Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə10/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

Futbol hakiminin tərbiyəçi – müəllim və oyunun rəhbəri kimi rolu olduqca böyükdür. Dəqiq hakimlik, meydanda kobudluqla aparılan barışılmaz mübarizə və ayrı-ayrı futbolçuların intizamsızlığı, yarışan komanda oyunçularına vaxtında verilən xəbərdarlıq və göstərişlər yarışın yüksək texniki və taktiki səviyyədə keçirilməsinə təsir göstərir.



2. Yarışın növləri. Uduzaraq yarışdan çıxmaq, dairəvi və qarışıq yarış sistemləri.



YARIŞIN NÖVLƏRİ
Qarşıya qoyulmuş məqsəddən asılı olaraq yarışlar əsasköməkçi ola bilər. Əsaslara o yarışlar aiddir ki, hansı ki, onlar futbol üzrə respublika idman təsnifatı tələbinə əsasən təşkil edilir və nəticələrinə görə idman dərəcəsi , qalib və ya çempion adı verilir.

Əsas yarışın növləribu təqvim yarışlarıdır, hansı ki, bu idman tədbirlərinin vahid təqvim planı ilə nəzərə alınır və təsdiq edilmiş əsasnaməyə görə keçirilir.

Əsas növ yarışlara aşağıdakılar aiddir:

- birinciliklər və çempionatlar;

- kubok yarışları;

- seçmə yarışlar.
Birinciliklər və çempionatlar – daha məsuliyyətli yarışlardır, hansı ki, bunların nəticələrinə görə qalib komandaya çempion adı verilir. Yarışın təşkilinin bu növü komandanın obyektiv qiymətləndirilməsinə, keçirilən tədris-məşqin keyfəyyətli keçirilməsinə təsir göstərir.

Kubok yarışları, qısa müddətdə yarışlara maksimal sayda komandaların cəlb edilməsi ilə keçirilir.

Kubok yarışları ardıcıl yaxşıların seçilməsi prinsipinə əsasən keçirilir.

Seçmə yarışların növbəti mərhələdə iştirak edəcək qüvvətli komandaların müəyyən edilməsi məqsədi ilə keçirilir.

Köməkçi növ yarışlara aşağıdakılar aiddir:
- yoxlama görüşləri;

- yoldaşlıq göruşləri;

- nümunəvi görüşlər;

- qısaldılmış yarışlar.


Yoxlama görüşləri keçiriləcək yarışlara komandanın hazırlığının yoxlanılması və hazırlanması məqsədi ilə keçirilir.

Yoldaşlıq görüşləri tədris-məşq məqsədli və ya ənənəvi yarış planında keçirilir. Nümunəvi görüşlər futbolun geniş yayılması və idman ustalığının nümayiş etdirilməsinə xidmət edirlər. Qısaldılmış yarışlar bir neçə saat müddətində keçirilir.

Adicə olaraq onların bayram gunlərində və ya idman mövsümünün açılmasında keçirilməsi planlaşdırılır. Belə yarışların keçirilməsini sürətləndirmək üçün, oyunun müddəti qısaldılır. Qısaldılmış yarışın proqramına heç də anjaq yarışın keçirilməsi deyil, həm də oyunçuların fiziki, texniki hazırlıqları və test göstəriciləri üzrə yarışları da daxil etmək olar.
YARIŞIN PLANLAŞDIRILMASI
Ölkədə bədən tərbiyəsi hərəkatının təşkili quruluşunun xüsusiyyətini nəzərə alaraq respublikada, vilayətdə, şəhər və bədən tərbiyə kollektivlərində futbol yarışlarının müəyyən sistemi təşəkkül tapmışdır. Bu sistem ərazi və təşkilat prinsipini nəzərə almaqla müxtəlif miqyasda keçirilən yarışların ardıcıllığını, imkanlılığını və növbələşdirilməsini nəzərdə tutur.

Futbol yarışlarının planlaşdırılması mərkəzləşdirilmiş xarakter daşıyır. Respublika miqyaslı yarışları AFFA planlaşdırır, onun təqvimini işləyib hazırlayır. Şəhər, rayon üzrə yarışları müvafiq idman təşkilatları təşkil edib keçirirlər.



Bu yarışların təkrarını, komandaların həddən artıq məşğul olmalarını, böyük gedişlərin edilməsi ehtimalını aradan qaldırır və komandaların tədris-məşq işi üçün tam dolğun şərait yaradır. Yarışların vahid yekun təqvim planı – bu heç də sadəjə olaraq tədbirlərin siyahısı olmayıb, futbolun gələcəkdə inkişaf etdirilməsinin dərin düşünülmüş idman təşkilatlarının qarşılıqlı fəaliyyətlərinin planıdır. O özündə ərazi və təşkilatların yarışlarının keçirilməsi ilə əlaqədar bütün sualları əhatə edir.

Respublika, vilayət, mahal və şəhər yarışlarının yekun təqvim planlarını, yuxarı təşkilatların yarışları planlaşdırmalarını nəzərə almaqla 4 il müddəti üçün tərtib etmək məqsədəuyğundur. Futbolun vahid yekun planına zəruri düzəliş etdikdən sonra o müvafiq bədən tərbiyəsi və idman komitələrinin kütləvi idman tədbirləri planına daxil edilir və bütün idman təşkilatları üçün məcburidir.


YARIŞIN SİSTEMLƏRİ
Təcrübədə əsas 3 yarış sistemi təşəkkül tapmışdır: dairəvi, uduzduqdan (bir və ya iki) sonra yarışdan çıxmaq və qarışıq, bu birinci iki sistemin qarışığıdır.


Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin