Conclusion
A close study of the prophetic practice and the Islamic legislation with regards to
non-Muslim minorities would reveal that they were considered as the integral part of
Muslim society. Some argue that jizyah levied on non-Muslim minorities is a form
of punishment for their disbelief, but, -as argued above the Prophet Muhammad not
only gave non-Muslims the letters of assurance by which he guaranteed full
39
Sarakhsi, M.A., al-Mabsut, (1993), Beirut, Dar al-Kutub, Vol. 5, p. 39.
40
Abu Yusuf, Kitab al-Kharaj, p. 223.
41
Maududi A.A., Rights of non-Muslims in Islamic state, p. 23.
42
Abu Yusuf, pp. 224-226.
43
See, Hamidullah, Muhammad. (1980), “Tolerance in the Prophet’s Deeds at Medina”, print
copy of lecture organized by UNESCO, Paris: Unesco Press.
Namig Abuzarov
104
protection of their lives, properties and religions, but also, he urged his successors to
fulfill the terms of these contracts. The non-Muslim inhabitants enjoyed all the basic
human rights under the Islamic state and neither Muslims, nor others were permitted
to violate these rights.
REFERENCES
Abu Dawood, as-Sunan, Jidda, Dar al-Kutub 1998.
Abu Yusuf, Kitab al Kharaj, Istanbul, 1973.
Aghnides, Nicolas Prodromos, Mohammedan Theories of Finance, New York
1916.
Ahmad, Z., The concept of Jizyah in Early Islam, Islamic Studies, Vol. 14, No. 4
(1975), Islamic Research Institute, International Islamic University, Islamabad.
Ahmad, Ziauddin, The concept of Jizyah in Early Islam, Islamic Studies, Vol.
14, No. 4 (1975), Islamic Research Institute, International Islamic University,
Islamabad.
Bukhari, Muhammad bin Ismail, al-Sahih, Istabbul 1898.
Francesco Capotorti, Study on the Rights of Persons Belonging to Ethnic,
Religious and Linguistic Minorities, (New York, United Nations, 1979).
Hamidullah, Muhammad, Introduction to Islam, Ankara 2007, 3th edition.
Hamidullah, Muhammad, Introduction to Islam, Ankara 2007.
Hamidullah, Muhammad, The First Written Constitution of the World, Lahore
1958.
Hamidullah, Muhammad, The Prophet of Islam, Istanbul, 2003.
Hasan, S.M., The Economic Functions of the Early Islamic State, International
Islamic Publishers, Karachi, 1981.
Henrard, K, Devising an Adequate System of Minority Protection: Individual
Human Rights, Minority Rights and the Right to Self-Determination, (2000), Kluwer
Law and Taxation Publishers.
Kasani, Alauddin Abu Bakr, Badai as-Sanai, Beirut (1997), Vol. 7
Keskioglu, Osman, “Taxation in Islamic Law”, Izmir 1966.
Maududi, Abdul A`la, Rights of non-Muslims in Islamic State, KaziPubns Inc.
(June 1975).
Peerzade, Sayed Ahmad.,Jizyah: A Misunderstood Levy, JKAU: Islamic
Economy, Vol. 23, No. 1.
Status of non-Muslim inhabitants in an Islamic State
105
Pew Research, (2012), The Global Religious Landscape, retrieved from
http://www.pewforum.org/2012/12/18/global-religious-landscape-exec/
Sarakhsi, Muhammad bin Ahmad, al-Mabsut, (1993), Beirut, Dar al-Kutub, Vol. 5.
United Nations, Minority Rights: International Standards and Guidance for
Implementation, New York and Geneva 2010.
Yadav, TarunPratap, The Myth of Jizyah, Journal of Indian Research, April-
June, 2013, Vol. 1, No. 2.
Namig Abuzarov
106
XÜLASƏ
Mən bu məqalədə İslam Peyğəmbərinin və 7-ci əsrdə yaşamış ilk müsəlman
cəmiyyətinin “azlıq” anlayışını təsbit etməyə və həmçinin ilk dövr İslam hüququnun
qeyri-müsəlmanlar (zimmi) ilə əlaqədar maddələrini tədqiq etməyə çalışdım. İslam
ölkəsində yaşayan qeyri-müsəlmanların hüquqi statusu Qur`an və sünnə tərəfindən
formalaşdırılmışdır. İslam Peyğəmbəri Ərəbistan yarmadasında yaşayan qeyri-
müsəlman azlıqlara məktublar göndərərək onların can, mal, din və ibadətgahlarının
zəmanət altında olduğunu xəbər vermişdir. Qeyri-müsəlmanların həddi buluğa çatmış
kişiləri də bu imtiyazın əvəzində gücləri çatdığı qədər jizyə vergisi ödəmişlər.
RESUME
In this article I examine the Islamic concept of “Minority” that the Prophet
Muhammad and the early Muslim community conceived in the 7
th
century and
explore how Islamic legislation with regard to non-Muslim subjects enacted by the
Prophet and adopted by the orthodox caliphs in this period. Contrary to popular
belief that jizyah levied on non-Muslim minorities is a form of punishment for their
disbelief, but, -as argued above the Prophet Muhammad not only gave non-Muslims
the letters of assurance by which he guaranteed full protection of their lives,
properties and religions, but also, he urged his successors to fulfill the terms of these
contracts.
РЕЗЮМЕ
В данной статье я постарался рассмотреть исламскую концепцию
«меньшинства», которую представили в VIIвеке пророк Мухаммад и ранняя
мусульманская община; а также изучить пункты исламского права начального
периода связанный с немусульманами (Зымми). Правовой статус немусульман,
живущих в исламских странах, была сформирована на основе Корана и
Сунны.Пророк ислама направил письма немусульманским меньшинствам,
живущими на Аравийском полуострове оповещая их, что их жизнь, имущество,
религия ихрамы находится под гарантии. А достигшие половой зрелости
немусульманские мужчины платили налог «джизья» в обмен на привилегии.
Çapa tövsiyə etdi: i.f.d. ŞirinovAqil
İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması
107
İLK DÖVRLƏRDƏ İSLAMIN
AZƏRBAYCANDA YAYILMASI
i.f.d. Qoşqar Səlimli
Bakı Dövlət Universiteti
Açar sözlər: Azərbaycan; İslam; Xilafət; Qafqaz; Tarix.
Keywords: Azerbaijan; Islam; Khalifat; Caucasus; History.
Ключевые слова: Азербайджан; Ислам; Халифат; Кавказ; История.
Azərbaycanın yerli əhalisinin ilk dövrlərdə buralara gələn İslam fəth orduları ilə
az savaşmasının və onlarla sülh içərisində yaşamağa cəhd etməsinin ən vacib
faktorlarından biri də onların Bizans və Sasani zülmündən xilas olmaq istəyi idi.
Bununla bərabər İslam ordusunun yerli əhali ilə gözəl rəftar etməsi və dinlərini
mülayim şəkildə təbliğ etmələri faktını da gözardı etmək olmaz.
1
Müsəlmanlar hər
hansı bir ərazini öz itaətlərinə aldıqları zaman, sülh müqaviləsinə görə bu torpaqlar
köhnə sahiblərinin mülkü olaraq qalırdı, ancaq belə olduqda onlardan torpaq vergisi
alınırdı. Müsəlmanlar fəth etdikləri ölkələrin əhalisinin əllərindən kənd təsərrüfatı
alətlərini almır, əksinə torpaqdan faydalanmaq üçün yerlilərə kömək edirdilər.
2
Bütün bunlara baxmayaraq İslam ordularının böyük bir hissəsi ölkədən
ayrıldıqdan sonra hicri 24-cü ildə (m. 644-45) Azərbaycanda üsyan başladı, bununla
da sülh müqaviləsi pozuldu.
3
Hüzeyfə b. əl-Yəmanın Azərbaycanda vali olmasından sonra müsəlmanlar
Azərbaycan və onun bir hissəsi olan Arranda məskunlaşmağa başladılar. Bu dövrdən
etibarən İslam dini əhali arasında geniş bir vüsətlə yayılmağa davam etdi. Artıq
yerlilərdən müsəlman olanlar (məvali) hərbi əməliyyatlarda iştirak etmək məqsədi ilə
orduya alınırdı. Bununla bərabər Azərbaycanın ərazilərində çox sayıda xristian
1
Şeyxülislam Allahşükür Paşazadə, Qafqazda İslam, Bakı 1991, s. 43.
2
Гиргас. В., Права христиан на востоке по мусульманским законам, С. Петербург
1865, с. 16.
3
ət-Təbəri, Əbu Cəfər Muhəmməd b. Cərir, Tərixul-üməm vəl-muluk, I-XII, Qahirə, t. y., I, s.
2804.
Qoşqar Səlimli
108
(zimmi) da yaşayır və onlar da əsgərə çağırılırdılar. Ancaq məvalilərdən yalnız
piyada güc kimi istifadə olunurdu, eyni zamanda dövlət onlara da maaş verirdi.
Zımmilərdən meydana gətirilən hərbi birliklər isə müqavilə əsasında qulluq
edirdirlər. Onlara ancaq ələ keçirilən qənimətdən pay ayrılırdı. Zimmilər
müsəlmanlara silahlı kömək etdiklərində vergilərdən də azad olunurdular, çünki
hərbi xidmət vergini əvəz edirdi.
4
Burada fəth ordusunun girə bilmədiyi dağlıq ərazilərdəki xalqın, köhnə dinlərinə
bağlılığı davam etdirmələri diqqət çəkici bir məsələdir. Çünki dağətəyi və düz
ərazilərdə hərəkət edən müsəlmanlar dağlıq yerlərdə çətinliklərlə qarşılaşırdılar.
5
Azərbaycan, xüsusil ilə də Arran əhalisi, İslamın buraya gəlişindən əvvəl
davamlı olaraq Bizans-İran müharibələri, Xəzərlər və digər köçəri millətlərin
basqınları nəticəsində ağır bir vəziyyətə düşmüşdü. Müharibələr kənd təsərrüfatı və
şəhərləşmənin yox olmasına səbəb olurdu. Müsəlmanların Azərbaycana gəlişi illər
uzunu davam edən zülmdən qurtuluş kimi qəbul olunurdu. Müsəlmanlar
Azərbaycana gələndən sonra xalq daha yaxşı yaşamağa başlamış və insanların
vəziyyəti qısa zaman ərzində düzəlmişdi. Çünki Müsəlmanlar, yalnız vacib vergiləri
toplayır, insanların ailə həyatlarına, dini əqidə və ibadətlərinə qarışmırdılar.
6
Müsəlmanların üzünə Sasani imperiyasının qapılarını açan Qadisiyə döyüşü,
Azərbaycan və Qafqazın fəthlərində də əhəmiyyətli rol oynamışdır.
7
Ayrıca Fars
ordusunun Qadisiyədə itirdiyi məşhur sərkərdələr ilə bərabər, dövrün dini mərkəzi
olması səbəbi ilə Azərbaycandan savaşmaq üçün gələn çox sayıdakı “maqan”
adlanan atəşpərəst din adamlarının qeyd olunan müharibədə öldürülməsi və əsir
düşməsi də,
8
bu regionda İslam fəthlərini daha da surətləndirən amillərdən idi.
Müsəmanlar ölkə əhalisini İslamı qəbul etməyə məcbur etmir, ancaq yeni dini
qəbul etmək istəyənlərə də mane olmurdular. Bu hal xüsusi ilə Arrana aid idi, çünki
onun əhalisi xristian idi.
9
Müsəlmanların “Əhli-kitab”a yaxşı davranmalarının ən
əhəmiyyətli səbəblərindən birini belə açıqlamaq mümkündür: Onlar (müsəlmanlar)
Bizans imperiyası ilə mübarizədə hərbi fəaliyyətlərin meydanı olan “Mavərayi-
4
Bünyadov, Ziya, Azərbaycan VII-IX. əsrlərdə, Bakı 1989, s. 83, 84.
5
a. k. ə., s. 86.
6
Пигулевская, Н. В., К вопросу об общественных отношениях на Ближнем Востоке,
Москва 1948, с. 68.
7
Nəcib, Fayiz İskəndər, əl-Futuhatul-İslamiyyə li biladil-Qurc, İskəndəriyyə 1988, s. 65.
8
əl-Gərdizi, Əbu Səid Abdulhayy b. Dəhhaq b. Mahmud, Zeynul-əxbar, y. y., h. 1347, s. 92.
9
Беляев, Е. А., Мусульманское сектантство, Москва 1967, с. 17.
İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması
109
Qafqaz” (Zaqafqaziya) regionunun stratejik əhəmiyyətini çox yaxşı bilirdilər
10
Bu
bölgənin cənub bölgəsinə gəlincə isə burada İslam dini Sasanilərin dövlət dini olan
Zərdüştlüklə mübarizə aparırdı.
Azərbaycan feodalları atalarıının dinlərini yaşatmağa çalışsalar da əllərindəki
imtiyazları qoruyub saxlamaq üçün ölkəni ələ keçirən müsəlmanlarla əməkdaşlıq
etmək məcburiyyətində idilər. Buna görə, Azərbaycan feodal-zadəgan zümrəsinin
İslamı qəbul etməsi çox uzun çəkmədi. İslam dini hicri birinci əsrdə Azərbaycanda o
qədər surətlə yayıldı ki, hələ Abbasi hakimiyyətinin ilk illərində Zərdüştlük bu
torpaqlarda yox oldu.
11
Şimali Azərbaycanda (Arran, Albaniya) da İslam Xristianlığı sıxışdırmağa
başlamışdı, ancaq Cənubi Azərbaycana nisbətən buradakı əhalini islamlaşdırma
prosesi bir az uzun çəkmişdir. Arran ərazisində də İslam ilkin növbədə yerli
zadəganlar arasında qəbul edilmişdi.
12
Yuxarıda qeyd etdiyimiz kimi İslam idarə sistemi yalnız Azərbaycana deyil,
bütün Qafqaza tamamilə yeni bir idarə sistemi gətirmişdi. Müsəlmanlar yerli
sülalələrin mənsublarına toxunmadan köhnə idarə tərzinin bəzi əsaslarını razılıqla
qəbul etmiş, fəqət mühüm şəhərlərin (Ərdəbil, Dərbənd, Bərzəa) idarəsini öz
əllərində saxlamışdırlar. Yerli idarəçilər (mərzban) daxili nizam-intizamın
qorunmasına cavabdeh idilər. Müsəlmanların yeni idarə sistemi sayəsində,
Azərbaycandakı şəhər həyatı inkişaf etməyə üz tutmuşdu. İstehkamlı qalalar,
feodallara aid qəsrlər şəhərlərə çevrilmişdi. Bərdə, Tiflis, Babul-Əbvab (Dərbənd)
hərbi quvvələrin mərkəzi olmuş və bu kimi yerlərdə ticari inkişaf səbəbi ilə yeni
sikkələrin basılmasına başlanılmışdı.
13
V.V.Bartold, İslam dininin bu torpaqlarda yayılması haqqında yazır:
“Xristianlıqdan fərqli olaraq, İslamda misyonerlik yoxdur. Bu din yalnız istila yolu
ilə yaylırdı. Müsəlman topaqlarının sərhəddi ilə İslamın yayılış hüdudları eyni idi.
Eyni zamanda İslam dini digər dinlərdə (Xristianlıq) olduğu kimi əhaliyə zor gücünə
qəbul etdirilmirdi.”
14
10
Bünyadov, a. k. ə., s. 87.
11
Беляев, Е. А., a. k. ə., s. 18.
12
Якубовский, А. Е., Ирак на грани VIII-IX. вв, 1937, с. 28.
13
Caferoğlu, A., Azerbaycan, İstanbul 1940, s. 9.
14
Бартольд, В. В., Место прикаспийских областей в истории мусульманского мира,
Баку 1924, с. 45, 142.
Qoşqar Səlimli
110
Ayrıca, müsəlmanlar digər dinlərin mənsublarına öz aralarında olan ixtilaflı
məsələləri, onların dinlərinin qoyduğu qanunlara görə həll etmələrinə icazə
verirdilər.Bəzi bütpərəst qruplar, müsəlmanların qeyr-i müsəlmanlara olan bu
münasibətini xristian ölkələrdə kilsənin özünə müxalifətdə olan məzhəblərə və
fikirlərə göstərdiyi rəftardan daha yaxşı olduğunu etiraf etmək məcburiyyətində
qalmışdırlar.İsveçrəli şərqşünas Adam Mets müsəlmanlarla onların idarəsində olan
qeyr-i müsəlmanların arasındakı münasibətləri açıqlarkən belə yazır: “Müsəlman
imperiyasında qeyr-i müsəlman məmurların həddindən artıq çox olması insanı
heyrətə gətirir. Onların öz dövlətlərində yaşayan müsəlmanlar xristianlara tabe
olurdu.”
15
Xilafətin Azərbaycanla ilk dövrlərdəki münasibəti Darul-əhd səviyyəsində idi.
Ancaq sonralar Albanya kilsəsinin nüfuzunun zəifləməsi və könüllü islamlaşmanın
güclənməsi ilə, bu region müsəlman ölkəsi olaraq qəbul olunmağa başladı. Çox
maraqlıdır ki, h. 360/m. 970-ci ildə Azərbaycan yepiskopuİslamı qəbul etmişdi.
16
Dövlət öz müsəlman məmurlarını buralara yerləşdirir və onları əhalini sülh yolu ilə
dəvət etmələrini təlqin edirdilər.
17
Bütün klasik dövr İslam alimləri ilə bərabər V. Rozen kimi şərqşünaslar da
aşağıdakı fikri mənimsəyirlər: Müsəlmanların fəth etdikləri torpaqların əhalisi yeni
dini toplu şəkildə qəbul edirdi. Müsəlmanlar sadə və yaşanması asan olan bir din
gətirmişdilər. Əvvəllər isə, Azərbaycanda yaşayan bir çox insan sırf dini inanclarına
görə təqiblərə məruz qalmış və ya ağır vergilər altında əzilmişdirlər. Müsəlmanların,
bu vergiləri ləğv etməsi və dinlərini qəbul etmələri üçün insanları məcbur
etməmələri, onlar tərəfindən təqdirlə qarşılanmışdı. Yerli əhali onları xilaskar kimi
qəbul edirdi, bu isə İslam dininin qəbul edilməsi üçün ən əhəmiyyətli faktorlardan
biri idi.
18
Bütün bunlardan, bu nəticəyə gəlmək olar ki, Azərbaycan əhalisi müsəlmanların,
bu torpaqlara gəlməsindən məmnun idi. Çünki başqa dinlərin mənsubları öz dinlərini
dəyişmir və buna görə çox az miqdarda vergi (cizyə) ödəyirdi. Yalnız dövlətin tələb
etdiyi vergi ödənmədiyi təqdirdə və öz dinini müdafiə etmə adı altında siyasi və milli
15
Мец, Адам, Мусульманский ренессанс, Москва 1966, с. 44, 52.
16
Paşazadə, a. k. ə., s. 64.
17
əl-Bələzuri, Əbül-Abbas Əhməd b. Yəhya b. Cabir, Futuhul-buldan, Beyrut 1978, s. 328.
18
Розен, В., Рецензия на “Alberunis İndia”, Zvorao 1888, s. 155.
İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması
111
istəkləri ifadə edən və xilafətə qarşı olan üsyanlar çıxdığı zaman, müsəlmanlar
müxtəlif cəza tədbirlərinə əl atırdılar.
19
Burada rus şərqşünası A. Y. Krımskinin müsəlmanların ədaləti haqqında bir
fikrinə yer vermək istərdik: “Xristianlıqda hər bidətin (yenilik) amansız bir şəkildə
məhv edildiyi Bizansa nisbətən, İslam dininin qanunları, hətta xəlifə Ömər tərəfindən
belə liberal bir hala gətirilmişdir.”
20
Bilindiyi kimi ilk xəlifələr və Əməvilər dövründə, Azərbaycanın yerli əhalisinin
vəziyyətində yaxşı mənada bir çox dəyişikliklər baş vermiş, insanlar İslamı qəbul
etməyə başlamışdırlar. Lakin Abbasilərin hakimiyyətə gəlməsi ilə Azərbaycandakı
torpaqların hamısı onların əlinə keçdi. Abbasilər xilafəti ələ keçirmədən əvvəl
verdikləri sözlərin əksinə, onlar hakimiyyətə gələndən sonra xalqın vəziyyəti
pisləşməyə başladı, bütün bunlar da bu regionda böyük üsyanlara və qiyamlara səbəb
oldu.Bu üsyanlardan biri də Abbasi xilafətini kökündən sarsan Babəkin rəhbərlik
etdiyi Xurrəmilər üsyanıdır. Bu üsyan 20 il (h. 201/233-m. 817/838) davam etmişdir.
Burada onu da qeyd etmək lazımdır ki, bu üsyan siyasi olduğu kimi, eyni zamanda
dini xarakter də daşıyırdı. Çünki Xürrımilərin dini inancı Məzdəkilik və Zərdüştlük
idi. Xürrəmilərin paytaxtı Bəzz qalası idi. Bu üsyan miladi 838-ci ildə xəlifə
Mötəsim zamanında yatırıldı.
21
İslamın Azərbaycanda yayılmasının hərbi-siyasi cəhətdən tədqiqi çox
əhəmiyyətli bir mövzudur. Burada, mənbələrdə olan, ancaq hərbi-siyasi sahələrə aid
məlumatlarla kifayətlənməməli, eyni zamanda İslamın bu ərazidə necə təbliğ edildiyi
və əhali tərəfindən qısa müddət ərzində necə mənimsəndiyi də ciddi şəkildə tədqiq
edilməlidir. Bununla birlikdə, bu regionun İslamı qəbul etməsi mövzusunun ancaq
dediyimiz iki cəhətdən (hərbi-siyasi) araşadırılması səhv başa düşülə bilər. İndiyə
qədər yerli əhali arasında belə bir düşüncə olmuşdur (və ya yaradılmışdır) ki, guya
Azərbaycanda İslam “zor yolu ilə”, “qılınc gücünə” yaxud da “iqtisadi məcburiyyət
siyasəti” sayəsində yayılmışdır. Buradan sadəcə bir şey ortaya çıxır: ilk dövr İslam
tarixi mənbələrində istifadə olunan “futuhat” kimi məfhumların təhrif edilməsində
xoşagəlməz bir qəsd vardır. Bu terminlər bəzi elm adamları tərəfindən qəsdli bir
şəkildə təhrif edilir və ya səhv başa düşülür.
19
Bünyadov, a. k. ə., s. 88.
20
Крымский, А. Е., Страницы из истории Северного или Кавказского Азербайджана,
Ленинград 1938, с. 83.
21
Bələzuri, a. k. ə., s. 325.
Qoşqar Səlimli
112
Qeyd olunduğu kimi, İslamın Azərbaycanın cənubunda, xüsusi ilə də şimal
regionunda yayılması yüz və ya yüz əlli il davam etmişdir. Bu prosesin birinci
mərhələsində İslamı əhali arasında təbliğ edən əsas amil müsəlman Ərəblər idi isə,
Müsəlman mədəniyyətinin çiçəkləndiyi miladi IX-X əsrlər arasında, bu işi İslamı
qəbul edən yerli insanlar yerinə yetirmişdirlər. Hal-hazırda olduğu kimi, o dövrdə də
Azərbaycanda bir çox xalq (Albanlar, Xəzərlər, Saklar, Utilər və b. ) yaşayırdı.
Müxtəlif millətlərin İslamı qəbul etməsi, bu ölkənin əhalisini ideoloji baxımdan
gücləndirdi. Yeni dinin dili olan Ərəbcə, miladi VII əsrin axırlarından başlayaraq,
Əməvi xəlifəsi Əbdülməlikin həyata keçirdiyi islahatlar nəticəsində, Azərbaycanda
hər kəs tərəfindən istifadə olunan dövlət dilinə çevrildi. Buna, Azərbaycanda
müxtəlif dillərin danışılması, dil birliyinin olmaması və müəyyən bir əlifbanın
mövcud olmaması səbəbindən, Ərəb əlifbasının qəbul edilməsi də ciddi təsir
göstərmişdir. Zaman keçdikcə, bu dilin bir insan tərəfindən bilinməsi mədəniyyət
səviyyəsi kimi qəbul edilməyə başlandı. Quranın ancaq yazıldığı dildə öyrənilməsi
də Ərəb dilinin mənimsənməsinə və yayılmasına kömək etdi. Hər bir müsəlman,
milliyyətindən qopmadan, geniş torpalara yayılmış İslam xilafəti xalqlarının əsas
ünsiyyət vasitəsi olan ərəbcəni öyrənməyə səy göstərirdi. Bütün dövlət və şəxsi
yazışmalar bu dildə olduğu kimi, dini və dünyavi xarakterli əsərlər də bu dildə
yazılırdı. Ancaq miladi XI əsrin əvvəllərindən etibarən bir sıra siyasi hadisələrin,
xüsusi ilə Səlcuq və Monqol istilalarının, Səlib yürüşlərinin və s. təsiri altında
xilafətin zəifləməsi və gücünü itirməsi ilə, İranın Qafqaz üzərindəki siyasi nüfuzu
yenidən artmış, bu isə farscanın yerli xalqlara olan təsirini getdikcə artırmışdı.
Azərbaycan türkçəsi, Ərəbcə və Farsca ilə bərabər yerli dillərin də təsiri ilə daha da
inkişaf edir və mükəmməlləşirdi. Buna görədir ki, altı mindən çox Ərəb və Fars
mənşəli söz bu dilin lüğət tərkibinə girmiş və burada yerləşmişdir. Hətta miladi XIII-
XIX əsrlər arasında Azərbaycan türkcəsi Asyada, Avropada Fransızca qədər
əhəmiyyətli hesab edilirdi. Burada daha bir xüsusa diqqət yetirmək lazımdır ki, İslam
Azərbaycana gəldikdən sonra mədəniyyətlərin biri-birindən faydalanması və bir-
birinə yaxınlaşması bütün İslam dünyasını birləşdirmişdi. Qafqazda çox sayıda Ərəb
və Fars məskunlaşdı. Hələ də bəzi yerlər “Ərəbocağı”, “Ərəbşeyx”, “Ərəblər”,
“Ərəbhacı”, “Ərəbşalbaş” kimi adları qorumaqdadır.
22
Miladi VIII əsrin əvvəllərində İslam Azərbaycanda hakim bir din oldu. İslam
dini yerli zadəganlarla bərabər, tacir və sənətkarlar arasında da müvəffəqiyyətlə
22
Bünyadov, a. k. ə., s. 177.
İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması
113
yayılırdı. Çünki müsəlman idarəçilər tacir sinfinə və sənətkarlara hörmət edir və
onların fəaliyyət sahəsini genişləndirirdilər.
Fəthlərdən sonra ərəbləşmiş (İraq, Suriya, Misir, Fələstin və d. ) və
müsəlmanlaşmış (Azərbaycan, İran, Orta Asya v. d. ) bütün xalqlar, İslamdan əvvəlki
zəngin mədəniyyətlərini bir araya gətirərək ümumi İslam Mədəniyyətinin
formalaşmasında fəal iştirak etmişdirlər.Bu baxımdan Azərbaycanda İslamı qəbul
edən millətlərin orta əsrlərdəki mədəniyyət quruculuğunda, öz yerli mədəniyyətləri
ilə bərabər ən əsas rolu İslam öz üzərinə götürmüşdür. Qafqazda və Azərbaycanda
yaşayan bir çox xalqın mədəni simasının təşəkkül tapmasında İslamın yeri çox
mühümdür. Maddi və mənəvi mədəniyyətin əsas ünsürlərinin: dini düşüncənin,
elmin, fəlsəfənin, ədəbiyyat və incəsənətin, bu dəyişiklikdən sonra nə kimi təsirlərə
məruz qaldığı əhəmiyyətli bir mövzudur.
23
Dostları ilə paylaş: |