İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   2   3   4   5   6   7   8   9   10   ...   40

ƏDƏBİYYAT 

 

1. İslam  Ansiklopedisi, 10 cild,  TDV  yayınları, İstanbul  1994 



2 .İslam  Ansiklopedisi, 20 cild, TDV  yayınları, İstanbul, İstanbul 1999; 

3. İslam  Ansiklopedisi ,26 cild, TDV yayınları; Ankara  

 

،

2008   



4.      ١٢٨٦    

يناثلاء


،

نارھط


،

 

،



ءزجلا  نامزلا  ءانباء ءابنا و نايعلاا تايف و باتك  ناكلخ

،

 نبإ 



5.      ١٩٩٢    تريب

،

    ةثلاثلا



،

   ةعبطلا    ةغلاا

،

   يف  دجنملا        



6.،لولاا ءزجلا ،ةدايقلا و بدلاا و ركفلا و  ملعلا يف  ملاسلاا  ةرقابع  ةعوسوم يواكع رضخ  بجر 

روتكدلا            

                                                                                         

،تيوكلا،يبرعلا

١٩٩٦

 ركفلا راد                    



 

 

 



İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

83

 



 

SUMMARY 

 

This  article  focuses on the  life and work of the  famous  Arab  scholar  and 



historian Ibn  Khallikan  and the role played by  his mentor Sheikh Muvaffaguddin 

an – Nahvi known as Ibn Yaesh. In his  formathion in the field of  Arabic language  

and literature.   

The authentic  materials extracted from single extant work of Ibn Khallikan   

“Deaths  of  Eminent Men” were  used in this article. 

 

 



РЕЗЮМЕ 

 

Данная  статья  посвящена  жизни и деятельности  известного  арабского 



ученого – историка Ибн Халликан и роли, которую сыграл в его формировании  

в области арабского  языка и  литературы его наставник Шейх Муваффагуддин  

ань – Нахви, известный   как  Ибн  Йаиш. 

В  статье  использованы  подлинные  материалы,  исчерпанные  из 

единственного  произведения  Ибн  Халликана  «Книга о  кончины вельможей» 

дошедшего до  наших дней. 



İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət 

85

 



 

İSLAM AİLƏ HÜQUQUNDA MİRAS ÜZƏRİNDƏKİ HAQLAR,  

ƏHATƏ DAİRƏSİ VƏ VƏSİYYƏT 

 

i.f.d. dosent Mirzəyeva Səbinə Həmid qızı  

Bakı Dövlət Universiteti Dillər kafedrası  

 

 



Açar sözlər: miras, ailə, hüquq, vəsiyyət, mülk 

Key words: Family, Human Rights, Islam, inheritance, will. 

Ключевые слова: Семья, права человека, ислам,завещание 

 

Miras və  təriqə  kəlimələri tərk etmək, qoyub getmək mənasında olub, “tərk” 



kökündən meydana gələn isimdir. İkisi də buraxılan şey mənasındadır. 

İslam hüququnda miras ölünün özündən sonra qoyduğu və mirasçılarına çatacaq 

şeylərdir. Bu tərifi qəbul edən müctəhidlər “şeylər”in  əhatə dairəsi mövzusunda 

fərqli görüşlər irəli sürüblər. 

Hənəfilərə görə miras “mallar ilə mala bağlı haqlardır”. Digər müctəhidlərin 

əksəriyyətinə görə miras mallar ilə “mala bağlı şərti olmayan” haqlardır. 



Əhatə dairəsi: Hənəfi məzhəbinə görə təriqə (miras) mal və ya mala bağlı bir 

haqdır. Buna görə aşağıdakı mal və haqlar mirasın əhatə dairəsinə daxildir. 

a)

 

Daşınan, daşınmaz, misli və qiymətli bütün mallar  



b)

 

Ölünün alacaqları və lehinə hökm olunmuş təzminatlar 



c)

 

İrtifaq haqları ilə həbs haqları 



Bunlarla bərabər mənfəətlərlə şəxsi haqlar mirasa daxil deyil. Məsələn, kirayəçi-

nin kiraladığı  əşya üzərindəki haqqı  mənfəətdir. Yəni kira mövzusu olan maldan 

faydalanmaq kiralamaq məqsədinə uyğun olaraq istifadə etməkdir. Mənfəət zamanla 

meydana gəldiyi üçün və maddi varlığı olmadığı üçün varislərə keçməz və kiraçı 

ölərsə, kira müqaviləsi sona çatar. Vəlayət, vəkalət və məmuriyyət kimi haqlar şəxsi, 

şüf’a və müxəyyərlik kimi haqlar isə şəxsi tərəfi üstünlük təşkil edən haqlardır və bu 

haqlar da varisə keçməz. (11,56) 

Maliki,  Şafii və  Hənbəli müctəhidlərə görə miras yalnız mal və mala bağlı 

haqlardan ibarət deyil. Məmuriyyət və s. tamamilə  şəxsi haqlar ilə evləndirmə 

səlahiyyəti kimi bölünmə qəbul etməyən haqlardan başqa bütün haqq və mənfəətlər 

mirasa daxildir. Bu ictihad fərqinin səbəbi bir hədisdə miras ilə əlaqəli olaraq “mal 


 Mirzəyeva Səbinə Həmid qızı 

86

və haqq” kəliməsinin keçməsi, Hənəfilərin buradakı “haqq” kəliməsini hədisi rəvayət 



edən  şəxsin ictihadına dayanaraq əlavə etdiyinə qane olmaları, digər müctəhidlərin 

isə bu şərti də hədisə daxil edə bilmələridir. 

Miras yalnız varislərin haqqı deyil. Ömür boyu ona sahib olan və qoruyan 

ölünün cənazə xərclərinin ilk haqıdır. Bundan sonra ölüdən alacaqlı olanların haqları, 

sonar lehində  vəsiyyət edilmiş  şəxslərin haqları  və  ən sonda da varislərin haqları 

gəlir. Qurani-Kərimdə  əmr edildiyi halda, çox işlənməmiş bir başqa haqqda “varis 

olmayan əqraba, yetimlər və fəqirlərin haqlarıdır”. 

Cənazə  xərcləri:  Ölünün yuyulması, kəfənlənməsi, qəbrə  qədər daşınması, 

qəbrin hazırlanması və ölünün dəfni kimi ximətlərin pulsuz və ibadət fikri ilə edildiyi 

dövrlərdə “təchiz” başlığı altında yalnız kəfən üzərində durulmuş, kəfənin mirasdan 

alınacağını söyləmişlər. Başda  şəhərləşmə olmaqla bərabər social həyatdakı bütün 

dəyişikliklər kəfən xaricindəki xidmətlərində pul qarşılığında edilməsini zəruri hala 

gətirmişdir. Dində əsli olmayan, bidət, xurafat və israf hesab olunan adətlər xaricində 

qalan xidmətlərin dəhal-hazırda “təchiz” içində yer alması təbiidir. (14,324) 

Ölünün borclari: Ölünün borcları Allah haqqı  və qul haqqı olaraq iki yerə 

bölünmüşdür. Zəkat, kəffarələr və nəzir kimi mali ibadət və borclar Hənəfilərə görə 

ölüm halında düşər, mirasdan ödənməz. Bunların hesabı axirətə qalar. Çünki bunların 

ibadət yönü vardır. Bunları borclu olan yani vəsiyyət edərək ödəyəcək, ya da birinə 

vəkalət verəcəkdir. Ölü bunları edə bilməyəcəyinə görə artıq bunların ödənməsi də 

mümkün deyildir. 

Digər müctəhidlərin əksəriyyətinə görə bu borcları borclunun ödəməsi şərt deyil. 

Vəfatından sonar başqaları da onu mirasdan ödəyə bilərlər. 

Qul haqqı olan borclar alacaqlısı insan olan borclardır. Bunlar mal borcu və 

zimmət borcu olaraq iki növə bölünür. Mal borcu müəyyən bir malın verilməsi ilə 

ödənən borclardır və bəzi müctəhidlərə görə bu borc təchizdən də qabaq ödənə bilər. 

Məsələn, girov mal buna misaldır. Girovqoyan öldükdə girovalan şəxsin bu mal 

üzərində haqqı vardır. Zimmət borcu isə pul, yaxud bazarda olan mal ilə ödənən 

borclardır. Bu borclar təchizdən sonar mütləq ödənməlidir. Ancaq burada bəhs edilən 

borclar ölən şəxsin sağlığında etdiyi borclardır. Xəstəlik halında “filankəsə bu qədər 

borcum var” deyərək xəstənin söylədiyi borclar Hənəfilərə görə  ən son ödənəcək 

borclardır. Digər müctəhidlərə görə isə bununla sağlığında ikən etdiyi borclar 

arasında fərq yoxdur. (5,435) 

Miras bütün bu borcları ödəməyə kifayət edirsə, bütün bu borcların ödənməsi 

təbiidir. Ancaq miras borcların hamısını ödəməyə yetməzsə, Allah və qul haqları 



İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət 

87

borclarından hansının ödənəcəyi mövzusu Allah haqqı borcları da ödənəcəkdir deyən 



müctəhidlər arasında mübahisələr vardır. (12,86) 

Vəsiyyət:  Əl-vasiyyə  kəliməsinin lüğət mənası bağlamaq və birləşdirməkdir. 

Vəsiyyət etmək mənasında  əl-isa kəliməsi də istifadə olunur. Musi vəsiyyət edən, 

musalehisə lehində  vəsiyyət olunan şəxs deməkdir.  Ərəb dilində “vəsiyyət” sözü 

çatdırmaq mənasını verir. Belə ki, vəsiyyət edən insan bununla öldükdən sonra öz 

mülkünü istədiyinə çatdırır. İslam hüququnda vəsiyyətə belə tərif verilir: 

“Ölümə bağlı olaraq bir şəxsə təbərru yolu ilə (qarşılıqsız) bir malı və ya haqqı 

vermək, təmlik etməkdir.” Vəsiyyətdə mal və ya haqq təbərru yolu ilə birinə verilir 

və bu vermə mülkiyyəti nəql etmə yolu ilə olmalıdır. Ancaq musa leh vəsiyyət edilən 

mal və ya haqqa vəsiyyət edən öldükdən sonra sahib ola bilər. Bir sözlə bu sözün 

şəriətdəki mənası bir insanın digərinə hansısa  əşyanı, borc pulu və ya istənilən 

mənfəətli bir şeyi onun ölümündən sonra vəsiyyət olunan şəxsə  hədiyyə etməsi 

deməkdir. (9,264) 



Hüquqi  əsası (dəlili) və hikməti:  İslam hüququnda vəsiyyətin məşru olmağı 

Qurani-Kərimə, sünnətə və icma dəlilinə əsaslanır.  

Bununla bağlı ayələr vəsiyyəti məşru etmiş  və yerinə yetirməyənlərin 

cəzalandırılacaqlarını ifadə edir. (1, Əl-Bəqərə, 2/180-182; Əl-Maidə, 5/109-111) 

Uca Allah buyurur: “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz 

maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə 



birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə  (bu

vacibdir. (1, əl- Bəqərə:180) 

Vəsiyyət ilə bağlı  hədislər malın üçdə birindən artığını  vəsiyyət etməyin 

qadağan olduğunu, varis olan yaxınlara vəsiyyətin də (digər varislər icazə verməzsə) 

hüquqi bir nəticəsi olmayacağını ifadə edir. 

Abdullah ibn Ömər (r. A) Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: “Nə 

isə vəsiyyət etmək istəyən müsəlmanın iki gün keçməmiş vəsiyyətinin yazılıb hazır 

olmaması ona yaraşmaz”. (5, Buxari: 5/355/№2738. 13,Əbu Davud: 8/63/№2845. 8,)  

İnsanlar çox vaxt iki hiss və narahatlıq arasında qalarlar: Bunlardan biri mali 

yardımlar digəri isə ibadət və yaxşılıq etmək arzusu ilə sərvətini xərcləyərək ehtiyac 

içinə düşmə təhlükəsidir. Demək olar ki, vəsiyyət də bu arzu ilə narahatçılığı birlikdə 

həyata keçirən  qarşılıqlı və ziddiyyət təşkil edən bir təsərrüfdür. İnsan vəsiyyət yolu 

ilə  həm ibadət və yaxşılıqlar edər, həm də  sərvətinin arzu etdiyi yer və  şəxslərə 

verilməsi məsələsi  ölümündən sonra olacağı üçün ehtiyac içinə düşmə qorxusundan 

xilas olar.  


 Mirzəyeva Səbinə Həmid qızı 

88

Vəsiyyətin hökmü: Vəsiyyət olunası mal-dövlət sahibinin, vəsiyyət etməsi 

vacibdir. 

Vəsiyyətin hökmünü dünyalıq və axirətlik olaraq iki yerə ayırmaq olar.  

Dünyalıq hökmü dedikdə onun hüquqi nəticəsi nəzərdə tutulur. Vəsiyyət ölümə 

bağlı bir təsərrüf olduğu üçün musi vəfat etmədikcə bağlayıcı olmaz, rucu imkanı 

mövcuddur. Vəsiyyət edən vəfat etdikdə  vəsiyyət bağlayıcı hala gələr, musa leh 

vəsiyyət mövzusu olan mala sahib olar.  

Vəsiyyətin axirətlik hökmü Allah tərəfindən qəti və ya ixtiyari olaraq tələb 

edilib-edilməməsi ilə bağlıdır. Tələb qətilik dərəcəsinə görə mükafat və ya cəza 

şəklində qarşılığı olar. Vəsiyyətə bu yöndən baxılarsa, onun müxtəlif faktorlarla 

birdən artıq hökmə tabe olduğunu görərik: 

a) Fərz olan vəsiyyət və baba yetimi 

Bütün müctəhidlərə görə yerinə yetirilməmiş Allah haqqı olan borclar ilə heç 

kimin bilmədiyi qul haqqı borclarının ödənməsinin vəsiyyət edilməsi fərzdir. Bunu 

etməyən mükəlləf məsuliyyət daşıyar və cəzalanar. Bəzi müctəhidlərə görə hər hansı 

bir vəsiyyət etmək, bəzilərinə görə  də qohum olduğu halda daha yaxınları olduğu 

üçün varis olmayanların lehinə vəsiyyət etmək fərzdir. İbn Hazm kimi müctəhidlərin 

irəli sürdüyü bu son görüşdən istifadə etməklə indiki dövrdə  bəzi islam ölkəsi 

qanunları “baba yetimi” problemini həll etmişlər. İslam Miras Hüququnda xələfiyyət 

sistemi olmadığı və yaxınlıq prinsipi mövcud olduğu üçün, məsələn oğul varsa, ölən 

digər oğlun oğlu (nəvə) oğlun (atasının) yerinə keçə bilməz. Misal olaraq bir şəxsin 

üç oğlu olduğunu, oğullardan birinin ondan əvvəl vəfat etdiyini və özündən sonra 

uşaqlar (nəvələr) qoyduğunu düşünək. Bu şəxs də  vəfat etdikdə geridə iki oğlu və 

(daha öncə ölən) üçüncü oğlundan nəvələri qalacaq. Ümumi hacb (yaxın qohumun 

uzağı mirasdan məhrum etməsi) qaydalarına görə oğul varsa, oğulun oğlu varis ola 

bilməz. Atadan yetim qalan uşaqlar babaları  vəfat etdikdə mirassız baba yetimi 

olarlar. Yuxarıda bəhs edilən ictihad bu problemin həllinə kömək etmiş, baba 

vəsiyyət etməyə laqeyd yanaşsa da, “bu bir borc olduğu üçün” nəvələr daha əvvəl 

ölən atalarının hissəsi qədər malı cəbri (məcburi) vəsiyyət yolu ilə alarlar.  (14,251) 



Malın hansı miqdarını  vəsiyyət etmək müstəhəbdir?  Səd bin Əbu Vaqqas 

(r.a.) deyir ki, mən Məkkəyə dəydim və (bərk xəstələndiyim üçün) Peyğəmbər (s.a.v.) 

mənə baş  çəkməyə  gəlmişdi. O, haradan hicrət etmişdisə, orada ölməyi xoşlamırdı 

deyə  mənim üçün dua edib dedi: “Allah İbn  Əfraya rəhm etsin”. Mən dedim: Ey 

Allahın elçisi, mən bütün malımı vəsiyyət edim? O dedi: Xeyr. Bəs yarısını? O dedi: 

Xeyr. Mən dedim: Bəs üçdə birini? O dedi: Bəli, üçdə birini vəsiyyət edə bilərsən. 

Amma üçdə bir də çoxdur. Sənin varislərini varlı qoyub getmən, onları onun-bunun 


İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət 

89

əlinə baxan kasıb qoyub getməyindən daha xeyirlidir. Sən nə  qədər mal 



xərcləyirsənsə, onun hamısı sədəqəndəndir. Hətta arvadının ağzına qoyduğun bir tikə 

də sədəqədir. Allahdan istərdim ki, səni ayağa qaldırsın, (müsəlman) insanlara xeyir, 

(düşmənlərə) isə ziyan vurasan. Həmin vaxt Səd ibn Əbu Vaqqasın yalnız bir qızı var 

idi. (5, Buxari: 5/363/№ 2742. Əbu Davud: 8/64/№ 2847. Nəsai: 6/242) 



Varislər üçün vəsiyyət etmək olmaz.: (Yəni ata öz malının bir hissəsini 

əvvəlcədən varislərinə  vəsiyyət edə bilməz. Çünki onların varisləri özlərinin təyin 

olunmuş haqlarını alacaqlar.) 

Əbu Umamə  əl-Bahili (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) vida həccinin 

xütbəsində belə dediyini eşitmişəm: “Həqiqətən, Allah hər bir haqq sahibinin haqqını 

təyin etmişdir. Varis üçün vəsiyyət etmək olmaz”. (13, Əbu Davud: 8/72/№2853. 8, 

Tirmizi: 3/293/№ 2203.) 

Vəsiyyətin başlığında nə yazılmalıdır? Ənəs (r.a) deyir ki, onlar vəsiyyətləri-

nin başlığında bu sözləri yazardılar: 

“Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu Allahdan başqa ibadətə layiq məbu-

dun olmadığına, Onun tək olduğuna və heç bir şəriki olmadığına şahidlik edən, həm-

çinin Muhammədin Allahın qulu və elçisi olduğuna iman gətirən və Allahın qəbirlər-

də olanları dirildəcəyinə inanan, filankəs filankəs oğlunun etdiyi vəsiyyətdir.  

Həmçinin onlar sağ qalan ailə üzvlərinə  vəsiyyət edərdilər ki, Allahdan 

qorxsunlar, qohumluq əlaqələrini saxlasınlar. Mömin olduqları  təqdirdə Allaha və 

rəsuluna itaət etsinlər. Onlara İbrahimin və Yaqubun öz övladlarına etdiyi tövsiyəni 

də edərdilər: “Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini

seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz” (1, əl-Bəqərə: 132.) (Hədis 

səhihdir.19, əl-İrva: №1647. Darəqutni:4/154/№16. Beyhəqi: 6/287.) 



Vəsiyyətin icrası  nə zaman başlayır:  Vəsiyyət yalnız vəsiyyət edən insanın 

ölümündən sonra, onun borcları ödəndikdən sonra icra edilə bilər.  Əgər vəsiyyət 

sahibinin qoyub getdiyi mal-dövlət onun borclarına xərclənərsə, vəsiyyət edilən 

insana heç bir pay düşmür. 

Əli (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) vəsiyyətin icrasından  əvvəl, vəsiyyət 

sahibinin borcunun ödənilməsini tələb edərdi. Siz bu hökmü Quranın bu ayəsində 

oxuyursunuz: “...Bu bölgü ölən  şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu 

ödənildikdən sonra aparılır..” (1, Nisa: 11) (Hədis həsəndir. 8, Səhih Sünən  İbn 

Macə: № 2195. əl-İrva:№ 1667. İbn Macə: 2/906/№ 2715. Tirmizi: 3/294/№ 2205) 

Bu gün əksər insanlar özündən sonra çox borc qoyub gedirlər. Ələlxüsus cənazə 

ilə əlaqədar hallarda. Belə olduğu təqdirdə müsəlman bəndə özünün sünnəyə uyğun 

basdırılmasını  vəsiyyət etməlidir. Örnək isə bu ayə olmalıdır: “Ey iman gətirənlər! 



 Mirzəyeva Səbinə Həmid qızı 

90

Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar 



(daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, 

buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt 

təbiətli mələklərdir (zəbanilərdir)”.(1, ət-Təhrim: 6) 

Ona görə Peyğəmbər (s.a.v.) səhabələri belə vəsiyyət edərdilər. Bu haqda onlar-

dan çox rəvayət gəlmişdir. Məsələn, Amir ibn Səd ibn Əbu Vaqqas deyir ki, atası so-

nuncu xəstəliyində belə demişdir: Mənim qəbrimi ləhd formasında qazıyın, daşları 

da qarşısına dik şəkildə düzün. Peyğəmər (s.a.v.) üçün necə edilmişdisə, elə”. (2,166) 

Əgər bir insanın o sağ ikən ölmüş övladı varsa, o zaman övladının uşaqlarına 

onun payına düşən miqdarda, yaxud malının üçdə biri qədər mal-dövlət vəsiyyət 

etsin. Amma üçdə bir çoxdur. Əgər o ölərkən övladının uşaqlarına heç nə  vəsiyyət 

etməzsə, o zaman mal sahibinin onlara vəsiyyət edə biləcəyi qədər mal-dövlət verilir. 

Çünki bu onun üzərində qalan borc sayılır.  Əgər o ölərkən bu borcu yazmayıbsa, 

borcu üzərindən düşmür. Bu gün (İslam  şəriəti tətbiq olunan) məhkəmələrdə bu 

qaydaya riayət olunur. (2,76) 



Haram olan vəsiyyət:  İslamın qadağan etdiyi bir şeyin yerinə yetirilməsini 

vəsiyyət etmək, məsələn meyxanədə pulsuz içki paylanmasını istəmək haramdır, 

yerinə yetirilməsi caiz deyil.  

Məkruh vəsiyyət:  Veriləcək malı  məşru olmayan şəkildə  xərcləyəcəyi bilinən 

bir şəxsə vəsiyyət etmək məkruhdur. 



Mubah vəsiyyət: İstər kənar şəxs, istərsə də qohumdan olan zəngin bir insana 

mal və ya mənfəət vəsiyyət etmək mubahdır. Yəni savabı və ya günahı olmayan bir 

davranışdır.  

Məndub vəsiyyət:  Bu vəsiyyət mükafat vədi ilə  məsləhət görülən vəsiyyətdir. 

Yoxsul və kimsəsizlərin faylalanmağı üçün yetimxana kimi xidmət müəssisəsi 

qurmaq, insanların istifadə etməsi üçün yol, bulaq, məktəb, körpü və s. salmaq üçün 

bir qədər pul qoymaqla həyata keçirilir. İslam bu cür ibadətlərin yaşayarkən edilməsi 

ilə bərabər vəsiyyət şəklində olmasını da məsləhət görmüşdür.  

Vəsiyyətin təşəkkülü və şərtləri: Vəsiyyət edənin buna əhliyəti olmalıdır. Ağıl 

və ruh sağlığının əhliyyət şərti olduğunda ittifaq vardır. Həddi-büluğa çatmanın şərt 

olub-olmaması mübahisə mövzusu olmuşdur.  Əbu Hənifəyə görə  həddi-büluğa 

çatmaq da şərtdir. (9,65) 

Vəsiyyət edən yazılı və ya şifahi olaraq iradəsini açıqlamaq yolu ilə vəsiyyətini 

etmiş olar. Vəsiyyət hökmü şəxslərə edilərsə, yalnız icab (vəsiyyət edənin iradə 

bəyanı) yetərlidir. Burada qəbul  şərti axtarılmaz. Vəsiyyət edilən  şəxs həqiqi  şəxs 

olarsa, Züfərə görə yenə qəbul şərt deyil. Ancaq əksəriyyət bu vəziyyətdə vəsiyyətin 



İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət 

91

tamamlana bilməsi üçün qəbulun olmasını şərt qoymuşlar. Qəbul sonradan da edilsə, 



vəsiyyət ölüm anından etibarən keçərli olar. 

Hənəfi və  Hənbəli müctəhidlərə görə insanın heç bir varisi yoxdursa, bütün 

malını vəsiyyət edə bilər. Varisləri olduğu zaman malın üçdə ikisi varislərin lehinə 

qorunmuş (məhfuz) hissədir. Cənazə  xərcləri və borclar çıxdıqdan sonra qalan 

mirasın üçdə birini keçən vəsiyyətlər müctəhidlərin  əksəriyyətinə görə mötəbər 

olmaqla bərabər, yerinə yetirilməsi də varislərin razılığına bağlıdır. Varislər üçdə biri 

keçən miqdara razı olmaz, haqlarını tələb edərlərsə, mirasın ancaq üçdə biri vəsiyyət 

üçün ayrılar. (9,32) 

Yenə müctəhiblərin  əksəriyyətinə  görə varisə edilən vəsiyyət də mötəbərdir. 

Ancaq bu vəsiyyətin yerinə yetirilməsi üçün digər varislər buna icazə verməli və razı 

olmalıdırlar. Varislər icazə verməzlərsə, içlərindən birinə edilən vəsiyyət hökmsüz 

hala gələ bilər.  



Mirasçıların haqları: Mirasda haqq sahibi olanların bir qrupu da mirasçılardır. 

İslam hüququnda mirasçının da, mirasın da rəddi caiz və keçərli deyil. Bir şəxs 

öldükdə mirasa girən mal və haqlar mirasçılara çatdırılar. Normal hallarda vəsiyyət 

və borcların yerinə yetirilməsindən sonra miras bölünməklə yanaşı, mirasın daha 

əvvəl də bölünməsində bir problem yoxdur. Başqasının haqqı olan borclar 

bölünmədən sonra da mirasçılar tərəfindən hissələri nisbətində ödənə bilər.  

Mirasçıları varis olma sırsına və dərəcəsinə görə belə sıralamaq mümkündür: 

1. Müəyyən bir  payı olan mirasçılar (əshabu-fəraiz) 

2. Qan qohumluğundan əsəbə (kişi qohumu) olanlar 

3. Azad edildiyi üçün əsəbə olanlar 

4. Rəddən (artanı təkrar almadan) istifadə edən birinci siradakı mirasçılar 

5. İlk iki siradakı qohumlar xaricində qalan zəvul-ərham qohumlar   

6. Müqaviləli mirasçı (məvləl muvalat

7. İqrar yolu ilə nəsəbi sabit olan qohumlar 

8. Üçdə birdən artıq vəsiyyət edilən musa leh 

9. Xəzinə (beytul-mal) 



Göz haqqı: Mirasçıların paylarını izah edən ayədən əvvəl yer tutan və mirasda 

payları olmayan qohumlar, yetimlər və yoxsullara da mirasdan bir şey verilməsini 

istəyən ayə belədir: “- Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan 

qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey 

verin və gözəl sözlərlə könüllərini alın! - Özlərindən sonra (aciz və  zəif) övladlar 

qoyub gedəsi olan şəxslər, onlardan ötrü necə qorxurlarsa, (yetimlərdən ötrü də) o 



 Mirzəyeva Səbinə Həmid qızı 

92

cür qorxsunlar! Və buna görə  də onlar Allahın qəzəbindən çəkinərək sözün 



doğrusunu danışsınlar!” (1, ən-Nisa, 4/8-9) 

Ayədə “Malın (vərəsələr arasında) bölünməsi zamanı orada olan və bölüşmə 

hadisəsini görən” ifadəsi keçdiyi üçün bu haqqa “göz haqqı” deyilir. Mirasdan pay 

alanlar ümumilikdə zəhmət sərf etmədən sərvət sahibi olduqları üçün yaxınlarının bu 

sərvətdə gözlərinin qalması təbii, daha başqa duyğuların meydana gəlməsi də ehtimal 

olunan bir haldır. İslam həm bu mənfi duyğulara yol verməmək, həm də “bir sosial 

ədalət vəsiləsi” kimi göz haqqını gətirmişdir. Ayədə əvvəlcə ehtiyacın qarşılanması, 

sonra da gözəl sözlər söylənməsinin  əmr edilməsi də  təqdirə layiqdir. Buna görə 

yoxsullara yalnız cənnətin yolları  məsləhət görülməyəcək, bundan əvvəl onların 

dünyadakı ehtiyaclarını ödəmək üçün yollar axtarılacaqdır. Ayədə keçən “onlara da o 

maldan bir şey verin” əmrinin əxlaqi, yoxsa hüquqi olması burada mübahisə edilən 

bir məsələdir.  Əmr  əxlaqidir deyənlərin fikrinə görə bu bir təşviqdir. Varislərin 

razılığına bağlı bir hədiyyədir.  Əmr hüquqidir (vücub üçündür) deyənlərə görə isə 

göz haqqı miras üzərindəki haqlardan biridir. Ayə göz haqqının miqdarı haqda 

məlumat vermədiyinə görə bu da ulul-əmr tərəfindən “məruf” kəliməsi ilə ifadə 

edilmişdir. 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin