İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


Uşaqa göstərilən qayğının keyfiyyəti



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

2. Uşaqa göstərilən qayğının keyfiyyəti  

Uşağa göstərilən qayğının keyfiyyəti haqqında demək olar ki, müxtəlif tədqiqat-

ların nəticələrinə əsasən uşaqlara ciddi qayğı, dərhal onların istəyinə reaksiya göstər-

mək, onları sevmək və sevgi ilə yanaşmaq səbəb olur ki, müxtəlif ictimai və iqtisadi 

təbəqəyə aid olan uşaqlar analarına bağlı olsun və bu bağlılıq etibarlı bağlılıq 

(securely attached) hesab edilir. Bunun əksini də müşahidə etmək olar. Yəni inamsız 

şəkildə bağlanılan (insecurely attached) uşaqlarda anları ilə  uşaq arasında fiziki 

kontakt və  əlaqə azdır, onlara diqqət optimal vəziyyətdə deyil, onlara göstərilən 

qayğı monoton və yorucu olduğundan bəzən uşaqların əziyyət çəkməsinə belə səbəb 

olur [4, s.605-621].  

Hər bir mədəniyyət uşağa həssaslıq baxımından digərindən fərqlənir. Məsələn, 

Keniyada Qasi (Gusii) əhalisində ana çox nadir hallarda uşağını qucağına alıb yaxud 

gülərüz onunla ünsiyyətdə olur. Buna baxmayaraq, onlar uşaqlarının tələb və 

istəklərinə  həddindən çox həssasdırlar. Ümumilikdə Gasidəki uşaqların etibarlı 

şəkildə bağlanıldığını söyləmək olar [Lovayn və həmkarları, 1994]. Buradan belə bir 

nəticə  çıxarmaq olur ki, etibarlı bağlılıq davamlı qarşılıqlı  əlaqə ilə yox daha çox 

“qayğıkeşlik”lə əlaqədardır. Cəmiyyətin diktə etdiyi norma və dəyərləri üstün tutan 

Puerto-Rikolu analar əsasən uşaqlarının hərəkət və davranışlarını  nəzarət edib 

məhdudlaşdırırlar. Puerto-Rikoda müşahidə edilən bu mədəniyyət də oradakı 

uşaqların etibarlı bağlılığına səbəb olur. Lakin bir çox Qərb ölkələrində bu növ 

nəzarət və məhdudlaşdırmanın inamsız bağlılığla nəticələnəcəyi ehtimal edilir. 

Ananın uşağa uyğun olmayan qayğısı bağlılıqda problemlərin yaranmasına 

səbəb olur. Uşaqla “kobud” davranmaq və yaxud ona qarşı “diqqətsiz” olmaq 

inamsız bağlılığın hər üç növü ilə (etinasız, ambivalent və qeyri-mütəşəkkil) 

əlaqədardır. “kobudluğa” məruz qalan uşaqlarda qeyri-mütəşəkkil bağlılığ 

vəziyyətini müşahidə etmək heçdə çətin deyil. Daima depressiyada olan anaların və 

öz əzizini itirdiyi üçün daima kədərli olan valideynlərin uşaqlarında pərişan və qeyri-

mütəşəkkil bağlılığ vəziyyəti yaranmış olur [8, s.298-307].  


Bağlılıq mərhələləri və uşağın sosiallaşması 

219


3. Uşaqın fərdi xüsusiyyətləri 

Uşağın fərdi xüsusiyyətlərinin də əhəmiyyəti olduqca böyükdür. Bağlılığ iki fərd 

arasında olan bir əlaqə olduğundan demək olar ki, uşağın şəxsi xüsusiyyətlərinin rolu 

olduqca bu prosesə  (əlaqəyə) təsir edən amillərdən biridir. Uşağın xəstə olması, 

anadangəlmə problemə malik olması  və çatışmazlıq uşağa qayğı  və dayəlik işini 

çətinləşdirir. Yoxsul və kasıb ailələrdə mövcud olan problemlər inamsız bağlılığla 

əlaqədardır. Lakin valideyn uşağın istək və tələblərinə dözüm və diqqətlə yanaşsalar 

müxtəlif problemlərin təsirində olan uşaq belə etibarlı bağlılığı  təcrübə etmək 

şansının qazana bilər [10, s.915-927].  

Həyəcanlıq baxımından “qeyri-stabil və  çətin” xarakterə malik olan uşaqların 

əksəriyyətində inamsız bağlılığ problemi olur [Von İzondoron və həmkarları 2004]. 

Lakin qeyd etmək lazımdır ki, bütün vəziyyətlərdə “qayğı metodu” ciddi təsirə 

malikdir. Doğum anından iki yaşına qədər tədqiq edilən uşaqlarda müşahidə 

edilmişdir ki, “çətin uşaqlar”ın anaları  həyəcanlı olur və iki tərəfin bu iki 

xüsusiyyətinin kompozisiyası ikinci ildə “disharmonik əlaqə” ilə  nəticələnir. Bu 

əlaqə tipini əsas xarakterik cəhəti ananın uşağa qarşı diqqətsiz olması  və  uşağın 

inamsız bağlılığıdır.  Əslində  fərqli xarakteristikaya malik olan bacı-qardaşların 

təxminən üçdə ikisinin valideynə bağlılığı eyni formada və eyni tipdə olur [12, 

s.1467-1477]. Bu fakt göstərir ki, ümumən valideyn hər uşağın fərdi tələbat və 

xarakterinə uyğun olaraq fərqli qayğı metodun seçirlər.  

Niyə  uşağın xarakterik xüsusiyyətləri ilə “bağlılıq keyfiyyəti” arasında güclü 

əlaqə yoxdur? Çox ehtimal ki, “uyğunluq və harmoniyanın keyfiyyəti” buna təsir 

edir. Bu yanaşmaya  əsasən ananın mehribançılığı  və sevgisi müxtəlif xarakterli 

uşaqların qətiyyətli bağlılığı ilə  nəticələnə bilər. Ümumən “çətin uşaqlarla” daha 

dözümlü və daha mehriban davranmaq haqda analara verilən təlimlər sevgi dolu 

qayğı  və etibarlı bağlılığla nəticələnir. Lakin valideynin dözümsüzlüyü (bu 

valideynin öz şəxsi keyfiyyətləri yaxud həyəcanları ilə əlaqədar ola bilər) uşaqların 

inamsız bağlılığına, çətin xarakterli olmasına və xəstəliyin səbəb ola bilir.   

 

4. Uşaqın ailədə vəziyyəti 

Uşağın ailədə vəziyyətinin də böyük əhəmiyyəti var. İşsizlik, ailədaxili konflikt 

və ailədə iqtisadi problemlərin olması valideynin uşağa həssaslığında problemlər 

yarda bilər və  nəticədə bağlılığ  zəif ola bilər. Gərginlik və narahatçılıq doğuran 

amillər nəticəsində  uşaq  kobudluq və qeyri-optimal qayğıya məruz qala bilər və 

bütün bu hərəkətlər inamsız bağlılığın formalaşmasına və uşağın özünü güvənsiz hiss 



 Monteziriniya Əkbər Firidun oğlu 

220


etməsinə  səbəb olur. Sosial himayə  və  uşağın tərbiyəsində kömək valideynin 

gərginlik və narahatlığını azaldıb, uşağın etibarlı bağlılığına səbəb ola bilər.  

Valideyn öz bağlılığ  təcrübələrini ailəyə  gətirir və elə bunun əsasında onlarda 

“real daxili nümunə və model” formalaşır. Valideyn həmin nümunələri öz uşaqları ilə 

əlaqə prosesində  tətbiq edir. Tədqiqatçılar valideynlərin “real daxili nümunə  və 

modellərini” öyrənmək məqsədi ilə onlardan öz uşaqlıq xatirələrini yazmağı  xahiş 

etdilər. Bir neçə Qərb ölkəsində aparılan bu tədqiqin nəticələri göstərdi ki, öz uşaqlıq 

təcrübələrini səmimi danışan valideynlərin (təcrübələrin mənfi yaxud müsbətliyindən 

asılı olmayaraq realist və  səmimi olan valideynlərin) uşaqları ümumən valideynə 

etibarlı  şəkildə bağlanılmış olurlar. Bunun əksinə olaraq, öz uşaqlıq təcrübələrinə 

əhəmiyyət verməyən yaxud həmin təcrübələri  əsəbi və qeyri-səmimi formada 

danışan valideynlərin uşaqları öz valideyninə inamsız şəkildə bağlanmış olurlar [11, 

s.387-403].  

 

Bağlılığın təkamülü və uşaqın sosiallaşması mərhələləri 

Bağlılığın təkamülü və  uşağın sosiallaşması  mərhələləri haqqında 

nədqiqatçıların  fikrincə  uşaqda “idrak təkamülü” ilə yanaşı bağlılığın xarakterik 

cəhətləri də  dəyişir. Yəni ilkin bağlılığ “idrak”, “tanıma” və sonrakı  mərhələlərdə 

“şüurlu və iradəyə əsaslanan maraqlanmaq və məqsədyönlülüyə” doğru inkişaf edir. 

Tədricən uşaq valideynlə yaxınlığa  əhəmiyyət verir, onların  əvvəlki və hazırkı 

davranışları haqda məlumat kəsb edir və öz məqsədlərinə çatmaq üçün həmin 

məlumat və  məharətlərdən istifadə edir. Bütün bunlara əsasən demək olar ki, 

uşaqlarda bağlılığ dəyişilir və təkamül tapır.  

 

Birinci mərhələ: reaksiyaların eyniliyi. 

Bu mərhələ  uşağın doğulduğu andan 3 aylığına qədər davam edir. Bu mərhələ 

çərçivəsində  uşağın digərləri ilə davranışı xüsusi metodlarla müşayiət olur. Lakin 

uşaq müxtəlif fərdləri biri-birindən ayıra bilmir və yaxud məhdud formada ayırmağı 

bacarır. Uşağın  ətrafdakılara göstərdiyi davranış formaları  əsasən baxışları ilə onu 

izləməkdən,  əlini ilə yapışmaqdan, gülməkdən və  qığıldamaqdan ibarət olur. Bu 

davranış formalarının hər biri tərəf müqabilə (anaya) təsir edərək onların zaman və 

məkan baxımdan yaxınlığını artırır [13, s.105-117]. 

Boulbinin fikrincə  uşaq ilk doğulduğu vaxtlarda aktivləşmək üçün “hazır 

davranış sistemlərinə” malik olur. Əvvəlcədən formalaşmış bu sistemlər müxtəlif 

impulslar vasitəsi ilə aktivləşib və digər impulslar vasitəsi ilə sona çatır. Bu davranış 

sistemlərinin bəzisi bağlılığın sonrakı  mərhələləri üçün lazıma olan hərəkət və 



Bağlılıq mərhələləri və uşağın sosiallaşması 

221


davranış formalarını (o cümlədən; ağlamaq, yapışmaq,  əmmək və s.) təmin edirlər. 

Tədricən həyatın ilk həftələri və aylarında bu davranış sistemləri və formalarına digər 

elementlər də (o cümlədən; gülümsəmək, iməkləmək, qığıldamaq və s.) əlavə olur 

[yenə orada].  

Üç aylığa qədər uşağın gülməyi, ağlamağı və qığıldamağı demək olar ki seçim 

əsasında olmur. Yəni uşaq hər bir fərdi görüb yaxud hər hansı bir səsi eşitdikdə 

ağlayıb, gülüb yaxud qığıldana bilər. Bəzən gözləri ilə izlədiyi bir insanın 

uzaqlaşmasına görə ağlayar.  

Uşaq doğularkən müxtəlif insani impulslara qarşı əvvəlcədən hazır olan “sosial 

reaksiyalar” sisteminə malik olur. Ehtimal edilir ki, bu reaksiyalar valideyni “heyran” 

etmək üçün planlaşdırılıb. Uşaq oyaq olduğu vaxt işıq  əşyanı yaxud insanları 

baxışları ilə izləyə bilər, anasına baxaraq onunla qısa  əlaqə yarda bilər və 

başqalarının arxasınca uzun zaman baxa bilər [14, s.95-110]. Uşaq səs eşitdikdə 

həmin səsə doğru dönür və beləliklə ona reaksiya göstərir. Uşağın ilk gülüşləri sosial 

gülüş xarakterinə malik olur. Yəni o başqa insanlara gülümsəyir, gülüşü digərlərinə 

yönəlmiş hərəkətdir [yenə orada].  

Uşağın doğulduğu ilk vaxtdan etibarən ana-uşaq arasında qarşılıqlı təsir mövcud 

olur. Həmin vaxtdan başlayaraq valideyn uşağın hər bir hərəkətinə müəyyən məna 

vermək istəyir, anlar uşaqların hərəkətini tam diqqətlə izləyib ona uyğun reaksiyanı 

göstərirlər. 

Valideynin uşağa diqqəti və onun hərəkətlərinə reaksiyası səbəb olur ki, uşaq öz 

hərəkətlərinin ehtimali nəticələrini dərk edib, öz davranışının mənasını başa düşməyə 

başlasın. Doğumdan bir neçə həftə sonra uşaqla valideyn arasında “qarşılıqlı əlaqə” 

nümunələri formalaşır. Lakin valideyn özü bu nümunələrin formalaşması haqda ciddi 

məlumata malik olmurlar. Amma bu “cütlüyün” (ana-uşaq) arasında bəzi uzaqlaşma 

və yaxınlaşma hallarını müşahidə etmək olur. Tədricən uşaq anaya tərəf baxıb yaxud 

hərəkət etdikdə ana dayanır, gözləyir və  uşağa doğru baxır. Uşaq hərəkətini 

dayandırdıqda ana təhrik olur, aktivləşir, diqqətini uşağa yünəldir, ona doğru hərəkət 

edir və onun diqqətini cəlb eyməyə çalışır. Növbəti mərhələdə ana dayanır və uşaq 

təhrik olur. Bu “ardıcıllıq” gələcək  əlaqə  və linqvistik münasibətin ilk bünövrəsini 

təşkil edir. Bioloji baxımdan uşaqlar həyatın ikinci ayında başqa insanların 

davranışına reaksiya verməyə kodlaşıblar. Bu yaşda olan uşaqlar, Şaferin termini ilə 

desək, sosial mövzulara “ilkin attraksiyanı” (attraction) nümayiş etdirirlər. Yəni 6-8 

aylıq olanda insanların üzünə (və hətta maskalara belə) baxıb gülümsəyirlər.       



 

 

 Monteziriniya Əkbər Firidun oğlu 

222


İkinci mərhələ: reaksiyaların fərqləndirmək 

Bu mərhələdə  də  əvvəlki mərhələlərdə olduğu kimi uşağın “dostcasına” 

davranışı davam edir. Lakin bu mərhələdə anaya göstərdiyi reaksiya digər simalara 

göstərdiyi reaksiyadan fərqlənir. Audio təhriklərə “fərqli reaksiya” dörd aylıqdan 

sonra və vizual təhriklərə “fərqli reaksiya” 10 aylıqdan sonra başlayır.  Əksər 

uşaqlarda bu iki tip təhrikə (audio və vizual) fərqli və diferensiallaşmış reaksiya 12 

aylıqdan etibarən tam aydın formada müşahidə edilir. Deməli bu mərhələdə uşaqda 

bir növ “dərk edilmiş fərqləndirmə” qabiliyyəti müşahidə edilir. Başqa sözlə uşağın 

sosial reaksiyaları daha çox, seçimə əsaslanır. Uşaq tanıdığı insanlarla qarşılaşdıqda 

daha çox gülümsəyir və  səslər çıxarır. Həmçinin bu mərhələdə  uşaq  tanış sima 

gördükdə daha tez ağlamağa son qoyur [13, s.105-117]. 

Tanış simalara “fərqli gülümsəmək” uşağın həyatının 3-5-ci aylarında baş verən 

ən önəmli dəyişiklikdir. Bu dəyişiklik “fokus bağlılığın” yaxud “spesifik bağlılığın” 

inkişaf  əlamətləridir [14, s.95-110]. Bu dəyişiklik uşağın həyatının  ən  əhəmiyyətli 

dəyişikliyidir və daha çox onun “yaddaş qabiliyyəti” ilə  əlaqədardır. Uşaq ananın 

simasını digərlərinin simasından fərqləndirir, onu yaddaşında saxlayaraq ona 

başqaları ilə  müqayisədə fərqli reaksiya göstərməyə başlayır.  

Araşdırmaların nəticəsinə görə sosial dəyişikliklə idrakı dəyişiklik paralel olur. 

Lakin uşağın sağlamlığına təsir edən bəzi amillər və şərait idrakı dəyişikliyinə mənfi 

təsir edir və  nəticədə spesifik bağlılıq prosesi ləngiyir. Məsələn amavroz (kor) 

uşaqlarda bağlılığ mərhələləri daha gec başlayır.  

Reaksiyaların fərqləndirması  mərhələsinin digər özəlliyi bundan ibarətdir ki, 

uşaq 2-5 aylıqda başqalarının onunla qarşılıqlı  əlaqə formasına çox həssas olur 

(məsələn ananın simasında olan qəfil dəyişikliklərə  həssaslaşır). Uşaqların öz anası 

və digərlərinə verdiyi reaksiyanın tədqiqi və müqayisəsi bunu sübut edir. 

 

Üçüncü mərhələ: bağlılıq mənbəyinə qarşı reaksiyaların artması. 

Bu mərhələdə  uşaq intensiv olaraq başqaları ilə  fərqli metodla davranır. 

Həmçinin reaksiyalarının diapazonu da genişlənir. Məsələn ana uzaqlaşanda onun 

ardınca baxıb və  gəldikdə onun qarşılayaraq mühit haqda daha çox maraqlanır. 

Hamıya verilən oxşar reaksiyaların həcmi azalır və əsas bağlılığ mənbəyi olan ana ilə 

yanaşı bir neçə  nəfər də ikinci bağlılığ  mənbəyi kimi müəyyənləşir. Başqa sözlə 

həyatın ikinci ilində uşaqların bağlılığ davranışı yeganə mənbədən daha çox mənbəyə 

doğru dəyişir.  

Şafer və Emersonun [1964a] apardıqları tədqiqatın nəticələri göstərir ki, 18 aylıq 

uşaqlar nadir hallarda yalnız bir bağlılığ  mənbəyinə malik olurlar. Bu tip uşaqlar 



Bağlılıq mərhələləri və uşağın sosiallaşması 

223


araşdırılan nümunələrin sadəcə 13 faizini təşkil edib[13, s.105-117]. Əldə edilən 

nəticələrə  əsasən demək olar ki, uşağın 12 aya qədər bir neçə bağlılığ  mənbəyinə 

malik olması normal hal olsa da, uşaq bu mənbələrin hamısı ilə eyni cür davranmır. 

Məsələn  İnsorsun tədqiqatı göstərdi ki, uşaq aclıq, yorğunluq yaxud xəstəlik hiss 

edəndə əsas bağlılığ mənbəyinə üstünlük verir və ikinci mənbələrə daha çox əhval-

ruhiyyəsi yaxşı olanda meyl göstərir.  

Bu mərhələdə  uşağın bəzi sistemləri “məqsədyönlü sistemlər”ə çevrilir. Başqa 

sözlə  uşaq daima anasını diqqət mərkəzində saxlayır və ana uzaqlaşdıqda onun 

izləməyə başlayır. Bu mərhələdə  uşağın məqsədi çevrəni və ana ilə  əlaqəni  

qorumaqdır.  Əslində  uşaq bu məqsədə uyğun olaraq öz davranışını nizamlayır. 

Anadan ayrılmaq bağlılığ davranışını aktivləşdirir və anaya yetişmək bu davranışı 

sakitləşdirir. Bu mərhələdə  hətta uşağın ağlamaq forması belə “məqsədyönlü 

davranış sistemi”nə çevrilir. Çünki onun ağlamasının intensivliyinə  təsir edən amil 

ana ilə olan fasilədir.  

Uşaq 12 aylığında (bəzən ondan da tez) anadan ayrılarkən intensiv ağlamaq və 

qışqırmaqla bu ayrılığa öz etirazını bildirir və ananı izləməyə çalışır. Bu yaşda 

uşaqlar tanımadığı insanları görəndə narahat və  həyəcanlı olurlar, valideynə 

yaxınlaşırlar. Bu reaksiyaya “ayrılıq həyəcanı” deyilir. Əlbəttə araşdırmalar göstərir 

ki bu reaksiyanın intensivliyi müxtəlif amillərlə əlaqədardır [13, s.105-117]. Nəticədə 

bu mərhələdə “davamlı yaddaş izləri” tam şəkildə formalaşır və  uşaq rastlaşdığı 

situasiyanı  həmin “davamlı yaddaş izləri” ilə müqayisə edərək müəyyən edir ki, 

bunlar biri-birinə uyğundurlar yoxsa yox.  

Müşahidələr göstərir ki, uşaq bu yaşda təkrar-təkrar bir simadan digər simaya 

baxır ki, necə reaksiya verəcəyinə  qərara versin. İlk vaxtlarda “spesifik bağlılığ” 

kulminasiya nöqtəsində olur. Amma tədricən uşağın ayaq üstə durması  və mühitlə 

daha aktiv formada maraqlanması  nəticəsində onun sadəcə ana ilə birlikdə olmaq 

meyli azalır. Andersonun Park Londonda ana və yenicə ayaq açmış  uşaqlarla 

əlaqədar keçirdiyi tədqiqatın nəticələri göstərmişdir ki, uşaqla 200 futa qədər (hər fut 

= 30.5 sm) analarından fasilə açırlar lakin fasilə daha çoxaldıqda hər iki tərəf onu 

azaltmağa çalışır [14, s.95-110]. 

Həyatın 2 və 3-cü illərində uşaqda ananı “daxili təsviri” (visualization) yaranır 

və bu təsvirə əsasən öz davranışının nizamlamağa çalışır. Beləliklə sonrakı illərdə o 

daima ananın yerini yoxlamaq və ona yaxın olmaq əvəzinə uzun müddət ananı 

daxilən təsəvvür edə bilir və onun rahatca öz işlərinin dalınca getməsinə icazə verir. 

Yəni anadan uzaq olanda özünü narahat və aciz hesab etmir [yenə orada].  

 

 


 Monteziriniya Əkbər Firidun oğlu 

224


Dördüncü mərhələ: Uşağın ana ilə birlikdə ünsiyyətdə iştirak etməsi. 

Bu mərhələ  əksər uşaqlarda 3 yaşından sonra başlayır.  Əvvəlki mərhələlərdə 

uşaq ananın məqsəd və planları haqda özündə bir təsəvvür yarada bilmirdi. Lakin bu 

mərhələdə ananın bəzi məqsəd və planlarını başa düşür və  nəticədə daha mülayim 

davranmağa çalışır. Deməli, bu mərhələdə uşaq ananın hisslərini və motivlərini başa 

düşməyə başlayır. Beləliklə daha mürəkkəb bir münasibətin formalaşmasına zəmin 

yaranmış olur. Boulbi bu münasibəti “iştirak” adlandırır.  

3 yaşa çatmamış  uşaqlar “effektiv məqsədli sistemlərə” malik olmurlar. Ona 

görə  də bağlılığ  mənbəyinin müxtəlif vəziyyətlərinə uyğun yaxın və yanaşı olmağı 

qoruyub saxlaya bilmirlər. 3 yaşından sonra uşaqlar “məqsədli hərəkət” sistemindən 

istifadə edərək bağlılığ  mənbəyinin istənilən vəziyyətində onunla yaxın və yanaşı 

olmaq imkanını qoruyub saxlaya bilirlər.  

Hər halda, uşağın böyüdükcə  əlavə  təcrübələr qazanması  və yeni bir şeylərlə 

tanış olması  nəticəsində onun bağlılığ davranışı  dəyişir. Üç yaşına qədər müəyyən 

davranışa motivləşdirən  şərait və  səbəblər sonrakı illərdə öz effektini itirməyə 

başlayır. Həmçinin məqsədli davranışı şərtləndirən situasiyalar yüngülləşir. Belə ki, 

əsasən simvolik xarakteri olan müxtəlif  şərait spektrləri (o cümlədən;  şəkillər, 

məktublar, telefon danışıqları və s.) bağlılığ davranışına son qoyurlar. Əslində uşaq 3 

yaşından sonra ananın müvəqqəti ayrılmalarına (yoxluğuna) daha çox hazırlıqlı olur. 

Tədricən tanımadığı  məkanlarda ikinci bağlılığ  mənbələri ilə olduqda özünü 

təhlükəsiz hiss edə bilir. Yeniyetməlik dövründə valideynlə bağlılığ  zəifləyir və 

ümumən müxalif cinsə meyl artır. Yetkinlik yaşındakı bağlılığ davranışı uşaqlıqdakı 

bağlılığ davranışının davamıdır. Məsələn, yetkin yaşlı insanlar xəstələnib, yaxud 

fəlakətlə rastlaşdıqda, daha çox inandıqları  və yaxın adamlarının yanında olmasını 

istəyirlər [13, s.105-117].  

Beləliklə, uşaqlıqdakı bağlılığ halının formalaşması – mürəkkəb bir proses 

olaraq, onların sosiallaşmasının bütün mərhələlərində öz ifadəsini tapır. Real həyat 

praktikasında bu, olduqca əhəmiyyətli olan prosesin təkmilləşdirilməsi işində ailəyə 

xüsusi yardım göstərilməlidir. 

  

 

 


Bağlılıq mərhələləri və uşağın sosiallaşması 

225


ƏDƏBİYYAT 

 

1.

 



Tizard, B„ & Hodges, J. [1978]. The effect of early institutional rearing on 

the development of eight-year-old children. Journal of Child Psychology and 

Psychiatry, 19, 99-118. 

2.

 



Hughes. P.; Till-ton. P; Hopper. E; McGauley. G. A; Fonagy. P. [2001]. 

Disorganised attachment behavior among infants born subsequent to stillbirth. J- 

Child-Pstcho-Pstchiatry. 42[6]: 791-801. 

3.

 



O'Connor, M. J., Sigman, M., & Brill, N. [1987]. Disorganization of 

attachment in relation to maternal alcohol consumption. Journal of Consulting and 

Clinical Psychology, 55,831-836. 

4.

 



lsebella, R. A. [1993]. Origins of attachment: Maternal interactive behavior 

actors the first year. Child Development, 64. 605-621. 

5.

 

Pederson, D. R. Moran, G. Sitko, C., Campbell, K., Gbcsuire. K. & Action, 



H. [1990]. Maternal sensitivity and the security of infant-mother attachment: A Q-

Sort study. Child Developmental, 67, 915-927. 

6.

 

lsebella. R. A. Belsky, J. [1991]. Interactional synchrony an the origins of 



infant-mother attachment: A replication study. Child Development, 62, 373-384. 

7.

 



-Le Vine, R. A. & Miller, P. M. [1990]. Commentary. Human Development. 

33, 73-80 Lyons-Ruth, K. ; 

8.

 

Kazdin. A. E., Moser, J., Colbus, D., & Bell, R. [1985]. Depressive 



symptoms among physically abused and psychiatrically disturbed children. Journal 

of Abnormal Psychowgy. 94.298-307. 

9.

 

Pederson. D., Moran, G [1996]. Expressions of the attachment relationship 



outside of the strange situation. Child Development. 67. 915-927. 

10.


 

Pederson. D., Moran, G (1996). Expressions oF the attachment relationship 

outside of the strange situation. Child Development. 67. 915-927. 

11.


 

Van Thendoorn, M. H. [1995]. Adult attachment representations, parental 

responsiveness, and infant attachment: A meta-analysis on the predictive validity of 

the Adult Attachment Interview. Psychological Bulletin. 117, 387-403. 

12. Dozier. M; Stovall.K. C; Albus. K. E; Bates. B. [2001]. Attachment for 

infants in foster care: The role caregiver state of mind. Chil. Deve. 72[2]: 1467-77. 

13. .Bowlby, J. [1969]. Attachment and Loss: vol. 1. Attachment. London: The 

Hogarth press and Institute of psycho Analysis. 112. 105-117 

14. Wolff. Sula. [1989]. Childhood & Human Nature the Development, of 

personality. Routledge, London and New York. 99. 95-110. 



 Monteziriniya Əkbər Firidun oğlu 

226


 

ЭТАПЫ ФОРМИРОВАНИЯ ПРИВЯЗАННОСТИ И  

СОЦИАЛИЗАЦИЯ ЛИЧНОСТИ РЕБЕНКА  

 

В  статье  анализируются  проблемы  формирования  привязанности  детей  к 



кому-либо.  Исследования  различных  авторов  подтвердили,  что  на 

формирование  привязанности  детей  оказывают  влияние  следующие  факторы: 

условия,  в  которых  проживает  ребенок,  качество  ухода  за  ним, 

индивидуальные  качества  самого  ребенка  и  положение  его  в  семье.  Общий 

вывод  заключается  в  том,  что  социализация  ребенка  в  значительной  степени 

зависит  от  того,  как  развивается  привязанность  ребенка  и  ощущение  им 

чувства своей безопасности. 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin