Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə7/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   2   3   4   5   6   7   8   9   10   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

Kənar müdafiəçilər

Ön mərkəz müdafiəçi

Azad mərkəz müdafiəçi

etalon

orta

minimal

etalon

orta

minimal

etalon

orta

minimal

Eninə, ar-xaya, kiçik və orta məsafələrə ötürmələr

12/17

11/18

10/20

7/14

5/0

6/0

6/0

5/0

5/0

Önə, kiçik və orta məsafələrə ötürmələr

26/16

19/16

16/19

24/12

20/20

17/24

30/13

25/20

20/35

Uzağa ötürmələr

12/33

10/40

10/50

5/20

5/40

3/33

8/35

6/33

6/50

Top aparmaq

7/0

7/0

5/0

2/0

2/0

2/0

1/0

1/0

2/0

Aldatmaq

4/25

3/33

2/50

1/0

1/0

1/0

-

-

-

Top almaq

18/27

18/27

15/33

13/31

12/33

11/45

6/17

6/17

5/40

Qabaqla-maq

15/33

14/14

12/25

18/17

15/13

11/37

19/10

14/10

9/11

Başla oyun

5/40

4/50

10/10

10/20

10/20

10/20

9/11

8/12

8/25

Qapıya zər-bə

2/0

2/50

1/0

-

-

-

1/0

-

-

Cəmi oyun müddətində

100/20

85/22

75/28

80/16

70/20

60/25

80/14

65/17

55/25


Qeyd: Mötərizədəki öndəki rəqəmlər TTF-in miqdarı, mötərizədə olan

rəqəmlər TTF icra edərkən edilmiş səhvlər.



Jədvəl 2

Orta xətt və hücumda oynayan futbolçuların TTF (texnik-taktiki fəaliyyət) fərdi model göstəriciləri



T T F

Ön mərkəz yarımmüdafiəçi

Hüjumçu

etalon

orta

minimal

etalon

orta

minimal

Eninə, arxaya, kiçik və orta məsafələrə ötürmələr

12/17

10/20

10/20

10/10

12/25

13/33

Önə, kiçik və orta məsafələrə ötürmələr

27/19

25/20

25/20

24/30

20/35

17/4

Uzağa ötürmələr

12/35

10/56

8/50

10/40

10/50

8/50

Top aparmaq

10/0

8/0

7/0

12/0

10/0

9/0

Aldatmaq

7/14

7/29

7/29

7/29

15/39

13/46

Top almaq

8/37

8/37

8/50

3/33

3/33

3/33

Qabaqlamaq

12/35

12/33

12/33

8/50

7/59

5/60

Başla oyun

7/17

5/20

5/40

7/29

6/33

5/40

Cəmi oyun müddətində

100/23

90/26

85/29

90/28

85/32

75/36

Yuxarıda qeyd edilən təxmini normativlər usta komandalarda tətbiq edilən texniki taktiki fəaliyyətlərdir. Normativlərin tətbiqi futbolçuların texniki taktiki hazırlıqlarının qüsurlu, qəbahətli cəhətlərini aşkar etməyə imkan verir. Bununla da təlim-məşq prosesində qüsur və qəbahətlərin aradan qaldırılması üçün aydın-aşkar məqsədlərin həlli yaranır. Məşqçi konkret olaraq müdafiə, yarımmüdafiə və hücum xətti futbolçuları üçün təlim-məşqdə tapşırıqlar verməklə onlar üçün zəruri-vajib hərəkətlərin təkmilləşdirilməsi üçün xüsisi vasitə və metodlar tətbiq etməklə müvafiq qüsur və qəbahətlər məşq edilərək təkmilləşdirilir və dinamiki stereotip halına çatdırılmaqla TTF möhkəmləndirilir.

Bildiyimiz kimi Azərbaycan futbolçularının texniki-taktiki hazırlıqları heç də gizli deyildir ki, dünyanın qabaqcıl futbolçularından hələlik çox geridədir.

Hal-hazırda Azərbaycan futbolçularının texniki-taktiki hazırlıq səviyyələrinin dünyanın qabaqcıl futbolçularının səviyyəsinə qaldırılması məqsədi günün ən ümdə vacib məsələlərindəndir. Odur ki, bu məqsədlə yeni yollar axtarılmalı və bu qəbahət, qüsurlar aradan qaldırılmalıdır ki, Azərbaycan futbolçuları bizim futbolu beynəlxalq aləmdə layiqincə təmsil edə bilsinlər. Bunun üçün dünyanın qabaqcıl təcrübələrindən istifadə etmək, futbolçularımızın texniki-taktiki hazırlıqlarını dünya tələbləri standartları səviyyəsinə qaldırılmalıdır. Bu da Azərbaycan futbolunun şərəfinin dünyada layiqincə təmsil edilməsinə xidməti olardı.


Suallar


  1. Texniki hazırlıq – idman ustalığının artırılmasının əsasıdır.

  2. Texniki hazırlıq materiallarının ardıcıl təlimi.

  3. Texnikanın təkmilləşdirilməsində tətbiq edilən metodlar və metodiki fəndlər.

  4. Oyun texnikasının təkmilləşdirilməsi üzrə olan vasitələr.

  5. Təlim prosesinin quruluşu.

  6. Çoxillik məşq prosesində texniki hazırlıq.

  7. Fərdi məşq məşğələləri.

  8. Usta komandaların texniki hazırlığının yoxlanması üzrə normativ tələblər.

  9. Futbolçularının texnikasının gələcəkdə daha da təkmilləşdirilməsinin yolları.

III kurs. İxtisas. 4 №-li mühazirə. 8 saat.

Mövzu: «TAKTİKİ HAZIRLIQ»


P L A N



  1. Taktiki hazırlığın texniki, fiziki və psixoloji hazırlıqlarla qarşılıqlı əlaqəsi. Müdafiədə oyun: sahə, fərdi və qarışıq. Oyun taktikasının təkmilləşdirilməsi üçün oyun hərəkətləri və ikitərəfli oyunlar.

  2. Taktiki ustalıq və tapşırıqla oynamaq bacarığı. Çoxillik məşq prosesində taktiki hazırlıq. Futbolçuların taktiki hazırlıqlarını təkmilləşdirmək məqsədi ilə yoxlama yarışlarının keçirilməsi.

  3. Futbolçuların taktiki hazırlıqlarının gələcəkdə daha da təkmilləşdirilməsinin məqsəd və yolları.


1. Taktiki hazırlığın texniki, fiziki və psixoloji hazırlıqlarla qarşılıqlı əlaqəsi. Müdafiədə oyun: sahə, fərdi və qarışıq. Oyun taktikasının təkmilləşdirilməsi üçün oyun hərəkətləri və ikitərəfli oyunlar.




Taktikanın təlimi və təkmilləşdirilməsi prosesi məşqin bilavasitə daha mürəkkəb bölməsidir. Müasir futbolda bilavasitə müvəffəqiyyətini təmin edən amillər oyunun aparılmasının mütərəqqi taktiki metodları və futbolçuların yüksək taktiki ustalıqlarıdır. Taktiki hazırlıq şərti olaraq ümumi və xüsusi hissələrə bölünür.
Futbolun ümumi taktiki hazırlığı idman oyunlarının taktikasının ümuminəzəri əsaslarını futbol oyunu şəraitinə yaxınlaşdırılmış müxtəlif şəraitlərdə onlardan istifadə edilməsinə əməli üsulların, eləjə də futbolçularda geniş taktiki təfəkkürün inkişafını özündə birləşdirir.
Xüsusi taktiki hazırlıq bilavasitə taktiki bacarıq, vərdiş və qabiliyyətlərin dərinləşdirilmiş təkmilləşdirilməsi futbol materialları əsasında qurulur.
Futbolçuların taktiki hazırlıqları öz aralarında sıx birləşmiş nəzəri və əməli məşğələlərin köməkliyi ilə həyata keçirilir. Taktikaya dair nəzəri biliklərin həjmini genişləndirmək üçün ədəbiyyat mənbələri ilə tanış olmaq, videomateriallara baxmaq, oyunları və tədris-məşq məşğələlərini müşahidə etmək, oyun qaydalarını öyrənmək lazımdır. Taktiki hazırlığın əməli bölməsi oyunçuya fərdi və komanda yoldaşları ilə birlikdə fəaliyyət göstərməyə imkan verən konkret bacarıq və vərdişlərdir.
Taktiki hazırlıq prosesində bu məqsədlər həll edilir:
  1. Oyunçularda taktiki təfəkkürün, meydanda səmtin müəyyən edilməsinin, müxtəlif oyun vəziyyətlərində nəzəri təşəbbüskarlıq göstərilməsinin inkişafı.
  2. Hücum və müdafiədə fərdi fəaliyyətin və yoldaşla sadə qarışıqlı fəaliyyətin təlimi, qarşıya qoyulmuş məqsədi həll etmək üçün ayrı-ayrı texniki fəndlərdən effektli istifadə etmək bacarığının formalaşması.
  3. Oyunçularda meydandakı oyun şəraitindən asılı olaraq bir komandalı fəaliyyətdən digərinə çevik və tezkeçmə qabiliyyətinin inkişaf etdirilməsi.

Taktikanın təlimi və təkmilləşdirilməsinin əsas metodu mənimsənilmiş və öyrənilmiş hərəkətlərin taktiki bacarıqlarının təkmilləşdiril­məsinə yönəldilmiş çoxmiqdarlı təkrarıdır.
Belə məşq nəticəsində futbolçularda müvafiq oyun stereotipi yaranır, bu da ki, taktiki məşqin mahiyyətidir.
Taktiki hazırlıq fərdi, qruppa halında və komandalı fəaliyyətin mənimsənilməsini nəzərdə tutur. O taktiki fəaliyyətin mənimsənil­məsindən və təkmilləşdirilməsindən ibarətdir (açılmaq, bağlamaq, mövqe seçmək, top ötürmək və s.).
Təcrübədə bu oyun hərəkətlərindən istifadə edilir:
  1. «Top dairədə» (və ya kvadratda) müəyyən meydanda oynayanlar dururlar, onlar topu bir-birinə elə ötürürlər ki, dairənin və ya kvadratın ortasında «işləyən» oyunçular topa sahib olmasınlar və ya ona toxunmasınlar. Əgər top dairədən çıxsa, bu zaman «işləyən» oyunçu ona toxunsa və ya ona sahib olsa, onda «işləyən» oyunçu topu düzgün ötürməyən oyunçunun yerinə keçir.
  2. Top 30x30 m kvadratda. İki nəfər iki nəfərə qarşı bir neytral oyunçu ilə oynayırlar. Neytral oyunçu həmişə topla olan oyunçularla oynayır.
  3. Eyni ilə lakin, 3 nəfər 3 nəfərə qarşı, 4 nəfər 4 nəfərə qarşı oynayır.
  4. Bir qapıya edilən hücumda 3-6 oyunçu iştirak edir. Hücum oyunçuların topu «itirməsinə» və ya qapının zəbt edilməsinə qədər aparılır. Hücumçular topu itirdikdən sonra və ya qapını zəbt etdikdən sonra yenidən meydanın mərkəzindən hücuma başlayırlar.
  5. Eyni ilə lakin, müdafiədə bir nəfərdən beş nəfərədək oyunçu oynayır.
  6. Basketbol, həndbol, xokkey oyunu «açılmaq» və ya «bağlamaq». Futbolçu bütün fərdi fəaliyyətini yoldaşı ilə sıx əlaqədə icra etməyi bacarmalıdır.



2. Taktiki ustalıq və tapşırıqla oynamaq bacarığı. Çoxillik məşq prosesində taktiki hazırlıq. Futbolçuların taktiki hazırlıqlarını təkmilləşdirmək məqsədi ilə yoxlama yarışlarının keçirilməsi.
Taktikanı təkmilləşdirmək üçün hərəkətlər əksər hallarda eyni vaxtda oyun taktikasının təkmilləşdirilməsinə xidmət edir. Bu və ya digər hərəkətə taktiki xarakter vermək üçün onun verilməsi metodunu dəyişdirir. Belə ki, futbolçuya topun ötürülməsi hərəkətlərini icra etməyi təklif edərkən əsas diqqət zərbələrin icrası və topu saxlama ijra texnikasına deyil, ötürmənin istiqamətinə və vaxtında ötürülməsinə verilir. Taktiki planla oynamağı bajarmaq olduqca vacibdir. Yaranmış konkret oyun şəraitindən asılı olaraq taktiki məqsədlərin düzgün həllini tapmaq əsasdır. Bununla əlaqədar xüsusi oyun hərəkətləri ilə yanaşı ikitərəfli oyunlar da keçirilir. Bu oyunlarda müəyyən komandalı taktiki məqsədlər həll edilir. Uzun müddət topu özündə saxlamaq, öz komandasının və rəqib komandanın sayja üstünlüyündən oynamaq, futbolçulara mənimsənilmiş taktiki kombinasiyaları, sistemləri ilə tanış olan və olmayan komandalarla oyunda tətbiq etməyi öyrətmək lazımdır.

Oyun prosesində idmançılar iki əsas məqsədi həll edirlər: topu «özgə» komandası qapısına mümkün qədər çox keçirmək və öz qapısına top buraxmamaq. Bunun üçün futbolçular öz yoldaşlarının oyun qaydaları çərçivəsində hərcür mümkün olan üsullarla onu müdafiə etməsi ilə iki vəzifəni icra edirlər: müdafiə və hücum. Hər bir konkret oyundakı vəzifəni xüsusi çəkisinin icrası oyun şəraitindən oyunçunun komandada tutduğu yerdən, alınmış taktiki tapşırıqdan, oyun sistemindən və s. asılı olur.

Müdafiə vəzifələrini müvəffəqiyyətlə həll etmək üçün futbolçu müəyyən taktiki bacarığa malik olmalıdır. O rəqib komandanın hücum istiqamətini müəyyən etməyi bacarmalı və buna müvafiq olaraq yoldaşları ilə qarşılıqlı fəaliyyət göstərməli, düzgün mövqe seçməli, vaxtında hücum etməlidir.

Hərəkətin taktikası fəaliyyətdə kombinasiyanın müəyyən ardıcıllıqla çox miqdarda təkrarı nəticəsində təkmilləşir. Komandada ayrı-ayrı futbolçular, ayrı-ayrı manqalar və xətlər arasında möhkəm, qarşılıqlı əlaqə yaranır.

Futbolçuların əsas taktiki vəzifələri hazırlığına aşağıdakılar daxildir:


  1. yarışlarda qüvvəni bölüşdürməyi təkmilləşdirmək;

  2. topa yiyələnmə taktikasından çevikliklə istifadə edilməsini təkmilləşdirmək;

  3. komandanın bütün xətlərinə qarşılıqlı əlaqəni təkmilləşdirmək;

  4. yarışlarda bir taktiki kombinasiya və oyun sistemindən digərinə məqsədə uyğun şəkildə seçilməsini təşkil etmək.

Yarışlarda qüvvəni bölüşdürmək və təkmilləşdirmək üçün bu metodiki fəndləri tətbiq etmək məsləhət görülür:



  • Dəqiq planlaşdırılmış tempin icrası tapşırığın daxil edilməsi. Bu zaman temp hissi, tapşırılmış vaxt müddəti onun bərabər səviyyədə saxlanılması, tələbatla əlaqədar olaraq sürətləndirməyi və ya ləngitməyi inkişaf etdirir. Bura topun sürətlə ötürülməsinin dəyişdirilməsi hərəkəti və kiçik sürətlə topu ötürməklə yerdəyişmək və topu saxlamaq daxil olur. Bu hərəkətlər temp amillərinin və onlara qarşı əks müqavimət göstərməyin aşağı salınmasında istifadə edilən vasitələrdəndir.

  • Oyunda «aralıq finişindən» istifadə etmək. Məsələn, tədris oyunun ortasında elan edilir. Oyunun axırına minimum vaxt qalır, vurulan qolların hesabı heç-heçə və ya uduzan komandanın xeyrinədir. Bu futbolçularda hərəkətin icrası zamanı fəallığı və fəaliyyətin intensivliyini kəskin artırır.

  • Oyunun qurtarması vaxtını uzadılması. Bu futbolçular üçün gözlənilmədən həyata keçirilir. Gizli saxlanılan forma, futbolçuları oyunun müəyyən hissəsini qazanılmış müvəffəqiyyətdən asılı olmayaraq qüvvələrini maksimal gərginliklə fəaliyyətə həsr etməyə vadar edir.

  • İstirahət edən futbolçuları ardıcıllıqla oyuna daxil etmək. Əgər tədris oyununda bir komandanın oyunçuları nisbətən asanlıqla üstünlük fəallıq və fəaliyyəti qazanaraq nəzərə çarpan dərəcədə aşağı salmışsa, onda uduzan komandanın heyətinə idman mübarizəsini kəskinləşdirə biləjək yeni və ya istirahət etmiş oyunçuları daxil etmək olar.

Topu mənimsəmə texnikasından çevik istifadə etməyi təkmilləşdirmək üçün bu metodiki fəndlərdən istifadə etmək məsləhət görülür:

  1. Texniki fəndlərin hərəkəti mürəkkəbləşdirilmiş şəraitdə düzgün seçməklə icra etmək, mürəkkəbləşdirilmiş xarici şəraiti heç də ancaq yeni meydan, qüvvətli külək, havanın soyuqluğu və s. aid deyildir. Buna həm də futbolçulara tamaşaçıların davranışının, yarışın məsuliyyətliliyinin, futbol meydanının görmə səmti şəraitinin mürəkkəbliliyinin və s. göstərdiyi təsir də aiddir.

  2. Hərəkəti yarış şəraitinə yaxınlaşdırmaq üçün futbolçuların fərdi hərəkətlərinə əks müqavimətli taktiki hərəkətləri daxil etmək olar. Əks müqavimət passiv və aktiv ola bilər, lakin onların üsulları maksimal imkanlı olmalıdır. Futbolçuların fəaliyyətlərində əsas səhvlər ləğv edildikdən sonra, fəal əks müqavimət daxil edilir. Əks müqavimətin intensivliyi oyundakından aşağı səviyyədə olmalıdır.

Əks müqavimətin passiv və fəal üsulları mürəkkəb taktiki vərdişlərin formalaşmasına təsir göstərir və eyni zamanda futbolçularda öz qüvvələrinə inamın tərbiyə edilməsinə köməklik edir.

  1. Gələcək rəqibin taktiki plan və sisteminə nisbətən daha yaxın oynayan komandaya qarşı tədris oyunun keçirilməsi. Bu təklif olunan taktiki fəndləri və oyun sistemlərini yoxlamağa imkan verir.

  2. Taktiki məqsədin bir hissəsini sərbəst yaradıcılıqla həll etmək üçün ayırmaq.

Yarış prosesində çoxlu anlar yaranır. Bu konkret taktiki oyun sxemində nəzərdə tutulub. Lakin bu futbolçudan onun bütün yaradıcılıq qabiliyyəti və fəaliyyətinin icrasını əks etməyi tələb edir. Yaradıcılıq təşəbbüskarlığını müvəffəqiyyətlə inkişaf etdirməkdən ötrü taktiki məqsədin hansı bir hissəsini futbolçu tərəfindən sərbəst həll olunmaq üçün saxlamaq lazımdır.




3. Futbolçuların taktiki hazırlıqlarının gələcəkdə daha da təkmilləşdirilməsinin məqsəd və yolları.
Taktiki hazırlıq futbolçuların ümumi hazırlıqlarının bir növü olmaqla futbolçuların hərtərəfli, ahəngdar, yüksək təfəkkürə istinad edilmiş fəaliyyət olub futbol oyunun mahiyyət və məzmununun daha da təkmilləşdirilməsinə xidmət göstərir.

Bildiyimiz kimi, taktika strategiyaya xidmət göstərir və ondan asılıdır. Strateji məqsəddən asılı olaraq taktika yaranmış konkret şəraitdən asılı olaraq dəyişə bilər və bilavasitə strategiyaya xidmət etməlidir.

Futbol oyunun yaranmasından bu günə qədər taktikanın inkişafı və təkmilləşməsi prosesi böyük təkamül yolunu keçmiş, müasir halını almışdır. Futbol inkişaf etdikcə onun taktikası da inkişaf edir, təkmilləşir, bu təbii bir haldır. Təsadüfi deyil ki, futbolda bərabər hazırlıq səviyyələri olan komandaların mübarizəsində taktiki hazırlıq həlledici rol oynayır. Futbol komandalarının hazırlıq səviyyələri artdıqca onların bütün hazırlıq növlərinə münasibət daha da ciddi olduğundan taktiki hazırlığa da digər hazırlıq növləri kimi yüksək münasibət olmuşdur. Obrazlı desək, futbol şahmat oyunu kimi ağılların mübarizəsidir. Yüksək taktiki təfəkkürə malik olan komanda daim ən güjlü rəqiblə mübarizə yollarını araşdırıb axtarır və bununla da taktiki hazırlığın təkmilləşdirilməsi yollarını müəyyən edərək, onu təkmilləşdirir və futbol oyunun daha da təkmilləşdirilməsinə nail olur. Təsadüfi deyil ki, bu gün dünya miqyasında keçirilən ən iri miqyaslı yarışlarda (Olimp oyunları, Dünya birinciliyi və s.) yüksək hazırlıqlı təqdirə layiq olmaqla komandaların yüksək ustalıqları məqsədlərinə xidmət edir.

Taktiki hazırlıq – fərdi, qruppalı və komandalı fəaliyyətin vəhdətindən ibarət olduğundan bu hazırlıqların hər biri daim təkmilləşdirilməli və futbolun inkişaf etdirilib təkmilləşdirilməsinə xidmət etməlidir.

Fərdi, qruppalı və komandalı oyun fəaliyyətin uzlaşmış fəaliyyətinin daha da təkmilləşdirilməsi yolları daim araşdırılır və yeni-yeni yollar axtarılıb tapılır. Buna misal böyük miqyaslı yarışlarda ayrı-ayrı komandaların göstərdikləri böyük ustalıqları misal göstərmək olar. Demək olar ki, futbol dünyanın bütün qitələrini əhatə edir. Futbol bir oyun kimi öz çərçivəsindən çıxaraq artıq xalqlar arasında qarşılıqlı etimad, dostluq, sülh, mədəniyyət və həmin xalqın intellektual inkişaf səviyyəsini əks etdirən allahtalanın bəşəriyyətə bəxş etdiyi bir amilə çevrilmişdir. Futbol millətin, xalqın mənəvi, əxlaqi kamilliyini əks etdirir. Bu baxımdan futbolun taktikası taktiki təfəkkürün indiyə qədər mövcud imkanlarından istifadə edilməsi dərəcəsi heç də bəşəri futbolu qane etmək iqtidarında deyil. Odur ki, taktiki fəaliyyətin potensial imkanları qeyri-məhdud olmadığından onu daim araşdırmaq və təkmilləşdirmək lazımdır.
Suallar


  1. Taktiki hazırlığın texniki hazırlıqla qarşılıqlı əlaqəsi.

  2. Taktiki hazırlığın fiziki hazırlıqla qarşılıqlı əlaqəsi.

  3. Taktiki hazırlığın psixoloji hazırlıqla qarşılıqlı əlaqəsi.

  4. Müdafiədə oyun: sahə, fərdi və qarışıq.

  5. Oyun taktikasının təkmilləşdirilməsi üçün oyun hərəkətləri və ikitərəfli oyunlar.

  6. Taktiki ustalıq və tapşırıqla oynamaq bacarığı.

  7. Çoxillik məşq prosesində taktiki hazırlıq.

  8. Futbolçuların taktiki hazırlıqlarını təkmilləşdirmək məqsədi ilə yoxlama yarışlarının keçirilməsi.

  9. Futbolçuların taktiki hazırlıqlarının gələcəkdə daha da təkmilləşdirilməsinin məqsəd və yolları.

  10. Taktiki sistemlərin təkmilləşdirilməsi.

III kurs. İxtisas. 5 №-li mühazirə. 5 saat.


Mövzu: «FUTBOL ÜZRƏ YARIŞLARIN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ»
P L A N


  1. İdman yarışlarının əhəmiyyəti. Tədris-məşq prosesində yarışların yeri. Yarışın mahiyyəti. Yarışların planlaşdırılması. Rəhbər təşkilatın yarışın təşkil etməsi və keçirməsi. Böyük miqyaslı yarışların təşkili və keçirilməsi üzrə Təşkilati Komitənin fəaliyyəti.

  2. Yarışın növləri. Uduzaraq yarışdan çıxmaq, dairəvi və qarışıq yarış sistemləri.

  3. Yarışın əsasnaməsi və qarışıq yarış sistemləri. Yarışın təşkili, açılması, bağlanması və keçirilmiş yarışın hesabatının tərtibi.

Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin