Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN


Oyun texnikasının təkmilləşdirilməsi üzrə olan vasitələr. Təlim prosesinin quruluşu. Çoxillik məşq prosesində texniki hazırlıq. Fərdi məşq məşğələləri



Yüklə 203,94 Kb.
səhifə5/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   2   3   4   5   6   7   8   9   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

2. Oyun texnikasının təkmilləşdirilməsi üzrə olan vasitələr. Təlim prosesinin quruluşu. Çoxillik məşq prosesində texniki hazırlıq. Fərdi məşq məşğələləri.
İdman hazırlığı prosesində futbolçularda bacarıq və vərdişlər tərbiyə edilir. Buna hərəkətlərin dəfələrlə təkrarı nəticəsində nail olunur, hansı ki, o da öz növbəsində bütün üzv və sistemlərin fəaliyyətinə təsir göstərir.

İdman hazırlığı – bu bütün dəlillərin istiqamətləndirilmiş vəhdətdə istifadə edilməsidir (vəsait, metodlar, şərait) hansı ki, onların köməkliyi ilə futbolçuların idman nailiyyətlərin qazanmasına hazırlığı təmin edilir.

Bütün idman hazırlığı prosesini şərti olaraq təlim və məşqə bölmək olar.

Təlim dedikdə məşğul olanların başlanğıc mərhələdə müəyyən sistemlə bilik, vərdiş, bacarığın mənimsənilməsini dərk etmək kimi qəbul edilmişdir. Təlimin əsas məzmunu oyunun texniki ünsürlərinin ən sadə fərdi və qruppalı fəaliyyətin mənimsənilməsi hərəki vərdişlərin formalaşmasıdır.

Məşq – bu hazırlığın sonrakı mərhələsi olub qazanılmış bilik, bacarıq və vərdişlərin möhkəmlənməsinə və təkmilləşdirilməsinə istiqamətləndirilmişdir. Məşqin əsas məzmunu – texniki fəndlərin fərdi, qruppalı və komandalı taktiki fəaliyyətin təkmilləşdirilməsi, fiziki, mənəvi-iradi keyfiyyətlərin inkişaf etdirilməsidir. İdman məşqi – bu idarə etmə metodu əsasında sistemlə qurulmuş idmançının hazırlanmasıdır.

Təlim və məşqə çoxillik xüsusi təşkil edilmiş vahid pedaqoji proses kimi baxmaq lazımdır. Onlar arasında kəskin bir fərq yoxdur, necə ki, təlim edərkən biz eyni anda məşq etdiririk ki, məşq edərkən – təlim edirik.

Anlayış kimi təlim və məşqi ayırdıqda təlim və məşq işinin məqsədinin özünəməxsus xüsusiyyətini dəqiq müəyyən etməyə imkan verir.

Futbolçunun hazırlanmasının müxtəlif mərhələlərində təlim və məşqin xüsusi çəkisi dəyişilir.

Təlim və məşq prosesi tərbiyəedici xarakterli olmalıdır. Bununla əlaqədar təlim-məşq məşğələlərinə böyük tələblər irəli sürülür.

Məşğələlər elə qurulmalıdır ki, onlar məşğul olanlarda zəruri vərdiş və bacarığı, onlarda dünyagörüşü ruhunun tərbiyələndirilməsi ilə üzvi surətdə inkişaf etdirsin.

Təlim və məşq məqsədinin müvəffəqiyyətli həlli hər şeydən əvvəl məşqçinin şəxsiyyətindən asılıdır, hansı ki, o təlim-məşq prosesində mərkəzi şəxsiyyətdir. Məşqçi fasiləsiz olaraq xüsusi biliyini təkmilləşdirməli, özünün ideya-siyasi səviyyəsini artırmalı, elm və təcrübənin ən yeni nailiyyətlərini bilməli, onların futbolçuların təlim və məşq prosesində tətbiq etməyi bacarmalıdır.

Futbolçuların təlim və məşqinin vasitələri fiziki hərəkətlər, gigiyeniki faktorlar və təbiətin qüvvələridir.

Bacarıq, vərdişlərin formalaşması və təkmilləşməsi əsasən fiziki hərəkətlərin sistematik icrası nəticəsində həyata keçir. Onlar çoxobrazlıdır və onların seçilməsi təlim və məşq prosesində qarşıya qoyulmuş məqsəddən asılı olur. Fiziki hərəkətlər hərəkət koordinasiyası­nın, qüvvənin, sürətin, dözümlülük və çevikliyin artmasına təsir göstərir. Bu halda orqanizmin ürək-damar, tənəffüs və digər sistemlərinin fəaliyyəti təkmilləşir, bunula əlaqədar olaraq idman işgörmə qabiliyyəti artır, yükdən sonra bərpa prosesi sürətlənir, hər bir hərəkətlər az və ya çox miqdarda bu və ya digər bajarıq və vərdişlərə təsir göstərir. Buna görə də fiziki hərəkətlər onların daha böyük təsir göstərmələrinə görə seçilirlər.

Futbolçuların məşqində tətbiq edilən bütün hərəkətləri şərti olaraq 3 qrupa bölmək olar:




  1. Yarış.

  2. Xüsusi hazırlayıcı.

  3. Ümumi hazırlayıcı.

Yarış hərəkətləri – bu tam hərəki fəaliyyət və ya onların vəhdəti olub, futbol oyunun vasitələrini (predmetini) təşkil edir və futbol yarışı qaydalarına tam müvafiq olaraq icra edilir.

Onlar hərəkətin şəraiti və formasının daimi və gözlənilmədən dəyişilməsi şəraitində əsas fiziki keyfiyyətlərin kompleks halda təzahürü ilə xarakterizə olunur. Və «süjetlərlə» birləşdirilmiş müxtəlif hərəki keyfiyyətlərin vəhdəti şəraitindən asılı olaraq müxtəlif variantları, hərəkiliyi və s. özündə əks etdirir.

Xüsusi hazırlayıcı hərəkətlər özündə yarış fəaliyyəti ünsürlərini, onların variantlarını, eləcə də hərəkət və fəaliyyəti, əsasən bacarığın təzahürünün forma və xarakterini (oyun fəaliyyətini və kombinasiyanı) birləşdirir.

Xüsusi hazırlayıcı hərəkətin tərkibi həlledici dərəcədə futbol oyunun spesifikliyi ilə müəyyən edilir. Eyni zamanda bu hərəkətlər oyunla uyğunlaşmır. Onlar elə hesabla seçilirlər ki, futbolçuya lazım olan bacarıq və vərdişlərin inkişafına daha məqsədyönlü və ümumləşdirilmiş təsir göstərsin.

Öz növbəsində xüsusi hazırlayıcı və inkişafetdirici hərəkətlərə bölünürlər. Hazırlayıcı hərəkətlər əsasən hərəkətin forma və texnikasının mənimsənilməsinə təsir göstərir. İnkişafetdirici hərəkətlər əsasən fiziki keyfiyyətlərin inkişafı üçün müəyyən edilib. Ümumi hazırlayıcı hərəkətlər əsasən futbolçuların ümumi hazırlığına istiqamətləndirilir. Onların tərkibinə ən müxtəlif hərəkətləri, bunlara xüsusi hazırlayıcı və eləcə də əsasən onlardan fərqli olan hərəkətləri aid etmək olar.

Fərdiləşdirmək prinsipi idman məşqində məşğul olanların orqanizmlərinin imkanları və onlara göstərilən tələbat arasındakı müvafiqliyə mütləq riayət edilməlidir. Bu prinsipin tətbiqi üçün məşq yükü fiziki hərəkətlərin seçilməsi, onların intensivliyi və davamiyyəti, icra metodları məşğul olanların yaşına onların funksional imkanları səviyyəsinə, idman hazırlığının və sağlamlıq halına müvafiq olsun.

Məşqin fərdiləşdirilməsi onun effektliyinin artmasına, futbolçuların idman ustalığının artma tempinin sürətlənməsinə, onların idman fəaliyyətlərinin uzadılmasına imkan verir.




Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin