İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Teatrın inkişafında yeni mərhələ başladı



Yüklə 0,94 Mb.
səhifə377/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   373   374   375   376   377   378   379   380   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Teatrın inkişafında yeni mərhələ başladı. Respublikada "Dövlət Gənclər Teatrı", "Bakı Bələdiyyə Teatrı", "Pantomim Teatrı", "Tənqid-Təbliğ Teatrı", "Milli Dastan Teatrı", "Yuğ" teatrı, "Bakı Kamera Teatrı" kimi yeni teatrlar təşkil olunmuşdu. 2000-ci ildə 26 döv­lət teatrı fəaliyyət göstərirdi. Azərpaşa Nemətov, Fərahim Fərzəlibəyov, Hüseynağa Atakişiyev kimi istedadlı rejis­sorlar Azərbaycan rejissorluq məktəbinin ən yaxşı ənənələrini inkişaf et­dirir­dilər.Azərbaycan teatrları xalqın qəhrəmanlıq tarixindən, müasir həyatından bəhs edən onlarla əsərə səhnə həyatı verdilər.

Azərbaycanın musiqi sənəti yeni əsərlərlə zənginləşirdi. Görkəmli bəstəkarlar Fikrət Əmirov, Süleyman Ələsgərov, Arif Məlikov, Cövdət Hacıyev, Vasif Adıgözəlov yeni-yeni musiqi əsərləri yaratdılar.

Azərbaycan musiqisində hərbi mövzu da xeyli inkişaf etmişdi. Süleyman Ələsgərovun "Əsgər marşı", Ş.Musaoğlunun əsgər mahnıları, Cavanşir Quliyevin "Əsgər marşı" xalqda qələbəyə inam hissi oyadırdı.

Azərbaycan musiqi ifaçılığı sənəti də inkişaf etməkdə idi. 1992-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyası yaradıldı. Muğam, xalq mahnıları və təsnif ifaçılarının ənənəvi müsabiqələri keçirilirdi. 1997-ci ilin noyabr ayında Bakıda vokalçıların Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsi keçirildi. Prezident Heydər Əliyev 1996-cı il iyunun 22-də "Azərbaycanda gənc istedad­lara dövlət qayğısı haqqında", 1997-ci il sentyabrın 13-də "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" fərmanlar verdi.

Müğənnilər Zeynəb Xanlarova, Alim Qasımov, Səkinə İsmayı­lova, caz vokal ustası və pianoçu Əzizə Mustafazadə, Fidan və Xuraman Qasımova bacı­ları kimi vokal ustaları və onlarla başqa sənətçilər Azərbaycan musiqisini dün­yada təbliğ edirdilər. 2000-ci ildə Alim Qasımov Avropada diskləri ən çox satılan 5 ifaçıdan biri olmuşdur.

Musiqinin müxtəlif janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabi­qələrin keçirilir. Bakıda xüsusi “Muğam evi” tikilib istifadəyə veril­miş­dir və burada 2005-2013-cü illər arasında 4 Muğam Televiziya Müsa­biqəsi keçirilmişdir. 2009 - cu il 18-24 mart tarixində Bakıda “Muğam aləmi” Beynəl­xalq musiqi festivalı kecirildi və o vaxtdan bu festifal hər 2 ildən bir keçirilməyə başladı. 2015-ci ilin 13-18 martında Bakıda artıq IV “Muğam aləmi” Beynəl­xalq musiqi festivalı baş tutdu.

2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olundu. 2011-ci ildə Azər­baycan “Avroviziya” (Eurovision) mahnı müsabi­qəsində qalib gələrək 39 iştirakçı dövlət içərisində I yeri tutdu. 2012-ci ilin mayında Bakıda Avroviziya (Evrovizion) Beynəlxalq mahnı musabiqəsi müvəffəqiyyətlə kecirildi.

Bütün maddi çətinliklərə baxmayaraq Azərbaycan kinosu inkişaf etməkdə idi. Müstəqil kinostudiyalar təşkil olundu. Azərbaycanda istehsal olunmuş filmlərin toplan­ması, bərpası və səmərəli istifadə olunması üçün Dövlət Kino Fondu təşkil edildi. Azər­baycan kinosunun görkəmli rejissorları sırasına Vaqif Mustafayev, Ayaz Salayev, Hüseyn Mehdiyev kimi istedadlı sənətkarlar daxil olmuşdu. Azərbaycan kinomatoqrafçıları "Əhli-kef", "Fransız", "Hər şey yaxşı olacaq" (rejissor V.Mustafayev), "Yarasa" (rejissor Ayaz Salayev), "Həm ziya­rət, həm ticarət", "Yerlə göy arasında" (rejissor Rasim Ocaqov), "Uçurulmuş körpü","Özgə vaxtı" (rejissor Hüseyn Mehdiyev) kimi bir sıra yüksək bədii dəyərli filmlər yaratdılar. Müharibə, erməni quldurlarının vəhşiliyi, qaçqınlıq həyatının dəhşətləri Azərbaycan kinosuna yeni mövzular gətirmişdi. "Ağ atlı oğlan" (rejissor Ə.Əbluc), "Fəryad" (rejissor C.Mirzəyev) kimi təsirli, realist kinolentlər yaradılmışdı.

Azərbaycan sənədli kinosu da xeyli inkişaf etmişdi. Müstəqillik uğrunda mübarizə, Qarabağ müharibəsi, ölkədə siyasi sabitlik yaradılmasını, iqtisadi tərəqqini, demokratik prosesləri, dövlətin xarici aləmdə nüfuzunun yüksəlməsini əks etdirən yüzlərlə maraqlı, ibrətamiz kino-videolent çəkilmişdi. Müdafiə Nazirliyinin sənədli kinostudiyası da bu sahədə fəal iş görürdü.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin