyən dəyişikliyə uğramışdır. Təkamül prosesi əsasən aşağıdakı istiqamətlərdə getmişdir. Başın yan hissələri və peysər ilə zərbələr kimi qeyri-səmərəli fənd və üsulların nəzərə çarpan dərəjədə azalmış, pəncənin xarici ilə zərbələrin, topun və sinə ilə saxlanılmasının, topun əl ilə atılmasının (qapıçının texnikası) tətbiq edilməsi, artmış, aldadıcı hərəkətlərin (fintlərin) dairəsi genişlənmişdir. Müasir futbolda texniki fəndlər biomexaniki nöqteyi-nəzərindən iş qüvvəsini oyun fəaliyyətinin sürət və dəqiqliyin artması üçün kifayət qədər qənaətlə sərf etməyə imkan verən hərəkətlər sistemi ilə xarakterizə olunur. Sürət və etibarlılıq, sadəlik və səmərəlilik bu günün futboluna göstərilən başlıca tələbdir.

Texnikanın təsnifatı – bu texniki fəndlərin ümumi və ya oxşar spesifik əlamətləri üzrə qruplara bölünməsidir. Oyun fəaliyyətinin xarakterik xüsusiyyətlərinə görə futbolun texnikası iki böyük bölməyə ayrılır: Meydan oyunçusunun texnikası və qapıçının texnikası, hər bir bölmə özündə yarımbölmələri birləşdirir: hərəkət texnikası və topa yiyələnmə texnikası: Yarımbölmələr müxtəlif üsullarla icra edilən konkret texniki fəndlərdən ibarətdir.

Hərəkət texnikasının fəndləri və üsulları meydança oyunlar və qapıçılar tərəfindən istifadə olunur. Ayrı-ayrı fəndlərin və üsulların özlərin növləri vardır. Ümumi əsas fəaliyyət mexanizmi saxlanılsa da üsullar və fəndlər bir-birindən müəyyən ünsürlərinə görə fərqlənirlər. Müxtəlif fəndlərin icra şəraiti, üsulları və növləri futbolun texnikasını daha çox cəhətli edir.

Oyun texnikası – meydan oyunçusu və qapıçının texnikasından ibarətdir.

Meydan oyunçusunun texnikası – topa yiyələnmə və hərəkət texnikasından ibarətdir.



Topa yiyələnmə texnikası aşağıda qeyd edilən texniki fəndlərdən ibarətdir: 1) Zərbələr; 2) Saxlamalar; 3) Aparmalar; 4) Aldadıcı hərəkətlər; 5) Top almaq; 6) Yan xətdən topun oyuna daxil edilməsi.

1) Zərbələr ayaq və başla icra edilirlər. Ayaqla zərbələr ayağın daxili, xariji, pənjə, pəncənin daxili, xarici, ayağın ucu və dabanla icra edilirlər. Başla zərbələr – alın, başın yan hissələri (sağ, sol) və başın arxa hissəsi ilə icra edilir.

2) Saxlamalar – ayaqla, başla, gövdə ilə icra edilir.

3) Aparmalar – ayaqla və başla ijra edilir.

4) Aldadıcı hərəkətlər – «getməklə», «ayağın zərbəsi ilə», «başın zərbəsi ilə», «ayaqla saxlamaqla», «gövdə ilə saxlamaqla», «başla saxlamaqla».

5) Top almaq – «ayağın zərbəsi ilə», «ayaqla saxlamaqla», «çiyinlə itələməklə».

6) Yan xətdən topun oyuna daxil edilməsi – ayaqlar bir yerdə, aralı, önə, arxaya hücum ardımı atılmış vəziyyətlərdən.

Bütün fəndlərin üsulları – növləri və icra şəraitləri mövcuddur. Bunlar hər bir fəndin özünəməxsus cəhətləridir.

Hərəkət texnikası – qaçış, hoppanmalar, dayanmalar, dönmələrdən ibarətdir. Onlar aşağıdakı qaydada açıqlanır.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin