Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə3/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   2   3   4   5   6   7   8   9   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

2. Ümumi fiziki hazırlıq. Vasitələr: gimnastika, akrobatika, y/atletika, üzgüçülük, idman oyunları. Futbolçuların gündəlik gimnastika komplekslərinin məqsədi və məzmunu.
Fiziki hazırlıq – tədris-məşq prosesinin vacib bölmələrindəndir. Fiziki hazırlıq fiziki bacarığın inkişaf etdirilməsinin prosesi olub. Orqanizmin ümumi funksional səviyyəsinin artırılması, hərtərəfli fiziki inkişafla sağlamlığın möhkəmləndirilməsidir. Fiziki hazırlıq ümumi və xüsusi hazırlığa bölünür. Tədris-məşq işində ümumi və xüsusi fiziki hazırlığın məqsədləri üzvi surətdə bir-biri ilə bağlıdır.

Futbolçunun ümumi fiziki hazırlığı – fiziki bacarığın hərtərəfli inkişaf etdirilməsinin işgörmə qabiliyyətinin artırılması məqsədlərinə xidmət edir. Burada əsas vasitə kimi ümumi inkişafetdirici hərəkətlər və müxtəlif idman növlərindən (gimnastika, akrobatika, y/atletika, üzgüçülük, idman və mütəhərrik oyunlar) olan hərəkətlər tətbiq edilir, bunlar da məşğul olanların orqanizminə ümumi təsir göstərir. Bu halda əzələ-bağ aparatının inkişafı və möhkəmləndirilməsinə daxili orqan və sistemlərin funksiyalarının təkmilləşdirilməsinə, hərəkət koordinasiyasının yaxşılaşdırılmasına və hərəkətlərin inkişaf səviyyələrinin ümumi artımına nail olunur. Ümumi fiziki hazırlığı artırmaq məqsədi ilə tətbiq edilən əksər hərəkətlər orqanizmə hərtərəfli təsir göstərir. Lakin eyni zamanda onların hər biri bu və ya digər keyfiyyətin üstünlüklə inkişaf etdirilməsinə yönəldilir. Belə ki, enişli-yoxuşlu yerdə uzun müddətli qaçış üstünlüklə dözümlülüyü işkişaf etdirir. Qısa məsafələrə tədriclə sürəti artırmaqla qaçış sürəti, gimnastika və akrobatik hərəkətlər çevikliyi artırır. Bu hərəkətlər məşğələlərə əsas amil kimi daxil edilir, lakin bəzi hərəkətlər səhər məşğələlərində keçirilir.

Futbolçunun fəaliyyəti, icra edilən hərəkətlərin intensivliyinin daim dəyişdirilməsi ilə xarakterizə olunur. Əzələ fəaliyyətinin, intensiv işi aşağı fəallılıq və nisbi istirahət müddəti ilə növbələşir. Tədriclə sürəti artırmaq, sürətli qaçış, hoppanmalar, bərabər sürətli qaçış yerişlə dayanmalarla növbələşir və hərəkətin istiqamətini, ritmini, tempini dəyişməklə icra edilir. Belə fəaliyyət müəyyən fiziki yükün icrası ilə bağlıdır və vegetativ proseslərin axıcılığında ilk növbədə maddələr mübadiləsində, tənəffüs və qan dövranında müəyyən dərəcədə funksional inkişafla müşahidə olunur.

Fiziki hazırlıq məşğələlərində hər şeydən əvvəl təkrar, interval, dəyişən oyun və yarış metodları tətbiq edilir. İllik məşq dövründə əvvəljə ümumi fiziki hazırlığın inkişaf etdirilməsi məsləhət görülür. Çoxillik futbol məşğələlərinin keçirilməsi prosesində ümumi və xüsusi fiziki hazırlığın nisbəti, eləcə də onun konkret məzmunu idman ustalığının artması səviyyəsi ilə əlaqədar olaraq tədriclə xüsusi fiziki hazırlığın həcminin artması istiqamətində dəyişməlidir. Futbolçunun ümumi fiziki hazırlığında əsas rolu qüvvə, sürət, dözümlülük, çeviklik və cəldlik oynayır. Bu fiziki keyfiyyətlər futbolçunun hərəki imkanlarının səviyyəsini əks etdirir. Fiziki keyfiyyətlərin inkişaf etdirilməsi məşq prosesinin vahid ayrılmaz hissəsidir.



Ümumi fiziki hazırlığın vasitələri olan gimnastika, akrobatika futbolçuların orqanizminin bütün üzv orqan və əzələlərinin inkişafına müsbət təsir etməklə yanaşı cəldlik və çeviklik keyfiyyətlərinin inkişafına, y/atletika ümumi dözümlülüyünün, sürətli inkişafına, üzgüçülük, orqanizmin ümumi inkişafı və stereometriyanın artması və inkişafına, idman və mütəhərrik oyunlar bütün orqanizmin tamlıqda ahəngdar inkişafına müsbət təsir göstərməklə kompleks keyfiyyətlərin inkişafına müsbət təsir edir. Bunlara dözümlülük, cəldlik, çeviklik və s. əsas keyfiyyətləri göstərmək olar. Futbolçu nə qədər çox hərəkət növünü mənimsəsə onun futbolun texnikasını daha tez, yəni dolğun mənimsəmək imkanı olar. Yuxarıda qeyd edilən hərəkətlərdən əlavə futbolçuların ümumi fiziki hazırlığında ağır atletika hərəkətlərindən də istifadə olunur. Bütün bunlar futbolçuların ümumi fiziki hazırlığının möhkəm özüldə yaradılmasına əsas olan vasitələr kimi hesab edilir. Ümumi fiziki hazırlıq futbolçuların ilkin başlanğıc hazırlığının təməli olub, onların gələcək idman ustalıqlarının artmasının əsasıdır.

3. Qüvvə, sürət, dözümlülük, cəldlik və çevikliyin inkişafetdirilməsinin xüsusiyyəti. Qızışmanın əhəmiyyəti və məzmunu. Yarışda iştirak etmək futbolçuların fiziki hazırlıqlarının təkmilləşdirilməsi və yoxlanılmasının zəruri şərtlərindəndir.
Futbolçuların xüsusi fiziki keyfiyyətlərinin mahiyyəti:

qüvvə, sürət, dözümlülük, cəldlik və çeviklik
İnsanın qüvvəsi onun xarici müqavimətinin dəf edilmə bacarığının və ya ona əzələ səyi ilə əks müqavimətin göstərilməsi ilə müəyyən edilir. Futbolçu həmişə özünün və topun çəkisinin müqavimətinin dəf edilməsi ilə fəaliyyət göstərir. Bununla əlaqədar olaraq futbolçu öz qüvvəsini əsasən özünün bədəninin və topun ətaləti müqavimətinin dəf edilməsi üçün istifadə edir. Hərəkətin istiqamətini dəyişmək, hoppanmaq, topa zərbə bu hərəkətlərin icrasında futbolçuların qüvvəsinin inkişaf səviyyəsi müşahidə edilir. Göründüyü kimi bütün hallarda qüvvənin tətbiqi dinamiki xarakter daşıyır. Beləliklə, onun fəaliyyətinin xarakteri, oyunda qüvvənin təzahür xüsusiyyətinin və onun inkişaf səviyyəsini müəyyən edir. Bütün əzələlər özlüyündə morfoloji cəhətdən bir sıra yumaqdan ibarət olan kompleksdir. Onlardan hər biri böyük miqdarda lifləri özündə birləşdirir. Hər bir lif şəxsi ilə sinir çıxıntısına – aksionar, sinirləndirən belə deyilən hərəkət vahidini təşkil edir. Əzələnin təqəllüsünün belə morfoloji xüsusiyyətlərinə görə əzələ təqəllüsünün həm tamlıqda, həm qismən ayrı-ayrı lif qruplarına görə icra etmək olar. Əzələnin qeyri tamlıqda, həm də qismən ayrı-ayrı lif qruplarına görə icra etmək olar. Əzələnin qeyri tamlıqda təqəllüsünün imkanı təqəllüsün ancaq bir neçə miqdarda HV hesabına edilməsi hərəkət koordinasiyası üçün əzələ sisteminin vacib xassəsidir.

Sürət anlayışı dedikdə insanın qısa vaxt müddətində hərəkət fəaliyyətinin icra qabiliyyətini nəzərdə tuturuq. Sürətin təzahürünün 4 forması müəyyən edilmişdir:

  1. Reaksiyanın vaxtı.

  2. Bir hərəkətin vaxtı.

  3. Hərəkətin maksimal tezliyi.

  4. Hərəkətin başlanma tezliyi.

İnsanın sürəti mürəkkəb hərəki fəaliyyətdə sürətin kompleks təzahüründən, eləcə də digər amillərdən – addımın uzunluğu, təkanın qüvvəsindən və s. asılıdır. Futbolda sürət – bu heç də ancaq futbolçunun meydanda sürətlə yerdəyişməsi deyildir. Bu həm də onun təfəkkürünün və topla fəaliyyət göstərməsinin sürətidir.

Futbol nöqteyi-nəzərdən sürətli oyunçu rəqibdən məkan və vaxt idman imkanına malik olur. Deməli, nisbi azadlıqda taktiki məqsədləri daha müvəffəqiyyətlə həll edə bilər. Futbolda qapıya qısa yol əksər hallarda heç də düz xətt olmur. Məqsədə nail olmaq üçün oyunçu rəqibin və topun meydanda yerləşməsindən asılı olaraq yer dəyişir. Öz növbəsində bu yerdəyişmələr fərdi mübarizədə həyata keçirilir.

Futbolçu gözlənilmədən istiqaməti çox böyük sürətlə dəyişməyə, hər hansı bir texniki fəndi mürəkkəb vəziyyətdə və əksər hallarda bir dayaqlı vəziyyətlərdə hərəkətin ijra edilməsinə həmişə hazır olmalıdır. Bununla əlaqədar futbolçular çalışmalıdırlar ki, onların bədənlərinin ağırlıq mərkəzləri nə qədər mümkünsə bir o qədər aşağıda olsun. Beləliklə, futbolçunun sürəti bu tərtib edilənlərin tam siyahısıdır. Tədqiqatlar göstərir ki, futbolçunun sürət keyfiyyəti aşağıdakılardan ibarətdir:




  1. Sadə vəziyyətlərdə start sürətindən.

  2. Mürəkkəb vəziyyətlərdə start sürətindən.

  3. Start qaçışı sürətindən.

  4. Tam (ən yüksək) sürətdən.

  5. Sürəti artırıb-azaltmaq fəaliyyəti tezliyindən.

  6. Texniki fəndin icra sürətindən.

  7. Bir hərəkətdən digər hərəkətə qoşulmanın sürətindən.

Bu toplananların hamısı futbolçuların oyun fəaliyyətindən, özünün xüsusi rolunu oynayır. Onu qeyd etmək lazımdır ki, sürətin təzahürün bütün formaları nisbətən bir-birindən asılı deyildir. Bu onu göstərir ki, sürətin yaranmasını təşkil edənlərin hər biri xüsusi iş istiqamətini tələb edir.

Futbolçunun dözümlülüyü dedikdə bütün oyun müddətində, oyun fəaliyyətinin icra qabiliyyətinin effektliyinin aşağı salınması nəzərdə tutulur. Demək olar ki, dözümlülük yorğunluğa qarşı göstərilən əks müqavimət qabiliyyətidir. İdman təcrübəsində yorğunluq 4 hissəyə ayrılır: əqli; sensor; emosional və fiziki. Yorğunluğun bütün 4 növü də futbolçuya aiddir. Təbiidir ki, onların daha böyük səviyyədə inkişaf etdirilməsi fiziki yorğunluğa səbəb olur. Futbolçuların dözümlülüyünü inkişaf etdirmək metoduna düzgün yanaşmaq üçün idmançıların oyun fəaliyyətlərinin xarakterini və görüşlərdə onlara düşən oyunu da mütləq nəzərə almaq lazımdır.

Cəldlik – bu mürəkkəb kompleks olub, qiymətləndirmək üçün yeganə ölçü vahidi olmur. V.M.Zatsiferkinin fikrinə görə cəldlik növbəti amillərdən müəyyən edilə bilər. Tapşırığın koordinasiya mürəkkəbliyi, onun dəqiq icrası və icra vaxtı futbol üçün bu minimal vaxtdır ki, bu şəraitin dəyişməsi anından cavab fəaliyyətinin başlanmasına qədər olan dövrdür.

Futbolçunun cəldliyi futbol meydanında daim dəyişən vəziyyətlərdə hər şeydən əvvəl topla və topsuz təzahür edilir. Cəldlik keyfiyyətinin təkmilləşməsində böyük miqdarlı yeni hərəkətləri mənimsəməli və məlum vərdişlər əsasında yeniləri asanlıqla formalaşır. Yadda saxlamaq lazımdır ki, cəldliyin keçiciliyi məhduddur, çünki bu keyfiyyət spesifikdir. İdmançının hərəkəti görüb və icra etmək qabiliyyəti nə qədər yüksəkdirsə onlar yeni vərdişləri bir o qədər yaxşı mənimsəyir.



Çeviklik hərəkətin böyük amplituda ilə icra edilməsi bacarığıdır. Çeviklik bu və ya digər oynaqlardan keçən əzələ bağlarının elastikliyindən asılıdır. Çevikliyin 2 növü vardır: fəal və passiv. Passiv çeviklik yoldaş tərəfindən alət və ağırlıqla yaradılan xarici qüvvədən istifadə etmək hesabına icra edilən hərəkətlərə təzahür edilir. Fəal çeviklik dedikdə idmançının sərbəst, kənardan kömək olmadan, ancaq öz əzələlərinin qüvvəsindən istifadə edərək oynaqlarda maksimum olan hərəkiliyi yaratmaq imkanını nəzərdə tutur. Passiv hərəkətlər əzələlərin dartılması ilə, fəalı isə yığılmaqla müşayiət edilir. Çevikliyin inkişaf etdirilməsinin optimal metodu dəfedici, statiki və güzəştedici xarakterli fəal hərəkətlərin kompleks tətbiqinin hesab etmək lazımdır. Onlar antoqonist əzələlər arasında normal koordinasiya münasibətlərinin formalaşmasına imkan verirlər. Antoqonist əzələlərin belə nisbəti əzələlərin möhkəmliyini təmin edir və əzələlərin zədələnmələrinin qarşısını xeyli aşağı salır.
Qızışmanın mahiyyəti, əhəmiyyəti və məzmunu.

Məşq və yarışdan qabaq qızışma. Fərdi və komandalı qızışma.
Qızışma orqanizmin üzv, orqanlarının və əzələlərinin görüləcək işə hazırlanması kimi dərk edilməsidir. Qızışmanın əhəmiyyəti onlan ibarətdir ki, orqanizmin üzv-orqanları və əzələləri görüləcək sürətli, maksimal görkəmli işə hazır vəziyyətə gətirir. Bu da orqanizmdə üzv, orqanların və əzələlərin hər hansı bir gözlənilməz gərginliyə məruz qalması, eləjə də əzələ-bağ və orqanlarda baş verə biləcək zədələnmə və s. qarşısını almağa imkan verməklə oyuna elə ilk andan yüksək hazırlıq səviyyəsində başlamaq üçün əlverişli imkan yaradır. Qızışmanın məzmunu y/atletik, gimnastiki, hoppanmalar, akrobatik, ağırlıq, atmalar və s. ibarət olan hərəkətlərdən ibarətdir.

Futbolçular mütləq məşq və yarışdan qabaq qızışmalı orqanizmin üzv-orqan və əzələ-bağ sistemini görüləcək işə hazır vəziyyətə gətirməlidir. Qızışmanın xarici əlamətləri tərləmə, dəri səthinin qızarması və s. hallardır. Qızışmanın müddəti futbolçuların orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müxtəlif ola bilər. Formaca qızışma fərdi, qruppalı və komandalı ola bilər. Bunların müəyyən edilməsi məşqçinin ümümi komandadakı futbolçuların fərdi xüsusiyyətlərini hansı dərəcədə mükəmməl öyrənilməsindən asılı olaraq həyata keçirilməlidir.



Fərdi qızışma – futbolçuların orqanizminin fərdi xüsusiyyəti nəzərə alınmaqla verilməlidir (qızışma vaxtı nəzərə alınmaqla).

Komandalı qızışma – bütün komanda üzvlərinin görüşə hazırlığını təmin etmək üçün istifadə edilən formalardan biri olub, bütün komanda üzvlərinin həm fiziki, həm də psixoloji hazırlanmasına yönəldilmiş prosesdir. Burada y/atletik, gimnastiki, akrobatik, ağırlıq və s. hərəkətlərdən istifadə edilir.
Suallar


    1. Hərtərəfli fiziki hazırlıq müasir futbolda idman nətijələrinin qazanılmasının əsas şərtlərindən biridir.

    2. Futbolçuların ümumi fiziki hazırlığının məqsədi və mahiyyəti.

    3. Futbolçuların xüsusi fiziki hazırlıqlarının məqsədi və mahiyyəti.

    4. Məşğul olanların fərdi hazırlığı.

    5. Ümumi fiziki hazırlıq. Vasitələr: gimnastika, akrobatika, y/atletika, üzgüçülük, idman oyunları.

    6. Futbolçuların gündəlik gimnastika komplekslərinin məqsədi və məzmunu.

    7. Qüvvə, sürət, dözümlülük, cəldlik və çevikliyin inkişafetdirilməsinin xüsusiyyəti.

    8. Qızışmanın əhəmiyyəti və məzmunu.

    9. Yarışda iştirak etmək futbolçuların fiziki hazırlıqlarının təkmilləşdirilməsi və yoxlanılmasının zəruri şərtlərindəndir.

III kurs. İxtisas. 3 №-li mühazirə. 4 saat.



Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin