İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə35/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   31   32   33   34   35   36   37   38   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Quruçay mədəniyyəti.Azıx mağara düşərgəsi Azərbaycan Res­publikasının Qara­bağAzərbaycanda bu dövr Qarabağda Füzuli rayonu ərazisində Quruçay dərəsində aşkar edilən Azıx mağarasında əldə edilən arxeoloji tapıntılar əsasında öyrənilir. Alt paleolitdə əmək alətləri ağac­dan, adi çay daşlarından hazırlanırdı. Min illər keçdikdən sonra çaxmaq­daşı, bazalt və dəvəgözündən əl çapacaqları, qaşov, ərşin və sair alətlər düzəl­dilmişdi. Alt paleolitdə 1,5 milyon il bundan əvvəl Azıxda ilk insan kollektivi – ibtidai insan sürüsü (ulu icma) yaranmışdı. İbtidai insan sürüsü insan quruluşunun ilk pilləsində meydana gəlmiş qeri-sabit insan kollektivi idi. Bu kollektivin üzvləri artıq əmək alətləri hazır­layırdılar və buna görə onlar elmdə “bacarıqlı insan” (“homo habilius”) adlandırıl­mışlar. Ən qədim insanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. Ən qədim insanlar ildırım vurması və ya üzvü maddələrin öz-özünə qızışıb yanması nəticəsində əmələ gələn təbii oddan istifadə etmişlər. Azıx mağarasında tapılmış ocaq izləri 700 min il bundan əvvələ aiddir.

1968- ci ildə arxeoloq M.Ş. Hüseynovun Azıxda aşkar etdiyi 18 yaşlı qızın alt çənə sümüyünün bir hissəsi qədimliyinə görə dünyada dördüncü tapıntıdır. Alimlər onu Azıxantrop (Azıx adamı) adlan­dırmış­lar. Azıxantroplar 400-350 min il bundan əvvəl mövcud olmuşlar. Bu tapıntı Azərbaycan ərazisinin qədim insanın formalaşdığı region­lardan biri olduğunu göstərir. Alt paleolitin sonunda əmək alətləri təkmilləşir, onların yeni növləri-dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin