Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə2/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   2   3   4   5   6   7   8   9   ...   23
3 kurs Futbol İxtisas Mühazirə





1. Hərtərəfli fiziki hazırlıq müasir futbolda idman nəticələrinin qazanılmasının əsas şərtlərindən biridir. Futbolçuların ümumi və xüsusi fiziki hazırlıqlarının məqsədi və mahiyyəti. Məşğul olanlara fərdi münasibət.




Fiziki hazırlıq – tədris-məşq prosesinin vacib bölmələrindəndir. Futbolçunun hərtərəfli fiziki hazırlığa malik olması onun işgörmə qabiliyyətini artırmaqla texniki və taktiki fəaliyyətinə müsbət təsir göstərir. Bu isə son nəticədə idman nailiyyətinin əldə edilməsinə zəmin yaradır. Hərtərəfli fiziki hazırlığa mane olan futbolçu oyun vaxtı özünün bacarıq və qabiliyyətindən tam istifadə edə bilir. Odur ki, müasir futbolda futbolçuların fiziki hazırlıqları çox əhəmiyyətə malik olaraq qalır və öz əhəmiyyətini itirmir. Hərtərəfli fiziki hazırlıq futbolçularda həm də iradi keyfiyyətlərin formalaşmasına kömək edir. Fiziki hazırlıq ümumi və xüsusi olmaqla 2 yerə bölünür.

Futbolçuların ümumi fiziki hazırlıqları. Fiziki bacarığın hərtərəfli inkişaf etdirilməsi, ümumi işgörmə qabiliyyətinin artırılması məqsədinə xidmət edir. Burada əsas vasitə kimi ümuminkişafetdirici hərəkətlər və müxtəlif idman növlərindən məşğul olanların orqanizminə ümumi təsir göstərir. Bu halda əzələ-bağ aparatının inkişafı və möhkəmləndirilməsinə hərəkət koordinasiyasının yaxşılaşdırılmasını daxili orqan və sistemlərin funksiyalarının yaxşılaşmasına, hərəki keyfiyyətlərin səviyyələrinin ümumi artımına nail olunur. Ümumi fiziki hazırlığı artırmaq üçün tətbiq edilən hərəkətlər orqanizmə hərtərəfli təsir göstərir, lakin eyni zamanda onlardan hər biri bu və ya digər keyfiyyətin üstünlüklə inkişaf etdirilməsinə yönəldilir.

Xüsusi fiziki hazırlığın məqsədi isə futbola xas olan fiziki keyfiyyətləri və funksional imkanları inkişaf etdirmək və təkmilləşdirməkdir. Futbolçunun fəaliyyəti, icra edilən hərəkətlərin intensivliyinin daima dəyişdirilməsi ilə xarakterizə edilir. Xüsusi fiziki hazırlıq oyun fəaliyyətinin xarakteri nəzərə alınmaqla qurulur, bununla da futbolçularda texniki və taktiki ustalığı təkmilləşdirmək üçün təməl yaradılmış olur. Müəyyən fiziki keyfiyyətlərin köməyi ilə ayrı-ayrı texniki fəndlərin icrasını təkmilləşdirmək olar. Bunun üçün sadəcə olaraq bu və ya digər texniki fəndin və ya onun ayrı-ayrı ünsürlərinin icra xarakteri və quruluşu ilə oxşar olan xüsusi hərəkətlər tətbiq edilir. Fiziki hazırlıq məşğələlərində hər şeydən əvvəl təkrar, interval, dəyişən oyun və yarış metodları tətbiq edilir. İllik məşq prosesində əvvəlcə ümumi fiziki hazırlığın inkişaf etdirilməsi məsləhət görülür. Sonra onun əsasında xüsusi fiziki hazırlığı inkişaf etdirmək lazımdır. Çoxillik məşq prosesində ümumi və xüsusi fiziki hazırlığın nisbəti eləcə də onun məzmunu idman ustalığının artması səviyyəsi ilə əlaqədar olaraq tədriclə xüsusi hazırlığın həcminin artması istiqamətində dəyişir.
Ümumi fiziki hazırlıq bütün komanda ilə, xüsusi fiziki hazırlıq isə qrupp ilə aparmaq məsləhət görülürsə də, burada ilk növbədə məşğul olanların fərdi xüsusiyyətlərini onların funksional imkanlarını nəzərə almaqla hərəkətlər tətbiq edilməlidir. Məsələn, fiziki hazırlıqlı futbolçulara müxtəlif məsafələrə sürətli qaçışlar verərkən, fiziki cəhətcə zəif olanlara gimnastika hərəkətləri, koordinasiya hərəkətləri və s. vermək lazımdır.




Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin