İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə27/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   23   24   25   26   27   28   29   30   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qədim Alban mənbələrindən ən qiymətlisi alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsəridir. Musa Kalankatlı VII əsrin sonu – VIII əsrin əvvəllərində yaşa­mış, “Alban tarixi”nin I və II kitablarını yazmışdır. Əsərin III və IV kitabları isə onun tələbələri tərəfindən kitaba əlavə edilmişdir.“Alban tarixi”ndə Azərbaycan ərazilərində İncil tarixin­dən X əsrin sonuna qədərki dövrdə baş verən hadisələr haqqında məlumatlar verilir.

Erkən orta əsrin erməni müəlliflərindən Moisey Xorenatsi və Favstos Buzandın kitablarında Azərbaycanda baş verən siyasi hadisələr, müxtəlif tayfalar, etnik adlar haqqında məlumat verilmişdir. Tarixə adı məlum olmayan müəllif tərə­findən yazılmış “VII əsr erməni coğrafiyası” əsərində də Azərbaycan əraziləri haqqında məlumatlar yer almış­dır. Qeyd etmək lazımdır ki, adı çəkilən bütün erməni mənbələrində artıq o dövrdən başlayaraq Azərbaycan torpaqlarına iddialar irəli sürülmüşdür. Məsələn, “VII əsr erməni coğrafiyası”nda tarixi həqiqət təhrif olunur, Azərbaycanın (Albaniyanın) qərb ərazilə­rinin guya Ermənistana mənsub olması kimi əsassız iddia irəli sürülür. Azərbaycan tarixinin öyrənil­məsində erməni mənbə­lərindən müqayisə məqsədi ilə istifadə olunsa da, onlara tənqidi yanaşılmış, əsassız iddialar rədd edilmişdir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin