Yarışın mahiyyəti – futbol oyunu iki komandanın apardığı idman mübarizəsidir (rəsmi, qeyri rəsmi). Bu mübarizədə bir komanda çalışır ki, digər komandanın qapıçısına daha çox top vursun öz qapısına isə top buraxmasın – elə bu istiqamətli fəaliyyət futbolun mahiyyətidir.
Yarış – təlim-məşqin davamı olub futbolçuların idman ustalığının artırılmasına yönəldilmiş prosesdir.
Bu prosesin hansı dərəcədə dolğun məzmunlu, geniş əhatəli olduğunu və bəşəri əhəmiyyət kəsb etdiyini dərk etmək üçün hər bir insan mənəvi saf, fiziki sağlam, bəşəri arzularla yaşayan kamil şəxsiyyət olmalıdır.
Məlum olduğu kimi futbol yarışları fərdi idman mübarizəsindən fərqli olaraq bəşəri istək və arzuları özündə birləşdirən kollektiv fəaliyyətin insanlara bəxş etdiyi fiziki, mənəvi və əxlaqi keyfiyyətlərin ən ümdə təzahür halı olub allahtalanın bəşəriyyətə bağışladığı bəxşeyişdir.
Bu baxımdan böyük miqyaslı yarışlar – Olimpiya və Dünya birincilikləri bəşəriyyətin kamilliyə doğru irəliləyişinin təzahür aynasıdır.
Futbol yarışlarında insanların göstərdikləri kollektiv fəaliyyətləri insanlığın fiziki və mənəvi kamilliyə doğru inkişafının hansı səviyyədə olmasını çox dolğun əks etdirir.
Bəşəriyyətin kamilliyə doğru inkişafı səviyyəsi öz əksini oyun fəaliyyətinin məzmununda, onun təşkili və aparılmasında tapır. Oyunun məzmununun təkmilləşməsi bəşəriyyətin potensial imkanlarının insanlığa, bəşəri arzulara xidmət göstərməsi səviyyəsi ilə üzləşir.
Dostları ilə paylaş: |