İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan ərazilərinin arxeoloji cəhətdən öyrənilməsi



Yüklə 0,94 Mb.
səhifə34/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   30   31   32   33   34   35   36   37   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan ərazilərinin arxeoloji cəhətdən öyrənilməsi. Qeyd edildiyi kimi, Azərbaycanda ilk insanların meydana gəlməsini 1,5- 2 mln. il bundan əvvələ aid edilir. Azərbaycan ərazisi təbii-coğrafi cəhət­dən dünyanın ən zəngin və əlverişli zonalarından biridir. Burada ibtidai insanın yaşaması üçün hər cür şərait olmuşdur. Bol içməli su, zəngin bitki və heyvanat aləmi, təbii mağaraların olması bunu sübut edir. Təbii mağaralara, qayaaltı sığınacaqlara, açıq hava şəra­itində insanların yaşa­dığı düşərgələrə Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Daş Salahlı, Damcılı, Naxçıvanda Qazma, Lerikdə Buzeyir, Zuvandçay və digər mağaralarında rast gəlinir və burada aparılan arxeoloji qazıntılar zamanı ibtidai insanların əmək alətləri və ovladıqları heyvanların sümükləri tapılmışdır.

Alt Paleolit ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu günədək Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 30-dan artıq paleolit abidəsi müəyyən olunmuşdur ki, arxeoloji tapıntıların əhəmiyyətinə görə onlar­dan ən önəmlisi Azıx, Tağlar, Daşsalahlı, Qazma, Buzeyir və Zuvandçay mağara düşərgələridir. Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət - olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur. Adı çəkilən mağaralarda Azərbaycan arxeoloqlarının apardığı elmi tədqiqatlar nəticəsində, keç­miş SSRİ ərazisində ilk dəfə olaraq çaydaşı alətləri mədəniyyəti müəy­yən olunmuşdur. Bu baxımdan çoxtəbəqəli Azıx mağara düşər­gəsində aparılan tədqiqatların xüsusi elmi əhəmiyyəti vardır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin