6 №-li mühazirə. 2 saat.
Mövzu: Yarışların təşkili və hakimlik bacarığının mənimsənilməsi. Oyun qaydaları.
P L A N
Futbol üzrə təşkil edilib keçirilən yarışların yaş xüsusiyyətləri və həmin yarışların əhəmiyyəti
Futbol yarışlarında istifadə edilən hakimlik metodları.
Futbol oyun qaydaları haqqında qısa məlumat.
Oyun qaydalarının inkişaf mərhələləri.
Futbol haqlı olaraq dünyada ən sevimli oyun adlandırılır. Bu oyunun anlaşıqlı olması oyun qaydalarının dəqiqliyi və sadəliyi buna imkan yaradır.
Bu tarixi yadda saxlayın: 26 oktyabr 1863-cü il. Bu dünyada ilk futbol assosiasiyasının olan İngiltərə futbol assosiasiyasının yarandığı və futbol oyun qaydalarının yarandığı gündür. İlk anlarda hər komandanın, hər məktəbin özünün oyun qaydaları mövjud idi. Bu komandaları və oyun qaydalarını vahid bir kollektivdə birləşdirmək lazım idi. Futbol inkişaf etdikjə bu zamanın tələbinə çevrildi və son nəhayətdə, yəni 1863-cü ilin oktyabrın 26-da Futbol İttifaqı Londonda təşkil edilən zaman 13 bənddən ibarət birinci rəsmi oyun qaydaları təsdiq edildi.
Futbol üzrə ilk oyun qaydalarında rəqib komanda oyunçusunu tutmaq, ayağına vurmaq, oyunçunu tutmaq və ya itələməyə icazə verilmirdi. Beləliklə, yuxarıda göstərilən köhnə oyun qaydalarından göstərdiyimiz missallardan aydın olur ki, o vaxtın oyun qaydalarında kobudluğu və idmançıya yaraşmayan qeyri idmançı hərəkətləri qadağan edən qayda-qanunlar müasir oyun qaydalarından heç də tam mənası ilə fərqlənmir. Lakin bir sıra nəzərə çarpan dəyişikliklər vardır. Məsələn, o zaman qapılar iki yan dirəkdən ibarət idi. Dirəklər üzərində heç bir məhdudiyyət yox idi. 1875-ci ildə qapının üst hissəsi məhdudlaşdırıldı. Bunu dirəklər üzərində dartılmış iş təşkil edirdi. Yalnız 1883-cü ildə tirlə əvəz etdilər. Qapıya tor 1891-ci ildə çəkilmişdir. Qapıçıya əllə oynamaq hüququ 1871-ci ildə verildi. Bu qapı meydançası ilə məhdudlaşdırıldı. 1902-ci ildə qapıçıya cərimə meydanında əl ilə oynamaq hüququ verildi. Uzun müddət cərimə və 11 metrlik zərbələr yox idi. 1891-ci ildə 11metrlik cərimə zərbəsi tətbiq edildi. 1882-ci ildə Beynəlxalq Futbol İttifaqının təməli qoyuldu. Nəhayət 21 may 1904-cü ildə Fransanın təşəbbüsü ilə Beynəlxalq Futbol İttifaqı (FİFA) təşkil edildi.
Federasiya oyun qaydaları üzrə şura təşkil etdi ki, onların tərtib etdiyi oyun qaydaları Beynəlxalq Futbol İttifaqına daxil olan bütün milli futbol təşkilatları üçün məjburi idi. Oyun qaydalarında dəyişiklik etmək ixtiyarı yalnız bu şuraya verilmişdir. Hal-hazırda bu şura tərəfindən qəbul edilmiş 17 bənddən ibarət futbolun oyun qaydaları (FİFA)-ya qəbul edilmiş bütün futbol assosiasiyaları üçün məjburidir.
Beynəlxalq Futbol Assosiasiyalarının yığınjağından sonra (dörd dildə _ ingilis, fransız, ispan, alman) futbolda və oyun qaydalarında olan dəyişikliklər dərc edilir.
Oyun qaydaları 17 bənddən ibarət olub bütün Dünya futbol federasiyası assosiasiyaların tərəfindən qəbul edilmişdir. Oyunların bu 17 bənd çərçivəsində keçirilməsi məcburidir (17 bəndi yazdırmaq).
Dostları ilə paylaş: |