İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə32/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   28   29   30   31   32   33   34   35   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Fizika və kimya elmləri. Fiziki aşınmalar və kimyəvi reak­siyalar vasitəsilə qədim dövrə aid tapıntıların yaşı təyin edilir;

  • Xronologiya (yunanca “xronos” – zaman, “loqos”- elm) zaman haqqında elmdir, tarixdə baş vermiş hadisələri zaman ardıllığı ilə öyrənir.

    Azərbaycan tarixinin xronologiyası və dövrlərə bölünməsi. Qeyd edildiyi kimi, xronologiya fənni tarixi hadisələrin vaxtını müəy­yənləş­dirir və onların ardıcıl izahını təmin edir.

    Tarix elminin əsas prinsiplərindən biri xronoloji-ardıcıllıq prinsi­pidir. Yəni,tarix elmi hadisələrin baş verdiyi vaxtın mümkün qədər dəqiq və ardıcıllıqla verilməsini tələb edir. Əks halda tarix eklektik faktlar yığımına çevrilər, tarixi biliklərin əldə edilməsi çətinləşərdi.

    Müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə tarixin hesablaması adətən müəy­yən başlanğıc nöqtəsindən aparılmışdır. Bu cür başlanğıc nöqtəsinə “era” adı verilmişdir. Ən qədim zamanlardan onlarla “eralar” mövcud olmuş, lakin heç biri kütləvi olaraq insan cəmiyyəti tərəfindən qəbul edilməmişdir. Adətən era həqiqi və qeyri-həqiqi tarixi hadisə ilə bağlanılırdı. Məsələn, qədim yunanlar öz tarixlərini e.ə.776-ci ildən, yəni birinci Olim­piya oyunlarının başlanmasından, qədim romalılar isə e.ə.773-cü ildən, yəni Roma şəhə­rinin salınmasından hesablayırdılar.

    Hal-hazırda dünya xalqlarının böyük əksəriyyətinin işlətdiyi təqvim üçün eranın başlanğıcı kimi tarixi şəxsiyyət olmayan və xristian dininin banisi İsa peyğəmbərin doğulduğu il götürülmüşdür.

    Era xristian din xadimlərinin təbliği və rəsmiləşdirilməsi nəticə­sində vaxtilə Avro­pada işlədilmiş, sonra isə başqa ölkələrdə yayılmışdır. Eranın baş­lanğıcı İsusun (İsanın) təvəllüdü, yəni doğum günü kimi qeyd edilir. Həmin gün, həmçinin, “milad” (anadanolma) kimi də adlan­dırı­lır. Gü­nəş ili hesabına əsaslanan Miladi təqvimə görə bir il 365 gün 6 saatdan ibarətdir.

    Müasir dünyamızda tarixi hesablama eradan (miladdan), yəni başlanğıc nöqtəsindən müasir dövrə doğru hesablanır. Bu başlanğıc nöqtəsindən qabaq baş vermiş hadisələr “bizim eradan əvvəl” və yaxud “ miladdan öncə” anlayışları ilə qeyd edilir. Ən qədim və qədim dövrlərin hadisələri xronoloji ardıcıllıqla era­mızın başlanğıcına doğru hesablanır və başlanğıca yaxın­laşdıqca say kiçilir.Əksinə, bizim eranın başlan­ğıcından sonra baş verən hadisələr müasir dövrə yaxınlaşdıqca say böyüyür. Azərbaycan tarixinin hadisələri də bu xronologiya üzrə aparılır.

    Müasir dövrdə Azərbaycanda Miladi təqvimdən istifadə edilir. Ancaq orta əsrlərdə uzun müddət bizim ölkəmizin tarixi də bəzi İslam ölkələrində indi də istifadə olunan Hicri təqvimə görə hesablanmışdır.

    Hicri təqvimin başlanğıcı kimi Miladi təqvimin 622-ci ilində Məhəmməd Pey­ğəmbərin Məkkədən Mədinəyə köçməsi, yəni “hicrət etməsi” götürülür. Hicri təqvimdə Ay ili əsas götürülür ki, o da 354 gündən ibarətdir. Miladi təqvimdə baş verən hadisənin Hicri təqvimin neçən­ci ilində baş verməsini hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar: Hicri = Miladi – 622+(Miladi – 622): 33.Məsələn, Azərbaycan Respubli­kasının dövlət müstəqilliyi Miladi təqvimlə 1991-ci ildə bərpa edilmişdir. Hicri təqvimi ilə bu hadisə neçənci ildə baş vermişdir? 1991 – 622+ (1991- 622): 33 = 1411. Deməli, Azərbaycan Res­publi­kasının dövlət müstəqilliyi Hicri təqvimi ilə 1411-ci ildə bərpa edilmişdir.

    Bəzi hallarda Azərbaycan tarixinin qədim dövrlərə aid hadisə­lərinin xronoloji vaxtını, yəni hadisələrin illərini dəqiq vermək mümkün olmur. Çox hallarda bu illər təx­mini göstərilir. Məsələn, qədim Azər­baycanda mövcud olmuş Kuti və Lullubi dövlətlərinin hakimiyyəti döv­ründəki yazılı məlumatların müqa­yi­səsi,həmçinin Manna dövlətinin hökmdarı İranzu­nun, Uallinin hakimiy­yəti illə­ri,Mannanın süqutu ili təxmini müəy­yənləş­dirilmişdir. III-V əsrlərdə Alba­niyanı idarə etmiş hökm­darların da hakimiyyət illəri bəzən mübahisə doğurur və bu dövrə aid hadisələrin də tarixi müxtəlif qaynaqların məlu­matlarına uyğun olaraq dəqiqləşdirilmişdir.

    Müasir dövrdə hər hansı ölkənin tarixinin dövrlərə bölünməsində sosial-iqtisadi formasiyalar, sivilizasiya, industrial, postindustrial cəmiy­yətlər və s. yanaşmalar tətbiq edilir. Azər­baycan tarixinin dövrləş­dirilmə­sində əsas meyar kimi sosial-iqtisadi münasi­bətlər və istehsal vasi­tə­ləri götürülmüşdür. Digər təlim­­lərdən fərqli olaraq, bəşəriyyət tarixinin ictimai-iqtisadi formasiyalara bölünməsi tarixi prosesin qanunauyğun inkişafına daha uyğun gəlir. İctmai-iqtisadi quruluşa daxil olan hadisələr də müxtəlif dövrlərə bölünür.

    Dərslikdə Azərbaycan tarixi xronoloji ardıcıllıq prinsipi ilə əsrlər üzrə dövr­ləşdirilmiş, bu zaman bütün tarixi Azərbaycan ərazilərində gedən tarixi proseslər sistemli şəkildə, bir biri ilə sıx əlaqədə baxılmışdır.


    Yüklə 0,94 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   28   29   30   31   32   33   34   35   ...   383




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin