Ыыы курс ихтисасчы тялябялярин


Sadələşdirilmiş qaydalar. Yarışın hakimlik metodu



Yüklə 299 Kb.
səhifə18/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   ...   12   13   14   15   16   17   18   19   20
Ümumi kurs Futbol Mühazirə

Sadələşdirilmiş qaydalar. Yarışın hakimlik metodu.

Meydanda hakim nə qədər az görünsə, o bir o qədər oyunun öhdəsindən gəlmiş olur. Hakim hakimlikdən başqa müəllim olmalıdır. O, oyun qaydalarını yaxşı bilməlidir. Hakim çalışmalıdır ki, oyun 17 bənd çərçivəsində keçirilsin.

Oyun başlayan andan hakim oyunu ələ almalıdır. Hakim çalışmalıdır ki, sarı və qırmızı vərəqələr az olsun. Əgər hakim əvvəldən profilaktik tədbirlər görərsə, bu zaman vərəqələrə az ehtiyac olar. Yaxşı olar ki, azərbayjan dilində olan futbol oyun qaydalarına baxıb «Hakimləri iyirmi tövsiyyə»ni oxuyasınız.

Futbol oyununda iki hakimlik metodu var. Diaqonal və paralel hakimlik. Hal-hazırda dünyanın əksər ölkələrində diaqonal hakimlikdən istifadə edirlər. Mərkəz hakimlik diaqonal üzrə hərəkət etdiyi üçün buna diaqonal hakimlik deyilir (çəkib tələbələr göstərmək).

Paralel hakimlik isə mərkəz hakimliyin hakimlərə paralel olduğuna görə belə adlanır (tələbələrə çəkib göstərmək). Bu hakimliklərin öz mənfi və müsbət cəhətləri var.

Diaqonal hakimlik zamanı mərkəz hakim bəzi hallarda topdan çox uzaq olur (tələbələrə çəkib göstərmək). Paralel hakimlik zamanı isə topun mərkəz hakim tərəfdən meydandan çıxmasına zəif nəzarət olunur. Top çox hallarda mərkəz hakimdən uzaqda olur. Diaqonal hakimliyin mənfi cəhəti az olduğu üçün hakimlər diaqonal hakimlik metodundan istifadə edirlər.

Bəzi futbol yarışları sadələşmiş qaydalarla keçirilir. Bu zaman yarış keçirən təşkilat, paralel və diaqonal hakimlikdən istifadə edir. Paralel hakimlikdən çox vaxt zalda keçirilən yarışlarda istifadə olunur.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin