İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


VIII FƏSİL XII - XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA ELDƏNİZLƏR (ATABƏY­LƏR) VƏ ŞİRVANŞAHLAR DÖVLƏTLƏRİ



Yüklə 0,94 Mb.
səhifə121/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   117   118   119   120   121   122   123   124   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

VIII FƏSİL

XII - XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA ELDƏNİZLƏR (ATABƏY­LƏR) VƏ ŞİRVANŞAHLAR DÖVLƏTLƏRİ
Plan
1.Azərbaycan Eldənizlər dövləti

2.Şirvanşahlar dövləti XII-XIII əsrin əvvəllərində.

3.IX – XIII əsrin əvvəllərində Azərbaycanda iqtisadi oyanış və intibah mədəniyyəti


8.1 .Azərbaycan Eldənizlər dövləti.
Eldənizlər (Atabəylər) dövlətinin tarixi coğrafiyası. Böyük Səlcuq impera­tor­luğunun parçalandığı dövrdə yaranmış ən qüdrətli dövlətlərdən biri Azərbaycan ata­bəylərinin idarə etdiyi Eldənizlər dövləti idi.

Səlcuq imperiyası dövründə atabəylik institutu yaranmışdı. Atabəylər Səlcuq nəslindən olan vəliəhdlərin tərbiyəsi ilə məşğul olurdular. “Atabəyi” sözü “Lələ” və yaxud “tərbiyəçi” mənasını verirdi.

Şəmsəddin Eldəniz adlı canişin İraq Sultanı II Toğrulun oğlu Arslan şahın atabəyi təyin olunmuşdu. 1135-ci ildə II Toğru­lunun ölü­mündən sonra Şəmsəddin Eldəniz onun dul qadını Möminə xatunla evləndi və 1136-cı ildə ona xidmətə görə iqta edilən Aran ərazilərində Eldənizlər dövlətinin əsasını qoydu. Eldənizlər dövlətinin ərazisi əvvəl­lər İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Bu dövlətin paytaxtı ilk öncə Bərdə, daha sonra Naxçıvan, Həmədan, Təbriz, İsfahan və Marağa şəhərləri olmuşdur. Paytaxtların çoxluğu onunla izah olunur ki, Eldəniz­lər köçəri həyat tərzinə uyğun olaraq xəzinə və hərbi qüvvələri həmişə öz yanlarında saxlamış, hansı şəhərdə qərarlaşsalar, oranı paytaxt kimi qəbul etmişlər.

Eldənizlər (Atabəylər) dövlətinin ərazisi əsasən tarixi Azərbaycan torpaqlarını və İranın şimali – qərb vilayətlərini əhatə edirdi. Aran və Şirvan əraziləri də müəyyən dövr bu dövlətin nüfuz dairəsində olmuşdur. Ağsunqurilər və Əhər hakimlikləri də Eldənizlər dövlətindən asılı vəziy­yətdə olmuşlar. Eldənizlər dövlətinin ərazisi bir sıra vilayət və əyalətlərə bölünürdü. Onun tərkibinə müxtəlif dövrlərdə Azərbaycan, Naxçıvan, Fars, İran, Rey və Həmədan vilayətləri daxil olmuşdur. Azər­baycan vilayəti dedikdə, bura Cənubi Azərbaycan, Naxçıvan, Qaradağ, Talış, Muğan, Arran, Şirvan və Şəki əyalətləri daxil idi. Azərbaycan əyaləti, ümumən şimalda Dərbənddən başlayaraq, cənubda Həmədana və Mosula qədər, qərbdə Ani şəhəri və Gürcüstana qədər, şərqdə isə Qəzvinə və Gilana qədər əraziləri əhatə edirdi. Ölkənin ən böyük şəhərləri sırasına Təbriz, Şəki, Naxçıvan, Marağa, Ərdəbil, Şamaxı, Gəncə, Şəmkir, Dərbənd, Beyləqan, Xoy, Urmiya, Bakı və sair şəhərlər daxil idi. Onların bəzilərinin əhalisinin sayı 100 min nəfəri keçirdi.

Nəticədə qeyd edək ki, Atabəylər dövründə Azərbaycanın tarixi – coğrafiyasında mühüm dəyişiklik baş verdi. Həmin dövrdə Azərbaycan əraziləri artmış, vilayət kimi onun hüdudları genişləndirilmişdir. Azər­baycan tarixində Səfəvilərə qədər Azərbaycan ən geniş ərazilərə məhz Atabəylər dövləti dövründə malik olmuşdur. Ancaq Atabəylər Azər­baycanı siyasi cəhətdən vahid, mərkəzləşmiş dövlət halında birləşdirə bilmədilər. Belə ki, Atabəylər dövlətinə tabe olan bir çox vassal dövlət və dövlət qurumları fəaliyyətlərini davam etdirirdilər.

Azərbaycan Eldənizlər dövlətinin yaranması atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Bu Azərbaycan hökmdarı çox maraqlı bir həyat yolu keçmişdir. Qaynaqların məlu­matına görə bir tacir hələ uşaq ikən onu Dərbəndin qul bazarından bir dəstə qulla birlikdə şatın almışdı. Çirkin və çəlimsiz bir uşaq olan Eldənizi dərbəndli qul taciri təzə ağasına pulsuz vermişdi. O zaman qul ticarətində belə bir qayda vardı: əgər birisi bir yerdən 40 qul alsaydı, qulsatan tacir onlardan 39-nun pulunu alar, birini isə bəxşiş və ya üstəlik verərdi. Satılan 40 qulun ən kiçiyi olan Eldənizi də yeni ağasına pulsuz vermişdilər. Havalar çox isti olduğu üçün gecələr hərəkət edən karvanla Dərbənddən İraqa aparılarkən balaca Eldəniz iki dəfə yuxulu-yuxulu arabadan düşmüş, onu təzədən arabaya min­dirmişdilər. Üçüncü dəfə yıxılarkən ağası onu yolda qoyub getmişdi. Balaca Eldəniz səhər yuxudan ayılanda artıq karvan çoxdan getmişdi. Axşam düşənə yaxın fərasətli Eldəniz özünü yenidən həmin karvana yetirdikdə karvan sahibi heyrət içində qalmışdı. İraqa çatdıqda bütün bu qulları səlcuq sultanının vəziri Əli əs-Süleyrəmi almış, ancaq Eldəniz­dən imtina etmişdi. Lakin kiçik Eldənizin ağlayıb-sızlamasından sonra rəhmə gələn vəzir onu da almışdı. Çox keçmədən gözüaçıq və düşüncəli uşaq olan Eldəniz ağasının diqqətini cəlb etmişdi. Bir qədər sonra səlcuqlu sarayında xidmətə başlayan Şəmsəddin Eldəniz at çapmaqda, ox atmaqda yaşıdlarını ötüb keçdi, nəhayət, görkəmli dövlət xadimi kimi şöhrət qazandı. Sultan II Toğrul (1123-1135) ona əmir titulu verdi və öz oğlu Arslan şahın atabəyi təyin etdi. Sultan II Toğrulun ölümündən sonra onun dul qadını Möminə Xatunla evlənən Şəmsəddin Eldənizin saraydakı nüfuzu daha da artdı. 1136-cı ildə o, Aran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla, müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu.

Görkəmli sərkərdə və uzaqgörən siyasi xadim olan Şəmsəddin Eldəniz qısa vaxt ərzində bir çox xırda mülkləri aradan qaldıraraq, demək olar, bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta olaraq aldığı Arandan başqa Azərbaycanın bütün cənub bölgələrini, o cümlədən Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı. Eldənizlər dövlətinin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdur.

Müstəqil hökmdar kimi fəaliyyət göstərən Şəmsəddin Eldəniz (1136-1175) səlcuq sarayında böyük nüfuza malik idi və dövlətin idarə olunmasında yaxından iştirak edirdi. 0,1160-cı ildə oğulluğu Arslan şahın (1161-1176) sultan elan edilməsinə nail oldu və "Böyük Atabəy" titulu aldı. Bundan sonra Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultan­lığını özü idarə etməyə başladı. Ən yaxın adamlarını ali dövlət vəzifə­lərinə təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oidu. Kiçik oğlu Qızıl Arslan isə sultan qoşunlarının ali baş komandanı təyin edidli. Beləliklə, İraq Səlcuq sultanlığı Eldə­nizlər sülaləsinin hakimiyyəti altına düşdü və bundan sonra İraq Səlcuq sultanlığı əslində Azərbaycan sultanlığına çevrildi.

Başlıcası isə, Kürdən cənubdakı bütün Azərbaycan torpaqları Eldənizlər dövlətinin tərkibində yenidən birləşdirildi. Şirvanşahlar dövləti də Eldənizlərdən asılı hala salındı. Bununla, Azərbaycan torpaq­ları əslində, vahid dövlət halında birləşdirilmiş oldu.

Yaxın və Orta Şərqin qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldə­nizlər dövləti qonşu ərazilər hesabına öz sərhədlərini genişləndirmək siyasəti yeridirdi. Dəbil (Dvin) şəhəri də daxil olmaqla indiki Ermənistan yerləşən torpaqlar Eldənizlər dövlətinin tərkibinə qatıldı.

Şəmsəddin Eldəniz o zaman xeyli qüvvətlənən və tez-tez Azər­bayca­nın sərhədlərini pozan Gürcüstana qarşı dəfələrlə hərbi yürüşlərə çıxdı. 1139-cu ildə Gəncədə dəhşətli zəlzələ baş verdi, şəhər tamamən dağıldı. Baş vermiş zəlzələdən sonra gürcü çarı I De­metre 1139-u ildə Gəncəyə basqın edərək şəhəri qarət etmiş, məşhur Gəncə qapılarını hərbi qənimət kimi Gürcüstana apar­mışdı. Azğınlaşmış gürcü qoşunları görün­məmiş amansızlığa əl atırdılar. 1161-ci ildə Eldənizlər dövlətinin tabeçi­liyində olan Dəbil şəhərinə hücum edən gürcü qoşunları 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gür­cüstana sürmüşdülər. Qaynaqda deyildiyi kimi, yalnız "gürcü qadın­larının etirazlarından sonra onların paltarları özlərinə qaytarıl­mışdı". Bütün bunları nəzərə alan Şəmsəddin Eldəniz Gürcüstan sərhəd­dinə diqqəti artırmış, gürcü qoşunları üzərində bir sıra qələbələr qazanmışdı. Onun hakimiyyəti illərində gürcü çarları Azərbacyan sərhəddini pozmağa cəsarət etmirdilər.

Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldə­nizlər dövlətinin nüfuz dairəsi Dərbənd keçidindən İran körfəzinə çatırdı. Qaynaqların mə'lumatına görə, "Tiflis qapılarından Məkrana kimi" çox geniş ərazilər: Azərbaycan, o sıradan Aran və Şirvan, əl-Cibəl, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi. Hilat, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan hakimləri də Şəmsəddin Eldənizdən asılı idilər. Onun dövründə mərkəzi haki­miyyətə tabe olmaqdan boyun qaçıran əmirlərin əl-qolu yığılmış, mərkəzi hakimiyyət qüvvət­ləndirilmişdi. Mərkəzi hakimiyyətdən iqta - iri şərti torpaq mülkləri almış əmirlərin hərbi qüv­vələrindən başqa, hökmdarın özünün 50 min nəfərlik nizamlı atlı ordusu vardı. Şəmsəddin Eldənizin idarə etdiyi böyük Azərbaycan dövlətində kənd təsərrüfatı, sənətkarlıq və ticarət tərəqqi etdi, mədəni həyatda oyanış dövrü başladı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin