Tarixi-genetik metod tarixi tədqiqatlarda ən geniş istifadə olunan metoddur.Bu metod tədqiq olunan obyektiv tarixi reallığın xususiyyətlərinin, funksiyalarının və dəyişikliklərinin tarixi dinamikada araşdırılmasını nəzərdə tutur. Elmi təfəkkürün ən geniş yayılmış tətbiqi metodlarından biri tarixi-müqayisəli metoddur. Bu metoddan demək olar ki, bütün tarixi tədqiqatlarda istifadə olunur.İctimai-tarixi inkişafın təkrarlanması və daxilən müəyyənləşmiş qanunauyğun proses olması tarixi-müqayisəli metodun əsasını təşkil edir. Tədqiq edilən tarixi obyekt haqqında bütün məlumatların toplanması və bu məlumatların sistemləşdirilməsi tarixi-müqayisəli metodun tətbiqinə şərait yaradır. Tarixi-tipoloji metodun obyektiv əsasını ictimai-tarixi inkişafda bir-biri ilə qarşılıqlı əlaqədə olan tək, xüsusi və ümumi cəhətlərin mövcudluğu təşkil edir. Cox zaman tədqiqatçılar bütün tarixi proses və hadisələrin daxili mahiyyətini şərtləndirən ümumi xüsusiyyətlərin aşkarlanmasına daha çox üstünlük verirlər. Tarixi-sistemli metod tədqiq edilən obyektiv tarixi reallığın nisbətən tam əhatə olunmasına, onun daxili fəaliyyət mexanizminin araşdırılmasına imkan verir və onun əsasını tarixi inkişafda vahid, xüsusi və umuminin birliyi prinsipi təşkil edir.
“Azərbaycan tarixi” fənninin öyrənilməsi zamanı həmçinin, riyazi metodlardan, ekstrapolyasiya, ümumiləşdirmə və sair metodlardan da istifadə edilir
Dostları ilə paylaş: |