Futbol yarışlarının təmənnasız yüksək mənəvi-əxlaqi və fiziki kamillik anlayışı vaxtı səviyyəsində təşkil edilib keçirilməsi zamanı futbolçuların ali intellektual səviyyələri idman mübarizəsinin nəticəsinə (məğlubiyyətə, qələbəyə) olan tamaşaçı münasibəti daha obyektiv və düzgün çıxarılır. Bu zaman idman mübarizəsində heç kim uduzmur fikrinə real sağlam münasibət göstərilərək layiqli qələbəyə, məğlubiyyətə də eyni sağlam münasibət bəslənərək alqışlanır. Sağlam məzmunda, təmənnasız keçirilən futbol yarışları futbolun gələcək inkişafının əsasıdır. Odur ki, futbol yarışlarının təşkili və keçirilməsi həddən artıq məsul prosesdir. Yarışın təşkilatçıları, onun keçirilməsi və təşkil edilməsində şəxsən özünü vicdanı, kollektiv və cəmiyyətlərin, ölkə və bəşəriyyətin qarşısında məsuliyyət daşıyır. Futbol yarışları bəşəriyyətin kamilləşməsində böyük əhəmiyyət kəsb edir. Bu prosesdə başlıca amil ədalət, xeyirxahlıq, səmimiyyət və düzgünlükdür. Qeyd edilən amillərə biganəlik olarsa, onlar təhrif edilərsə yarışlar özünü ilahilik əlamətlərini itirir və ümumbəşəri əhəmiyyət kəsb etmir. Ona görə də çalışmaq lazımdır ki, miqyasından, səviyyəsindən asılı olmayaraq yarışlar təmənnasız, sağlam ruhda, əsl idman mübarizəsi səviyyəsində təşkil edilib keçirilsin. Bütün bu göstəricilər futbolun inkişafı üçün əsas zəmindir.
Yarışın əhəmiyyəti – futbol yarışları tədris-məşq işinin əsas bölməsini təşkil edir. Onlar məşqlərə marağı artırır, ölkədə futbolun kütləvi inkişafına təsir göstərirlər. Oyunlarda ardıcıl iştirak etmədən futbolçu yüksək nəticələrə nail ola bilməz. Yarış, iştirakçıların və komandanın fiziki, texniki, taktiki və mənəvi-iradi hazırlıq dərəcələrini aşkar edir, tədris-məşq prosesinin vəziyyəti və istiqamətini müəyyən etməyə imkan verir. Yarışın nəticələri tədris-məşq işinin yekunu kimi qəbul edilir. Yarış qələbə qazanmaq üçün inadkarlığı, qüvvə, idarə, müəssisə, şəhər, respublika, ölkənin kollektivi qarşısında məsuliyyət hissini tərbiyə edir. Oyunun emossional gərginliyi futbolçuların psixoloji cəhətlərini aşkar edir.
Təmiz havada keçirilən yarışlar, böyük sağlamlaşdırıcı əhəmiyyətə malikdir, onlar fiziki inkişafın qiymətli vasitəsi və imkanlısıdır.
Böyük miqdarda tamaşaçıları özünə cəlb edən yarışlar çox güclü təbliğatı vasitə olaraq futbolu məhşurlaşdırır. Onlar iştirakçılara və tamaşaçılara təşkiledici təsir göstərərək sonunjuları bədən tərbiyəsi və idmanla fəal məşğul olmağa cəlb edir.
Dostları ilə paylaş: |