İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə30/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   26   27   28   29   30   31   32   33   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Yeni və ən yeni dövrün mənbələri. XIX əsr Azərbaycan tarixinin öyrənilmə­sində “Qarabağnamələr”in böyük əhəmiy­yəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qaraba­ğinın “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747 – 1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi - Safi”, Mirmehdi Xəzaninin “Kitabi –tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ”, Məhəmməd Baharlının “Əhva­lati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir.

Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tari­xinə dair əsərlər yaratmışlar. A.A. Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. 1866-1917-ci illərdə Tiflis­də çap olunan 12 cildlik “Qafqaz Arxeoqrafiya komis­siya­sının sənədləri” adlı topluda yer alan əhəmiyyətli materiallardan Azərbaycan tarixinin müx­təlif məsələ­lərinin tədqiqində istifadə olunur.

Azərbaycan tarixinin işıqlandırılması üçün o dövrün qəzet və jurnal materiallarının böyük əhəmiy­yəti var. «Закав­казские вести», «Каспий», «Кав­каз», «Неделя», «Кав­каз­ское сельское хозяй­ство», “Kəşkül”, “Əkinçi”, “Açıq söz” və sair mətbu orqan­larda da Azərbaycan tarixinin yeni dövrünə dair qiymətli məlu­matlar çap olunmuşdur.

Azərbaycan tarixinin ən yeni dövrü 1918-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir. Azərbay­canın yeni tarixinə aid ən əhəmiy­yətli sənədlər Azər­baycanda və qonşu ölkələrin – Rusiyanın, Gürcüs­tanın, Ermənistanın, İranın, Türk­iyənin və sair ölkələrin arxiv­lərində saxlanılır. Azərbaycanın ən yeni tarixinin öyrənil­məsində, həmçinin müxtəlif siyasi partiyaların arxivlərində saxlanılan sənəd­lərdən, statistik toplulardan, qəzet və jurnal material­larından, epistolyar materiallardan və sair nəşr olun­muş mənbələrdən istifadə olunmuşdur.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin