İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə46/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   42   43   44   45   46   47   48   49   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Lullubi dövlət qurumu. E.ə. III minilliyin ortalarında Aratta döv­lət qurumu tarixin səhnəsindən çıxdı və onun ərazi­sində Lullubi tayfa birliyi güclənməyə başladı. Lullubilər çox döyüşkən və işgüzar olduqlarından onlardan Aşşur, Hett çarları dövlət idarəçiliyində və hərb işində istifadə edirdilər. Aşşurun Nizi şəhərində yaşayan lullubilər hurri tayfası ilə yaxın əlaqədə idilər.

“Lullubi” sözünün mənası onların qonşuları hurri tayfalarının dilindən götürül­müşdür ki, mənası “yadelli”, “özgə” deməkdir. E.ə. XXV əsrdə Aratta ərazisində yaşayan lullubilər tayfa birliyi yaratdılar.

E.ə. III minilliyin ortalarına Şumer dövləti süquta uğradı və e.ə. XXIV- XXII əsrlərdə İkiçayarası ərazilərində Akkad dövləti meydana gəldi. Akkad qonşularına, o cümlədən lullubilərə qarşı işğalçılıq siyasəti yeridirdi. Mənbələrdə e.ə. XXIII əsrdə lullubilərin su və turukki tayfa­larını da öz ətrafında birləşdirərək Lullubi dövlətinin əsasını qoy­duğu göstərilir ki, bu da asan əldə olunmamışdır:lullubilər öz müstəqillikləri uğrunda qonşu İkiçay­arasında yerləşən Akkadla uzun müharibələr aparmağa məcbur olmuşlar. Lullubi Akkada qarşı müba­rizədə fəal iştirak edirdi və fəallıq hökmdar Satuninin dövründə (e.ə. 2230-2200-ci illər) dah çox nəzərə çarpırdı. Akkadla mübarizə e.ə. XXII əsrdə, Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha da güc­lənmişdi. Mixi mənbə­lərdə Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğurlara görə onun şərəfinə ucaldılmış “Daş sütünu”nun (“Qələbə abidəsi”nin) adı çəkilir və onun qazandığı uğurlar göstərilir.

Lullubilərin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. İgid, cəsur tayfa kimi tanınmış lullubilər hərb sənətini də yaxşı bilirdilər. Lullubi dövlət qurumuna tək hökmdar başçılıq edirdi və eyni zamanda qoşunların başçısı sayılırdı.

Lullubi dövlətinin tarixi –coğrafiyasına gəldikdə, bu dövlət köhnə Arattanın mövcud olduğu ərazidə - yəni, Urmiya gölündən cənub və cənubi-şərq ərazilərdə mövcud olmuşdur. Lullubilər qonşu dövlətlərlə, xüsusən İkiçayarası ilə yaxın iqtisadi, siyasi və mədəni əlaqələr saxlamışlar.

Arattada olduğu kimi, Lullubidə də çoxallahlılıq möcud olmuşdur. Lullubilər səma, bərəkət və məhəbbət, ay, günəş və s. allahlara sitayiş edirdilər. Lullubilərdə ən baş allah səma allahı – Anum sayılırdı. Lullubi dövləti e.ə. II minilliyin başlanğıcında ayrı-ayrı hakimliklərə parça­landı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin