Seyid Yəhya Şirvaninin həyat və yaradıcılığı: Seyid Yəhya Şirvani 14-cü
əsrin sonunda Şamaxı şəhərində tanınmış seyid ailəsində dünyaya gəlmişdir. Onun
nəsli yeddinci imam İmam Museyi Kazıma qədər gedib çıxır. Ailəsi Şamaxının
sayılıb-seçilən soylarından idi. Atası Bəhaəddin öz dövrünün nəqibul-əşrafı
13
olmuşdur. Uşaqlığını və gəncliyini Şamaxıda keçirən Seyid Yəhya burada çox yaxşı
təhsil almış, dil və din elmləri sahəsində müxtəlif müəllimlərədən dərs almışdır. Bu
müəllimlər içərisində Şeyx Şəmsəddin Axsıkəti, Mövlana Hafizəddin əl-Gərdəri,
Mövlana Tacəddin, Mövlana Qütbəddin Sərabi kimi dövrünün böyük alimlərinin
11
Sadık Vicdani, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, səh. 20.
12
Mehmet Serhan Tayşi, “Ömer Halveti”, DİA, İstanbul, 2007, c. 34, səh. 65.
13
Nəqibul-əşraflıq Abbasi xəlifəsi Mütəvəkkilin (232-247/847-861) dövründə təsis olunmuş və
daha sonra müsəlman dövlətlərinin bir çoxunda mövcud olmuşdur. Bu qurumun başçısı olan
nəqibul-əşrafın əsas vəzifəsi həzrət Peyğəmbərin nəslindən gələn seyid və şəriflərin işləri ilə
məşğul olmaq, onların hüquqlarını qorumaq, seyidlərin şəcərələrinə nəzarət etmək, saxta
yollarla özlərini Peyğəmbər nəslinə aid edənlərin qarşısını almaqdan ibarət idi. Bax. Murad
Sarıcık, Osmanlı İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi, Ankara, 2003, s. 23.
Xəlvətiyyə təriqəti
11
adını birbaşa özü “Şifa əl-Əsrar” adlı əsərinin müqəddiməsində qeyd edir.
14
Lakin
onun həyatında ən mühüm rolu xəlvəti şeyxi Sədrəddin Xiyavi oynamışdır. Məna
aləmində yaşadığı müəyyən halların nəticəsində Yəhya Şirvani xəlvətiyyə təriqətinə
girərək Şeyx Sədrəddin müridi olmuşdur. Atası əvvəllər onun sufi olmasına etiraz
etsə də, daha sonra özü də təriqət yoluna girərək Şeyx Sədrəddinin müridi
olmuşdur.
15
1455-ci ildə Şeyx Sədrəddinin vəfatından sonra təriqət içərisində şeyxlik üstündə
anlaşmazlıq meydana çıxmış, Şeyx Sədrəddin özündən sonra Seyid Yəhyanı vəsiyyət
etdiyi halda, başqa bir mürid olan Pirizadə şeyxlik iddiası ilə çıxış etdi. Bunun
ardınca Seyid Yəhya Şirvanşah I Xəlilullahın dəvəti ilə Bakıya gəldi. Şirvanşah
tərəfindən çox yaxşı qarşılanan Seyid Yəhya üçün sarayın yanında xanəgah da təsis
edildi.
16
Burada çox sayda mürid yetişdirən şeyx yazdığı əsərlərlə xəlvətiliyi demək
olar ki, yenidən sistemləşdirdi və islam dünyasının hər tərəfində yayılmasına zəmin
yaratdı. Məhz buna görə ona təriqət içərisində ikinci qurucu mənasında “Piri-sani
(ikinci pir)” deyilmişdir.
Seyid Yəhya Bakıda yaşadığı müddətdə bir çox əsər qələmə almışdır. Əsərlə-
rinin əksəriyyətini ərəbcə və farsca, bir əsərini isə Azərbaycan türkcəsində yazmışdır.
Əsərləri içərisində xəlvətilərin gündəlik vird kimi oxuduqları “Virdus-səttar”-ın və
Azərbaycan türkcəsində qələmə aldığı “Şifa əl-Əsrar”-ın xüsusi yeri vardır. “Şifa əl-
Əsrar”-da müxtəlif təsəvvüfi məsələlər Quran, hədis və böyük islami şəxsiyyətlərin
fikirlərindən çıxış edərək sadə bir dildə izah olunmuşdur. Ümumiyyətlə, Seyid
Yəhyanın düşüncə sistemində fəlsəfi təsəvvüfdən çox praktiki-əməli təsəvvüf
mövzularına daha çox yer verilmişdir. Bu da onun fikirlərinin sadə xalq kütlələri
arasında yayılmasına zəmin yaratmışdır.
Seyid Yəhyanın yuxarıda qeyd olunan əsərlərindən başqa da bir çox əsəri vardır.
Bunlardan bəziləri belədir:
1.
Kəşful-qülub- farsca
2.
Adabul-vüzu (Əsrarul-vüzu)-
3.
Məkarimi-əxlaq (Əxlaqi-mahmudə)
4.
Məqamat (həft məqam)- farsca
5.
Ətvarul-qülub
14
Seyid Yəhya Şirvani, Şifa əl-Əsrar, nəşrə haz. M. Rıhtım, Bakı, 2013, s. 107-108
15
Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, s. 26-31.
16
Mehmet Rıhtım, həmin əsər, s. 34-35.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
12
6.
Bəyanul-ilm- mənzum əsərdir
7.
Mənazilul-aşiqin
8.
Şərhe Sualate Gülşəne Əsrar
9.
Qəzəliyyat- frasca mənzum əsərdir
Bunlardan başqa mənbələrdə onun bir çox başqa əsərindən də bəhs olunur.
17
Seyid Yəhya Şirvani ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmış və orada
vəfat etmişdir. Mənbələrdə onun vəfat tarixi kimi həm 1463, həm də 1466-cı il
göstərilir. Vəfatının ardından onun müridləri başda Anadolu olmaqla islam dünyası-
nın müxtəlif bölgələrində təriqəti yaymış və beləcə xəlvətiyyə müridlərinin və
təkyələrinin sayına görə ən böyük sufi təriqətlərindən birinə çevrilmişdir. Təsadüfi
deyildir ki, Osmanlı sultanlarından bir çoxu məhz bu təriqətə mənsub olmuşlar.
Xəlvətiyyə silsiləsi: Sufi təriqətlərində hər bir təriqət şeyxinin həzrət Peyğəmbə-
rə qədər gedib çıxan və ona icazət verən şeyxlərinin adlarından ibarət olan silsilə
olur. Təsəvvüfdə iki əsas silsilə vardır: ələviyyə və siddiqiyyə. Əgər silsilə İmam Əli
(ə) vasitəsilə həzrət Məhəmmədə (s) çatırsa buna ələvi silsilə deyilir. Əbu Bəkr Sid-
diq (r.a.) vasitəsilə Peyğəmbərə (s) çatan silsilə isə siddiqi və ya bəkri silsilə adlanır.
Ələvi təriqətlər zikirlərini səsli (cəhri zikr), siddiqi təriqətlər isə əsasən səssiz (xəfi)
edirlər. Həzrət Əliyə çatan silsiləyə əhli-beytə hörmət əlaməti olaraq “silsilətuz-
zəhəb”, yəni qızıl silsilə deyilir. Təriqətlərin əksəriyyəti ələvi silsiləyə, bəzisi isə
siddiqi silsiləyə mənsubdurlar. Məsələn, Kübrəviyyə, Qadiriyyə, Mövləviyyə, Bekta-
şiyyə təriqətləri ələvi, Nəqşbəndilik təriqəti isə siddiqi təriqətdir.
Xəlvətiyyə təriqəti də ələvi təriqətlərdəndir. Bu təriqətin də silsiləsi
peyğəmbərimizə həzrət Əli vasitəsilə çatır. Lakin xəlvətiliyi tədqiq edən bəzi
alimlərin də qeyd etdiyi kimi bu təriqətin ilkin silsiləsində səkkiz əhli-beyt imamının
adı keçdiyi halda, daha sonrakı dövrlərdə populyarlıq qazanmış və gününmüzə qədər
qəbul olunan silsilədə təkcə həzrət Əlinin adı qeyd olunur. Bunun da səbəbi kimi
Osmanlı-Səfəvi rəqabəti göstərilir. Belə ki, Səfəvi dövlətində şiəlik rəsmi məzhəb
xarakteri aldıqdan sonra Osmalılar bu fəaliyyətə qarşı şiəliklə başda vəlayət prinsipi
olmaqla müəyyən bənzər xüsusiyyətlərə sahib olan sünni təriqətlərini önə çəkdi və
dəstəklədi. Bu təriqətlərin də başında səfəviliklə “qohum” təriqət olan xəlvətilik
gəlirdi. Məhz bu dövrdə hər halda şiəliklə əlaqələndirilməmək məqsədi ilə həzrət Əli
istisna olmaqla, digər əhli-beyt imamlarının adlarının xəlvətiyyə silsiləsindən
17
Mehmet Rıhtım, “Seyid Yahya Şirvani”, DİA, c. 43, 265-266
Xəlvətiyyə təriqəti
13
çıxarıldığı ehtimal olunur.
18
Türk tədqiqatçısı Mustafa Aşkar Yusif Sinan Əfəndinin
(ö. 989/1581) xəlvətiyyənin öndə gələn şəxsləri ilə əlaqəli yazdığı “Mənaqibi-şərif”
19
adlı əsərindəki silsilədən çıxış edərək ilkin xəlvəti silsiləsində həzrət Əlidən sonra
İmam Həsən və İmam Hüseynin, Məruf Kərxinin də ardından İmam Zeynəlabidin,
İmam Məhəmməd Baqir, İmam Cəfəri-Sadiq, İmam Museyi-Kazım, İmam Rza kimi
əhli-beyt imamlarının da adlarının qeyd olunduğunu yazır.
20
Aşkara görə, daha sonra
silsilədə edilmiş dəyişiklik yuxarıda da qeyd edildiyi kimi Səfəvilərlə Osmanlılar
arasındakı ideoloji mübarizədir. Osmanlıların Səfəvilərə qarşı xəlvətilik, mövləvilik,
nəqşbəndilik və başqa bir çox sünni sufi təriqətlərini dəstəklədikləri tarixi bir
gerçəklikdir.
21
Lakin fikrimizcə, xəlvətiyyə silsiləsindəki dəyişikliyin bu ideoloji
mübarizə ilə əlaqələndirilməsinin bəzi zəif cəhətləri vardır. Belə ki, Aşkarın mənbə
kimi göstərdiyi Atayinin (ö. 1044/1634) “Hədaiqul-həqaiq fi təkmilətiş-şəqaiq”,
Bandırmalızade Ahmed Münib Efendinin (1858-1918) “Mir`atut-turuq” adlı əsərləri
başda olmaqla silsilədə əhli-beyt imamlarının qeyd olunmadığı əsərlər daha çox 17-
ci əsr və sonrasına aiddir. Halbuki imamların adlarını silsilədə qeyd edən “Mənaqibi-
şərifin” müəllifi olan Yusif Sinan Əfəndi Səfəvi-Osmanlı ideoloji və hərbi
mübarizəsinin zirvədə olduğu 16-cı əsrin alimlərindəndir. Deməli, silsilədəki
fərqliliyi qeyd olunduğu kimi sırf ideoloji mübarizə zəminində dəyərləndirsək, onda
bunun 16-cı əsrdə yazılan əsərlərdə edilməsi daha məntiqli olardı. Fikrimizcə, son
dövr xəlvətilərinin həzrət Əlidən sonra Həsən əl-Bəsri ilə davam edən silsiləni qəbul
etməsi bu silsilənin ələvi təriqətlərin əksəriyyətində qəbul olunan daha tanınmış bir
silsilə olmasıdır. Ələvi təriqətlərin silsiləsinə nəzər saldıqda onların mütləq
əksəriyyətinin öz silsilələrində Cüneyd Bağdadiyə qədər eyni şəxslərə yer
verdiklərini görərik. Deməli, sonrakı xəlvətilərin qeyd olunan silsiləyə rəğbət
göstərməsini bu silsilənin daha məşhur olmasında axtarmaq daha doğru olardı.
Hal-hazırda Xəlvətiyyənin əsas qəbul etdiyi Həzrət Məhəmməddən Yəhya
Şirvaniyə qədər olan silsilə isə belədir:
18
Bax. Mustafa Aşkar, “Bir Türk Tarikatı Olarak
Halvetiyye’nin Tarihî Gelişimi
ve Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 1999,
cilt: XXXIX, s. 546-559
19
Əsər “Mənaqibi Ricali Xəlvətiyyə” adı ilə tanınır.
20
Mustafa Aşkar, həmin məqalə, s. 559.
21
Nümunə üçün bax. Murat Akgündüz, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası
Mevlâna ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800.
Doğum Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II, s. 347-352
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
14
Həzrət Məhəmməd (s)
Həzrət Əli (ə)
Həsən əl-Bəsri (v. 110/728)
Həbib əl-Əcəmi (v.130/747-48[?])
Davud ət-Tai (v. 165/782)
Məruf əl-Kərxi (v. 200/815)
Səriy əs-Səqəti (v. 253/867)
Cüneyd əl-Bağdadi (v. 297/910)
Mimşad Dinəvəri (v. 299/912)
Məhəmməd Dinəvəri (v. 340/951)
Məhəmməd əl-Bəkri (v. 380/990)
Qazi Ömər Vəcihəddin (v. 442/1050)
Ömər əl-Bəkri (v. 487/1094)
Əbun-Nəcib Sührəvərdi (v. 563/1168)
Qütbəddin Əbhəri (v. 572/1177)
Məhəmməd Sincani (?)
Şəhabəddin Təbrizi (v. 702/1302)
İbrahim Zahid Gilani (v. 705/1305)
Xəlvətiyyə təriqəti
15
Əxi Məhəmməd (v. 780/1378)
Ömər Xəlvəti (v. 800/1397)
Əxi Mirəm (v. 812/1409)
İzzəddin Xəlvəti (v. 828/1424)
Sədrəddin Xiyavi (v. 860/1455)
Seyid Yəhya Şirvani (Bakuvi) (v. 868/1463 və ya 870/1466)
Seyid Yəhya Şirvanidən sonra xəlvətilik dörd əsas şöbəyə ayrılmışdır. Bunlar Dədə
Ömər Rövşəniyə aid edilən rövşəniyyə, Çələbi xəlifə kimi məşhur olan Şeyx Məhəmməd
Çələbi Cəmaliyə aid edilən cəmaliyyə, Şeyx Şəmsəddin Əhməd Sivasiyə aid edilən
şəmsiyyə və Şeyx Əhməd Şəmsəddin Marmaravinin qurduğu əhmədiyyə şöbələridir. Bu
əsas şöbələr də öz növbəsində müxtəlif alt şöbələrə bölünmüşlər. Ümumiyyətlə
xəlvətiyyə təsəvvüf təriqətləri içərisində ən çox şöbəyə ayrılan təriqət sayılır.
22
Xəlvətiyyənin yaranması və inkişafı dörd əsas mərhələyə bölünür:
1.
Üsul mərhələsi. Bu mərhələ Əbun-Nəcib Sührəvərdidən İbrahim Zahid
Gilaniyə qədər olan dövrü (X-XIII əsrlər) əhatə edir.
2.
Təriqətləşmə mərhələsi. Bu mərhələ İbrahim Zahid Gilanidən təriqətin quru-
cusu Ömər Xəlvətiyə qədərki dövrü (XIII-XIV əsrlər) əhatə edir.
3.
Təkamül mərhələsi. Bu mərhələ Ömər Xəlvətidən Seyid Yəhya Şirvaniyə
qədərki dövrü (XIII-XIV əsrlər) əhatə edir.
4.
Yayılma və qruplaşma mərhələsi. Xəlvətiliyin inkişaf seyrindəki sonuncu
mərhələ olan bu mərhələ Seyid Yəhya Şirvanidən sonrakı dövrü əhatə edir.
23
Həqiqətən də Yəhya Şirvaniyə qədər xəlvətiyyə təriqəti yayılma imkanı tapmamışdı.
İlk dəfə müxtəlif bölgələrə təriqəti yayan xəlifələr məhz Seyid Yəhya tərəfindən
göndərilmişdir.
24
22
Aşkar, “Bir Türk Tarikatı Olarak Halvetiyye’nin Tarihî Gelişimi ve Halvetiyye Silsilesinin
Tahlili”, səh. 555-560.
23
Mehmet Rııhtıım, Seyid Yahya Bakuvi və Xəlvətilık, Qismət nəşriyyatı, Bakı 2005, s. 151.
24
Yağlıkçızade Ahmed Rifat Efendi, Lügat-i tarihiyye ve coğrafiyye, İstanbul : Mahmud Bey
Matbaası, 1299, IV, s. 240.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
16
Xəlvətiyyənin əsas görüşləri:
Bütün sufi təriqətləri kimi xəlvətilikdə də Allaha doğru gedən mənəvi səfər
mənasında işlədilən süyrü-süluk düşüncəsi böyük əhəmiyyət kəsb edir. Con
Spenserin də qeyd etdiyi kimi xəlvətiyyə sistemi zöhd və xəlvətə xüsusi əhəmiyyət
verən bir təriqətdir.
25
Bu baxımdan bu iki məfhum xəlvəti sistemində salikin Allaha
gedən yolda mərhələlər qət edərək mənəvi saflığa qovuşmasında açar rolu oynayır.
Xəlvətiyyə təriəqtinin əsasları bunlardır:
1.
La ilahə illəllah ilə zikr etmək.
2.
Allahın yeddi adının (Əsmai-səbə) zikri ilə məşğul olmaq.
3.
Qəlbin saflaşmasını və pisliklərdən təmizlənməsini təmin etmək.
26
Yuxarıda da qeyd olunduğu kimi, Allahın yeddi adının (Əsmai-səbə) zikr
edilməsi xəlvətilikdə çox geniş yayılmışdır. Bunlar la ilahə illəllah, Allah, Hu, Həqq,
Həyy, Qəyyum, Qəhhar adlarıdır. Bu zikir şəkli ilk dəfə İbrahim Zahid Gilani
tərəfindən tətbiq edilmişdir. Ondan əvvəl süluk Allahın üç adı ilə edilirdi. Lakin
xəlvətiliyin müxtəlif qollarının zikirlərində bu adlara bəzi başqa adlar da əlavə
edilmişdir. Təriqətdə qeyd olunan yeddi adın müqabilində nəfsin yeddi sifəti də
qəbul olunur.
27
Bu sifətlər əmmarə (mütəmadi olaraq pisliyi əmr edən nəfs),
ləvvamə (özünü qınayan nəfs), mülhimə (yaxşılıq və pisliyin ilham olunması
sayəsində xeyirlə şəri ayıra bilən, pisliklərdən çəkinən nəfs), mütməinnə
(pisliklərdən təmizlənmiş, Haqq ilə rahatlıq tapmış nəfs), raziyə (Allahın hər
hökmünə razı olan nəfs), mərziyyə (Allahın hökmünə boyun əyməsi nəticəsində
Allahın da ondan razı qaldığı nəfs) və kamilə və ya zəkiyyə (bütün pisliklərdən
təmizlənərək iradəsini Allahın iradəsində yox etmiş və beləcə mütləq rahatlığı tapmış
nəfs) nəfsdir. Sifətlərlə sülukun növləri, aləmlər, hallar, məhəllər, varidlər, şühudlar,
adlar və nurlar arasında müəyyən bir əlaqə vardır. Məsələn, birinci nəfsin sifəti
“əmmarə”, sülukun növü “seyr iləllah”, aləmi “şəhadət”, halı “zövq”, məhəlli “sədr”,
varidi “şəriət”, şühudu “tövhidi-əfal”, adı “la ilahə illəllah”, nuru da “göy rəng”-dir.
28
Xəlvətiyyə təriqətində müridlərin həm gündəlik fərdi zikirləri, həm də toplu
halda icra etdikləri zikirləri vardır. Seyid Yəhya Şirvaninin “Virdus-səttar”-ı fərdi
zikirlərdə ən çox istifadə olunan dualardandır. Toplu zikirlər isə bütün ələvi
təriqətlərdə olduğu kimi səsli edilir. Bu zikirlərdə musiqidən, xüsusən ney, qudum və
25
John Spencer, The Sufi Orders in Islam, Oxford, 1971, s. 75.
26
Mustafa Kara, Tasavvuf ve Tarikatlar Tarihi, İstanbul, 1998, s. 289.
27
Mehmet Rıhtım, “Seyid Yahya Şirvani”, s. 394
28
Süleyman Uludağ, “Halvet”, s. 393
Xəlvətiyyə təriqəti
17
dəf kimi alətlərdən istifadə olunur. Yenə bir çox təriqətdə halqa şəklində hərəkət
edərək icra edilən zikir, yəni dövran da xəlvətiyyədə çox böyük əhəmiyyətə
malikdir.
Yuxarıda deyilənlərə əsasən, belə bir nəticəyə gəlmək mümkündür ki, xəlvətilik
sırf Azərbaycanda qurulmuş bir təriqət olmaqla, bütün İslam dünyasına da buradan
yayılmışdır. Məhz təriqətin ikinci piri Seyid Yəhya Şirvaninin ətraf bölgələrə
göndərdiyi xəlifələrin təbliğatı nəticəsində xəlvətilik Azərbaycanla məhdudlaş-
mayaraq Balkan yarımadasından Şimali Afrikaya qədər
29
bütün islam dünyasında
yayılmış və hal-hazırda islam dünyasının ən böyük təriqətlərindən biridir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Akgündüz, Murat, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası Mevlâna
ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800. Doğum
Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II
Aşkar, Mustafa, “Bir Türk Tarikatı Olarak Halvetiyye’nin Tarihî Gelişimi ve
Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,
1999, cilt: XXXIX
Bahadıroğlu, Mustafa, “İbrahim Zahid-i Geylani”, DİA, İstanbul, 2000.
Cövhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Beyrut, tarixsiz, c. 4
Kara, Mustafa, Tasavvuf ve Tarikatlar Tarihi, İstanbul, 1998
Mazzaoui, Michel M., The origins of the safawids: siism, sufizm and the gulat,
Wiesbaden: Franz Steiner Verlag, 1972.
Rıhtım, Mehmet, Seyid Yahya Bakuvi və Xəlvətilık, Qismət nəşriyyatı, Bakı
2005.
---------------------, Seyid Yəhya Bakuvi, Bakı, 2013
---------------------, “Seyid Yahya Şirvani”, DİA, İstanbul, 2013.
Sarıcık, Murad, Osmanlı İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi,
Ankara, 2003
Spencer, John, The Sufi Orders in Islam, Oxford, 1971.
Tatcı, Mustafa, “Elmalı’nın İrfan Ocakları: Bektâşîlik ve Halvetîlik Üzerine Bir
Değerlendirme”, Elmalı İrfan ve Sevgi Şehri, 2009
29
Bax. Spencer,The Sufi Orders in Islam, s. 75-80.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
18
Tayşi, Mehmet Serhan, “Ömer Halveti”, DİA, İstanbul, 2007
Uludağ, Süleyman, “Halvet”, DİA, İstanbul, 1997
Vicdani, Sadık, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, İstanbul
1338-1341
Yağlıkçızade Ahmed Rifat Efendi, Lügat-i tarihiyye ve coğrafiyye, İstanbul :
Mahmud Bey Matbaası, 1299
ب ،ةيملعلا بتكلا راد ، فوصتلا لھأ بھذم ىلع فرعتلا ،قاحسإ نب دمحم ركب وبأ ،يذابلاكلا
،توري
١٤١٣
ه
–
١٩٩٣
م
ربا لامك دمحم روتكدلا:قيلعت و قيقحت ،ةيفوصلا تاحلاطصا ،قازرلا دبع نيدلا لامك ،يناش
،رفعج ميھا
،باتكلل ةماعلا ةيرصملا ةئيھلا :ةرھاقلا
١٩٨١
.
نانبل ةبتكم ،ةيفوصلا تاحلطصملا مجعم ،مازخ يبأ داؤف رونأ روتكدلا
Xəlvətiyyə təriqəti
19
XÜLASƏ
Xəlvətiyyə təriqəti Azərbaycanda təşəkkül tapmış və daha sonra Şimali
Afrikadan Balkan yarımadasına qədər islam dünyasının müxtəlif bölgələrində
yayılmış ən böyük sufi təriqətlərindən biridir. Şamaxıda doğulub Bakıda vəfat edən
Seyid Yəhya Şirvaninin fəaliyyətləri nəticəsində xəlvətiyyə sistematik bir təriqət
halını almışdır. Ələvi silsiləyə mənsub xəlvətiyyə zöhd və xəlvətə xüsusi əhəmiyyət
verən bir təriqətdir. Bu məqalədə xəlvətiliyin yaranması, inkişaf tarixi və əsas
prinsipləri tədqiq olunur.
RESUME
Khalwatiyya is one of the biggest Sufi orders (tariqa) which was established in
Azerbaijan and later on spread in different places of Islamic world, from the
Northern Africa to the Balkans. As a result of Sayyid Yahya Shirvani`s activites,
who was born in Shamakhi and died in Baku, the Khalwatiyya order became a
systematical Sufi order. Belonging to the 'Alawi silsila
(the chain of
spiritual transmission), the tariqah of Kahlawatiyya gives a special importance to the
notions of zuhd and khalwa. In this article, the formation, development and main
principles of Khalwatiyya has been investigated.
РЕЗЮМЕ
Сформировавшийся в Азербайджане, позже распространившийся в
различные районы исламского мира от Северной Африки до Балканского
полуострова, Орден Халватиййа являлся одним из самых больших суффийских
орденов. В результате активной деятельности, родившегося в Шамаха и
скончавшегося в Баку,
Сейид Яхйя Ширвани
Халватиййа принимает
системную форму ордена. Принадлежавшая к алавийской силсила (цепь
духовной преемственности) Халватиййа является орденом, придающим
определенную значимость зохду и халвату.
В данной статье исследуются появление, историческое развитие и
оснавные принципы Халватиййа.
Son dövr Azərbaycan müfəssirləri
21
SON DÖVR AZƏRBAYCAN MÜFƏSSİRLƏRİ
1
f.f.d. Mirniyaz Mürsəl oğlu Mürsəlov
BDU-nun İlahiyyat fakültəsinin müəllimi
Açar sözlər: Bakuvi, Şəkəvi, Haşimzadə, təfsir, müfəssir.
Key words: Bakuvi, Shakavi, Hashimzada, tafsir, mufassir
Ключевые слова: Бакуви, Шекеви, Гашимзаде, тафсир, муфассир
Məqalədə XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan müfəssirləri Mir
Məhəmməd Kərim Bakuvi, Mövlazadə Şəkəvi və Əhməd Haşımzadənin həyat və
yaradıcılıqlarını araşdırdıq. Yaşadıqları dövrdə İslam aləminin düşdüyü vəziyyətdən
qurtulması üçün çıxış yolunu müsəlmanların maariflənməsində, bu məqsədlə də
təhsil müəssisələrinin yaradılması, dini təfriqələrə düşməmək üçün məzhəb
təəssübkeşliyindən uzaq durmaqda və Qurani-Kərimi insanların idrak səviyyəsinə
görə izah etməkdə görürdülər. Öz düşüncələrini insanlara praktik müstəvidə
çatdırmaq məqsədilə təfsir əsərləri yazmış və Azərbaycan din elminə öz töhfələrini
vermişlər. Məqalədə, həmçinin Mir Məhəmməd Kərim Bakuvinin “Kəşfül-həqaiq an
nükətil-ayati vəd-dəqaiq”, Mövlazadə Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-Quran” və
Əhməd Haşımzadənin “Təfsirul-Quranil-Azim” əsərləri təfsirin rəvayət və dirayət
növünə görə tərəfimizdən təhlil olunmuşdur.
Dostları ilə paylaş: |