İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   2   3   4   5   6   7   8   9   ...   40

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

 

1. Abdülvahap Yıldız. Meybudiye göre aşk, muhabbet ve dostluk. Harran 

Üniversitesi. İlahiyyat Fakültesi Dergisi, sayı II, 2001. 

2. Abdurrahman Kasapoğlu. Kuranda İmam Psikolojisi. Yalnızkurt Yayınları. 

İstanbul 1997. 

3. Ahmet Kabaklı. Türk Edebiyatı. Cilt 2, İstanbul, 1973. 

4. Atilla Yargıcı. Mevlananın Allah sevgisi ile ilgili şiirlerinin Kuran açısından 

değerlendirilmesi. Harran Üniversitesi. İlahiyyat Fakültesi Dergisi, sayı 18, 2007. 

5. el-Bakara,2/165 

6. Buhari. Ebu Abdullah Buhari. İsmail Salihü’l-Buhari. İman, 8. Beyrut 1991. 

7. Emel Koç. Yunus Emre düşüncesinde aşk ve eğitim. Hacı Bektaş 

Veli.Araştırma Dergisi, 2003/26. 

8. Əbu Hamid əl-Qəzali. Qəlblərin kəşfi. Bakı 2011. 

9. Gazzali. Ebu Hamid Muhammed b.Muhammed. İhyan Ulumi d-din. 

Çev.Ahmet Serdaroğlu. IV, İstanbul, 1978. 

10. Habib İdrisi. Yunus Emre ve Şah İsmail Hataide insan ve aşk. Uluslararası 

Yunus Emre Sempozyumu Bildirileri. Atatürk Kültür, Dil ve tarih Yüksek Kurumu. 

Atatürk Kültür Merkez Yayınları. Ankara 1991,  

11. İbrahim Özay. İbn Hazmda aşk kavramı. Ekev Akademisi Dergisi, sayı 17, 

2003. 


 Nigar İsmayılzadə 

60

12. İbnü’l Arabi. Fütühatü’l Mekkiyye. Tarihsiz, Cilt II, 337. 



13. İbnü’l Arabi. İlahi aşk. Çev.Mehmet Kanık. İnsan yayınları. İstanbul 1998. 

14. Doç.Dr.İbrahim Aslanoğlu. Mevlananın aşk ve insan felsefesi. Hacı Bektaş 

Veli. Araştırma Dergisi, 2000/16.  

15. İsa Çelik. Hz.Mevlananın düşüncesinde aşk kavramı. Uluslararası Mevlana 

ve Mevlevilik Sempozyumu. Bildiriler. Şanlıurfa, 2007.  

16. Kurani Kerim ve Açıklamalı meali. T.D.V. Yayınları. Ankara, 1993. 

17. Musa Kaval. Mesnevide aşk ve aşık. Ekev Akademisi Dergisi, sayı 15, 2011. 

18. Mesnevi, V, 287, 3547. 

19. Mesnevi, VI, 415. 

20. Yrd.Doç.Dr.Metin Hakverdioğlu. Füzulide aşk ve aşık kavramı. The Journal 

of Academic Social Science Studies.Volume 5, Issue 1, February 2012.  

21. Süleyman Ateş.  İlahi aşk. Diyanet İşleri Başkanlığı Dergisi. Dini, ahlaki, 

edebi, mesleki aylık dergi. 5. Cilt, 1996. 

22. et-Tevbe, 9/24. 

23. Süleyman Uludağ. T.D.V.İslam ansiklopedisi, “Aşk” Maddesi, Cilt 4, 

İstanbul 1991. 

 

 

 



İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

61

 



XÜLASƏ 

 

Eşq insanla Rəbbi arasında bir vasitədir.  İlahi eşq geniş ölçüdə  təsəvvüfdə, 



qismən də  İslam fəlsəfəsində  işlənmişdir. Eşq anlayışı  təsəvvüf düşüncəsinin  əsas 

qayəsidir. Həqiqi aşiq qəlbindəki Allah sevgisinə heç bir varlığın sevgisini ortaq 

etməz. Eşq anlayışı  ədəbiyyatda böyük maraqla qarşılanmışdır. Türk ədəbiyyatında 

eşq mövzusu müxtəlif  əsərlərin meydana çıxmasına səbəb olmuşdur. Mövlanə 

Cəlaləddin Rumidən başlayarak Yunus Əmrə, Əşrəfoğlu Rumi, Dədə Ömər, Nəimi, 

Nəsimi və bir çox şairlər əsərlərində ilahi eşqə yer vermişlər.   



 

РЕЗЮМЕ 

 

Любовь это путь от Аллаха (Господа) к человеку. Божественная любовь в 

широком  измерении  нашла  отражения  в  суфизме,  а  отчасти – в  Мсламской 

философии.  Понятие  любви  служили  основной  идеей  суфийского  сознания. 

Для  человека  поистине  уверовавшего,  божественная  любовь  превыше  любой 

другой. Понятие любви было встречано в литературе с большим интересом. В 

турецкой литературе тема любви обусловила появлению многих произведений. 

Начиная  с  Джалаледдина  Руми,  многие  поэты  Юнус  Емре,  Эшрефоглы  Руми, 

Деде  Омар,  Рушени,  Наими,  Насими  и  др.  воспивали  в  своих  произведениях 

божественную любов 



 

 

 

 

 

 

SUMMARY 

 

Love is the way from Allah to Human. Divine love in spread measurement 



found attractive in Sufism, most of all in Islamic philosophy. Definition  of love 

served as mainly idea of Sufism consciousness. For human verily worships to divine 

love are above any off all things. Definition of love was crossed in literature with 

great interest. In Turkish literature theme of love obscured by exposures many works 

from beginning of Jellaleddin Rumi, most of poets Yunus Emre, Eshrefoglu Rumi, 

Dede Omar, Rusheni,  Nasimi along with educated in own works divine love. 

 

 

 



Çapa tövsiyə etdi: akad.V.M.Məmmədəliyev  

Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

63

 

 

ƏRƏB ƏDƏBİ DİLİNDƏ MÜBTƏDA VƏ  

TAMAMLIQ BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR 

 

dos. Solmaz Hüseynova 



BDU İlahiyyat fakültəsi 

 

 



 

Açar sözlər: budaq cümlə, tabelilik bağlayıcıları, qeyri-müəyyən əvəzliklər 

Ключевые  слова:  придаточное  предложение,  сложносочинительные 

союзы, неопределенные местоимения 

Key words: subordinate clause, complex conjunctions, indefinite pronouns 

 

Adı çəkilən cümlə növlərindən danışmazdan əvvəl məqalənin adına müəyyən bir 



aydınlıq gətirmək istərdik. Niyə görə məhz mübtəda və tamamlıq budaq cümlələrini 

birlikdə təhlil etmək fikri yarandı? Mübtəda və tamamlıq budaq cümlələri kim? nə? 

nəyi? nəyə? nə haqda? suallarına cavab verir. Bu cümlələrin quruluşunda, budaq 

cümlələrin baş cümlələrə bağlanmasında oxşarlıq mövcuddur. Onu da deyək ki, 

klassik ərəb qrammatikasında mürəkkəb cümlə istilahı olsa da, "baş cümlə" termin-

lərinə rast gəlinmir. 

Bu terminlər  ərəbşünaslıqda işlənir ki, belə cümlələr haqqında danışarkən 

onlardan istifadə etməmək qeyri- mümkündür. Ərəb qrammatikasında  اربخ ةعقاو ةلمج  

- başqa cümlənin xəbərlik funksiyasını yerinə yetirən cümlə      لاعفم  ةعقاو  ةلمج      - 

tamamlığın funksiyasını yerinə yetirən cümlə kimi istilahlar işlədilir ki, bunları da 

xəbər və tamamlıq budaq cümlələri kimi başa düşmək olar. Aşağıdakı termini də 

budaq cümlə kimi anlamaq mümkündür: 

 

               بارعلأا نم لحم اھل ةلمجل ةعبات ةلمج



                                                                 

 

Bu termini "cümlə üzvlü funksiyasını yerinə yetirən cümləyə  əlavə olan və ya 



ona tabe olan cümlə" kimi tərcümə etmək olar. 

Tabeli mürəkkəb cümləni təşkil edən tarkib hissələrindən biri digərindən asılı 

vəziyyətdə olur. Bu tərkib hissələrindən müstəqil olanı baş, asılı olanı isə budaq 

cümlə adlanır (4, 389). 

Tabeli mürəkkəb cümlədə budaq cümlənin baş cümlədən asılılığı heç də eyni 

dərəcədə olmur. Ərəb dilində tabeli mürəkkəb cümlənin komponentlərinin bir-birinə 



Solmaz Hüseynova 

64

bağlanmasında bağlayıcıların, qeyri-müəyyən əvəzliklərin, nisbi əvəzliklərin rolu çox 



böyükdür. 

Haqqında söhbət açdığımız mübtəda budaq  cümləsi baş cümlənin mübtədası 

haqqında geniş tasəvvür yaratmaq üçün işlədilir.  Əgər baş cümlədə mübtəda 

işlənməzsə, budaq cümlənin baş cümlədəki  vəzifəsinə  görə mübtəda  budaq cümləli 

tabeli mürəkkəb  cümlələri bir neçə qrupa bölmək olar.   

Ərəb dilində çox zaman  belə baş  cümlələr mübtədası buraxılmış  kontekstual 

yarımçıq cümlələrdən  ibarət olur. Belə yarımçıq  cümlələr ismi xəbərlərdir ki, onlar, 

sifətlər və ismi - məfullarla ifadə olunur ki, onlar da müəyyənlik və qeyri 

müəyyənlikdə işlənə bilir: 

                                                                    حضاولا ، حضاو ، مولعملا ، مولعم

                  

     


Belə xəbərlər ön qoşmalarla və adətən  نم   ön qoşması ilə işlədilir: 

عقوتملا نم ، رظتنملا نم ، حضاولا نم ، مولعملا نم 

(Məlumdur  (məlumdandır), aydındır, gözlənilir). 

Bəzən isə baş cümlələr  sadəcə fellərdən, fellərlə  işlənən mənsubiyyət 

şəkilçilərindən və ön qoşmalardan  ibarət olur: 

يل ودبي ، ينغلب 

(Mənə çatmışdır, mənə belə gəlir) 

Baş və budaq  cümlələr bir-birinə   ﱠنأ   və   ْنأ  tabelilik bağlayıcıları ilə bağlanır  

(4; 113,124). 

ا جاتنا ديزتس ةيناجيابرذلآا ةموكحلا نأ عقوتملا نم

.زاغلاو طفنل

 

Azərbaycan hökümətinin neft və qaz istehsalını artıracağı gözlənilir  



(hərfən: Gözlənilir ki, Azərbaycan höküməti  neft və qaz istehsalını  artıracaqdır). 

 ىعسأ لا مث ، ناديز يجرج موحرملا بتك نم اھريغب و ءلابرك ةداغب بجعأ نأ ابيرغ ودبي دق و

ل

 هتفرعم


.هب لاصتلاا و 

Yəqin cox qəribə görünər ki, mərhum Cürci Zeydanın  "Kərbala gözəli" və 

başqa  kitablarını  mən çox bəyənirdim  və onunla tanış olmağa və münasibət yarat-

mağa çalışmışdım (H.Heykəl). 

ةظحللا كلت يف اھلزنم نم ناريجلا ةاتف تجرخ نأ نقتا و

 

.مامحتسلااةبيقح ةلماح



 

Belə oldu ki, həmin anda qonşunun qızı hamam çantasını götürərək öz 

mənzilindən çıxdı. 

Mübtəda budaq cümləli  baş  cümlələrə   يتلا ، يذلا  (müvafiq olaraq bu əvəzlik-

lərin  təsniyə  və  cəmləri) nisbi  əvəzlikləri və    "  نم "  və      " ام

   "  qeyri-müəyyən  

əvəzlikləri  ilə də bağlana  bilər. Məsələn: 

 ، ماعنلأا )  مكيلع ملاس لقف انتايأب نونمؤي نيذلا كءاج اذأ و

54

 

(



 

Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

65

Ayələrimizə iman edənlər sizin yanınıza gəldikdə onlara de : Sizə salam olsun. 



جلا باحصأ كئلاوأ تاحلاصلا اولمع و انماء نيذلا و

 ، ةرقبلا) نودلاخ اھيف مھ ةن

82

 

(



 

Kimlər ki  (hansılarkı)  yaxşı  işlər görür, onlar cənnətlikdilər və orada əbədi 

qalacaqlar. 

 ، ةرقبلا ةروس ) نينمؤمب مھ ام و رخلاا مويلاب و  اب ا ّ◌ ّنما لوقي نم سانلا نم و

8

 

(



 

İnsanlardan biz Allaha və axirət gününə inanaraq deyənlər vardır, lakin onlar, 

inanmırlar. 

 ، ةرقبلا ) نودلاخ اھيف مھ و رانلا باحصأ كئلأف هتئيطخ هب تطاحا و ةئيس بسك نم ، ىلب

81

 

(



 

Bəli, kim ki günah qazanmışdır və günahları onları bürümüşdür, onlar cəhənnəm 

əhlidirlər və orada əbədi qalacaqlar. 

Bunu da qeyd etmək  lazımdır ki,  " نم " qeyri-müəyyən əvəzliyi həm mübtəda 

budaq cümləli, həm də şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə işlədilir. 

Əgər cümlənin xəbəri felin xəbər  şəklindədirsə, belə cümlələr mübtəda budaq 

cümləsidir. 

Yuxarıda buna aid misal gətirmişdik.  Xəbərlər felin indiki - gələcək zamanında 

olduğu kimi, keçmiş  zamanda da ola bilər.  

نم  qeyri-müəyyən  əvəzliyi olan mübtəda budaq cümlələri  bir çox ərəb  atalar 

sözlərində ifadə edilmişdir. 

ءاس ام يقل ءاش ام لعج نم 

İstədiyini edən istəmədiyinə rast gələr. 

هيلع باش ءيش ىلع بش نم 

Kim nə ilə doğulubsa, onunla da qocalar. 

Xəbər felin şərt formasındadırsa, cümlə  şərt budaq cümləli tabeli mürəkkəb  

cümlədir.  Ərəb qrammatikasında buna   ةيطرشلا  ةلمجلا        -    şərt cümləsi deyilir. 

Məsələn: 

هشومخ  ْلمتحيلف طقلا ِبعلاي نم 

Pşiklə oynayan onun cırmağına dözməlidir. 

 ، ناقرفلا ) اماثأ َقْلَي كلذ  ْلعفي نم و

68

 



(

 

Onu edən  şəxs günahını tapar. 



Hərfi tərcümə: Kim bunları edərsə, cəzasını tapar. 

Bu ayənin tərcüməsindən də bəlli olur ki. qrammatikaya görə, həmin cümlə həm 

mübtəda, həm də şərt budaq  cümləsi kimi qəbul  edilə bilər. 

 ، ناقرفلا ) اباتم ﷲ ىلا بوتي هنأف احلاص لمع و بات نم

71

 

(



 

Kim tövbə edib yaxşı  işlər görərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. 

Bu cümləni isə, şübhəsiz mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə hesab 

etmək olar. 



Solmaz Hüseynova 

66

"  ام "   qeyri-müəyyən  əvəzliyi ilə  işlədilən  mübtəda  budaq  cümləli  tabeli 



mürəkkəb  cümlələr də maraq doğurur. 

احيحص امئاد ةنكم لاأ باوبأ ىلع بتكي ام سيل 

(Müəyyən) yerlərin  qapılarında yazılanlar  həmısı da düzgün  olmur 

تام تاف ام 

Keçən öldü ( nə ki keçdi  öldü) 

   


يذلا "hansı ki",  hansı ki o,  نم    və    ام   qeyri - müəyyən  əvəzliklər , kim, kim 

ki o, hər kəs ki o, nə, nə ki,  hər nə ki "  kimi tərcümə  edilir. 

Buna görə  də onların yuxarıdakı misallarda işarəedici mənada işlədilməsi 

zamanı  bu əvəzliklər iki hissəyə ayrılır, onların işarə edən hissəsi baş cümlədə qalır, 

aid (nisbi), hissəsi isə budaq cümləyə  keçir (6, 126). 

Tamamlıq budaq cümləli tabeli mürəkkəb  cümlələrdə budaq cümlə baş 

cümlənin vasitəsiz və ya vasitəli tamamlıq tələb edən üzvünü tamamlayaraq baş  

cümləyə     ّنأ  (ki) bağlayıcısı,   ام   və    نم    qeyri-müəyyən əvəzlikləri ilə bağlanır. 

ا ةياورلا نأ تعمس

رخآ ناونع تحت تردص دق ةروكذمل

 

Eşitmişəm ki  adı çəkilmiş roman başqa bir adla nəşr olunmuşdur. 



Budaq cümlənin mübtədası   

 

 ّنأ  bağlayıcısından nisbətən uzaq (distant) 



vəziyyətdə    işlədildikdə bağlayıcıya  əsil mübtədanın  cins və  kəmiyyətindən  asılı 

olmayaraq  ه (hu) bitişən  əvəzliyi artırılır, mübtəda isə adlıq hal formasını    alır. 

Budaq cümlənin mübtədasını    təsirlik  halda olmaqdan azad edən bu əvəzliyə 

kəməkçi və ya qrammatik mübtəda deyilir (4; 170). 

ھمجلا سيئر لبقملا رھشلا يف رفاسيس هنأ دئارجلا يف تأرق

ىندلأا قرشلا نادلب ىلا ةيرو

 

Gəzetlərdən oxumuşam ki, gələn ay  respublikanın prezidenti Yaxın  Şərq 



ölkələrinə  səfər edəcəkdir. Bu misalda  ه (hu)  köməkçi,  ةيروھمجلا  سيئر      əsil  

mübtədadır. 

Tamamlıq budaq cümlələrinin bir çox maraqlı  növləri vardır. 

Vasitəli tamamlığın suallarına cavab verən  tamamlıq  budaq cümlələri baş 

cümləyə bağlayıcı    sölərlə  və ya onların  köməyi olmadan da bağlana bilər. Bu o 

zaman baş  verir ki, tamamlıq budaq  cümləsində   أ  (ə) və ya  لھ  (həl) sual ədatları 

olur və bu ədatlar belə cümlələrin əvvəlində, fellərin yanında işlənir. 

وسب ه أرقي انديس و هلوح نم لاعنلاب ثبعي ضرلأا ىلع اسلاج انم دق امل هسفن انبحاص ىري

 و نمحرلا ةر

(نيسح هط) ديعم وأ ائداب اھؤرقي ناكأ ركذي لا هنكل 

Bizim dostumuz özünü, bizim əvvəl xatırladığımız kimi, yerdə oturan, yanındakı 

ayaqqabi ilə (səndəllər lə) ilə oynayan görürdü, müəllimiz isə ona ər-Rəhman 

surəsini oxuyur, lakin o  xatırlamır ki,  onu (surəni) ilk dəfə,yoxsa təkrarən oxuyur 

(Taha Hüseyn). 



Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

67

Tamalıq budaq  cümlələri baş cümlələrlə  " ام "  qeyri - müəəyən əvəzliyi ilə də 



bağlanır. 

 ، ةرقبلا ةروس) مكانقزر ام تابيط نم اولك...

57

 

(



 

Verdiyimiz gözəl nemətlərdən yeyin. (Hərfən : yeyin gözəl nemətlərdən , nə yi 

ki sizə vermişik). 

Cox zaman  "  ام " qeyri- müəyyən  əvəzliyi bir sıra ön qoşmalarla, xüsusən  ـب       

(  

امب )   və  نع   (  امع  ) işlənir. 



 ، ةرقبلا ) نولقعت لافأ مكبر دنع هب مكوجاحيل مكيلع ﷲ حتف امب مھنوثدحتأ اولاق

76

 



(

 

Allah sizə  bəyan etdiyiniz (nəyi ki, Allah sizə  bəyan etmişdir) onlara 



bildirirsinizmi ki, onlar da bunu  Rəbbimizin hüzurunda sizə qarşı  dəlil gətirsinlər, 

ağıllanmayacaqsınımı? 

، ةرقبلا ) نولمعت امع لفاغب ﷲ امو

74

 



(

 

Allah sizin etdiklərinizdən qafil deyildir. (Hərfən: Allah qafil deyildir nədən ki, 



siz edirsizniz), 

Vasitəli sual şəkklində   olan tamamlıq budaq cümlələri baş cümlələrlə həm də 

şərt bağlayıcısı   ْنِا  ilə bağlanır ki,  mi (mı, mu, mü) kimi tərcümə edilir: 

( "للاھلا" ، لكيھ ) ادبأ هرأ مل ىلعل و نيترم وأ ةرم هتيأر دق تنك  ْنِا ركذأ تسل و 

Mən xatırlamıram ki, onu mən bir dəfə, yoxsa iki dəfə görmüşəm, bəlkə də mən 

onu heç görməmişəm. 

 

 

İSTİFADƏ EDİLMIŞ ƏDƏBİYYAT: 



 

1. Cəlilov F. Mürəkkəb cümlə sintaksisi, Bakı, 1983. 

2. Qurani-Kərim. Azərbaycan dilinə  tərcümə, tərcüməçilər: akad. Z.M.Bünya-

dov, akad. V.M.Məmmədəliyev 

3. Kurani- Kerim və açıklamalı mealı, Ankara, 1997. 

4. Məmmədov Ə.C.Ərəb dili, Bakı, 1963. 

5. Müasir Azərbaycan dili, üç cilddə, II c. Morfologiya, III c. Sintaksis, Bakı, 

1980. 


6.  Семенов  Д.В.  Синтаксис  современного  арабского  литературного  языка, 

Ленинград, Из- во АН СССР, 1941. 

7.

            ميركلا نآرقلا



                                                                   

                               

 

8.

 يناثلا ءزجلا، بارعلأا بتك نع بيبللا نغم ، راصنلأا ماشھ نبا نيدلا لامج



                               

 

9.



 ، ةرھاقلا ، يناثلا ءزجلا ، يبرعلا وحنلا ةسارد ىلا لخدملا ، مراكم وبأ يلع روتكدلا

1986


              

    


Solmaz Hüseynova 

68

 



XÜLASƏ 

 

Ərəb ədəbi dilində mübtəda və  

tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

 

Məqalədə ərəbədəbi dilində mübtəda və taamamlıq budaq cümlələrinin yaranma 



yolları  nəzərdən keçirilir. Burada qeyd edilir ki, hər iki növ budaq cümlələr baş 

cümlə ilə nisbi əvəzliklər, həmçinin bağlayıcı  və bağlayıcı  vəzifəsində olan ədatlar 

vasitəsilə əlaqələndirilə bilər. Bu zaman əlaqələndirici sözlər müvafiq olaraq budaq 

cümlələrin mübtədası  və tamamlığı kimi çıxış edir. Məqalənin müddəaları 

qəzetlərdən, bədii ədəbiyyatdan və Qurani Kərimdən misallarla müşaiyət olunur.  

 

 



РЕЗЮМЕ 

 

Придаточные предложения подлежащные и  



дополнительные в арабском литературном языке 

 

В  статье  рассматриваются  пути  образования  подлежащных  и 



дополнительных  придаточных  предложений  в  арабском  литературном  языке. 

Здесь  говорится  о  том,  что  придаточные  предложения  обоих  типов  могут 

присоединяться к главному посредством относительных местоимений, а так же 

союзов  и  союзных  слов,  которые  являются  в  таких  случаях  подлежащим  и 

дополнением  придаточного  предложения.  Каждое  положение  сопровождается  

конкретными  примерами,  взятыми  из  газет,  литературных  произведений  и 

Корана.  

 

 



 

Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

69

 



RESUME 

 

The subjekt and Objekt Subordinate  



Clauses in The Arabic literary language 

 

The ways of forming subject and object subordinate clauses in the Arabic 



literary language are dealt with in the article. It is mentioned that, both types of 

subordinate clauses can be connected with the principal clauses by the means of 

relative pronouns, as well as conjunctions and and particles. In this case the 

conjunctions (connekting words) perform as the subjekt and object of the subordinate 

clauses. The statements in the articles are accompanied with examples taken from 

literature, newspapers and Holy Quran. 

 

 

 



Çapa tövsiyə etdi: dos. Ç.H.Mirzəzadə 

İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

71

 



 

İBN XƏLLİKANIN HƏYAT VƏ YARADICILIĞINDA MÜƏLLİMİ   

ŞEYX MUVAFFAQUDDİN ƏN-NƏHVİNİN ROLU 

 

Aslanov Süsən Yusif  qızı 

Bakı Dövlət Universiteti, 

İlahiyyat fakültəsi, 

 

 

Açar sözlər: İbn Xəllikan və müəllimi İbn Yəiş 

Ключевые слова: Ибн Халликан и его наставник Ибн Йаеш 

Keywords: Ibn Khallikan and his teacher Ibn Yaesh 

 

Əsl adı  Əbul Abbas Şəmsəddin  Əhməd ibn Məhəmməd ibn İbrahim ibn Əbu  

Bəkr  ibn Xəllikan  əl- Bərməki  əl-  İrbili olan bu  şəxsiyyət tarixçi, fəqih,ədib və  

şair kimi  şöhrət  tapmış ,sülaləsi Abbasilər xilafətinin məşhur  vəziri Bərməkilərə  

gedib çıxan bir  ailədəndir. Babalarından  Xəllikan, Xəllekan  və Xillikan  kimi aldığı 

nisbətə  görə ən  çox  İbn Xillikan  ləqəbi  ilə  tanınır. Bunan  mənası  “xəlli min 

kənə”, yəni “keçmişinlə öyünməyi burax “deməkdir. Bu  bir  tərəfdən  onun  ləqəbi-

nin mənasını açıqlasa  da, digər  tərəfdən  onun  aldığı İbn  Xəllikan  ləqəbi  İraqın  

Ərbil  şəhərinin  Xəllikan  adlı   bir  kəndində  anadan  olması    ilə  də izah  olunur. 

Atası  fətva  sahəsndə  güvənilən  fəqihlərdən  biri  olmuş  və  Ərbildəki  Müzəffəriy-

yə mədrəsəsində müəllimlik etmiş Şəhabəddin Məhəmməd ibn  İbrahim  olmuşdur. 

Əmilərindən biri Nəcməddin ibn İbrahim  isə  Ərbildəki  Mucahiriyyə mədrəsəsində 

tədris  etmiş, digər  bir əmisi Hüseyn  ibn  İbrahim  Şafii məzhəbinə mənsub  olan  

fəqih  olmuşdur. Sonuncu  əmisi Yəhya  ibn  Məhəmməd  o vaxt  Əl- Məkkidən  

hədis dərsini  almışdı. Məşhur  tarixçi  “Əl-  Kəmil fit – tərix”  əsərinin  müəllifi  İbn  

əl- Əsir  onun  atası  Şəhabəddin  Məhəmmədin yaxın  dostlarından  idi. 

Uşaq  yaşlarında  atasını  itirən İbn Xəllikan onun Müzəffəriyyə  mədrəsəsindəki 

ardıcılı  ( xələfi )  Şərafəddin  ibn  Yunus  əl- Ərbili ( əl- İrbili ) nin  yanında  şagird 

olmaq  üçün  Əbul Həsən Muəyyəd   ibn Məhəmməd  Raduyiddin   əl – Nişapuri  ilə  

Zeynəb bint  əl-  Şəridən  ( Ummul – Muəyyəd  əş- Şəriyyədən ) icazə  almışdı.  

Müzəffəriyyə    mədrəsəsini  bitirdikdən  sonra  o  dövrün  ziyalılarından  olan  

Əbul -  Bərəkət  ibn  əl – Mustafinin  yanında elm  öyrənmiş,  Şeyx  Cəmaləddin  ibn  

Sinnurənin  şer  və  ədəbiyyat  məclislərində  davamlı  şəkildə  iştirak  etmişdi. 


 Aslanov Süsən Yusif  qızı 

72

Hicri   621ci ( miladi  1224 cü ) ildə Əbu Cəfər  Məhəmməd  ibn  Nisbətullah  



ibn  Mükərrəm  əs-Sufidən “Səhih  əl – Buxari  “əsərini  oxuyub  rəvayət  yetkisi  

almışdı. Hicri  625-ci (miladi 1228)–ci  ildə isə , yəni  hədis  elminə  yiyələndikdən, 

dörd  il sonra filosof  Əsirəddin əl – Əbhəzi ona  Ərbilin   Dərul – hədisində  elm  əl- 

xiləf  dərslərini  verdişdi. 

İbn  Xəllikan  on səkkiz  yaşında təhslini davam etdirmək  məqsədilə  İraqın 

Mosul bölgəsinə getmiş və orada  Kəmaləddin ibn Yunis ,Ziyəddin ibn əl- Əsir kimi 

ədib və alimlərdən çox  şey öyrənmişdi. Onun elm və təhsil almağa olan  tükənməz  

həvəsi daha sonra onu Hərran və Hələb şəhərlərinə  atasının  dostu Bəhəuddin  ibn  

Şəddadın  yanına  gətirmiş və onun  mədrəsələrində dinləyici  olmuş, habelə  onun 

evində qurulmuş  hədis məclislərinə qulaq  asmışdı. Atasının  dostu Bəhauddin ibn 

Şəddadın vəfatından  sonra gənc  İbn Xəllikan Seyfiyyə    mədrəsəsi fəqihlərindən  

olan Əbu Abdulla Nəcməddin əl-Xəbbəz  əl-Mausilinin  mühazirələrini dinləmış və 

burada  Əl-Gəzzalinin  “Əl-Vaciz”  əsəri ilə tanış olmuşdu.Bu, fiqh,yəni müsəlman  

hüququna dair  bir əsərdir. 

İbn  Xəllikan  daha  sonra  ədiblərlə  görüşməyə  başladı  və   Muvaffaquddin  

Əbul-baqa  ibn  Yəis  ən – Nəhvi  ilə İbn  Cinninin “Əl –Lumə” adlı  əsərini  oxudu. 

Məsələyə  bir  qədər  aydınlıq  gətirək  deyə  İbn  Yəiş ən-  Nəhvi  və  İbn  Cinni  

haqqında,  qısa  da  olsa, məlumat  verək. 

Ərəb  dilçilik  məktəblərinin  yaranması  tarixindən bu dilçilik məktəbinin Bəsrə,  

Kufə, Bağdad,  Əndəlüs və Misir dilçilik məktəblərinin üzvü surətdə bir-birilə  

vəhdətindən  meydana gələrək təşəkkül  tapması  işığında  onu  demək  olar  ki,  hicri  

IV  əsrdən başlayaraq  indiyədək müstəqil  şəkildə  mövcud  olması    barəsində  

müxtəlif  fikir ayrılığına  baxmayaraq, Bağdad  məktəbinin  ilk  nümayəndələri  olan   

İbn  Keysan  Əbulhəsən  ( Əl-Mübərrəd əs – Sələbinin şagirdi olmuşdur) Əz- Zəccaci  

Əbulqasım  Əbdurrəhman ibn İshaq,  Əbu  Əli  əl – Fərisi,  İbn Cinni Əbulfət Osman  

kimi “Kitəbul – ixtiləfil-basrəyyinə  val – kufiyyinə”,  “Kitəbul  - kəfi fi- n – nəhvi, 

üç  cilddən  ibarət “ Kitəbul – muxtər  fi iləli-n-nəhvi “yaxud  120 – yə qədər  şərh  

yazılmış “Kitəbul –cuməl”, mükəmməl  bir  traktat  olan  “Əl – idah”, ”Təkmilətul  -  

avamilil- miəti “ ,”Əl – Ləm`u vazu – qaddiyatə`yidu  təzkirati Əbi `aliyyin”  qədər  

qiymətli  əsərlərin  müəllifləri  və  son  bağdadlılardan  olan, Bağdadda  yetmiş    il 

qrammatikadan  dərs  demiş  ,Əbu  Əli  əl- Fərisinin  şagirdi  olmuş  və qrammatika  

sahəsində  dövrünün  ən  böyük  şəxsiyyəti  hesab  olunan  mövla  İbn  Cinninin  “Əl 

– Lumə” və  “Əl – Xasa`is”  əsərlərinə  şərh  yazmış  İbn  əş – Şəcəri  ( hicri  450- 

554) və  şagirdi  Əbul Bərəkət  ibn  əl – Ənbari (hicri 513 – 577 ), 



İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

73

Yəiş ibn Əli ibn Yəiş ( hicri 556 – 643  ), Əbulqasım  Mahmud  ibn  Ömər  əz – 



Zəməxşəri ( hicri  467 – 538 )  kimi  görkəmli  nümayəndələri  vardır. Bu nümayən-

dələr  içərisində biz İbn Xəllikanın müəllimhicri  olmuş ibn Yəiş üzərində  dayanmaq 

istərdik. 

Əsli  etibarı  ilə Mosuldan  olan  bu  dilçinin  tam adı (Əbul-baqa Muvaffaqud-

din Yəiş  ibn   Məhəmməd  əl – Əsədi  əl- Hələbi)-dir.

1

 Ərəb  dili  alimi  olan   İbn 



553

   


hicri    Yəi

ş

 



-

cü il  ramazan  ayının   3– də ( miladi 1158 – ci il sentyabr ayını 

28 – də  Hələbdə  doğulmuş , əslən  mosullu  olan  babası Yəişə  görə  İbn Yəiş  kimi  

tanınır. Hələbdə olarkən  Əbus- Səha  Futyən  əl – Hələbi  və  Əbul  Abbas  əl – 

Məğribi ən – Niruzidən  nəhv  elmini  öyrəndiyi  zaman  hicri 577 – ci ( miladi 1181- 

ci )ildə Kəmaləddin əl –Ənbarinin dərslərində iştirak  etmək  üçün Bağdada getməyə 

hazırlaşır. Amma  Mosula gəlib çıxanda Əl- Ənbarinin  vəfat  etdiyini  öyrənir. Bu 

həmin Əbul- Bərəkək əl- Ənbari idi ki, adı  son  bağdadlılardan  olan İbn əş – Şəcəri, 

Əz- Zəməxşəri,  Əbul – baqa ` əl – Ənbari ad-Darir, İbn  Yəiş,  Ər – Rida  əl – 

Astrabadinin  adları ilə  birlikdə  çəkilir. 

Əl- Ənbari  uzun  müddət Bağdad  məktəbində   fəaliyyət göstərmiş , İbn əş – 

Şəcərinin  şagirdi  olmuş    və dilçilik  fəaliyyətində    Əbu  Əli  əl- Fərisdiən  çox  

istifadə  etmişdi.  ( Bəsrə məktəbinə  çox  meyl edən  bu  dilçini  hətta  ibn  Nədim  

öz “Əl- Fihrist “ ində  elə bəsrəli  hesab etmişdir). Əl- Ənbarinin  əsərləri  arasında  

Əl – Fərisinin  “İzah”  əsərinə yazılmış geniş    bir    şərh (“Kitəb  havaşil – idah”), 

“Kitəbul  - insaf  fi  xiləfil basriyyin val – kufiyyin” , “Əsrar əl – arabiyyə”, “Kitəb 

ilm  əl – cədəl  ən –nəhvi”, Lumə`  əl - ədilləti “ , “Nuza`atul - əlibbə fi təracimin 

nuhat” kimi  biblioqrafik əsərləri  vardır. 

İbn  Yəiş   bir  müddət  Mosulda  qalmış  və  Əbülfəz   Abdulla  ibn Əhməd əl          

Xətib  ət – Tusi  ilə    Əbu  Məhəmməd  Abdulla  ibn  Ömər ibn  Suveydə  ət – 

Tikritidən hədis  elminə  yiyələnmiş , sonra  Hələbə  qayıdaraq  hədis  elminə  davam  

etmiş  və  Dəməşqə  gedərək  Əbul - Yumn əl - Kindi  və İbn  Əbu  Asrün  kimi   

mühəddislərinin  yanında   təhsilini tamamlamış, eləcə  də  Əl – Kindinin  yanında  

Əl -  Haririnin  “Əl- Məqamət”  əsərinin sirlərinə    bələd  olmuş, müəllimlərindən  

ərəb  dili  və  ədəbiyyatı,  dini  elmlər  sahələrində  tədris ilə  məşğul  olmaq  icazəsi  

aldıqdan  sonra  Hələbə  dönmüşdü. 

Həyatının  qalan  hissəsini  şagird  yetişdirməyə  həsr  edən  İbn  Yəiş  camilərdə  

dərs   vermişdi. Məhz  həmin  bu  dövrdə , yəni  hicri  626 – 627 – ci  (miladi 1229 - 

                                                 

1

 İslam  Ansiklopedisi,20  cild;  səh 445- 446, TDV  yayınları 



 Aslanov Süsən Yusif  qızı 

74

1230- cu) illərdə o, Rəvahiyyə    mədrəsəsi ilə  Dəməşq camisində    dərs verərkə  İbn 



Xəllikan  ondan Mosulda anadan olub orada qrammatiklərdən  dərs almış,Bağdadda 

kamilləşən, qırx il Əbu  Əli  əl- Fərisi  ilə  dostluq  etmiş    Əbul  Fəth  Osman ibn 

Cinninin  əllidən  artıq  əsərləri  içərisində  onun Əbu  Əli  əl – Fərisinin təzkirəsinə 

yazılmış (يلع يبا ةركذت  دييات و دقلا  وذ  و عمللا)    (İşıqlanma,bənzətmə və  Əbu   Əlinin    

təzkirəsinə kömək)    adlı   geniş  bir  şərhi ilə  tanış olmuşdu.

2

 



Hicri  643 – cü  ilin  cumədəl - ulə  ayının  25-də  (miladi  1245-ci ilin  oktyabr  

ayının  18 – də ) Hələbdə  vəfat etmiş  ibn  Yəiş  Məqami -  İbrahimdəki  türbəsinəki  

torpağa  tapşırıldı. Cəld,  şirinsöhbət, comərd   və  şəfqətli  bir adam  kimi  tanınan  

İbn  Yəişin zarafatları    İbn  Xəllikanın  əsərlərindən  yalnız  birinin,  bizim  

günlərədək  gəlib  çıxdığı  “Vafəyətul - əyən” əsərində  verilir. Əz – Zəməxşərinin  

dörd  hissədən  ibarət   bir  cildlik  “Əl – Mufassal” (bu əsər  Sibəveyhinin  “əl- 

Kitəb”  əsərinin  icmalı təsirini  daşıyır) əsərinə yetmiş yaşında  yazmış  olduğu  və 

on  cilddən  ibarət  geniş  bir şərhin  müəllifi  olan  İbn Yəiş Sibəveyhinin  doktrinası  

ilə    Bəsrə    məktəbinin  davamçısı “.0 hesab  olunur. Əsərlərində  Kufə    və    Bəsrə 

məktəblərinin  arasındakı  fərqlərə    yer    ayırır və açıqlamalarında “itnab” üsulu  

mövcuddur. 

İbn  Yəişin  şagirdləri  arasında  ilk  növbədə  İbn  Xəllikanın  adı  çəkilir.Onun  

şagirdləri  arasında  bir  çox  mühəddislər  də  vardır. Qadil – qudat Taqyuddin ibn 

Kəzun əl – Həməvi, Kəmaləddin  İshaq  ibn  Əbu  Bəkr  əl- Əsədi  əl – Hələbi ən – 

Nəhhas  və  qardaşı Bəhəuddin,  Yaqut  əlı  - Həməvi,  İbn  Amrün ibn  Malik  ət – 

Tayyi, İbn Vasil və  Əş – Şərisi vardır. 

İbn Yəişin əsərlərinə gəlincə, onlardan Əz- Zəməxşərinin “Əl-Mufassal” əsərinə  

yazdığı    şərhdir ki,  bu, əsərə yazılan  şərhlərin  ən  mükəmməli  hesab olunur. O, 

burada Sibəveyhi, Əl – Əxfəş əl – Ausat, Əbu Əli əl – Fərisi, Əbu Ömər əl – Cərmi, 

Əbu  Osman əl – Mazini və  İbn Cinni  kimi  alimlərin  görüşlərini də  tez-tez  şərh 

edir.  Əsər ilk  dəfə  1876 – 1886-cı  illərdə  Leypsiqdə G.Yanh tərəfindən  nəşr  

olunmuşdur.Daha  sonra  Əl-  Əzhər universiteti  şeyxliyi  və alimlər  heyətinin  

təshih  və təliqləri ilə  Qahirədə tarixi  göstərilmədən  nəşr  olunmuşdur. Bu  nəşrin  

Beyrutda  ofset  üsulu  ilə  basqısı vardır. Asim  Behçət əl- Baytar  şərhin  müxtəlif  

biblioqtrafik  göstəricilərini  çıxararaq  “Fəhərisu şərhi əl –Mufassal li –bni Yəişin”  

adı    ilə  1411ci- (1990-cı) ildə    Dəməşqdə  nəşr  etmişdir.  Əsərin  bir  başqa  

                                                 

2

               ،٤٨٤ص    ،  ١٢٨٤        نارھط ، يناثلا  ءزجلا   ؛نامزلا     ءانب ا     و    ءابنا  و  ن ايعلاا 



تايفو 

״  ناكلخ 

نبإ 


İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

75

biblioqrafik  göstəricisi  1988 – ci ildə  Beyrutda “Əl – Fəhərisu əl – fənniyyə lişərhil  



-Mufassal” adı altında yayınlanmışdır. 

İbn  Yəişin ikinci  bir əsəri  onun İbn  Cinninin  “  فيرصتلا “    əsərinə  yazdığı  

  ״   يكولملا   فيرصتلا     حرش  ״ 

əsəridir ki

   

, bu  əsəri  Fəxrəddin  Qabava  



1393(1973) – cü  ildə  Hələbdə, 1987-ci ildə  isə Beyrutda nəşr  etdirmişdir. 

Üçüncü  bir  əsər  Əbu  Hasr  əd – Dimaşqinin  sorduğu  qrammatika  kitabına  

dair  on  üç  suala  ibn   Yəişin  verdiyi  cavabları  ihtiva  edən  risalədir. Onu  Rudolf  

Sellheim  yayınlamışdır. ( Melanges de L`Universite st,Joseph ,XLVIII,1973 – 1974) 

O,  tez-tez  hədis  məclislərində  olur,  sonra  Hələbə  döndüyü  zaman dərs  

vermək  qərarına  gəlir və bu  məqsədlə  məşhur  imam  Tacəddin Əlul Yumn Zeyd 

ibn  əl- Həsən  əl – Kindi ilə  məsləhətləşir , ondan  ərəb  dilinin  problematik  

məsələlərindən  və Əbu  Məhəmməd  əl – Haririnin  “ Ər – Ravahiyyə “ kimi tanınan       

ةرشاعلا      ةماقملا  ( “ Onuncu  Məqamə “ ) əsərindəki bir  ifadənin  mənasını açıqlaması  

barəsində  fikrini  bilmək  istəyir. 

 Bu  ifadə  belə idi :  

                   ناحو    رجفلا   جلاتبا نآ و  ناحرسلا    بنذ   و  قفلاا   لألأ   اذا  ىتح   

Bu yerin  cavabı  on qaranlıq qaldığı üçün Əl – Kindidən  قفلاا   və                  بنذ

  

 ناحرسلا       sözlərinin adlıq , yoxsa  təsirlik  hallarında  olması, yaxud   قفلا   sözünün  



adlıq ,

 

 ناحرسلا   بنذ  sözünün  isə  təsirlik  halda, yaxud  əksinə,              قفلا   sözünün  



isə təsirlik  və  

 

  ناحرسلا   بنذ   sözünün  isə  adlıq  halda  olması  barəsindəki sualına  



Əl – Kindi  belə  cavab  vermişdi: “Gəlişinin  səbəbini  anladım. Sən məndən 

biliyinin səviyyəsi barədə fikrini bilmək istəyirsən“. Beləliklə,  əl- Kindi  ona  öz 

dəsti-xətti ilə tərif  və səna dolu bir  icazə  kağızı yazmış  və ədəbiyyat  sahəsində  

yüksək  səviyyəyə  malik  olduğunu qeyd  etmişdi.  

Yuxarıda  verilmiş  “Üfüq  parıldadı  və  qurd  quyruğunu salladı, günəş    işıq  

saçdı  və    çıxdı “cümləsində  قفلاا    və        ناحرسلا      بنذ   sözlərinin  dörd  variantda  

işlənməsi mümkünlüyü, onlardan ən  alternativi isə   قفلا  sözünün  təsirlik   بنذ  حرسلا

sözünün  isə    adlıq halında  olmasıdır.  Əl- Bəndəhi  kimi tanınan  Tacəddin  Əbu 

Abdulla Məhəmməd  ibn Abd  “Əl- Məqamət” ə yazdığı  şərhində  belə  göstərir  ki, 

“ o zaman  elmi-şəriflə  məşğul  olmaq  üçün  alim  və  dilçilərlə  dolu  şəhərlərə üz 

tutdum.  Bu , hicri 626- cı ilin  zülqədə  ayının əvvəllərində  çərşənbə günü olmuşdu. 

Məqsədim  bu alimlərin  arasında  ədəbiyyat  sahəsində  tayı-bərabəri  olmayan  Şeyx 

Muvaffquddinlə görüşmək idi. Şeyx ikindi namazından sonra Maqsuranın  şimalında  

yerləşən camidə, iki namaz arasında isə  Rəvahiyyə  mədrəsəsində  qarelik  edirdi. 

Mən  də qiraət  elminə  yiyələnmək  üçün onun  dərslərində    iştirak  etməyə  

başladım. Onun  ətrafında onu ağsaqqal  hesab  edərək  məclislərini  heç vaxt  tərk  



 Aslanov Süsən Yusif  qızı 

76

etməyən  bir  dəstə  olardı. Mən  İbn  Cinninin “Kitəbul – lumə” adlanan       “     ةلدلاا     



يف    عمللا   

  

 باتك ” (“Dəlilərə aid  oçerklər”)  adlı  əsəri  ilə  tanışlıqla  işə  başladım, 



bu  kitabın  əksər  hissəsini və  bu  haqda  deyilənləri  də  oxudum  və dinlədim. Bu  

vaxt  mənim  iyirmi  yeddi  yaşım  var idi. Qiraət  elminə  yiyələnməyimdə əsas  rolu  

Şeyx  Muvaffaquddin  ən – Nəhvi  oynadı. O, insanı  yaxşı  başa  düşən,  şirindil , 

sakit, vüqarlı  və zarafatcıl  bir  adam  idi.

3

  

Əl – Bəndəhi  İbn Yəişin  təhlilində  çətinlik  çəkdiyi  cümlə  barəsində  isə belə 



söyləmişdi :   لاغتشلاا  لجلا  بلح   ىلإ   تلصو  امل   و  للذ   تينبل  ةلاطلاا    فوخ   لا  ول   

(Əgər  uzun – uzadı  danışmaq lüzumunda  qorxu  olmasaydı , mən  bunu  məbni  

hesab edərdim və idarə  əlaqəsi  üçün Hələbə  gəlməzdim.)

4

 



İbn  Xəllikan  öz  müəlliminin duzlu  zarafatlarının  çoxunu  əsərinin  ikinci  

cildində   ميملا  فرح   باب   bölməsində  510 – 513 cü səhifələrində  qələmə  almışdır. 

Onlardan  bir  neçəsinə  nəzər  salaq . 

Bir  gün  fəqihlərdən  biri  ona  İbn Cinninin   “   عمللا  “   kitabını  oxuyurdu. 

Bu zaman      ءادنلا    ( xitab )  bölməsində        ةمرلا    يذ 

  ona    xoş  

gəlmədi. Həmin  ifadədə  deyilirdi : 

               ؟ملاس     ما     ما  تنا  أ  !  اقنلا    نيبو     لجلاجلا     نيب    ءاسعولا   ةيبظ    ايا 

(Ey çin – çin zınqrovlar  içindəki  qumlu  səhra  maralı ! [Bu] saflıq  arasında  

sənmisən,  yoxsa  Umm Səlim ?!) 

Şeyx  söylədi  ki,  bu  şair   təşbihində  qəliz  olmuş, məhəbbət  və Umm Səlim  

adlı  bu  sevgilidən  vəcdə  gələrək  onu  ceyrana  bənzətmiş , həm  də şairlərin  adəti  

üzrə  gözəl  üzlü  qadınlar  ceyranlara  bənzədilmişdi  və  bu  bənzətmə  də adi  bir  

haldır. Həm  də  o  bilmir:  o, qadındırr, yoxsa bir maral? Ona görə  də deyir:  

Sənmisən,  yoxsa  Umm Səlim?. 

Şeyx  Muvaffaquddin  bu  xüsusda  sözü  uzadaraq  ən  gözəl  ifadələrlə  beyti  

açıqladı. Onun  fikrincə   bunu  ən  kütbeyin  axmaq da  anlaya  bilər. 

Şeyx  həmsöhbətini elə  dinləyirdi ki, onu  bu  vəziyyətdə  görən adama  elə 

gəlirdi ki,  şeyx  ona  müraciətlə  deyilən  şərhin  barəsindəki hər  şeyi  artıq götür – 

qoy etmişdir.  Əvvəldə  qeyd  edildiyimiz  beytə  dair “Ey, mövlamız! Bu gözəl 

qadını  marala  bənzətmək, axı, necə  ola  bilər ?”  sualına  “Sən onu  quyruğu və 

buynuzları    ilə  o gözələ    bənzədirsən” - deyə  zarafatyana  cavab  vermişdi. Bu 

                                                 

3

 ٥١٠ ص ١٢٨٤   نارھط ؛  ىناثلا   ءزجلا؛״  نامرلا  ءانب    ءابنا  و   نايعلاا   تايفو  ״  ناكلخ    نبإ 



4

 Yenə  orada ; səh. 511 



İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

77

zaman məclisdəkilər  gülərkən  fəqih  xəcalət  çəkmiş    və bir  daha Şeyxin  



məclislərində  onu görən  olmamışdı. 

Bir  dəfə də  Rəvahiyyə  mədrəsəsində  dərs  zamanı  şagirdlərdən Əl- Cundi əş-

Şəabi  adlı  birisi  öz  masturunda  (qrammatik  qaydalar  yazılan  kağız)  əlində  

qalın bir  yazılı  kağız  olan  (Şeyx  adətən  onlara  şər`i  yazılarda  şəhadət  edərdi) 

Şeyxə müraciətlə  dedi: “Ey, mövlamız!  Bu  masturda  olanlara  şəhadət  verirəm. 

“Şeyx  masturu onun  əlindən  aldı  və orada  yazılanların  əvvəlini oxudu:        ةمتاف   

ترقا       (Fatimə  gəldi). Şeyx  ondan  soruşdu: Sən  Fatiməsən ?  Əl- Cundi:  Ey, 

mövlamız! O, bu  saat  gələr – deyərək  mədrəsənin  qapısına  çıxdı,  şeyxin  sözünə  

gülümsədi və Fatiməni  gətirdi. Şeyx  soruşdu: Sizin  ikinizdən  hansı  Əş-Şəabidir?  

Əl – Cundi  cavab verdi ki, bu qadındır.” 

Biz  hər  gün  onun  evində  qiraətlə  məşğul  olurduq. Bir  dəfə  oradakılardan 

biri  bərk  susadı  və nökərdən  su  istədi. Nökər  su  gətirdi. Suyu  içdikdən sonra o  

dedi: Bu, yalnız  soyuq  sudur! Bu zaman Şeyx  cavab  verdi: Əgər  isti  çörək də 

olsaydı, sənin  üçün  pis  olmazdı. 

Bir  dəfə də müəzzin  gəldi  və  ikindi  namazından  düz  bir  saat  əvvəl  azan  

verdi. Oradakılar  ona  deyəndə ki, “Bu nə işdir, ey, şeyx?” - Bəs  ikindi  namazının  

vaxtı  nə oldu ?” - Şeyx Muvaffaquddin  belə  cavab  verdi: “Qoyun, nə edir  etsin! 

Yəqin  tələsik işi var”. 

Bir  gün  də onun  yanına  İbn Şəddad  kimi tanınan  Hələb  qazisi  Bəhauddin 

gəlmişdi. Söhbət  uzaq  məsafədən  yolu görən   Zərqa  əl – Yəməmədən  gedirdi. 

Hətta  deyirdilər ki, o, üç günlük  məsafədən  görürmüş.Məclis  əhli  bu   barədə 

şeyxin  fikrini  bilmək istədi. O, dedi: “Mən  əşyanı  iki  aylıq  məsafədən  görürəm”. 

Hamı  onun  sözünə təəccüblənir , lakin  heç  nə  deyə  bilmir. Onda  qazi  deyir : 

“Bu necə  ola  bilər, ey Muvaffaq!”  O, cavab  verir  ki, “Mən  göydəki hilal ayı   

görürəm”. Bu  zaman  İbn  Xəllikan  sual  verir ki,  “Bəs  məsafə  bir  il olsa necə?” 

Şeyx  cavab  verir ki, “Əgər bunu  desəm,  məclis  əhli  məqsədimi  başa  düşər. 

Məqsədim isə mübhəm  danışmaqdır”. 

İbn  Xəllikan  öz  müəllimi   haqqında   xatirələrini  davam etdirərək  yazır  ki, onun  

haqqında  çoxlu  lətifələr  mövcuddur  və onları  xatırlamaq uzun  vaxt  tələb  edir .

5

 



O, deyir  ki,  bir gün  onun  yanında  idim. Onun  yanına  Mosuldan  olan  və  

ədəbiyyat  sahəsində    Məğribdə    fəzilət  sahibi   kimi tanınan bir  şəxs gəlir.  

Mosuldan  olan  bir  dəstə  ədib Ziyauddin Hadarallah  əl – Cəzərinin  şer  məclisində  

                                                 

5

       ٥١٢   ،  ص؛ ١٢٨٤   نارھط ؛  ىناثلا   ءزجلا؛״  نامرلا  ءانب    ءابنا  و   نايعلاا   تايفو  ״  ناكلخ    نبإ 



 Aslanov Süsən Yusif  qızı 

78

ondan  xahiş  etmişdi ki, müqayədə  əhlinin  bəzi  beytlərindən  söyləsin. O da Əbu  



İshaq Əl- Hasrinin  bəzi  Qayraban  ağsaqqallarına  mənsub  etdiyi  bir  neçə  beyti  

oxuyur. Əl – Cəzəri  beyti nəzmə  çəkənin  adını  qeyd  etmir. Onda  mən  dedim  ki, 

bu beytlər  çox  güman  ki, Əl- Həsən  Əli  ibn  Əbdülğəni  əl- Hasriyə  məxsusdur. 

Lakin  o, demədi ki, həmin  beytləri məclislərin birində    məşhur  şair  Əbu  əl – 

Həccaca  mənsub  edilən  şəkildə  dinləmişəm. 

Maraqlı burasıdır ki, Əl – Kindinin  həyatı  haqqında  bir  çox  əsərlərdə  gös-

tərilir ki, onun  anadan  olması  tarixi  dəqiq  deyildir. Lakin İbn Xəllikanın      نايعلاا   

تايفو 


  

əsərində


 

 

"



 

Zeyn  həfri babında  onun   hicri  526-cı ilin  Şaban  ayının  25 – də 

çərşənbə  günü sübh  tezdən  Bağdadda  dünyaya  gəldiyini  və hicri  613 – cü  ilin   

Şəvval ayının  6-da  bazar  ertəsi  vəvat  etdiyinə  işarə  edir. O, həmin gündə  də  

Qasiyun  dağında  dəfn olunmuşdur. Bu dağ  Dəməşqə tərəf  uzanıb gedən bir dağdır. 

Dəməşqin əhalisi orada  dəfn  olunur. İbn Xəllikan  göstərir  ki, orada o  zaman bir  

cami, bir  mədrəsə və ribatatlar  var idi, Sura  və Yəzid  çayları   oradan  axır. 

Bu  fəsildə  İbn  Yəiş  haqqında uzun – uzadı  danışmağa  ehtiyac  duyulmayan 

çox  şeylər  deyilmişdir. Əş –Şeyx  Muvaffaquddin Əbulqasım  Əz –Zəməxşərinin  

“Əl- Mufassal” əsərinə    elə bir  şərh  yazmışdır  ki, ona  yazılan digər  şərhlər  

içərisində  misli  yoxdur. O, habelə  İbn  Cinninin , “Tasrif əl –Mulukiyyi” əsərinə  

şərh  yazmışdır ki, ondan  Hələbin  elm  adamları  çox  faydalanmışdır.Hətta  o  

zamankı Hələbin  görkəmli  adamlarından bir  çoxu  onun  şagirdləri  olmuşdur.İbn 

Xəllikan  əsərində müəlliminin həyatı  barəsində  belə  göstərir ki, o, hicri 556 – cı 

ilin ramazan ayının  3 – də Hələbdə  doğulmuş və hicri  643 – cü  ilin cumədəl –ulə 

ayının 25 – də orada  vəfat  etmişdir.Həmin  gün  İbrahimxəlilin  məqamındakı 

türbəsində  dəfn  olunmuşdur ( Allahın  salavat, salam və rəhməti  ona  olsun).

6

 



İbn Xəlliknın  müəllimi  İbn  Yəiş  haqqındakı  xatirələrində  şagirdləri  arasında  

Tacəddin  əl – Kindi ləqəbi  ilə  tanınan bir  şəxsdən  də  söhbət  açır. 

Əbul – Yumn Zeyd ibn əl – Həsən  ibn  Zeyd ibn əl – Həsən ibn Səid əl – Kindi  

Bağdadda doğulub boya – başa çatmış, Dəməşqdə yaşamış  və orada da vəfat 

etmişdir. Bu  dilçi və  ədib  ədəbiyyat sahəsində  zəmanəsinin yeganə  şəxsiyyəti  

olmuşdur. Bir çox ağsaqqal  müəllimlərdən  elm və güc  qüvvət almışdı. Əbu əs – 

Səadət  ibn  əş – Şəcəri , Əbu  Məhəmməd  ibn  əl – Xəşşab  və Əbu  Mənsur  ibn  əl 

– Cova əl – Yəbqa  məhz  onlardan idilər. Gənc  yaşlarında, yəni  hicri 563 – cü  ildə 

Bağdaddan  Hələbə  səfər  etmiş  və bir  müddət  orada  qalmışdır. Lakin  o bir  yerdə  

                                                 

6

 ٥١٣   ص؛ ١٢٨٤   نارھط ؛  ىناثلا   ءزجلا؛״  نامرلا  ءانب    ءابنا  و   نايعلاا   تايفو  ״  ناكلخ    نبإ 



İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

79

qərar  ttmur, köhnə paltar  alveri  ilə  məşğul  olaraq  Bizansa  gedir və    yenidən  



Hələbə qayıdırdı Dəməşqə  köçərək  orada  Sultan Saləhəddin Yusif ibn  Əyyubun 

qardaşı  oğlu  Əmir  İzzəddin  Fərruxşah ibn  Şahənşah  ilə  dostluq  edir və irəliyə  

çəkilir. Onunla  birlikdə  Misir ölkəsinə  səfər  edir  və orada  xəzinə  bölməsindən    

nəfis  kitablar  əldə edərək Dəməşqə  qayıdaraq  kitab  satmaqla  məşğul  olur. Onun  

müəlliminin (şeyxinin) diaktik  nöqtələrlə  yazılmış  böyük bir kitabı  var idi.

7

 



Onun  əshablarından   biri onun  haqqında  deyirdi ki, bir gün o , Bağdadda Əbu 

Məhəmməd  ibn əl – Xəşşab  ən – Nəhvinin  qapısında oturmuşdu. Bu zaman  

içəridən  məşhur  imam  Əz – Zəmxşəri  çıxdı. O, qoltuq  ağacı ilə yeriyidi, çünki, 

qar  üstündə sürüşmüş və ayaqlarının  biri  sınmışdı.

8

 

Əz –Zəməxşəri  müəlliminin  əlyazmalarının üzünü  köçürürdü. Bununla  belə, 



o, ərəb  dili  sahəsində  qeyri - ərəblər  arasında  zəmanəsinin  ən  bilikli adamı, ərəb 

dilinə  dair ən çox  kitab  əldə edən və  onları  müdafiə  edən  bir  adam  idi. Son  

dərəcə  inzivaya  çəkilərdi. Hicri  533 – cü ildə  Bağdadda  yanımıza  gəlmişdi. Onu  

şeyximiz  Əbu  Mənsur  ibn əl – Cova  əl – Yəbqanın yanında  ərəb  dilinə  dair  giriş 

kitabları  və caiz olan  dərslikləri özünə örnək alan yerdə iki dəfə  görmüşəm. Çünki. 

o heç  kimdən  dərs  almadan və ravilərə  qulaq  asmadan  biliklərini  əldə etmişdi 

(Allah  onu  bağışlasın!). 

Qahireyi – Məhrusədə  İbn əl Xeymi kimi tanınan  Muhəzzəbuddin Əbu  Talib  

şeyximiz  barəsində deyir ki, mən Dəməşqdən Tacəddin  əl-Kindi  ilə  məktublaşır-

dım. O, mənə Dəməşqdən  bir  neçə beyt yazmışdı. Həmin  beytlər  aşağıdakılardır: 

 

         Ey mühafiz  ağa ! Sən öz əhdinə vəfadan bizə bir din gətirdin, 



         Şamda isə  biz  səni  gözləyə - gözləyə  qalmışıq 

   Siz dəmi  Misirdə  bizi  gözləyirsiniz ? 

         Sizə  can  atmağımız  artıq  bizi usandırmış, 

         Siz də , yəqin ki, bizə verdiyinizdən  yüksəkdə dayanmışsınız. 

 

         Yanınızda  bizi görməyiniz  üçün  acizik , 



         Bizi  görməyə də siz  acizsiniz 

         Allah  əhdə  vəfa  edənin  əhdini  qorusun, 

         Biz  vəfa  etdiyimiz  tək ona da əhd  olunsun! 

                                                 

7

 Şeyx  dedikdə Muvaffaquddinin Ən – Nəhvi nəzərdə  tutulur. 



8

  Bax:     يربطلل  كولملا  و  لسرلا  خيرات 



 Aslanov Süsən Yusif  qızı 

80

Əl-Xeymi də o beytlərə cavab olaraq ona belə yazmışdı: 



Ey Kindədən olan Şam  sakinləri! Mən  sizinlə  əhdimizə    vəfadayam.  Əgər  

dostluq - istək  haqqı versəydik, onu sizdən uzaqda olduğumuzdan sonra da  

verərdik. Həmin  şeyx Mühəzzəbuddindən  uca  səslə mənim  üçün  də haqqı  dilə ! 

Qoy münəccim  iki  xətasında  üzü  üstə  düşsün ki, mən  fələkdə baş verənlərdən  

bildiyimi  iddia  edim. Bilikdə Allah təkdir, insan  ona  şərik qoşur , mələk  yox ! 

Ona  şərik  qoşmaqda  ruzi  hazırladı. Bu iki hazırlanan  şeylər  pisdən pisdir: şirk  və 

şərik. 

Mövzu ilə    əlaqədar  daha  bir  maraqlı    cəhəti  də  qeyd    etməyə    dəyər 



ki,Tacəddin  əl – Kindi  hicri  526 – cı  ilin Şaban  ayının  25 – də  çərşənbə  günü 

sübh  tezdən  Bağdadda  dünyaya  göz  açmış və hicri  613 – cü ilin  Şəvval  ayının 6 

– da  bazar  ertəsi  dünyaya  göz yummuşdur.Onun  qəbri Qasiyun  dağındadır. Adı  

çəkilmiş Mühəzzəbuddinə  gəlincə, o , Əbu  Talib  Məhəmməd  ibn əl – Həsən  ibn 

Əli ibn əl – Mufaddal ət – Təmiazdır.Şerlərində İbn  Xəllikanı  çox  tərif  etmişdi. O, 

hicri  549 – cu ilin  Şəvval  ayının  28 – də  Xilleyi  Məzidiyyədə  (Qahirə) doğulmuş 

və hicri 642 – ci ildə  zilhiccə  ayının  20 – də  çərşənbə günü  vəfat  etmişdir..Qəbri 

Əl – Qurafə əs – Suğra qəbiristanlığındadır. İbn  Xillikan  göstərir ki, onun  cənazə  

namazında  iştirak  edib.O, dilçi, imam,şer və ədəbiyyat  ravisi  idi. 

Əl-Kindinin qəbri  Dəməşqə  tərəf  uzanıb  gedən  Əl- Qasiyun  dağındadır. 

Burada bu yerlərin  sakinlərinin  qəbirləri  və türbələri  yerləşir.Orada  bri  cami , 

mədrəsə və ribatatlar  vardır. İki çay  Sura  və Yəziq  çayları  da  burada  axır. 

Tarixdə    İbn Yəiş    adı    ilə    məşhur  olan  digər bir  şəxsiyyət də vardır ki, 

Osmanlı – Avropa  əlaqələrində böyük  rol  oynayan portəgiz  əsilli  yəhudi taciri 

Solomon  ibn  Yəişdir. Bu şəxsiyyət  1520 – 1603- cü  illərdə  yaşamışdır. Tavirada 

(Portuqaliya) yaşayan Mendes adlı bir Morrano (baskı sonucu xristiyanlığına gedən  

yəhudi)  ailəsinin  övladıdır. Adı Alvaro  olmuş, XII yüzillik İspaniyasında  İbn  Yəiş 

adına  rast  gəlmiş  və bu adı özünə    ləqəb  olaraq  seçmışdir. Bu adda  ailələrə  

İspaniyda  çox  rast  gəlinir. 

Alvaro Mendes bəzi  qaynaqlarda  Shelomon  Even Yaesh, Saolomon Abenas 

(Abenjaex, Abenaish, Abenyaish)  kimi  şəkillərdə  rast  gəlinir. Alvaro Mendes  

uşaqlıqda  bir  zərgərin yanında  çalışmış və qiymətli daşlar  haqqında  məlumat  əldə 

edən  kimi  ailəsi  ilə  birlikdə  1545 – ci ildə Hindistana  getmiş və almaz  mədəni 

əldə  edərək böyük  sərvət  qazanmışdı.On il sonra  Portəgizə  qayıtdığı  zaman Kral  

III Yoao (Yean)  tapşırığı ilə Santiaqo  təriqəti  şovalyeliyi adı ilə    təltif  

olundu.Kralın  ölümündən sonra  yeddi  il Madriddə, beş  il  Florensiyada yaşadı. 

1569 – cu  ildə Parisdə  məskunlaşdı.Orada  on  altı il  Avropanın  bir  çox şəhərlərini 


İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

81

dolaşdı.Vətəninə    bağlılığı    və siyasət  sahəsindəki  bacarığı, xüsuslə    də  sərvəti  



nəticəsində o , İspaniya  dövləti ilə  əlaqələr qurmağa  cəhd  göstərdi.İngiltərə  

kraliçası Elizabeth  onun  siyasi  qabiliyyətini  bəyənir  və Fransa  kralı  III  Henri  

iqtidarda  son  söz  sahibi  olan anası  Catterine de Medicis  ilə    bərabər  onunla  

məsləhətləşərdilər. 

 Portəgiz  krallığının  son  təmsilçisi Kardinal  Henrique  1580 – ci ildə  vəfat  

etdikdən  sonra  taxta   iddia  edən Crato Şahzadəsi Don Antonio  ilə  dostluq  edən 

İspaniya  kralı II Felipe  arasında  başlayan  iqtidar  mücadiləsi Don Antonionun 

tərəfini  saxladı  və axıradək  onun himayəsini  istədi və Fransa  kralı    ilə təmasını  

saxladı.Don Antonio  kraliça Elizabethdən  yardım  istədi. İngiltərənin baş danışmanı 

Alvaro Mendesin  qaynı  həkim Rodroqo Lopez  idi. O, daha  sonra kraliçanın şəxsi 

təbibi  təyin  edilmiş  və Mendesin ingilis  höküməti  ilə    əlaqələrində  böyük  rol 

oynamışdı.

9

 

Diqqəti  bir  şey  cəlb  edir  ki, Alvaro Mendesin  “İbn Yəiş” ləqəbini özünə 



alması  səbəblərini  harada axtarmaq lazımdır. Yuxarıda  qeyd  olundu ki, o, İbn Yəiş 

adına  İspaniyada  səfələri  zamanı rast  gəlmişdi. Məlumdur ki, ərəb  dilçilik  

məktəbi arasında xüsusi yeri olan Əndəlüs dilçilik məktəbi hicri II əsrdən  başlayaraq 

fəliyyət göstərməyə başlamışdı. Bu dilçilik məktəbi dörd əsr  müddətində  fəliyyəti 

zamanı ilk 150 ili qurra, müəddib, mühəddis və müfəssirlər yetişdirməklə    məşğul 

olmuşdur.Bu nümayəndələrin yaradıcılığında orjinal fikirlər və mülahizələr çox  cüzi 

yer  tuturdusa  və bu dövr  Kufə məktəbinin təqlidçiləri səciyyəsi daşıyırdısa,Əndəlüs 

məktəbi  tarixinin  ikinci dövrü Bəsrə  məktəbinin  təsiri altında  formalaşır.Belə ki, 

az bir müddət  ərzində  Əndəlüs məktəbi bəsrəlilərin bayraqdarı hesab olunan  

Sibaveyhinin “Əl – Kitəb” əsərini  başa düşmək və onu  şərh etmək işində bütün ərəb  

aləmində birinci  yeri tutur.Onların  bu sahədəki şöhrəti o dərəcəyə  çatır ki, bir  çox  

dilçilər  Sibaveyh  məhz  Əndəlüs  məktəbi  metodu  ilə öyrənməyə  başlayırlar.Elə 

məşhur  Əz –Zəməxşəri  özü  də  “Əl-Kitəb” ilə ilk tanışlığını Məkkədə  olduğu vaxt 

orada təsadüf  etdiyi əndəlüslülərdən  biri  vasitəsilə əldə  etmişdi. Əz- Zəməxşərinin  

ərəb  qrammatikasına  dair yazdığı dörd  hissədən   ibarət  “Əl- Mufassal”  əsərinə 

İbn  Yəişin  həyatınının  yetmişinci  ilində yazdığı on cildlik  şərhi  o zamankı  

dilçilik ədəbiyyatının ensiklopediyası hesab olunduğundan (burada dilçilik  məfhumu 

geniş  miqyasda, yəni dilə aid elmlər  mənasında qəbul olunur), eləcə də İbn Cinninin  

“Kitəb ət – Tasrif əl –muluki” əsərinə yazdığı şərhi müasir dilçilikdə tez-tez müraciət 

                                                 

9

 Bax: İslam Ansiklopedisi: 20 cild, , TDV  yayınları səh  447 



 Aslanov Süsən Yusif  qızı 

82

olunan mötəbər  mənbələrdən hesab olunduğuundan onun adının o zaman Əndəlüsdə  



ünlü olmasına  şərait  yaratmışdı. 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin