Mə =
Üç vektorun qarışıq vektor hasilinin ifadəsinə əsasən
İki kollinear vektorun vektorial hasili və r olduğuna görə . Bu səbəbdən
Mə =
İfadədəki inteqal bəndin S nöqtəsinə nəzərən ətalət momentidir. Ona görə
Mə = (10 b)
Beləliklə alınır ki, bənd kütlələr məkəzindən keçən ox ətrafında fırlanırsa ətalət qüvvələrinin əvəzləyici baş vektoru sıfırdır ((10 a) ifadəsi), baş momenti isə 10 b) ilə təyin edilir.
3. Bənd kütlələr mərkəzindən keçməyən ox ətrafında fırlanır. Kütlələr mərkəzi S-i qütb qəbul edib hərəkəti onun sürəti ilə irəliləmə (1-ci hal) və S ətrafında fırlanma (2-ci hal) hərəkətlərinin cəmi ilə əvəzləyək. Onda ətalət qüvvələri S nöqtəsinə tətbiq olunmuş Fə=-maS baş vektora və Mə=-JS baş momentə gətirilə. Məsələni sadələşdirmək üçün bir qüvvə və bir moment b ir qüvvə ilə əvəzləyək. Bu halda əvəzləyici qüvvə əvəzlənən qüvvəyə, onun hər hansı nöqtəyə nəzərən momenti isə əvəzlənən qüvvə və momentin həmin nöqtəyə nəzərən momentləri cəminə bərabər olmalıdır.
Əvəzləyən qüvvənin hələlik naməlum K nöqtəsinə tətbiq etsək A nöqtəsinə nəzərən moment tənliyi belə yazıla bilər:
BK·Fə·sin=BS·Fə·sin+Mə
Buradan axtarılan
BK = BS + Mə/(Fə·sin)
Mə və Fə-nin qiymətlərini yazaq. aS·sin = =·BS olduğunu gözə alsaq
(11)
Beləliklə tapılır ki, bənd kütlələr mərkəzindən keçməyən ox ətrafında fırlanırsa ona təsir edən ətalət qüvvələri ya S kütlələr mərkəzinə tətbiq olunmuş bir Fə=-maS qüvvəsi və bir Mə=-JS momenti ilə və ya vəziyyəti (11) ilə təyin edilən K nöqtəsinə tətbq olunmuş bir Fə=-maS qüvvəsi ilə əvəzlənə bilər. K nöqtəsi yırğalanma mərkəzi adlanır.
Dostları ilə paylaş: |