İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   2   3   4   5   6   7   8   9   ...   40

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Aydın M. İlk Dönem İslam Toplumunun Şekillenişi. İstanbul: Pınar Yayınları 1991. 

Aydın M.S. Fazlur Rahman ve İslam ile çağdaşlaşmak / İslam ve Modernizm: 

Fazlur Rahman tecrübesi. İstanbul, 1997. 

Bardakoğlu A. Tebliğ Müzakeresi // İslam Gelenek ve Yenileşme Sempozyumu. 

İstanbul: 1996. 

Çiftçi A. Fazlur Rahman ile İslam`ı Yeniden Düşünmek. Ankara: Kitabiyat, 2001. 

Erdoğan M. İslam Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994. 

Erten H. Hz. Ömer Döneminde Toplumsal Değişim // Necmeddin Erbakan 

Üniversitesi İlahiyat Fakültesi Dergisi. 1996, №6. 

Kahraman A. Fiqh üsulu. Bakı: Nurlar 2007. 

Karaman H. Fıkıhta Gelenek ve Yenileşme // İslam Gelenek ve Yenileşme 

Sempozyumu. İstanbul: 1996. 

                                                 

17

 Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara Okulu 



Yayınları, 2002, s. 55-57. 

18

 Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. s. 58-59. 



İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

45

Karaman H. Gerçek İslam`da Birlik. İstanbul: Nesil yayınları. 



Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004. 

Kılıç M. İslam Hukukunda Kanunlaştırma Olgusu: i.f.d. dis. Ankara, 2008. 

Al-Qudsy Sh., Rahman A. Effective Governance in the Era of Caliphate `Umar 

Ibn Al-Khattab (634-644) // European Journal of Social Sciences. 2011, Volume 18, 

Number 4. 

Rahman F. İslam. Ankara: Ankara Okulu Yayınları, 2008. 

Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara 

Okulu Yayınları, 2002. 

Şatibi M. əl-Muvafaqat. Qahirə: 1969. 

 

 



 

 

Mübariz Məhəmmədəli oğlu Camalov 

46

 



XÜLASƏ 

 

Tarix boyunca cəmiyyətlər və cəmiyyət içərisindəki ictimai hadisə, fenomen və 



qurumlar dəyişmiş  və inkişaf etmişdir. Bu dəyişmə  və inkişaflardan biri də  qərbdə 

meydana gələn və demək olar ki, bütün dünyanı öz təsiri altına salan müasirləşmədir. 

Müasirləşmə  sənət, elm, fəlsəfə, din, texnologiya kimi həyatın hər sahəsində 

özünəməxsus yeniliklərlə təzahür etmişdir. İslamda müasirləşmə deyildiyi zaman da 

eyni şəkildə dəyişmə, yenilənmə, inkişaf və təkamül kimi mənalar zehində cəmləşir. 

 

 



RESUME 

 

Throughout history societies and social events, institutions in the community 

have changed and devoloped. One of these changes and developments is 

modernization that has occurred in the west and taken hold of almost the whole 

world. Modernity has apeared in the art, science, philosophy, religion, technology 

and in all aspects of life. Islamic modernity has same meaning like renewal, 

development and evolution. 

 

 



РЕЗЮМЕ 

 

В  ходе  всей  истории  различные  общества  и  входящие  в  них  события, 

феномены и образования менялись и развивались день ото дня. Модернизация 

одно  из  таких  изменений  и  развитий,  которое  образовалось  в  Западе  и  взяло 

под  свое  влияние  весь  мир.  Модернизация  происходит  в  искусстве,  науке, 

философии,  религии  и  технике,  и  приводит  к  новообразованиям  каждой 

отрасли  по  своему.  Когда  разговор  идет  о  модернизации  в  Исламе,  мы  этим 

подразумеваем развитие, обновление, новообразования и совершенство. 

 

 

 



Çapa tövsiyə etdi: i.f.d. N.G.Abuzərov 

 

İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

47

 



 

İLAHİ EŞQ VƏ TÜRK ƏDƏBİYYATINDA  

TƏCƏSSÜMÜ 

 

f.f.d. dos. Nigar İsmayılzadə 

 

 

Açar sözlər: ilahi eşq, aşiq, təsəvvüf  

Ключевые слова: божественная любовь, влюбленный, суфизм 

Key words: divine love, lover, sufism 

 

İnsan iki varlıqdan meydana gəlmişdir: ruh və  bədən. Ruh göylərə, bədən 

torpağa mənsubdur. Uca Tanrı varlığın  ən kamilini və gözəlini yaratmışdır. Dünya 

həyatı insan ruhunun kamilləşməsi üçün bir imtahandır. Dünyaya gəlməyimizdə əsas 

məqsəd Allahı tanımaq, onun buyurduqlarına  əməl edərək kamilləşməkdir.  Əbədi 

səadətə qovuşmaq üçün insan ona verilən ruhu kirlətməməli, sahib olduğu 

qabiliyyətləri inkişaf etdirməli, Tanrını tanıyıb ona qovuşmaq eşqiylə kamilləş-

məlidir. Allahı yada salmaq, ona ibadət etmək qəlbdəki ilahi eşqi inkişaf etdirir. 

Allah eşqi insanın ruhunu təmizləyir, pis əməllərdən uzaqlaşdırır, ruhu göylərə 

yüksəldir. Eşq elə bir təmiz çaydır ki, axdığı yerdə bütün kirləri təmizləyər. 

Möminlər Tanrının və Peyğəmbərin adları xatırlanan zaman qəlbləri eşqlə yanar.  

Varlığın var olma səbəbi eşqdir: varlığın varlıqdakı qayəsi də  eşqdir. Həyat 

əvvəldən sona qədər eşqdir, sevgidir, məhəbbətdir. Hər yaradılışda həyata qədəm 

qoyduğu andan eşq vardır. Eşq duyğusu varlıq silsiləsində sadəcə insana məxsus bir 

xüsusiyyətdir.  İnsanın Yaradan ilə  təmasa girməsi ancaq eşq yolu ilə mümkündür. 

Eşq insanla Rəbbi arasında bir vasitə  və alovdur. Kainatı anlamaq üçün ağıl və 

məntiq kifayət deyildir.   Eşq olmasaydı varlıq aləmi də olmazdı.   

Ərəb dilində “işq” kökündən meydana gələn eşq lüğətdə sevda, hədsiz və 

şiddətli sevgi, hər hansı bir şəxsin özünü bir bütün olaraq sevgilisinə  həsr etmək

sevgilisindən başqa gözəl görməyəcək qədər ona bağlanması mənasına gəlir. Yenə də 

eyni kökdən olan “sarmaşıq” mənasını ifadə edən “aşəqa” da eşq sözü ilə bağlıdır. 

Sarmaşıq  əhatə etdiyi ağacın suyunu içdiyi kimi, yarpağını soldurur, bəzən də 

qurudursa, sevgi de sevənin sevgilisindən başqa şeylərdən əlaqəsini kəsdirir və onu 

soldurur (13, 71). 



 Nigar İsmayılzadə 

48

İslami  ədəbiyyatda eşq ilahi və  bəşəri olmaqla əsasən iki mənada istifadə 



edilmişdir. İlahi eşqi ümumilikdə “həqiqi eşq”, bəşəri eşqi də “məcazi” və ya “üzri” 

eşq adlandırmışlar. Məcazi eşq bu dünyadakı gözəllərə, gözəlliklərə, dostlara 

duyulan sevgidir. Bu eşq de zərərli deyil. Çünki insan kimi və  nəyi sevirsə sevsin 

yenə də Tanrını, yəni onun təzahür etdiyi şeyi sevmiş olur. Bilindiyi kimi Allah hər 

şeydə  təzahür etmişdir. Bu halda bütün sevgi Allaha yönəlmişdir. Hər gözəlin 

gözəlliyi Allahın camal sifətinin bir əksidir. Bu dünyada məcazi eşqi yaşamayan şəxs 

mənəvi eşqə çata bilməz. Bu yolda könlün yanması  və  çırpınması lazımdır. Aşiqin 

sevgiliyə çata biləcəyi yol aydın olmalıdır. Bu yolda qarşılaşdığı  çətinlikləri və 

maneələri qaldırmaq üçün tədbirli olmalıdır. Məcazi eşq vadisində  aşiq dərələrdən, 

təpələrdən, dağlardan, diyarlardan diyara sevgilinin dalınca qaçar, min bir 

çətinliklərə boyun əyər, bütün bunlardan sonra əsasən sevgilisinə qovuşa bilməz. 

Məcazi eşqə Qurandakı  işarə bu ayədir: “Yusifin məhəbbəti Züleyxanın ağlını 

başından çıxardı, qəlbini bütünlüklə əhatə etdi” (16, s.90).  

İlahi eşq yolundakı  hər aşiqin Tanrıya inancı olmalıdır.  İlahi eşq hər halda 

Tanrıya möhtacdır. Tanrının ilahi nuru bir insanın qəlbinə girməyənə qədər o insan 

həqiqi aşiq sayıla bilməz (10, 275). 

Həqiqi eşqin hansı səbəbdən qaynaqlanmasına baxmayaraq əgər sevgilinin fiziki 

gözəlliyi ilə məhdudlaşırsa bu həqiqi deyil, məcazi eşqdir. Məcnun kimi birçox aşiq, 

məşuq uğrunda bir çox iztirablara sinə  gərmiş, canını  fəda etməyə hazır imiş.  Ən 

başda duran sevgilisinin xoşbəxtliyidir. Məcazi eşqə  əsaslanan aşiqlər ilahi eşqə 

çatmaq üçün onu körpü adlandırmışlar və bu körpünün aşiqi tez gec Tanrısına 

qovuşduracağını düşünmüşlər. Çünki onlara görə məcazi eşqin simvolu olan Məcnun 

Leylini vasitə sayıb ilahi eşqə çatmışdır. Buna görə bəşəri eşqi dərin yaşayanlar, bu 

duyğudan məhrum olanlar nə  qədər ilahi eşqə çatmaq istəsələr də bu imtahandan 

keçə bilməyib həmin yolu tərk edərlər. (17,120). “Leyli və  Məcnun” məsnəvisi 

məcazi eşqdən həqiqi eşqə yüksəlməkdən bəhs edir. Leylini məktəbdə ikən sevməyə 

başlayan Məcnun eşq yolunda əziyyət çəkib kamilləşdikcə Tanrıya yaxınlaşır. Hətta 

bir gün vüsalına qovuşmaq üçün onu çöldə axtaran sevgilisini tanımır. Artıq “tək 

varlıq” içində əridiyini bildirən bu misralar ilə Leyliyə müraciət edir: 

 

Gər mən, mən isəm nəsin sən ey yar? 



 

Gər sən, sən isən, nəyəm mən-i zar? (3,129-130). 

Mövlana Cəlaləddin Ruminin düşüncə sistemində eşq anlayışı olduqca mərkəzi 

mövqedə yerləşir. Mövlanaya görə  eşq təkamülün  əsas hissəsidir. O, bəşəri eşqlə 

ilahi eşq arasında müqayisə edilməyəcək qədər fərq olduğunu deyir. “Sən canına can 

qatan, heç ölməyəcək olan diriyə aşiq ol. Haqqa qarşı duyulan eşqdə, onu sevən də,  



İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

49

onun tərəfindən sevilən də ölümsüz və  əbədidir. Belə bir sevgiyə nail olanlar iki 



aləmdə də arzularına çatmış, yaxşı ad-san qoymuşlar”. (18, 287,3547).   Allah eşqi, 

Rəbbə aid olan eşq, ucalıq və kamal günəşidir” (19, 415). 

Həm ilahi, həm də  məcazi mənada eşq  ədəbiyyatın  əsas mövzularından biri 

olmuşdur. 

Mütəsəvviflərə görə aləmin yaradılış qayəsi eşqdir. Yaradılış ilahi eşqin açılıb 

yayılması olduğu üçün mütəsəvviflər çox vaxt bəşəri eşqi ilahi eşqə çatmaq üçün bir 

körpü olaraq düşünmüşlər. Çünki yaradılmış olan hər şeyi Yaradandan ötrü sevmək 

əsasdır. Yaradılan hər şey bizi Tanrıya və Tanrı eşqinə doğru aparır. Çünki hər varlıq 

Tanrıyla insan könlü arasında bir pərdə kimidir. “Eşq” pərdəni yırtmaq və sirləri kəşf 

etməkdir. Ancaq insan bu dünya pərdəsinin arxasındakı gerçəkliyi görən kimi artıq 

dünya mənasını itirməyə başlayır. “Vəcd” halı isə aşiqin zikrin ləzzətinə qovuşduğu 

anda ruhun tükənməz istəklərinə dayana bilməməyidir (8, 42). 

Yunus  Əmrəyə görə qurtuluş dünya pərdəsini yırtmasından başlayır. Yunus 

dünya pərdəsini yırtan hər kəsin Haqqı görə biləcəyini, yırta bilməyənlərin isə Onu 

görməyəcəklərini bildirir  (7, 27). 

İlahi eşq geniş ölçüdə təsəvvüfdə, qismən də İslam fəlsəfəsində işlənmişdir. Bu 

işdə  bəzi mütəsəvviflərin rolu olmuşdur. Eşq anlayışı  təsəvvüf düşüncəsinin  əsas 

qayəsdir. Təsəvvüf sevgi və  eşq fəlsəfəsidir. Təsəvvüfdə kamil insan olma 

yollarından biri de eşq yoludur və bu, yolların  ən qısasıdır.  Eşq Tanrının sirri və 

lütfüdür.  İslam və bu dinin mənəvi atmosferində meydana gələn  İslam toplumu bu 

ilahi və insani duyğunu xüsusilə təsəvvüf vasitəsilə insanın yaradılış qayəsinə uyğun 

bir  şəkildə  işləmişdir. Eşq anlayışı  İslam mütəsəvvifləri tərəfindən təfsilatlı  şəkildə 

işlənmiş  və bu duyğu bir çox anlayışlarla ifadə edilmişdir.  İslam düşüncəsinə görə 

məxluqatın yaradılışındakı amil ünsür Allah Təalanın bilinmək və tanınmaq istəyi və 

yaradıqlarına qarşı  məhəbbətidir. Çünki məxluqatın varlıq səviyyəsinə  çıxması, 

yaradıcı ilə yaradılan arasındakı  məhəbbət vasitəsilə olmuşdur. Hz.Məhəmməd bir 

hədisində “Allah gözəldir, gözəlliyi sevər, kibir isə Haqqı  qəbul etməmək və 

insanları xor görməkdir” deyə buyurmuşdur  (14, 76).  

Allah camal və kamal sahibi olaraq hər cür gözəlliyin qaynağıdır. İnsan Allahı 

nə qədər tanısa Ona qarşı sevgi və eşq də artar.  

Eşq sözünün dini termin olaraq istifadəsini qəbul edən sufilərin  əsaslandıqları 

bəzi ayət və  hədislər vardır. Onlara görə  “İman edənlər, Allahı daha şiddətlə 

sevərlər” (5,əl-Bakara, 2/165) ayəsindəki  “şiddətli eşq” olan “əşədd-u hubbən” 

ifadəsi eşq deməkdir. Digər bir ayətdə  də    “möminlərin Allahı  hər  şeydən çox 

sevdiklərinin lazım gəldiyi bildirilmişdir” (22, ət-Tövbə, 9/24). Allahı tanımada 


 Nigar İsmayılzadə 

50

insanların  ən öndə olanları  şübhəsiz onun elçiləridir. Necə ki, Hz.İbrahim Onun 



xəlili, Hz.Peyğəmbərimiz isə onun həbibi olaraq xatırlanır. Eşq Hz.Məhəmmədə də 

dost olmuşdur. Allah bu eşqə görə Peyğəmbərə, “Sən olmasaydın bu kainatı 

yaratmazdım” deyə buyurmuşdur. (15,183). Hz.Məhəmməd: “Ya Ömər, məni 

özündən çox sevməyənə qədər imanın kamilliyə çata bilməz”demişdir  (21,22). 

Sufilərdən bəziləri -  isə eşqi belə tərif ediblər: Əbu Əli əd-Dəqqaq, Mühyiddin 

İbn  Ərəbi və  Əziz b.Məhəmməd Nəsəfiyə görə  eşq, hədsiz sevgi, yəni sevgidə 

sərhədi aşmaq deməkdir. Sufilər sevgini müxtəlif hissələrə ayırırlar, ümumiyyətlə ən 

son mərtəbəyə  eşqi qoyurlar. Eşqi sevginin ən mükəmməl  şəkli hesab edirlər. 

Mövlana Cəlaləddin Rumi, “Bir şəxs məndən aşiq olmaq nədir deyə soruşdu. Mənim 

kimi olsan alnayarsan, dedim”. Eşq mövzusu bir qəlb məsələsidir. Ağıl onu qavraya 

bilməz. Mütəsəvviflər “Allah onları, onlar da Allahı sevərlər” ayətini dəlil göstərərək 

məhəbbətin  əvvəlcə Haqqdan zühur etdiyini və bütün aləmin yaradılışına səbəb 

olduğunu ifadə etmişlər  (1,165-175). 

Sufilərə görə  həqiqi sevgi, Allah və Peyğəmbər sevgisidir. Hədis-i  Şərifdə 

“Sizdən biri məni anasından, atasından, övladından və bütün insanlardan daha çox 

sevməyənə qədər iman etmiş sayılmaz” deyə buyurmuşdur  (6,68). 

Quran və    hədislərdə  eşq sözündən istifadə edilmir, “eşq” anlayışı mövcud 

olmasa da məfhum olaraq vardır.  “Sevgi” əsasən hubb və  məhəbbət, bəzən də 

məvəddət sözləri və bunlardan doğan sözlərlə ifadə edilir. Qurani Kərim məhəbbəti 

imanla birlikdə  dəyərləndirmiş, Allahı sevməyi, onun məhəbbəti ilə xeyirli işlər 

görməyi mömin olmağın xüsusi keyfiyyətləri kimi qiymətləndirmişdir (2,73). 

Təsəvvüf elmi Quran və  hədislərdə  bəhs edilən sevgi anlayışının mənasını 

genişlətmiş, sevgini mərtəbələrə ayırmışdır. Xüsusilə Allah ilə qul arasında Quranda 

bildirilən “sevgi” əlaqəsinin “eşq” anlayışı ilə ifadə edilməsini uyğun bilmişdir. Bu 

səbəbdən dövrün ilk mütəsəvvifləri eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib, 

məhbub sözlərindən istifadə etmələrinə baxmayaraq  daha sonra gələn mütəsəvviflər 

bu cizgidən uzaqlaşmışlar.  İlk sufilərin bəziləri Allah sevgisini ifadə etmək üçün 

Quran və sünnətdə yer alan hubb və  məhəbbət yerinə “eşq” sözünün istifadə 

olunmasına qarşı çıxmışlar  (23, 12.) 

Allah sevgisindən çox Allah qorxusuna üstünlük verən ilk zahidlər  eşqdən bəhs 

etməmişdilər. İlk dəfə II (VIII) əsrdə Allah ilə qul arasındakı sevgidən bəhs etməklə 

nadirən olsa da eşq sözünün istifadə edildiyini göstərən rəvayətlər də var. Deyilənlərə 

görə  Həsən  Bəsri Allahın “Qulum mənə, mən də ona aşiq olaram” buyurduğunu 

demişdir. Əbdülvahid Zeyd isə peyğəmbərlərdən birinin “Allah mənə, mən də Ona 

aşiq oldum” dediyini söyləmişdir. Başqa bir rəvayətdə buna oxşar bir söz Əbül 


İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

51

Hüseyn  ən Nuriyə istinad edilmişdir. Bəqlinin nəql etdiyinə görə  Əbül Hüseyn ən 



Nuri, “Mən Allaha aşiqəm, o da mənə  aşiqdir” dediyi üçün kafir olduğuna hökm 

verilərək ölkəsindən qovulmuş, daha sonra edam edilməsi əmr olumuş və son anda 

asılmaqdan xilas ola bilmişdir. Bu rivayətdən məlum olduğu kimi hətta ilk əsrlərdə 

mütəsəvviflərin əksəriyyəti Allah sevgisini ifadə etmək üçün Quran və Sünnətdə yer 

alan hubb və  məhəbbət yerinə  eşq sözünün istifadəsinə qarşı  çıxmışlar; Rabia əl-

Ədəviyyə, Bayazid-i Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi sevgi 

mövzusunu işləyən ilk sufilər əsasən eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib, 

məhbub sözlərindən istifadə etməyə üstünlük vermişlər (23,11-12). 

Haris  əl-Mühasibi, Xacə Abdulla əl-Hərəvi, Məhəmməd b.Hüseyn əs-Süləmi, 

Əbu Talib əl Məkki, Həkim ət-Tirmizi, Əbu Nəsr əs-Sərrac, Məhəmməd b.İbrahim 

əl-Kəlabazi,  Əbu Nuaym, Əbdülkərim  əl-Qüşeyri, Hücviri, Qəzali kimi 

mütəsəvviflər də  əsərlərində  eşq mövzusuna yer verməmişlər və ya nadir hallarda 

istifadə etmişlər, bunun yerinə ən çox əhəmiyyət verdikləri Allah sevgisi mövzusunu 

hubb və məhəbbət termini ilə adlandırmağa üstünlük vermişlər  (23,12). 

Qüşeyri sufilərin Allah sevgisini eşq sözü ilə ifadə etmələrini müsbət qarşıla-

mışdır. Qüşeyriyə    görə “Eşq sevgidə  sərhədləri aşmaqdır. Allah həddi aşmaqla və 

eşq ilə xarakterizə edilə bilməz. Bütün məxluqata aid sevgilərin hamısı toplanıb bir  

şəxsə verilsə də bu şəxs Allahı sevmə dərəcəsinə çatmış sayılmaz. Bu halda qul Allah 

sevgisində  həddi aşdı deyilə bilməz. Bu səbəblə “Allah quluna aşiq oldu” deyilə 

bilməyəcəyi kimi, qul da “Allaha aşiq oldu” deyilə bilməz.  Buna görə də eşq Allahın 

sifəti olmaz. Allahın qula vəya qulun Allaha aşiq olması mümkün deyildir” (4,110).  

Hücviri eşq mövzusunda müxtəlif mənalar daşıdığını bildirərək başlıca fikirləri 

belə izah etmişdir: Bir zümrəyə görə  eşq sevgilisindən ayrı düşənin bir 

xüsusiyyətidir. Qul da Allahdan ayrı qaldığına görə onun sevgisini eşq adlandırmaq 

mümkündür. Buna qarşılıq olaraq Allah heç bir şeydən ayrı və uzaq olmadığına görə 

Onun sevgisi eşq sözü ilə ifadə edilə bilməz. Başqa bir fikrə görə eşq həddi aşmaqdır, 

Allah da həddi, sərhədi olmayan varlıq olduğu üçün Ona duyulan sevgi heç bir 

şəkildə hədsiz olmaz və nəticədə eşq adlandırıla bilməz. Hücviri Allaha olan sevginin 

məhəbbət termini ilə ifadə edilməsi lazım gəlmədiyini, bunun yerinə  eşq sözünü 

istifadə etməyin mümkün olduğunu bildirir (23,12). 

Başda  Həllac Mənsur,  Əbu Bəkr  əş-Şibli və  Bəyazid-i Bistami olmaqla bəzi 

mütəsəvviflərdə tam mənası ilə eşq mövcuddur.  

Təsəvvüf tarixində eşqi ilk dəfə iztirab və kədər şəklində anlayan və bu tərzdə 

izah edən Həllac Mənsur “Kitabü’t-Tavasin”də ilahi eşqi pərvanənin şamın ətrafında 

dövr etməsi  kimi təsvir etmişdir. Pərvanənin şamın işığını görməsi “elmü’l-yəqin”, 


 Nigar İsmayılzadə 

52

ona yaxınlaşıb hərarətini hiss etməsi “eynü’l-yəqin”, alovun içində yanıb kül olması 



“həkkü’l-yəqin”dır. Aşiqin ən son məqsədi yana-yana yox olmaqdır. Eşq anlayışını 

da ilk dəfə belə şəkildə izah edən Həllac Mənsur olmuşdur (20,132). Edam ediləndə 

əlləri kəsildiyi zaman üzünü qana bulamış, səbəbini soruşduqda “Eşq ilə qılınacaq iki 

rükət namazın dəstəmazı qanla alınmazsa doğru olmaz” cavabını vermişdi. Bəzi 

mənbələrə görə vücudundan axan qanlar Allah sözü şəklində axmışdı. Buna görə 

Həllac Mənsur “şəhid-i eşq” adlandırmışlar, onun qəm və  kədər dolu eşq macərası 

bütün mütəsüvviflərə nümunə olmuşdur.  

Təsəvvüf tarixində  eşq anlayışını ilk dəfə  məhəbbətdən ayıraraq araşdıran sufi 

Əhməd  əl-Qəzalidir.  Bu səbədən də o, ilahi eşqə üstünlük verən sufilər tərəfindən 

böyük qardaşı  Əbu Hamid əl-Qəzalidən üstün sayılmışdır. Çünki İmam Qəzalinin 

təsəvvüfi elm və mərifətə bağlı olduğu halda qardaşı təsəvvüfdə eşqi əsas saymışdır. 

Onun “Səvanihü’l-uşşak adlı fars dilində yazılmış risaləsi xüsusi olaraq eşq mövzusu 

ilə bağlı olan ilk əsərdir. Eşqin xüsusiyyətləri, təsirləri və  mərtəbələrinin qısa 

bölmələr  şəklində  işlənən bu risalənin geniş yayılmasından sonra eşq anlayışı 

təsəvvüf ətrafında rəğbətlə qarşılandı.  

Sevgini “könlün zövq aldığı  şeyə meyl etməsi” olaraq adlandıran Qəzali, bu 

meyl qüvvətli olarsa buna “eşq” deyilə bilər. Qəzaliyə görə eşq vicdani bir məsələdir. 

Allahı tanıyan onu sevər, mərifəti artdıqca sevgi artar, güclənər, bu sevgiyə  eşq 

deyilir. O, mərifət və idraksız sevginin həyata keçə bilməyəcəyini bildirmişdir. 

Məhəbbətin uca nöqtəsi və ya sevginin möhkəmlənmiş halı olan ilahi eşq 

mərifətullahın bir nəticəsidir. Mərifətdə (Allahı bilmədə) məsafə qət etdikcə Allaha 

olan məhəbbət də artar. Məhəbbət nisbətində də Allaha yaxınlıq artar  (9,538-539).  

Qəzali “İhya’ü ulumid-din” əsərində Allah sevgisi mövzusunu işlədiyi 

“Kitabü’l-Məhəbbə  və  ş-şövq və l-üns və r-rıza” başlıqlı bölümündə  eşq sözünə 

üstünlük verməmişdir. Bununla birlikdə o, eyni əsərin səma mövzusu ilə bağlı 

hissəsində Allahı sevən, Ona aşiq olan və Ona qovuşma sevgisi duyan insanın 

səmasından da bəhs etməkdə və bu səmanın insanın eşq və sevgisini coşduracağını 

göstərmişdir.  Sevginin bu şəkildə  eşq halını alması, qulun mərifətdə yetkinləşərək 

ilahi gözəlliyi idrak etməsindən irəli gəlir; bu idrak artdıqca eşq də güclənir. Necə ki, 

Hz.Peyğəmbərin Hira dağında ibadətə bağlandığını görən Məkkə müşrikləri, 

“Məhəmməd Tanrısına aşiq oldu” demişdilər (23,12). Həqiqi aşiq qəlbindəki Allah 

sevgisinə heç bir varlığın sevgisini ortaq etməz. Bu səbəblə  də başqa  şeylərə qarşı 

duyulan sevgi ancaq məcazi mənada eşq adlana bilər: çünki ortağı olmayan, bir sözlə 

ortaqsız sevilə bilən yeganə varlıq Allahdır.  Əhməd  əl-Qəzalinin yaşadığı dövrü 

izləyən üç əsr ilahi eşq  ədəbiyyatının qızıl dövrü oldu. Əhməd  əl-Qəzalinin bu 


İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

53

yolunu tələbəsi Eynülquzat əl-Həmədani uğurlu bir şəkildə davam etdirdi. Onun 



1000 beytdən ibarət olan “Nüzhətü’l-uşşak və nəhzətü’l-müştak” və bu mövzunun ən 

uğurlu əsərlərindən sayılan “Təmhidat” adlı əsərləri eşqə dairdir  (20, 133). 

Xüsusilə  eşq mövzusuna dair yazılan təsəvvüfi  əsərlərin  ən genişi Rüzbihan-ı 

Bəqlinin “Əbharü’l-aşikin” adlı kitabıdır. Bəqlinin bu əsərində sufilərin eşq 

mövzusundakı fikirləri açıq və parlaq bir üslubla təsvir edilmiş və Həllac Mənsurun 

nur-i Məhəmmədi haqqındakı  nəzəriyəsinin bir davamı olmaqla kainatın yaradılışı 

eşq ünsürü ilə dilə  gətirilmişdir. Bəqli “hadis-i qüdsi” deyə  rəvayət edilən və 

təsəvvüf  ətrafında böyük maraq doğuran “mən gizli bir xəzinə idim, bilinməyi 

istədim və buna görə  də aləmi yaratdım” ifadəsindəki  “bilinmək” də  məqsədin 

mərifət, “istəmək” də məqsədin də məhəbbət, yəni eşq olduğunu göstərir. Ona görə 

Allahın sevgi ilə  təcəlli etməsindən aləm meydana gəlmişdir. Bu ilk təcəlliyə 

“həqiqət-i Məhəmmədiyyə” də deyilir (20,133). Aləmin var olma səbəbi 

Hz.Peyğəmbərin həqiqəti, yəni Allahın ona olan əzəli eşqidir. Buna görə  də 

Hz.Peyğəmbərə “həbibullah” və “məhbub-i kibriya” deyilmişdir. Həllac Mənsurdan 

gələn və  Bəqlidə gözəl ifadəsini tapan bu görüş daha sonra eşq mövzusu üzərində 

çalışan mütəsəvviflərin  əsas hədəf nöqtəsi olmuş, bütün aşiq mütəsəvviflər eşq 

mövzusundakı fikirlərini bu xətt üzrə inkişaf etdirmişlər. Bu fikrə  əsasən aləm 

eşqdən yaradıldığı üçün aləmdəki hər zərrədə  eşqin izini və  əksini görmək çətin 

deyildir. Bu düşüncəyə  əsasən Allah Hz.Məhəmmədə, Hz.Məhəmməd də Allaha 

aşiqdir. Mütəsəvviflər də  eşq mövzusunda Hz.Məhəmmədin bu görüşünü nümunə 

götürmüşlər, özlərini Haqqın aşiqi və məşuqu olduqlarına inanmışlar.   

Bəqli “Əbharü’l-aşikin”  əsərində  eşqin beş növündən bəhs etmişdir: bəhimi 

(heyvani), təbii, ruhani, əqli, ilahi eşq. Bəhimi eşq əyyaş, günahkar şəxslərin, əslində 

həva və  həvəsdən ibarət olan eşqidir,  şəhvət və  nəfsi arzuları  hədəf alır. Təbii eşq 

lətafətdən yaranan maddi və cismani bir eşq olub ağlın və elmin hakimiyyətində 

olmazsa pisdir. Ruhani eşq seçilmiş insanlarda olan maddi və  mənəvi gözəlliklərə 

qarşı duyulan eşqdir. Belə bir eşqə tutulan şəxs özünü şəhvətdən qorusa ariflər 

dərəcəsinə çata bilər. Mələkut aləminə  çıxmaq üçün nərdivan vəzifəsini yerinə 

yetirdiyinə görə bu eşq məqbul sayılmışdır.  Əqli eşq isə  mələkut aləmində  təcəlli 

edən gözəllikləri tamaşadan meydana gəlir. İlahi eşqə buradan keçilir. Sufilər şüurlu 

və şəriətin qəbul etdiyi çərçivədə qalmaq şərti ilə bütün eşqləri doğru sayırlar və bir-

birindən keçə-keçə eşqlərin ən yüksəyi olan ilahi eşqə çatmaq istəyərlər. Buna mane 

olan şəhvət, nəfsani arzuların təsirində qalan eşqi pisləyər, bunun həva və həvəsdən 

ibarət olduğunu söyləyərlər.  



 Nigar İsmayılzadə 

54

Eşq haqqında  İbnü’l-Ərəbi bütün ibadət  şəkillərinin təməli olaraq eşqi görür. 



İbadətdə  ən  əhəmiyyətli xüsus ibadət ediləni sevməkdir. “Eşq olmasaydı Allaha 

ibadət edilməzdi” deyərək ibadət və  eşqin bağlantısını müəyyən etmişdir.  İbnü’l- 

Ərəbi varlığın  əslini eşqdə görməkdədir. Onun düşüncəsinə görə aləm sevən və 

sevilənlərdən ibarətdir  (12,715). 

Başda “Füsusü’l-hikəm” və “əl-Fütühatü’l-Məkkiyyə” olmaq üzrə bütün əsərlə-

rində sevgi mövzusu üzərində duran İbnü’l-Ərəbi eşq sözünə müsbət yanaşmaqla 

bərabər məhəbbət terminini istifadə etməyə üstünlük vermişdir. İbnü’l- Ərəbiyə görə 

sevgi üç növdür: ilahi məhəbbət, ruhani məhəbbət, təbii məhəbbət. Həm Allahın bizə 

olan sevgisinə, həm də bizim Ona olan sevgimizə ilahi məhəbbət deyilir.  Hər növ 

sevginin ilk və həqiqi qaynağı ilahi məhəbbətdir. Ruhani sevgi, sevənin sevdiyi hər 

şeyi sadəcə sevgilisi üçün sevməsi və sevgilisinin muradından başqa heç bir şey 

düşünməməsi, başqa bir sözlə  eşqin öz iradəsindən fani olaraq məşuqun iradəsi ilə 

hərəkət etməsidir. Ortada Allahın gözəlliyindən və ona duyulan sevgidən başqa bir 

şey   olmadığından Allahdan başqasını sevmək də mümkün deyil. Allahdan başqasını 

sevmək, gözəllərə aşiq olmaq da əslində Allahı sevmək mənasına gəlir. 

İbnü’l- Ərəbi bəşəri sevgini vəhdət-i vücud əsasına sadiq qalaraq izah etmiş və 

beləcə insan sevgisini ilahi bir qaynağa bağlamışdır. Ona görə  də dünya gözəlləri 

şəklində əks olunan Allah olduğu kimi, aşiqin gözündən bu gözəlliyi tamaşa edən də 

Allahdır. Aşiq, məşuq və  eşq də Odur. İbnü’l-  Ərəbi ibadətin  əslinin də sevgi 

olduğunu söyləyir. Sevgisiz ibadət məqbul sayılmır. Çünki sevgi ən uca ibadətdir. 

“Sevgi dini”ndən (dinü’l-hübb) bəhs edən İbnü’l- Ərəbi dinin də, qibləsinin də sevgi 

olduğunu ifadə etmişdir. Eşq və məhəbbətə nə qədər əhəmiyyət verirsə versin İbnu’l-

Ərəbinin təsəvvüfündə elm və mərifət üstünlük qazanır. Halbuki Əhməd əl-Qəzalidə, 

Eynülquzat əl-Həmədani, Sənai, Əttar, Ruzbihan-ı Bəqli, İbnü-l Fariz və Cəlaləddin 

Rumi kimi mütəsəvviflərdə eşq üstünlük təşkil edir. Hətta bunların nəzərində hər şey 

eşqdən ibarətdir. Varlıq haqqındakı izahı da tamamilə eşqə əsaslanır.       

Nəcməddin Kübra “əl-Usulü’l-əşərə” adlı risaləsində mütəsəvviflərin üç yolu 

olduğundan bəhs edir: əhyar, əbrar və şüttar. Şüttar adlanan sufilər eşq, şövq, vəcdi 

əsas saymışlar, səma ayinlərində musiqi və  rəqslə  həyəcana gəlmişlər, bununla da 

eşqlərini gücləndirmişlər.  

Eşq mövzusunu işləyən mütəsəvviflər ağılla eşq mövzusunda eşqin ağıldan 

üstün olduğunu isbat etməyə çalışmışlar. Mütəsəvviflər ağılla Allaha qovuşmağın 

mümkün olmadığını, Ona qovuşmağın ancaq sevgi ilə qovuşmağı düzgün bilmişlər. 

Meracda Cəbraıl ağlı, rəf rəf eşqi təmsil edir. Cəbrayıl Hz.Peyğəmbəri bir nöqtəyə 

qədər apara bilmişdir, daha irəli aparmaq üçün onu rəf rəfə  təslim etmişdi. Deməli 


İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

55

Allaha gedən yolda ağıl müəyyən bir yerdə dayanmaq məcburiyyətindədir; bu 



nöqtədən etibarən insanı Allaha eşq qovuşdurur. Mütəsəvviflər eşq ilə  mənəvi 

meraca çata biləcəyindən bəhs edirlər, bunu “merac-ı məhəbbət” və yaxud “merac-ı 

eşq” adlandırırlar  (23,14). 

Təsəvvüfdə Allah eşqini hər kəsin başa düşəcəyi bir tərzdə izah etmək üçün bir 

sıra bənzətmələr yaradılmışdır. Bunlardan ən  əsası qadın, pərvanə-şam-atəş, gül-

bülbül və badə misallarıdır. Mütəsəvviflər ya mövzusu qadın və  bəşəri eşq olan 

musiqi və  qəzəlləri ilahi eşqə  tətbiq etmişdilər və ya Əttar,  Əbdürrəhman Cami və 

Mövlanada olduğu kimi ilahi eşqi bəşəri eşq  şəklində  təsvir etmişdilər. Füzulinin 

“Leyli və  Məcnun”  əsəri buna ən gözəl nümunədir. Bu səbəbdən mövzusu Allah 

eşqindən ibarət olan qəzəl, qəsidə  və  məsnəvilərdə dilbərlərin üz, göz, qaş, yanaq, 

zülf, qəmzə, boy, işvə və naz kimi xoşa gələn cizgiləri, hal və hərəkətləri simvolik və 

məcazi nəql ünsürləri qataraq istifadə etmişlər. Gül və bülbül də mütəsəvviflərin ən 

çox istifadə etdikləri mövzudur. Bülbül aşiq, gül məşuqdur. Güldəki tikan eşqdəki 

iztirabı, bülbülün yanıq nəğmələri isə  aşiqin fəryad və fiqanıdır. Pərvanə  və  şam 

misalı da əhəmiyyətlidir. Şam işığına aşiq olan pərvanə şamın ətrafında dayanmadan 

fırlanır, ən sonda özünü oda atır, yanır və beləcə odda fani olur. Aşiq də eşq atəşində 

pərvanə kimi yanar və sevgilisi uğrunda özünü fəda edərək yox olur. İnsanın ağlını 

başdan alan xüsusiyyəti ilə  şərab (mey, badə) da eşq mövzusunda mütəsəvviflər 

tətəfindən çox istifadə edilmiş, qədəh, saqi və meyxanə kimi şərabla bağlı sözlərə 

geniş yer verilmişdir.  

Eşq və məhəbbət anlayışları ədəbiyyat, fəlsəfə və təsəvvüf ətrafında böyük ma-

raqla qarşılanmışdır. Əsərlərində eşq məsələsinə yer verməyən kəlam alimləri sonra-

dan fəlsəfi və  təsəvvüfi qaynaqlardan istifadə edərək  əxlaq elminə dair yazdıqları 

əsərlərdə bu mövzuya müraciət etmişdilər. Məsələn Nəsrəddin Tusinin “Əxlaq-i 

Nasir”ində, Cəlaləddin əl-Dəvvaninin “Əxlaq-i Cəlali”sində və Əzudüddin əl-İcinin 

“Əxlaq-i Əzudiyyə” əsərində məhəbbət mövzusuna xüsusi bir bölmə ayırmışdır.  

Eşq  sərhəddi aşıb ruhla bütünləşdikdə  eşqdir.  İki nəfəri sevdiyini iddia edən 

şəxsin qüsuru buradadır. Onun eşqi xarici görünüşdə məhduddiyyətli eşqdir. Həqiqi 

aşiq bir sevgiliyə bağlanır. İbn Həzmə görə: “Könüldə iki şəxsə yer yoxdur, ikincisi 

digərinin yerini tuta bilməz. Ağıl da təkdir. Rəhman olan tək bir Allahdan başqa 

Yaradıcı tanıya bilməz. Qəlb də təkdir. İstər yaxın, istər uzaq olsun, yalnız bir şəxsi 

sevər.Əksinə davrananlar eşqin qanununda şirkə yol verərlər” (11,251). 

İbn Həzm eşq və sevgi mövzusunu işlədiyi “Tövkü’l-həmamə” adlı  əsərində 

eşqin səbəbi, qaynağı  və  məqsədi mövzusunda filosofların fikirlərini bölüşməklə 

bərabər müasirlərinin də müşahidələri ilə birlikdə öz fikirləri ilə araşdıraraq bu 


 Nigar İsmayılzadə 

56

sahədə ən gözəl əsər meydana gətirmişdir.  İbn Həzm eşq və məhəbbət mövzusunu 



“Tökvü’l-həmamə”də çox gözəl psixoloji təhlillər və təsvirlərlə vermişdir. Həm İbn 

Davud, həm də  İbn Həzm  əsərlərində yalnız dünyəvi eşq mövzusunu işləmişlər, 

mütəsəvviflərin ilahi eşq mövzusuna müraciət etməmişlər.  

İbnü’l-Cəzəri,  İbnü’l Teymiyyə  və  İbnü’l Qəyyimə görə  eşq ağlı, düşüncəni 

məhv edir. Ağlın dünyaya hakim olmasına fəzilət, duyğunun ağla hakim olmasına isə 

rəzilət deyilir. Eşq bir kamal halı olmadığı üçün Allahın vəsfi deyildir. Onlara görə 

qəlb Allahı sevmək üçün yaradıldığından ondan başqasını sevə bilməz. Allahı ihlasla 

sevdiyi üçün Yusif Züleyxaya aşiq olmamışdır. Züleyxa müşrik olduğu üçün Yusifə 

aşiq olmuşdur. Eşqin yeganə səbəbi imandakı əksiklikdir (23,11).  

“Telbisü İblis” əsərində mütəsəvviflərin eşq anlayışını tənqid edən İbnü’l-Cəvzi 

“Seydü’l-Xatır”  əsərində  gözəl eşq hekayələrindən bəhs edir. Ona görə  məhəbbət 

xoş bir duyğu olmaqla bərabər hədsiz dərəcədə olduqda pis olur. Çünki eşq insanın 

gözünü kor, qulağını kar edir. Bu səbəbdəndir ki, həqiqəti görməyən aşiqlərin sonu 

ayrılıqla bitir. Eşqi uğrunda intihar edənlər, hətta dinini dəyişən insanlar da var.    

İbn Teymiyyəyə görə eşq ruh və qəlblə bağlı xəstəlikdir. Bədən üzərindəki təsiri 

artdıqca cismani bir xəstəliyə çevrilə bilər. Eşq  əqllə bağlı olmadığı üçün Allahın 

vəsfi deyildir.  Allaha aşiq və ya məşuq da deyilə bilməz. Bu halda qulun Allah 

sevgisi məhəbbət adlandırılmalıdır.  İbnü’l Cəvzi,  İbn Teymiyyə  və  İbnü’l Qəyyim 

kimi müəlliflərin təsəvvüfi eşqə hücum edərək onu şiddətlə rədd edərkən məhəbbət 

ünsürünü bütün genişliyi və  dərinliyi ilə  işləmişlər və  İslam dininin bir sevgi dini 

olduğunu izah etmişlər.  

İslam ümmətinin mədəniyyət və  ədəbiyyatının hər sahəsində  eşq anlayışının 

təzahürlərini görmək mümkündür. Mütəsəvviflər ilahi eşqlə bağlı duyğu və düşün-

cələrini daha çox təşbihlərdə  əks etdirdiklərindən təsəvvüf  ədəbiyyatı  məcazlar 

ədəbiyyatı  şəklini almışdır. Bəzən bir mənzumənin ilahi eşq, yoxsa dünyəvi eşq 

olduğunu anlamaq çətinlik yaradır.  

Türk ədəbiyyatında eşq mövzusu mahiyyəti və işlənməsi baxımından çox geniş 

rəğbətə  səbəb olaraq müxtəlif  əsərlərin meydana çıxmasına səbəb olmuşdur. 

Mahiyyəti etibarilə  bəşəri, fəlsəfi və  təsəvvüfi ilahi həqiqi eşq mövzusu ədəbi 

əsərlərdə öz əksini tapmışdır.  

Qədim  ərəb  şeirində  qəsidə  və yaxud qəsidənin nəsib, təqəzzül və  təşəbbüb 

adlanan  şəkillərində maddi və  bəşəri eşq tərənnüm olunmuşdur. Fars şeirində isə 

qəsidənin bu növləri ilə yanaşı  qəzəldə  eşq  əsas mövzuya çevrilmişdir. “Qəzəl-i 

aşiqanə” adlanan bu qəbildən olan şeir  divan ədəbiyyatının ən qiymətli şeir şəklidir  

(23,18). 


İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

57

Daha sonralar eşq mövzusu fars və türk ədəbiyyatlarında qitə, rübai və 



məsnəvilərdə  də  əks olunmuşdur. Eşq və  məhəbbətdən bəhs edən dini və dünyəvi 

əsərlərdə  eşq-i həqiqi, mutləq eşq, eşq-i ilahi adları ilə Allah eşqi qəsd edilmişdir. 

Aşiqin bütün mərhələlərdən keçərək sonunda  çatacağı gerçək eşq budur. Təsəvvüfi 

şeirlərdə  əks olunan şeirlər də  həmin eşqdir. Gerçək eşqə çatmaq üçün 

Hz.Peyğımbərin sevilməsi lazımdır, bunu “eşq-i rəsul” adlandırmışlar. Necə ki, 

Hz.Peyğəmbərin adlarından biri də “həbibullah”( Allahın sevgilisi) dır. Süleyman 

Çələbi “Mövlud” əsərində “Ey həbibim sənə aşiq olmuşam, cümlə xalqı sənə bəndə 

qılmışam” vurğulayarkən Allahın və bütün yaradılmışların Hz.Peyğəmbərə sevgisini 

və duyğularını dilə  gətirmişdir. Yunuz Əmrənin “Eşqin ilə  aşiqlər yansın ya 

Rəsulallah, içib eşqin şərabın kansın ya Rəsulallah” beyitli qəzəl ilahisi də bu mövzu 

ilə bağlıdır (23, 18). Eşq mövzusu divan ədəbiyyatlarının natlarında da işlənmişdir.  

Türk ədəbiyyatında eşq mövzusu təlmih, təşbeh, məcazlarda da işlənmişdir. Eşq 

mövzusu müasir Türk ədəbiyyatında fəlsəfi əhəmiyyət qazanmışdır.  

Mövlana Cəlaləddin Rumidən başlayaraq Yunus Əmrə,  Əşrəfoğlu Rumi, Dədə  

Ömər Rövşəni, Niyazi-i Misri, Seyyid Nizamoğlu Seyfullah, Nəsimi və bir çox 

mütəsəvvif  şairlərin mənzum və  mənsur  əsərləri ilə  qəzəl ilahilərində  təsəvvüfi 

xüsusiyyətləri ilə  işlənən eşq mövzusu, divan ədəbiyyatının  Şeyxi, Bursalı  Əhməd 

Paşa, Nəcati, Zati, Xəyali, Füzuli, Nabi və  Şeyx Qalib kimi ustadların  şeirlərində 

ilahi və  bəşəri: Baki, Şeyxülislam Yəhya,  Şeyxülislam Bahai, Nəfi və  Nədim kimi 

şairlərdə isə  bəşəri eşqə daha çox üstünlük verilmişdir. Ancaq bütün bu əsərlərdə 

bəşəri eşqin yenə  də ilahi eşqə dayandığını görmək mümkündür. Bunu “əl-məcazü 

qəntərətül-həqiqə”, yəni “məcaz həqiqətin körpüsüdür” anlayışı hakim olmuşdur.  

Divan şairlərinə görə, “eşq sayəsindədir ki, insan əbədilik qazanır və la-məkana 

çatar. Ancaq bu yol çox çətindir. Eşq yerinə görə yol olur, yerinə görə iman olur. 

Bəzən od olub yandırar, bəzən dəniz olub boğar, at olar qaçar, quş olar uçar. Xəzinə 

olub viran könüllərdə gizlənər. Gül bağçası olub ətri ilə aşiqləri məst edər. Klassik 

ədəbiyyatda eşq hər  şeydir, hər  şey eşqdir. Divan və  təsəvvüf  ədəbiyyatlarında 

mütləq həqiqət olan Allaha qovuşmağın eşq və  ağıl olmaq üzrə başlıca iki yolu 

vardır. Aşiq eşqi, zahid isə ağlı əks etdirir. Məqsədə  çatdıran, lakin ən çətin olan eşq 

yoludur və daima ağılla mübarizədədir. Füzulinin çox tanınmış, “Eşq imiş hər nə var 

aləmdə, elm bir qil-ü qal imiş ancaq” beyti bunun ən məşhur ifadəsidir. Ağıl könlü 

eşqdən ayırmaq istər, könül isə yenə də eşqə can atmaq istər. Buna görə də aşiq ağıla 

deyil, eşqə bağlanır, ağlın  əsası olan zahidi isə  tənqid edər. Könül, qəm, kədər öz 

yarıından dərd çəkmədikcə eşq xəzinəsi ortaya çıxmaz. Aşiqin vücudu eşq ilə dirilir, 

eşqsiz qalmaq onun üçün ölümdür. Yunusun “Ölən heyvan durur, aşiqlər ölməz” 


 Nigar İsmayılzadə 

58

misrası bunu ifadə edər. Bu səbəbdən aşiq eşqdən və  eşq dərdindən qurtulmaq 



istəməz. Füzulinin “Leyli və  Məcnun”  əsərində  Məcnunun Kəbədəki münaciətinin 

ifadəsi olaraq yer alan “Ya Rəbb bəla-yı  eşq ilə  qıl aşina məni, Bir dəm bəla-yi 

eşqdən etmə cüda məni” adlı  qəzəli bu fikrin ən gözəl və  ən tanınmış ifadəsidir. 

Allah aşiqləri eşqdən başqa bir şeylə təsəlli tapmırlar. Bu baxımdan onlara görə eşq 

vacib və  fərzdir. Eşq yoluna girən namusunu, mənliyini, buna bağlı varlığını  eşq 

dənizinə tökməlidir. Yunusun “Aşiq Yunus məşuquna vüslat bulunca məst olur, Bən 

şişəyi çaldım taşa namus-u arı neylərəm” beyti ilə bitən şeir bu düşüncəni ifadə edən 

parçadır.  

Həqiqi eşq yoluna məcazla daxil olunur, gözəldən gözəlliyə, fərddən cəmiyyətə, 

quldan Haqqa doğru bir yol qət edilir. Bu baxımdan məcazi eşqin simvolu olan 

gözəllər, mey, meyxanə, məhbub və pir-i muğan sadəcə bir vasitədir. Eşqdə məqsəd 

vüsala çatıb canını canana, məşuqə, yəni sevgiliyə qurban etməkdir.  

Divan  ədəbiyyatında eşqi tərənnüm edən  əsərlərin başında Mövlanaya aid 

edildiyi  şübhəli olan “İşknamə” adlı  məsnəvisini yada salmaq kifayətdir. Bu əsər 

farsca olmaqla bərabər türk dilinə  tərcüməsi də vardır və onun davamçılarına da 

örnək olmuşdur. Yunus Əmrənin “Divan”ı, Aşıq Paşanın “Qəribnamə”si, Əşrəfoğlu 

Ruminin “Divan”ı, Sinan Paşanın “Tazarrunamə”si, Dədə Ömər Rövşəninin 

“Neynamə”si  bu təsir altında meydana gəlmiş əsərlərdir (23, 19).  

Eşq mövzusu ilə bağlı digər  əsərlər də maddi eşqi və bunun uğrunda aşiqlərin 

başına gələn macəraları mövzu seçən məsnəvilərdir. Ən gözəl nümunələri XIV, XV 

və XVI əsrlərdə  qələmə alınan bu əsərlər arasında Yusif və Züleyxa, Leyli və 

Məcnun, Xosrov və Şirin, Vərqa və Gülşah, Cəmşid ü Xurşid, Vamik və Əzra ən çox 

işlənən hekayələrdir. Bu məsnəvilər arasında Quranda “əhsənü’l qəsəs” (qissələrın ən 

gözəli) olaraq adlanan Yusif və Züleyxa hekayəti  ən çox sevilmiş  və  bəyənilmiş 

əsərdir. Yusifə aşiq olan Züleyxa təsəvvüfi şeirdə eşq ilə,  sevgilinin həsrəti ilə yanan  

və  hər  şeydə onu görən ruhun simvoludur. Bundan sonra rəğbət qazanmış  eşq 

hekayəsi “Leyli və Məcnun” əsəri olmuşdur və eşq mövzusunu hərtərəfli  ifadə edən 

şahəsərdir. Türk ədəbiyyatında ilk dəfə Gülşəhrinin “Məntiqü’t-teyr”  əsəri və  Aşıq 

Paşanın “Gəribnaməsi”ndə eşqdən bəhs edən həmin əsərlərindən sonra iyirmi doqquz 

divan  şairi tərəfindən işlənmişdir. Bunların arasında  ən məşhur olan Əli  Şir Nəvai, 

Əhməd Sinan, Həmdullah Həmdi, Füzuli və Ətainin əsərləridir.  Divan ədəbiyyatında 

eşq mövzusunu əks etdirən şairlər arasında Şeyx Qalibin xüsusi yeri vardır. Onun ən 

məşhur  əsəri “Hüsn-ü eşq”dir. Bütünlükdə  təsəvvüfdən bəhs edən bu əsərdə  aşiq 

vəhdət sirrinə qovuşmuşdur.  



İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

59

Eşq mövzusu müasir türk ədəbiyyatında da başqa  şəkildə  də olsa inkişaf 



etmişdir. Qərb  ədəbiyyatı  təsiri altında bir çox xüsusiyyətlər qazanan və xüsusilə 

fransız romantiklərini təqlid edərək  əsər yazılan bu dönəmdə  eşq qismən də olsa 

məsnəvilərin yerini alan roman və hekayələrdə  təzahür etmişdir. Namiq Kamalın 

ifadə etdiyi kimi “kalbin hissiyat-ı ulviyyesi” olan eşq, bu dövrün bütün əsərlərində 

qadına duyulan maddi-bəşəri bir  sevgi kimi əsərlərdə  təzahür edilir. Realist bir 

mahiyyət qazanan eşq mövzusu müasir ədəbiyyatda zəngin ünsürlərlə  bəzənmişdir. 

Daha çox xəyal edilən, sevgiliyə qovuşması mümkün olmayan motivlərin yerini, 

həyatın acılı  şirinli günlərdə  bərabər olan, sevinci də  kədəri də yaşayan, ölüm və 

ayrılıq nəticəsində  çəkilən iztirab və duyğulara buraxmışdır. Müasir türk 

ədəbiyyatında eşq mövzusu sosial vəziyyətlə bağlı olaraq realizmin təsiri altında 

inkişaf etmişdir. Namiq Kamalın “İntibah”  əsəri,  Şəmsəddin Saminin “ Taaşşuk-ı 

Tələt” və “Fitnət” əsəri bu mövzunu əks etdirmişdir.  

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin