İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT...................................511



Yüklə 0,94 Mb.
səhifə19/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   15   16   17   18   19   20   21   22   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT...................................511

ÖN SÖZ
Azərbaycanda yetişməkdə olan gənc nəslin tarixi yad­daşının möhkəmlənməsində, onlarda vətənpərvərlik his­­slərinin tər­bi­yə­sin­də, onların təkcə hərtərəfli inkişaf et­miş ixtisasçı kimi deyil, həm­çinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında “Azərbaycan tarixi” fənninin rolu əvəz­siz­dir. Mövcud maddi və mənəvi mənbələr sübut edir ki, Azər­baycan xalqı qədim və zəngin tarixə malik­dir. Dün­ya­nın ilk siviliza­siyalarının yaran­dığı məkanlardan biri olan Azərbay­canın böyük tarixilə fəxr etməyə hər bir azər­baycanlının mənəvi haqqı vardır.

“Azərbaycan tarixi” kursunun mövzusu çox genişdir, çün­ki o ölkəmizin ən qədim dövrlərindən bu günü­mü­zə­dək mövcud olan sosial-iqtisadi, siyasi, etnik, mədə­ni ta­ri­xini əks etdirir. Sovet dövründə elmi ədəbiyyatda Azər­bay­can tarixinin müxtəlif dövr­ləri və problemləri ey­ni sə­viy­yədə araşdırılmamış, Azərbay­can xal­qının etnogenezi və təşək­külü, Azərbaycanın tarixi-coğra­fiyası və sair mühüm mə­sə­lə­lər barə­sində elmi cəhətdən əsas­lan­dırılmayan, qərəzli fi­kirlər söylə­nilmiş, uzun illər Azər­baycan xalqının tarixi on­dan gizlə­dilmiş, Azər­baycan xalqına türkçü­lüyü, onun əsl etnik mən­şəyini unut­durmağa çalışmışlar.

Müstə­qil­li­yini bərpa etdikdən sonra Ulu Öndərimiz Hey­dər Əli­yevin müd­rik rəh­bərliyi ilə gənc Azərbaycan Respub­likası inam­la gələ­cəyini qurmağa başladı. Sosial-iqtisadi, si­ya­si, mədəni sahələrdə, o cümlə­dən elm sahəsində xal­qı­mı­zın fəaliy­yəti üçün geniş imkanlar açıl­dı. Bu gün Respub­li­kamızda ictimai-siyasi, iqtisadi həyatın bütün sahə­lə­rin­də olduğu kimi elm və xüsusən də, tarix elminin inkişafı isti­qamətində də mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycanın tarixçi-alim­lərinin son illərdə apardığı elmi araşdırmalar nəticəsində Azər­baycan tarixinin “qa­ran­lıq” qalan səhifələri işıqlandırılmış, xalqımızın həqiqi tarixinin ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çat­dı­rıl­ması istiqamətində mühüm işlər görülmüş­dür.Tarixçilərimizin əldə etdikləri son elmi nəticələr təqdim olu­nan “Azərbaycan tarixi” kursunda öz əksini tapmışdır.

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan tarixinin el­min son nailiyyətləri əsasında tam obyektiv şəkildə ye­ni­dən yazıl­masını və öyrə­nilməsini vacib bir vəzifə kimi qar­şıya qoymuş­dur. Bu gün Azər­baycanın iqtisadi-siyasi, mə­dəni təsir diapa­zonunun daha da geniş­ləndiyi bir şə­rait­də ölkəmizin tari­xi­nin tədrisinin daha da tək­mil­ləş­di­ril­məsi və milli-mənəvi dəyə­rlərimizin gənc nəslə daha də­rindən aşılanması tələb olu­nur. Təqdim olunan “Azərbaycan tarixi” adlı dərslik bu vəzifənin ye­rinə yetirilməsində öz töhfə­sini verə­cəkdir.

Son illərdə Azərbaycan tarixinə aid bir sıra dərsliklər və dərs vəsaitləri nəşr olun­muşdur. Təqdim olunan dərslik özünə­məxsus xüsu­siy­yətlərə malikdir. Burada “Azər­baycan tarixi” kursunun materialı Ali məktəblərdə tədris olunan “Azərbaycan tarixi” fənninin proqramına uyğun olaraq tərtib olunmuşdur.

Dərslikdə Azərbaycan tarixi 22 mövzuya bölunmuşdür və möv­zular Ali məktəblərdə “Azərbaycan tarixi” fənninə Dövlət tərəfindən qoyulan standarta uyğun olaraq formalaşdırılmışdır.

Dərslikdə A.A.Bakıxanov adına Tarix İnstitutunun direk­toru, ta­rix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xa­dimi Y.M.Mahmudovun rəhbərliyi və redaktəsi ilə işlənilmiş Azər­baycan tarixinin müxtəlif dövrlərinə aid 20-dən artıq tarixi xəritələr yer alır.

“Azərbaycan tarixi” adlı dərslik hər şeydən öncə ali məktəb müəllimləri, baka­lavr və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün, o cümlədən Azərbaycan tarixini öyrənən və maraq­­­lanan hər kəs üçün nəzərdə tutulmuşdur.

Dərslikdən həm tarix, həm də mövzulara ayrılan vaxt azaldılmaqla Ali məktəblərdə qeyri-tarix ixtisas qrupları üzrə “Azərbaycan tarixi” fənninin tədrisində istifadə oluna bilər.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin