Sonuç
İbn Haldun’un asabiyet kavramını incelediğimizde söz konusu kavramda bir
toplumun veya grubun, kendisiyle dikey ilişkilerine, yani kendi geçmişiyle ilişki-
lerine dayanan bir boyutun olduğunu görüyoruz. İbn Haldun asabiyet kavramında bu
boyuta büyük önem vermesine rağmen, söz konusu boyut bugüne kadar yeteri kadar
incelenmemiştir. Asabiyetin dikey boyutu dediğimiz bu özelliği, son dönemlerde
sosyal bilimlerin üzerine yoğunlaştığı «kolektif hafıza» kavramıyla önemli
benzerlikler içermektedir. Asabiyet kavramı tüm özelikleriyle bir bütün teşkil etse de,
kavramın analizi amacıyla onun farklı boyutları üzerinde durmak kavramın yeni
özelliklerini keşfetmemize yardımcı olmaktadır. Dolayısıyla asabiyet kavramının
dikey boyutunu «kolektif hafıza» kavramı bağlamında tekrar okumak da bize
asabiyet kavramının farklı boyutlarını keşfetmek için yeni imkanlar sunmaktadır.
Bir toplumda veya grupta asabiyetin mevcut olabilmesi için o grubun kendi
geçmişiyle ilişkilerinin ve geçmişine yönelik tasavvurlarının ne kadar etkili olduğu,
asabiyet kavramının dikey boyutunun anlaşılmasıyla mümkündür. Ayrıca dikey
boyutta gerçekleşen değişimlerin, grubun yatay ilişkilerini, diğer bir ifade ile
dayanışma ve yardımlaşma gibi cemaat arası ilişkileri nasıl etkilediğini de dikey
boyutun analiziyle anlayabiliyoruz. Aynı zamanda, modern sosyal bilimlerde
«kolektif hafıza»yla iktidar arasındaki ilişkilerin niteliğini ortaya koyan çalışmalar,
İbn Haldun’un mülk ve asabiyet arasında kurduğu ilişkiyi daha iyi anlamamız
açısından önemli açılımlar sunmaktadır.
26
Mukaddime, s. 455.
27
Karşılaştır: Assmann, Kültürel Bellek, s. 54.
Behram Hasanov
208
KAYNAKÇA
Arslan, Ahmet, İbni Haldun, Vadi Yayınları:İstanbul, 2000.
Assman, Jan, Kültürel Bellek, Eski Yüksek Kültürlerde Yazı, Hatırlama ve
Politik Kimlik, (çev. Ayşe Tekin), Ayrıntı Yayınları: İstanbul, 2001.
Assmann, Jan, “Collective Memory and Cultural Identıty”, New German
Critique, No. 65, Cultural History/Cultural Studies. (Spring - Summer, 1995), s. 125-
133.
Görgün, Tahisn, “Tarih ve Toplum Araştırmalarında Bir Yöntem Kaynağı
Olarak Klasik Metafizik: Fahreddin er-Razi Ekolü ve İbn Haldun”, İslam
Araştırmaları Dergisi, sayı 17, 2007, s. 49-78.
Günay, Ünver, “İslam Dünyasında Bir Din Sosyolojisi Öncüsü: İbn Haldun
(1332-1406)”, Atatürk Üniversitesi İlahiyat Fakültesi Dergisi, 6. sayı, 1986, s. 63-
104.
Halbwachs, Maurice, On Collective Memory, (edit. Lewis A. Coser), The
University of Chicago Press: London, 1992.
İbn Haldun, Mukaddime, (trc. Süleyman Uludağ), Dergah Yayınları: İstanbul
1988
İbn Khaldun, The Muqaddimah, (arapçadan ingilizceye çevire Frans Rosenthal),
Routledge anf Kegan Paul: London, 1967
Kayapınar, Akif, “İbn Haldun’da Asabiyet”, Geçmişten Geleceğe İbn Haldun:
Vefatının 600. Yılında Ibn Haldun’u Yeniden Okumak,İslam Araştırmaları Merkezi,
Sempozyumlar Dizisi, İstanbul, Haziran, 2006, s. 163-182.
Meriç, Cemil, “Kendi Semasında Tek Yıldız-I”, Fikirde ve Sanatta Hareket,
sayı. 100, (Nisan 1974), s. 32-36
Meriç, Cemil, "Kendi Semasında Tek Yıldız-II", Fikirde ve Sanatta Hareket,
sayı. 101, (Mayıs 1974), s. 8-18.
İbn Haldun’un Asabiyet Kavramında “Kolektif Hafıza” Boyutu
209
ÖZET
İbn Haldun’un toplum teorisinde merkezî bir konuma sahip olan asabiyet
kavramı Mukaddime araştırmacılarının bugüne kadar üzerinde en fazla durduğu
kavramlardan biridir. Araştırmacılar asabiyet kavramını genellikle “sosyal
dayanışma”, “dayanışma duygusu” vb. kavramlarla tanımlamaya ve karşılamaya
çalışmışlardır. Fakat söz konusu kavramlar asabiyet kavramının anlamını
Mukaddime’de kullanılandan daha dar bir çerçeveye hapsederken, İbn Haldun’un
toplum teorisinin açıklama gücünü de kısıtlamaktadır.
Son dönemlerde toplum bilimlerinde sıkça kullanılmaya başlayan “kolektif
hafıza” kavramı “asabiyet”in bu güne kadar üzerinde fazla durulmayan boyutlarını
ortaya çıkarma açısından önemli imkânlar açmaktadır. Bunun yanında, “kolektıf
hafıza” kavramı asabiyet kavramının İbn Haldun’un genel toplum teorisiyle daha iyi
bir bağlantısının kurulması imkânını sağlayarak söz konusu teorinin açıklama
gücünün daha kapsamlı bir şekilde ortaya çıkarılmasını sağlar.
ABSTRACT
The notion of asabiyya which has central position in the social theory of Ibn
Khaldun, is one of the overemphasized concepts of “Muqaddimah”. Researchers
have generally defined and met asabiyya through the concepts like “social solidarity”
and “feeling of solidarity”. However, these concepts constrict the original meaning
of asabiyya and the explanatory power of Ibn Khaldun`s social theory.
On one hand, the notion of “collective memory”, which is one of the widely
used concept in social sciences in recent years, enables revealing the ignored
dimensions of the concept of asabiyya. On the other hand, the concept of “collective
memory” provides opportunity for exposing of the explanatory power of Ibn
Khaldun`s social theory through connecting much better the notion of asabiyya with
the above-mentioned social theory.
Behram Hasanov
210
РЕЗЮМЕ
Находящийся в центре теории общества Ибн Халдуна концепция «асабия»
является по сегодняшний день одним из значительных концепции
исследователей «мукаддима». Исследователи часто пытались определить и
компенсировать концепцию «асабия» с понятиями «социальная солидарность»,
«чувство солидарности» и так далее. Но данные понятия ограничили смысл
концепции «асабия» в узких
рамках,
чем она на самом деле является в
Мукаддиме, а также ограничили объяснительную силу теории общества Ибн
Халдуна.
Понятие
«коллективной
памяти»,
которое
получило
широкую
популярность в социальных науках в последные годы, открыло широкие
возможности в плане раскрытия минорных аспектов «асабии» до сегодняшнего
дня. Кроме того, понятие «коллективная память» обеспечивает возможность
установления наилучшего соединения
концепции «асабия» с теорией общества
Ибн Халдуна в общих чертах, вместе с тем
обеспечивает более комплексного
раскрытия
этой теории.
Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov
Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər
211
ƏL-QƏZALİ VƏ ARTUR ŞOPENHAUER
ƏSRLƏRİ KEÇƏN PARALELLƏR
Ç.C.Məmmədova
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq
kafedrasının doktorantı
Açar sözlər: əl-Qəzali, Artur Şopenhauer, paralellər, metafizika, İslam, iradə,
təsəvvür, əzab.
Key words: Al-Ghazali, Arthur Schopenhauer, parallels, metaphysics, Islam,
will, representation, suffering.
Ключевые слова: Аль-Газали, Артур Шопенгауэр, параллели, метафизика,
Ислам, воля, представление, страдание.
“Fəlsəfi fikrin ağırlıq mərkəzi artıq neçə əsrdir ki, Avropanın ideya məkanında
gah bu, gah da başqa ölkəyə keçsə də, əslində eyni bir mədəniyyətin kontekstində
fırlanmaqdadır. Düzdür, son əsrdə ABŞ–ın ideya məkanı da mərkəz olmaq iddiası
ilə rəqabətə girmişdir. Lakin mahiyyət eynidir. Söhbət əslində eyni bir sivilizasi-
yadan, eyni düşüncə tərzindən və eyni bir fəlsəfi ənənədən gedir”(1,5).
Məhz buna görə də bu məqalədə Şərq və ya Qərb fəlsəfəsindən yox, bu
fəlsəfələri təmsil edən iki böyük filosofun ideyalarından danışılacaq. Ayrılıqda hər
biri öz dövrünün məşhur simaları olmuş bu iki mütəfəkkirin araşdırma üçün
seçilməsinin əsas səbəbi onların yaradıcılığına, həyat tərzlərinə və xüsusilə
şəxsiyyətlərinə duyulan hörmət və simpatiya hissi olub. İmam Əl-Qəzali “ən böyük
İslam filosofu” idi (3, 75). Bunu müasir araşdırmaçı Debora Blak öz əsərlərində
təkidlə qeyd edirdi. Bəzən araşdırmaçının hansısa sahəyə diqqət yetirməsinə illər
gərəkdiyi halda, bəzən bu bir cümlənin köməyi ilə olur. Bizi də Əl-Qəzaliyə aparan
yol bu cümlə ilə başlayır. Qərb aləmində bu qədər böyük marağa səbəb olmuş Şərq
mütəffəkiri bizim üçün də kəşf edilməlidir. Qərb alimləri daima Şərqi mənbə kimi
istifadə edib, minlələ əsər, məqalə yaza, bizim olanı bizdən yaxşı təqdim edə bilirlər.
İnteqrativ bir əsrdə yaşadığımız üçün biz bu praktikadan istifadə etməli, uzun illər
gizli qalan potensiyalımızı dünyaya aşkar etməliyik.
Ç.C.Məmmədova
212
Müzakirə mövzumuz olan iki mütəfəkkiri birləşdirən bir necə məqam
mövcuddur. Bizim əsas diqqət hədəfimiz – əzab və biliyə dair məqamlara, habelə iki
mütəfəkkirin iradəyə verdiyi əhəmiyyət və buradan ortaya çıxan paralellərin
analizinə yönələcək.
Hər biri ayrı – ayrı dövr və cəmiyyətlərdə yaşamış insanların bir–birinə çox
bənzər fikirlər söyləməsi istər – istəməz onların eyni həqiqəti görüb, dərk etməsindən
xəbər verir. Çünki bu eyniliyi başqa cür izah etmək mümkün deyil. Onları ayıran
illər, məsafələr, hətta təfəkkürdə olan fərqlər eyniliyin yaranmasını əngəlləyə bil-
mirdi. Nə idi bunun səbəbi? Bəlkə də, Platonun dediyi fikir doğru idi. Hər bir insan
ideyalar aləmində həqiqəti görüb dərk edir, bədəninə ruh veriləndə isə bu unudulur.
Sonra onun müdrüklüyü bu həqiqətləri yada salmağa kömək edir.
Biz Əl-Qəzalinin və Şopenhauerin metafizikasında bu paralellərin şahidi olaca-
yıq. Əl-Qəzalinin metafizikasını təşkil edən iki böyük sahə mövcuddur. Bunlardan
birincisi görünən aləm, ikincisini isə Dominion adlanan görünməyən dünyadır.
Birinci məqamı daha ətraflı nəzərdən keçirmək istəsək, onda burada belə bir
ideya ilə rastlaşırıq ki, bizim yaşadığımız gündəlik həyat Allahdan yox, görünməyən
dünyadan gələn kölgənin nəticəsidir. Kölgə dünyası görünməyən aləmdən gəlir,
görünməyən dünya isə birbaşa Allahdan başlayır. Buradan da belə bir nəticəyə
gəlmək olar ki, görünən dünya ikincili təsir olub, görünməyən dünyanın törəməsidir.
Bu ideyalar bizi Şopenhauerin fikirlərinə gətirib çıxarır. Mövcud paraleli
göstərmək üçün böyük Alman filosofunun “Aləm iradə və təsəvvür kimi” əsərində
olan bir kiçik parçanı ön plana çəkmək lazımdır.
“Bu Mayadır, yalan örtüyü, o ölümlü insanların gözünü tutub və onlara
mövcudluğu və mövcüdsuzluğu haqqında heç bir fikir irəli sürə bilmədiyimiz aləmi
görməyə məcbur edir. Belə ki, o yuxuya, qum üzərinə düşən günəş şüalarının əksinə
bənzəyir. Bu şüalar səyahət edən insanı yanıldır, ona suyun çox yaxında olduğunu
zənn etdirir” (2, 41).
Şopenhauer öz əsərinin bu hissəsində Maya nəzəriyyəsi ilə şəxsi düşüncələrini
ifadə edir. O düşüncələr ki, Heraklit, Platon və Spinoza tərəfindən əvəllər də bu və ya
digər şəkildə təsvir olunmuşdur.
İndi əminliklə demək olar ki, bu iki mütəfəkkir görünən aləmi real yox, ikinci
dərəcəli təsir kimi qəbul edib, təsvirlərini bunun əsasında qurmuşdular.
Əl-Qəzali bir az da irəli gedərək görünməyən aləmin təzahürü olan görünən
dünyanı izah etməyə cəhd edir. Bunun üçün o Quran ayəsinə müraciət edir:
“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy
əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində
Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər
213
olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir
qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də
qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə
deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın).
Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O,
nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş
edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə)
insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!” (6, 380).
Əl-Qəzalinin fikrinə görə ayədə qeyd olunan beş əlamət “insan qəlbinin beş
bacarığına” uyğundur. Bu beş bacarığın izahı belədir:
“O çıraq, taxça, qəndil, ağac və zeytun Böyük İşığın görünən hissələridir. Onlar
isə aşağıdakı xüsusiyyətlərə uyğundur: hisslər, təsəvvür, əksetdirmə, rasionallıq və
peyğəmbərlik bacarığı” (4,23).
Bundan əlavə onu da qeyd edə bilərik ki, Əl-Qəzali üçün iman gətirən insanın
məqsədi öz qəlbini təmizləmək idi. “Beləliklə, qəlb nə qədər çox təmizlənirsə, o bir o
qədər çox Allah işığını qəbul edib, predmetlər haqqında həqiqi bilik əldə edir” (4,12).
Əl-Qəzali üçün biliyin mahiyyəti İlahi İşığı dərk etməklə əlaqəlidir. Bir daha işıq
ayəsinə qayıdıb Əl-Qəzalinin qəlb və onun beş bacarığı haqqında dediyi fikirləri şərh
edək. Burada hisslər taxçaya bənzədilir, belə ki, ondan çıxan ocaq çoxsaylı dəliklər
tapır. O bu dəlikləri insanın qulaq və burunu ilə müqayisə edir. Burada obraz işığı
otağı aydınlaşdırmağa yönələn taxçanın içində olan çıraqdır. Məhz bu çıraq kimi
bizim də əqlimiz ətrafımızda olan aləmi işıqlandırıb, bizim onu dərk etməyimizə
yönəlir.
Təsəvvür qabilliyəti çırağın qəndilinə bənzədilir və rasional biliyin təşkilatçısı
kimi qiymətlindirilir. Əsas ideya ondan ibarətdir ki təsəvvürün yaranması nəticəsində
konseptual və abstrakt təfəkkür formalaşır. Qəndil yayğın olan işığı yığa bildiyi kimi
təsəvvür də ilkin halı ilə xaotik ideyaları toplamağı bacarır.
Ruhu əks elətdirən qəlblər isə ocağa bənzədilir. Görünür ki Əl-Qəzalinin əsas
məqsədi burada əqlin və arqumentlərin istifadəsini vurğulamaqdır. Əks etdirən ruh
bizə düşüncə hökümlərinin artırılması və inkişaf etdirilməsi üçün imkan yaradır.
Peyğəmbər ruhu çırağın yağı ilə eyniləşdirilir. Neft kimi peyğəmbər ruhu
təmizliyi təcəssüm etdirir və yanmağı ilə bütün ətrafı işığa qərq edir. Yağ öz
mahiyyəti etibarilə olduğu maye halında qala və ya yanıb ətrafı işıqlandıra biləcək
xüsusiyyətlərə malik olan mahiyyətdir. Qəlb də yağ kimidir, o ya olduğu halda qalır,
ya da ilahi aydınlıqdan bəhrələnib ətrafı işıqlandırır. İşığın mənbəyi olan rasional ruh
çırağın özü ilə eyniləşdirilir. Beləliklə, Əl-Qəzali peyğəmbəri aydınlıq gətirən çıraq
Ç.C.Məmmədova
214
kimi təsvir edir. Onu da qeyd etmək vacibdir ki, bu rasional ruh işıqlandırdığı
obrazların seçimini də reallaşdırır. Yəni işıqlandırma kor-koranə həyata keçirilmir.
Əl-Qəzali yaradıcılığında peyğəmbərin oynadığı rolu Şopenhauer dahiyə şamil
edirdi. Dahi haqqında Şopenhauer öz fikirlərini belə yekunlaşdırıb: “ Dahi bahalı
daşlar arasında qranat daşı kimidir. Digər daşlar onların üzərinə düşən işığı əks
elətdirdiyi halda, qranat öz işığı ilə parlayır” (7).
Diqqətimizi çəkəcək digər bir məqam Əl-Qəzalinin varlığı üç mərhələyə
ayırmasında ortaya çıxır. Bu bölgü aşağıdakı kimidir:
1.
Birinci - Ali mərhələni Allah tutur;
2.
Aşağı pilləni isə Allahın müəyyən etdiyi maddi aləm tutur;
3.
Bu iki mərhələ arasında insanlar aləmi yerləşir. Burada olan insanların
qəlbləri isə iradə azadlığına malikdir. Allah insanlara ideyaları və meyilləri verir,
ancaq onların işləri iradə ilə müəyyən olunur.
Şopenhauer iradə və onun şəxsiyyətin formalaşmasında oynadığı rolu aşağıdakı
kimi ifadə edir.
“Ona görə də biz hadisələr aləmini iradənin güzgüsü, onun obyekti adlandırırıq”
(2, 446).
Öz əsərlərində çoxlu sayda əsaslandırılmış sitatlar gətirməklə Şopenhauer bir da-
ha iradəyə verdiyi yüksək qiyməti göstərirdi. Əl-Qəzali də öz növbəsində çoxlarının
düşündüyü kimi iradənin həlledici roluna qarşı çıxmır, əksinə onu daha da əhəmiy-
yətli edirdi.
Bütün bu deyilənləri ümumiləşdirib fikirlərə yekun vursaq onda bu iki
mütəfəkkir arasında olan paralellərin beş istiqamətini aşkar etmiş olarıq. Birinci,
ümumilik ondan ibarətdir ki, hər iki filosof bu və ya digər şəkildə özünü əzabkeş
sayıb. İkincisi, onlar əzablardan qurtulma zamanı obyektiv olmağa çalışıblar. Əl-
Qəzali biliyin mahiyyətinə çatmaqda obyektivlik istədiyi halda, Şopenhauer iradədən
azad olmaq çərçivəsində obyektivlik istəyirdi. Üçüncü, məqam Platon ideyalarının
assimilyasiyasıdır. Əl-Qəzali öz yaradıcılığında sfera və emanasiya nəzəriyyəsini
işıqlandırıb, Şopenhauer isə öz növbəsində Platonun ideya və forma anlayışlarını
mənimsəyib. Dördüncü, ümumi məqam odur ki, hər iki mütəfəkkir biliyə çatmağın
yolunu günlük, adi həyatın fövqünə keçməklə nail olmağın mümkünlüyünü iddia
edirdilər. Əl-Qəzali üçün bu Allah əqli ilə görüşmək, Şopenhauer üçün isə ideyalar
aləmi ilə tanışlıq təşkil edirdi. Beşinci və sonuncu paralel dahi və peyğəmbər
məsələsidir. Hər iki mütəfəkkir ən yüksək ideyalara çatanların seçilmişlər üçün
olduğunu qəbul edirdilər.
Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər
215
Bütün bu deyilən məqamlar mövzunun əhəmiyyətini bir daha vurğulayır. Belə
ki, komparativ yanaşmanın ən müsbət tərəfi ideyaların müxtəlif fəlsəfi sistemlər tərə-
findən eşidilməsi, sintez olunaraq yeni fikirlərin yaranmasına təkan verə bilməsidir.
ƏDƏBİYYAT SİYAHISI
1.
Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı –
2004
2.
Шопенгауэр А. «Мир как воля и представление», Минск – 2011
3.
Routledge Encyclopedia of Philosophy, London – 1998
4.
Al-Ghazali «The Niche of Lights», Brigham – 1998
5.
Аль - Газали, «Исследование сокровенных тайн сердца
Издательство: Ансар – 2007
6.
Qurani – Kərim. Z.M. Bünyadov, V.M. Məmmədəliyev. Bakı – 2005
7.
http://shoyher.narod.ru/AntolMyisli/AntolMyisl_T3.html
8.
http://www.sufizm.ru/lib/gasali/
Ç.C.Məmmədova
216
XÜLASƏ
Bu məqalənin əsas məqsədi odur ki, klassik islam fəlsəfəsi paralellər
çərçivəsində öyrənilə bilər. Buna nail olmaq üçün mən Əl-Qəzalinin (1058-1111)
metafizikası ilə Artur Şopenhauerin (1788-1860) estetikasını müqayisəli təhlil
edəcəm. Bu zaman əsas qüvvə hər iki mütəfəkkir üçün eyni olan mövzulara
yönələcək. Bunlardan ikisi özündə əzab və biliyə aid məqamları cəmləyir. Bundan
əlavə təhlil zamanı ortaya çıxacaq beş ümumi mövzu da var.
SUMMARY
The aim of this article is to show how classical islamic philosophy may be
studied within a framework of parallels. To achieve this goal, I will bring together
the metaphysics of Al-Ghazali (1058-1111) and the aesthetics of Arthur
Schopenhauer (1788-1860). In comparing and contrasting Al Ghazali with
Schopenhauer the focus will be on the underlying themes common to both thinkers.
The two central themes involve the issues of suffering and knowledge. There are, in
addition, five shared themes that will emerge from the analysis to follow.
РЕЗЮМЕ
Целью данной статьи является показать, как классическая исламская
философия может быть изучена в параллельных рамках. Для достижения этой
цели, я собираюсь объединить метафизику Аль-Газали (1058-1111) и эстетика
Артур Шопенгауэра (1788-1860). В сравнение и противопоставление Аль-
Газали с Шопенгауэром упор будет сделан на основные темы, общие для обоих
мыслителей. Две центральные темы включают в себе вопросы о страдании и
знании. Есть пять общих тем, которые будут возникать в результате анализа.
Çapa tövsiyə etdi: f.e.d. Tahirə Allahyarova
Bağlılıq mərhələləri və uşağın sosiallaşması
217
BAĞLILIQ MƏRHƏLƏLƏRİ VƏ UŞAĞIN SOSİALLAŞMASI
Monteziriniya Əkbər Firidun oğlu,
AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun dissertantı
Açar sözlər: uşaq, bağlılıq, bağlılığa təsir edən amillər, sosiallaşma.
Keywords: the child, attachment, the factors influencing formation of
attachment, socialization.
Ключевые слова: ребенок, привязанность, факторы, оказывающие влияние
на формирование привязанности, социализация.
Uşaqlarda bağlılığa təsir edən amillər hansılardır? Alimlər bu sualı cavablaya-
raq, əsasən dörd amilə diqqəti yönəldirlər: uşağın bağlanması üçün şərait, uşağa
göstərilən qayğının keyfiyyəti, uşağın fərdi xüsusiyyətləri və uşağın ailədə vəziyyəti.
1. Uşaqın bağlanması üçün fürsət
Əgər uşaq onun qayğısına qalan fərdlə “emosional əlaqə yaratmağa şərait” və
imkan tapa bilməsə, nə olar? Rene Spits [1946] həyata keçirdiyi tədqiqat
çərçivəsində müşahidə etdi ki, 3-12 aylıqda anaları tərəfindən tərk edilmiş kimsəsiz
uşaqlar daha fərqli bir mühitdə digər uşaqlarla birlikdə (ən azı 7 uşaqla) bir dayənin
nəzarətində olduqda onların çəkisi azalmış və onlar ətrafdakılardan uzaqlaşmağa
meylli olmuşdular. Onların analarını əvəz edən daimi bir dayə olmadığı təqdirdə
həmin uşaqlar depressiyaya düşürdülər.
Həmin kimsəsiz uşaqların həyəcanlanma problemi olurdu. Çünki onlar bir yaxud
bir neçə böyük və yaşlı insanla ünsiyyətdən məhrum idilər. Tədqiqatçılar öz
tədqiqatlarını uşaq-dayə münasibəti daha yaxşı olan bir uşaq evində davam etdilər.
Bu uşaqlara kitab və oyuncaq verilirdi. Lakin baxıcılar çox tez-tez dəyişirdi. Yəni hər
uşağın orta hesabla 4.5 yaşına qədər 50 baxıcısı olurdu. Bu uşaqların bir çoxu 4
yaşından sonra ailələrə verildikdə yeni valideynləri ilə çox yaxşı emosional əlaqə
qura bilirdilər. Bu o deməkdir ki, uşağın valideynə bağlanması hətta 4-6 yaşında da
ola bilər [1, s.99-118].
Monteziriniya Əkbər Firidun oğlu
218
Amma bu uşaqların əksəriyyətinin həyəcanlanma və sosial problemləri varidi.
Məsələn, uşaqlar “böyüklərin diqqətinə”, “böyüklərlə ifrat səmimiliyə”, tanımadıq-
ları həmyaşıdları ilə səmimiliyə meylli idilər və dostluq əlaqələri zəif idi. Rumıniya-
nın kasıb vəziyyətdə olan uşaq evlərinin birində qalan körpələrdə də qeyd etdiyimiz
problemlər müşahidə edilmişdi [2, s.791-801]. Bu nəticələr göstərir ki, uşağın
həyatının ilk illərində yaxın emosional əlaqə yaratması və bağlanmasında onun təbii
və normal böyüməsinin əhəmiyyətli dərəcədə təsiri var.
Dostları ilə paylaş: |