Mövzu: «TEXNİKİ HAZIRLIQ»
P L A N
Texniki hazırlıq – idman ustalığının artırılmasının əsasıdır. Materialların ardıcıl təlimi. Texnikanın təkmilləşdirilməsində tətbiq edilən metodlar və metodiki fəndlər.
Oyun texnikasının təkmilləşdirilməsi üzrə olan vasitələr. Təlim prosesinin quruluşu. Çoxillik məşq prosesində texniki hazırlıq. Fərdi məşq məşğələləri.
Usta komandaların texniki hazırlığının yoxlanması üzrə normativ tələblər. Futbolçularının texnikasının gələcəkdə daha da təkmilləşdirilməsinin yolları.
Texniki hazırlıq – idman ustalığının artırılmasının əsasıdır. Materialların ardıcıl təlimi. Texnikanın təkmilləşdirilməsində tətbiq edilən metodlar və metodiki fəndlər.
Futbolçunun texniki hazırlığı onun texniki fəndlərin çoxcəhətli səviyyədə mənimsənilməsi ilə müəyyən edilir. Onlar fəndləri oyunun tələblərinə müvafiq səviyyədə təkmilləşdirilməsi, oyun məqsədlərinin həllində onlardan yüksək ustalıqla istifadə edilməsi kimi dərk etmək lazımdır. Futbolçunun idman hazırlığı prosesi oyun texnikasının daim təkmilləşdirilməsi ilə əlaqədardır. Təlim və məşqin başlıca məqsədlərindən biri futbolun texnikasının hərtərəfli mənimsənilməsidir. Bu məqsədi həll etmək üçün aşağıdakılar tələb olunur: Bütün müasir oyun texniki fəndlərini bərabər səviyyədə mənimsəmək və onların müxtəlif vəziyyətlərdə daha təkmilləşmiş üsullarla icra etməyi bacarmaq.
Bir fəndin digər fəndlə müxtəlif ardıjıllıqda uzlaşdırılmasını bacarmaq.
Komandada icra etdiyi vəzifə ilə əlaqədar oyunda tez-tez lazım olan kompleks fəndləri mənimsəmək.
Fəndlərin icra keyfiyyətlərini daim artırmaq, sərbəst və məcbur olmayan hərəkətlərdə ümumi uzlaşmanı yaxşılaşdırmaq.
Futbolçuların texniki ustalıqları taktikasının təkmilləşdirilməsi ümumnəzəri əsaslar üzərində qurulur, həm də hərəki və mənəvi-iradi keyfiyyətlərin inkişafı ilə birlikdə həyata keçirilir. Məşq prosesində nəbz hesabına icra texnikasını yaxşılaşdırmaq olar. Yadda saxlamaq lazımdır ki, buna hərəki keyfiyyətlərin səviyyələrinin artırılması effektli köməklik göstərə, cəldlik və çevikliyin, sürət, qüvvə, dözümlülük sadə vəziyyətlərdə yüksək ustalıq səviyyəsinə qədər çatdırılmış fəndin icra texnikası, oyunda yüksək nəticələrin qazanılmasına təminat verə bilməz.
Zərbə, ötürmə, topaparmanın və s. hərəkiliyin və vərdişlərin variantlılığını işləyib-hazırlamaq üçün onları öyrənmək, fəndlərin icra şəraitini daim dəyişmək lazımdır.
Öyrənilmiş fəndlər tədris oyunlarında və yarışlarda möhkəmləndirilir. Texnikanı təkmilləşdirmək üçün bütün məlum metodlar tətbiq edilir. Təkrar yarış eləcə də, oyun metodlarının bütün variantları və növləri daha çox yayılmışdır.
HƏRƏKƏT TEXNİKASI
Hərəkət texnikasının təliminə elə ilk məşğələdən başlamaq lazımdır. Texnikanın təkmilləşdirilməsi bütün idman fəaliyyəti dövrünü əhatə edir. Burada hərəkətlərin seçilməsində və tətbiqində növbəti əsas tələblər nəzərdə tutulur.
Hərəkətlər futbolçuların əsas fəndlərindən və hərəkət texnikası üsulundan, eləjə də onların uzlaşmasından və s. ibarət olmalıdır. Hərəkət əksərən oyundakı yerdəyişmələrin spesifikliyini əks etdirməlidir.
Hərəkət – dəyişən temp və ritmdə icra edilməlidir. Hərəkət texnikasının təlimi və təkmilləşdirilməsi prosesi sürət, çeviklik, hoppanma və sürət dözümlülüyü ilə hərəki keyfiyyətlərin inkişafı ilə sıx bağlıdır. Buna görə də bu keyfiyyətlərin inkişafında metodiki təkliflərə ciddi riayət etmək lazımdır.
Hərəkət texnikasının təlimində ümumi və xüsusi fiziki hazırlığın vasitələrinin çoxundan isifadə etmək olar. Aşağıda göstərilən bir qrup xüsusi hərəkətləri, həm də hərəkət texnikasının ayrı-ayrı fənd və üsullarını, eləcə dəonların uzlaşmasını mənimsəməyə istiqamətləndirilmişdir.
Dostları ilə paylaş: |