AZƏRBAYCAN XANLIQLARI Plan
1.Müstəqil Azərbaycan dövlətlərinin (xanlıqlarının) yaranması. Cənubi Azərbaycan xanlıqları.
2.Azərbaycanın Şimal xanlıqları, sultanlıqları və məliklikləri və onların daxili siyasəti
3.Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı
4.Azərbaycan xanlıqlarının xarici siyasəti.Rusiya və İran Qacarlar dövlətinin Azərbaycanı ələ keçirmək cəhdləri.
5.XVIII əsrdə Azərbaycan mədəniyyəti
13.1. Müstəqil Azərbaycan dövlətlərinin (xanlıqlarının) yaranması. Cənubi Azərbaycan xanlıqları.
Nadir şahın yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda dövlətlər - xanlıqlar meydana gəldi.
Təkcə Azərbaycan ərazisində 20 xanlıq meydana gəldi. Onlardan 8-i Cənubi Azərbaycanda, 12-i isə Şimali Azərbaycada yaranmışdı.