İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1. S.Thomas Kuhn, “Bilimsel Devrimlerin Yapısı”, Çev.: Nilüfer Kuyaş, 8.
Bsk., İstanbul 2006
2. S.Thomas Kuhn, “Asal Gerilim-Bilimsel Geleneek ve değişim üzerine seçme
incelemeler” İstanbul-1994
3. B. S. Qəndilov. R.T. Qəndilov. “Elmin fəlsəfəsinin problemlərinin öyrənilməsi
üzrə metodik vəsait” Bakı- 2000
4. Thomas S. Kuhn “The Structure of Scientific Revolutions” Printed in the
United States of America-1970
5. Thomas Samuel Kuhn “Kopernik devrimi: Batı düşüncesində gezegen
astronomisi” İmge yayın evi 2007 səh 433
6. Pamukkale üniversitesi sosial bilimer esntitüsü “Bilimsəl devrim ve metod
kavramı üzeine Karl Popper ve Thomas Kuhn” Hülya Yaldır ve Aslı Üner Temmuz
-2009 sayı 4
7. Sahabeddin Yalçın “Kuhn ve bilimsel relyativizm” Muğla Ümiversitesi SBE
Dergisi Bahar 2001 Sayı 6
8. Saul McLeod “Karl Popper” published 2011
http://www.simplypsychology.org/karl-popper.html
9. Steve Fuller “Kuhn vs. Popper
The Struggle for the Soul of Science”, Icon
Books (UK) and Columbia University Press (US), 2003.
10. Steve Fuller
“The Philosophy of Science and Technology Studies”,
Routledge, 2006
11. Steve Fuller
“
Thomas Kuhn: A Philosophical History for Our Times,
University of Chicago Press, 2000.
T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında
249
XÜLASƏ
Məqalə Tomas Samuel Kunun əsasən elmi prosesin inkişaf mexanizmi barədə
olan fikirlərindən bəhs edir. Məqalədə Kunun elmin inkişaf prosesi bir-birindən
fərqlənən mərhələlərlə xarakterizə olunur. Əsasən bu məqalədə normal elmdən
əvvəlki mərhələ və normal elm mərhələsi barədə geniş məlumat verilmişdir.
SUMMARY
This article is about the thoughts of Thomas Samuel Kuhn that explains the
mechanism of the scientific process. He characterized development process of
science as stages that have differences between them. The pro-normal sicence and
normal science stages are especially investigated in the article.
РЕЗЮМЕ
В статье говорится, в основном, в размышлениях Томаса Самуеля Куна о
развития механизме научного процесса. По мнению Куна, развитие научного
этот процесса поэтапно характеризуется этапами. Специально, в статье
предложена обширная информация о пронормальной науке и нормальных
стадиях науки.
Mədəniyyət sosiallaşma amili kimi
251
MƏDƏNİYYƏT SOSİALLAŞMA AMİLİ KİMİ
Səlimov Ülviyyə Tacir qızı
BDU-nin fəlsəfə kafedrasının doktorantı
Açar sözlər: insan, sosiallaşma, mədəniyyət, inkulturasiya, sosial norma və
dəyərlər
Keywords: human, socialization, culture, inculture, social norms and value
Ключевые слова: человек, социализация, культуры, инкультурация, социальные
нормы и ценности.
Hər bir cəmiyyətdə şəxsiyyətin sosiallaşması prosesi, başqa sözlə, insanın fəal,
dəyərli varlıq kimi inkişafı məsələsi işlənib hazırlanır. Həmin prosesdə fərdin
mövcud cəmiyyətin yaddaşına qovuşması, onun toplanmış ənənələrə yiyələnməsi
həyata keçirilir. Şəxsiyyətin sosiallaşması konkret tarixi sosial iqtisadi strukturdan və
mədəniyyət tipinin dəyişməsindən asılıdır. Şəxsiyyətin sosiallaşması onun sosial
təcrübəni mənimsəməsini və sosial fəallığını özündə təcəssüm etdirir. Bu mənada
sosiallaşma şəxsiyyətin inkişafı ilə üst-üstə düşür.
Sosiallaşma insanın davranış nümunələrini, norma və dəyərləri, mövcud cəmiy-
yətdə onun uğurlu fəaliyyəti üçün zəruri olanları mənimsəməsi prosesidir. Şəxsiy-
yətin sosiallaşması bəşəriyyətin sosial təcrübəsinin nəsildən-nəsilə verilməsini üzvi
surətdə birləşdirir. Buna görə varislik, ənənələrin saxlanılması və mənimsənilməsi
adamların gündəlik həyatından ayrılmazdır. Onların vasitəsilə yeni nəsillər
cəmiyyətin iqtisadi, sosial, siyasi və mənəvi problemlərinin həllinə cəlb olunurlar.
Sosiallaşma prosesinin vasitəsilə fərd mədəniyyətin əsas elementlərini:
simvolları, mənaları, dəyərləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında -
sosiallaşmanın gedişində sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməl və bacarıqların
formalaşması baş verir. Bunun sayəsində insan qarşılıqlı sosial təsirin iştirakçısı
olur. Sosiallaşma sosial “Mən”in formalaşması prosesidir [2, s.116]. Sosiallaşma
fərdin mədəniyyətə, təlimə və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir.
Fərdin cəmiyyətə qoşulması prosesi iki istiqamətdə baş verir. Bir tərəfdən, fərd sosial
münasibətlər sisteminə qoşularaq mənsub olduğu cəmiyyətin mədəni təcrübəsini,
onun dəyərlərini və normalarını mənimsəyir. Digər tərəfdən, insan sosiallaşaraq,
Səlimov Ülviyyə Tacir qızı
252
cəmiyyətin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal
iştirak edir. Sosiallaşma fərdin mədəniyyətə qoşulmasının bütün proseslərini: onun
təhsil və tərbiyəsini, başqa insanlarla qarşılıqlı təsirini, cəmiyyətin norma və
dəyərlərinin, müxtəlif sosial rolların və birgə fəaliyyət növlərinin mənimsənilməsini
və s. əhatə edir. Nəticədə insan bioloji varlıqdan tədricən cəmiyyətdə yaşaya və
fəaliyyət göstərə bilən sosial varlığa çevrilir.
Mədəniyyət şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərdən biridir.
Çünki mədəniyyət öz növbəsində mürəkkəb sosial sistemi təmsil edən cəmiyyətin
vacib altsistemidir. Görkəmli Amerika sosioloqu T. Parsonsun fikrincə, mədəniyyət
cəmiyyətlə qarşılıqlı təsir və özünün insaniyaradıcı missiyasının yerinə yetirilməsi
prosesində qarşılıqlı əlaqədə olan üç aspektdə təsvir edilə bilər. “Əvvəla, mədəniyyət
ötürülür, o, mirasdan və ya sosial ədalətdən ibarətdir; ikincisi, o, öyrəniləndir,
insanın genetik təbiətinin təzahürü deyildir; üçüncüsü, o, hamı tərəfindən qəbul
edilmişdir. Beləliklə, o, bir tərəfdən, məhsul, digər tərəfdən isə insanın sosial
qarşılıqlı təsir sisteminin determinantıdır” [3,s.471-472].
Elmdə və gündəlik həyatda tez-tez istifadə olunan mədəniyyət anlayışının tam
mənasını tapmaq çətindir. Ona görə də bütün çalarları və mənası ilə mədəniyyət
anlayışına tərif vermək çətin olur. Mədəniyyət termini latın mənşəli söz olub, cultura,
torpağın becərilməsi deməkdir. Ancaq istənilən halda mədəniyyət təbiətin bizə
verdiyi insanın yaradıcılıq nəaliyyəti kimi başa düşülür. Ona görə də mədəniyyət
genetik yolla deyil, cəmiyyətlə bilavasitə bağlı olaraq formalaşır. Mədəniyyət və
cəmiyyət arasında sıx əlaqə mövcuddur, lakin başa düşmək lazımdır ki, mədəniyyət
cəmiyyətin həyat tərzini, ənənələrini, davranış normalarını işləyib hazırlayır.
Cəmiyyət də öz növbəsində diqqətini mədəniyyət sisteminə yönəldir. Hər bir
mədəniyyət cəmiyyətsiz, cəmiyyət də mədəniyyətsiz ola bilməz. Mədəniyyət adı
altında biz insanı təbiətdən ayıran müxtəlif keyfiyyətləri başa düşürük. Biz nəyi və
necə başa düşməyimiz özünü mədəniyyətdə təcəssüm etdirir.
Mədəniyyət - cəmiyyətin əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur ;
həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan
istifadə etmək və onları nəsildən-nəsilə vermək bacarığıdır. Mədəniyyət – insanın
mənəvi dünyasıdır, onun özünü müəyyən etməsi və şəxsiyyətin mövcudluğu
üsuludur. Mədəniyyət cəmiyyətdə bir sıra funksiyalar həyata keçirir: 1.Mühitə
uyğunlaşma funksiyası 2. Dərketmə 3.İnformativ funksiya 4. Kommunikativ
funksiya 5 .Requlyativ (və ya normativ) funksiya 6. Aksioloji (qiymətləndirici)
funksiya 7. Sosiallaşdırma (humanistləşmə) funksiyası. Mədəniyyət sosiallaşma
prosesində bir nəsildən digərinə ötürülür. Sosiallaşma məlum cəmiyyətin mədəniyyət
Mədəniyyət sosiallaşma amili kimi
253
normalarının mənimsənilməsi prosesidir. Amerika sosioloqu N. Smelzer isə
mədəniyyətin sosiallaşdırma imkanlarını bu cür izah edirdi: “Mədəniyyət cəmiyyətin
üzvləri olan şəxsiyyətləri formalaşdırır, eyni zamanda müəyyən dərəcədə onların
hərəkətlərini istiqamətləndirir” [4, s. 140]. Sosioloji baxımdan mədəniyyət-dəyərlər,
normalar, ənənələr, davranış modellərini insanların həyatında birləşdirərək vahid
cəmiyyəti formalaşdırır.
Hər hansı bir ailədə dünyaya gəlmiş insan doğulduğu ilk dəqiqədən mövcud
şəraitin, əşyaların, görüşlərin, inamların, uşaqları tərbiyə metodlarının və s. təsirinə
məruz qalır. Onun üçün mədəniyyət artıq hazır olan bir aləm, onu formalaşdıran,
onun uzun illər ərzində bir çox şeyləri öyrənərək daxil olacağı bir dünyadır. Onun
orqanizmi, onun arzuları, təbii meylləri o dəqiqə onun doğulduğu qrupun
mədəniyyətinin formalaşmış etalonları və qaydaları məngənəsinə düşmüş olur. İnsan
üçün ailə - cəmiyyətin ona bilavasitə formalaşdırıcı, tərbiyəedici təsir göstərən ilkin
modelinə, orada formalaşmış və hökm sürən münasibətlər isə - şəxsiyyətlərarası
münasibətlərin nümunələrinə çevrilir. Lakin qeyd etmək lazımdır ki, ailələrin mədəni
səviyyələri eyni deyil. Bəzi ailələrlə hökm sürən münasibətlər tərzinin uşağın tam
mənada şəxsiyyət və fərdiyyət kimi, cəmiyyətin üzvü kimi formalaşmasına olduqca
mənfi təsirləri müşahidə olunur. Digər tərəfdən, uşaq üçün daxili münasibətlərin fonu
olan ailənin emosional atmosferi sabit deyil. Bu qeyri-sabitlik uşağın mənəvi, bəzi
hallarda isə hətta fiziki təkamülü və inkişafına güclü təsir göstərir.
Biz mədəniyyət, onun qanunlarının işlənməsi ilə əlaqədar qeyd edə bilərik ki,
mədəniyyətin inkişafı insan inkişafı ilə sıx bağlıdır. İlk növbədə, insan mədəniyyətin
yaradıcısı və istehlakçısı kimi çıxış edir. Mədəniyyətin genezisi, funksiyaları insan
olmadan ağlasığmazdır. Mədəniyyətin dinamik inkişafı ilə əlaqədar insan həyatda
özünü tapır, çünki mədəniyyət yeni üfiqlər, yeni ideyalar açır. Mədəniyyət və insan
arasında qırılmaz əlaqə məhvə tabe deyil. Ona görə də mədəniyyətin nəaliyyəti
insanın fəaliyyəti, bilik ünsiyyəti ilə bağlıdır. Z.Freyd bir psixoloq kimi çox çətin
vəziyyətdə idi: mədəniyyətsiz cəmiyyət ağlasığmazdır, ağlasığan mədəniyyət-
ümumbəşəri bədbəxtliyin mənbəyi kimi çıxış edir. Burada o, böyük dilemma
qarşısında qalmışdı:ya mədəniyyətdən imtina edib insanı sağlam, azad və xoşbəxt
etmək yolunu tutmalı, ya da mədəniyyətin mövcudluğunu onun tərəqqisinin
qarşısıalınmazlığını qəbul edərək insanın bədbəxtliyinin onun taleyi olması faktı ilə
barışmalı. Mədəniyyət qayda, qanun, norma, prinsip və tabular sisteminin tətbiqindən
başlayır ki, bu da insanda nevrozların əmələ gəlməsinə,psixikanın patalogiyasına
səbəb olur. Mədəniyyətlə insan bir-birindən ayrılmazdır : insan mədəniyyəti yaratdığı
Səlimov Ülviyyə Tacir qızı
254
qədər də , mədəniyyət insanı yaradır. Mədəniyyət instinklər üzərində zəkanın
üstünlüyünü təmin etdi [ 5, s.96 ].
Mədəniyyət və insan fenomeni bir-birilə qırılmaz surətdə bağlıdır. İnsan
mədəniyyəti yaratdığı kimi, mədəniyyət insanı formalaşdırır, onun
varlığının
məna və məqsədini şərtləndirir, onun mahiyyətini inkişaf etdirir. Ona görə də insan
və mədəniyyət problemi xüsusi əhəmiyyət kəsb edir. S.L. Rubinşteyn şəxsiyyəti belə
müəyyənləşdirib: “ bu konkret tarixi fərdin real dünyada real münasibətlərə
qoşulmasıdır.İnsan üçün onun inkişaf qanunauyğunluqlarından bioloji deyil, ictimai
tərəflər əhəmiyyətlidir ” [6, s.178 ]. Mədəniyyət və insan nisbətini təhlil edərkən
burada çoxtərəfləri görmək olar. İnsan çıxış edir : mədəniyyətin özünəməxsus
məhsulu kimi, mədəniyyətin istehlakçısı kimi, mədəniyyətin istehsalçısı kimi,
mədəniyyətin tənzimləyicisi kimi. Mədəniyyətin məhsulu olaraq insan şüurlu ictimai
varlıqdır. Heyvanlardan fərqli olaraq, dünya mədəniyyətinin norma və dəyərlərinə
daxil olur ki, bu da şəxsiyyətin təşəkkülündə inkulturasiya və sosiallaşma prosesinin
baş verməsi ilə nəticələnir.
Mədəniyyətin şəxsiyyətə təsiri sosiallaşma və inkulturasiya prosesində baş verir.
İnsan cəmiyyətdə və konkret mədəniyyətdə bilik və bacarığın köməyilə qaydalar əldə
edir. Sosiallaşma altında fərdin sosial rolları,normaları mənimsənilməsi prosesi başa
düşülür. Bu halda insan şəxsiyyət kimi formalaşır. Sosiallaşma adı altında
inkulturasiya konkret mədəniyyətdə insanın təhsil ənənələrini və davranış
normalarını mənimsəməsi nəzərdə tutulur. Bu qarşılıqlı mübadilə prosində insan
şəxsiyyətinin əsas xüsusiyyətləri formalaşır, digər tərəfdən insan özü də mədəniyyətə
təsir göstərir. İnkulturasiyaya insani təməl vərdişlərin formalaşması daxildir [ başqa
insanlarla ünsiyyət tipləri, ictimai davranışa nəzarət forması və s.] İnkulturasiya
prosesi sosiallaşmadan daha mürəkkəb prosesdir. İnkulturasiya prosesinin
məzmununu şəxsiyyətin inkişafı, sosial kommunikasiya , öz həyat təminatı üçün əsas
bacarıqların əldə edilməsi təşkil edir.
İnkulturasiyanın əsas mexanizmləri: imitasiya (digər insanların davranışında
müşahidə olunan davranış vərdişlərinin təkrarı) və identifikasiya ( bu zaman uşaq
valideynlərin davranışını qəbul edir). İnkulturasiya mexanizminin müsbət tərəfləri ilə
yanaşı,mənfi tərəfləri də var. Sosiallaşma və inkulturasiyanın əsas agentləri: ailə,
müxtəlif siyasi və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri, təhsil və s.dir.
Hələ uşaq ikən ailə inkişafda aparıcı rol oynayır.Gələcəkdə digər amillər fəaliyyət
göstərir. Sosiallaşma və inkulturasiya davamlı proses kimi insanın bütün həyatı boyu
davam edir.
Mədəniyyət sosiallaşma amili kimi
255
İnkulturasiya - insanın mədəniyyətin əsas elementlərinin mənimsənilməsi
prosesidir: dəyərlər, simvollar, ənənələr və normalar. İnkulturasiya termini
M.Herskovun İnsan və onun işi . -Elmi mədəni antropologiya (1948) işində qeyd
olunmuşdur. Sosiallaşma və inkulturasiya anlayışları məzmunca bir-birinə çox
yaxın anlayışlardır, çünki hər hansı cəmiyyətin mədəni formalarının insan tərəfindən
mənimsənilməsi prosesidir. Buna görə də müasir elmi ədəbiyyatda sinonim anlayış
kimi istifadə olunur. İnkulturasiya özündə insanın təməl bacarıqlarını, digər
insanlarla ünsiyyət növlərini, davranışlarını, emosiyalarını formalaşdırır.
İnkulturasiyanın nəticəsi olaraq insan öz sosial mühitini sərbəst istiqamətləndirmək,
əvvəlki nəsillərin yaratdığı zehni və fiziki əməyin məhsullarının mübadiləsini edə
bilir. Bu keyfiyyətinə görə də insan mənsub olduğu mədəniyyət ilə digər
mədəniyyətlərdən seçilir. Nəticədə sosiallaşmanın nəticəsi olaraq insan cəmiyyətin
tamhüquqlu üzvü olur, tələb olunan sosial rolu sərbəst şəkildə yerinə yetirir. Öz
xarakterinə görə inkulturasiya prosesi sosiallaşma prosesindən daha mürəkkəbdir.
Məsələ ondadır ki, mədəni norma, dəyər, adət və ənənələrin mənimsənilməsindən
ictimai həyatda sosial qanunların mənimsənilməsi daha tez baş verir. Buna misal
olaraq miqrantları gətirmək olar. İnsan hər hansı bir ölkəyə müvəqqəti və ya daimi
gedirsə, ilk növbədə həmin ölkənin iqtisadi, sosial, siyasi quruluşu haqqında ilkin
təsəvvürlərə malik olmalıdır. Bu biliklərin mənimsənilməsi sosiallaşma prosesinin
məzmununu təşkil edir.
İnkulturasiya zamanı insanın mədəniyyəti mənimsənilməsi prosesi, bir tərəfdən,
fərdi istək və maraqlar, digər tərəfdən isə - insan üçün xas olan idraka və mənəvi-
estetik zənginləşməyə qarşı meyllər müəyyən edir. Burada qeyd etmək lazımdır ki,
xarici dillərin öyrənilməsi, insanın peşəsi üçün vacib olmayan biliklərin əldə
edilməsi, digər xalqların mədəniyyətlər ilə tanışlıq sosiallaşmanın vacib elementləri
sayıla bilməz.
İnkulturasiya- insanın tərbiyəsi ilə mədəniyyətin qovuşmasıdır. Son nəticədə
inkulturasiya- ziyalılıqdır. Beləliklə, iki proses-inkulturasiya və sosiallaşma müxtəlif
qanunlar üzrə inkişaf edir. İnkulturasiya qocalana qədər maksimum həddə çatır,
sosiallaşma isə gənclik dövründə əsasən formalaşıb başa çatır. Sosiallaşma
baxımından insandan soruşduqda “sən kimsən?” o cavab verməlidir :”Mən-
professor, alim, mühəndis, ailə başçısı”. Ancaq inkulturasiya baxımından soruşduqda
öz milli- mədəni mənsubluğunu açıqlamağa məcburdur. “Mən-rusam” Amerikalı
mədəni antropoloq J.Uaytinq və xanımı sosiallaşmanın xüsusiyyətlərini altı
mədəniyyət arasında müəyyənləşdirmişlər. Onlar hər bir mədəniyyətə sosial
strukturun sosiallaşmaya təsirini araşdırmışlar. ”Sadə mədəniyyətlərdə yaxın qohum
Səlimov Ülviyyə Tacir qızı
256
və qonşuların qarşılıqlı yardımı böyük əhəmiyyət kəsb edir. Şəxsiyyətin keyfiyyətləri
isə kollektivdə inkişaf edir.Mürəkkəb mədəniyyətlərdə isə öz məqsədlərinə və
hakimliyinə çatmaq üçün müxtəlif rollar və iyerarxiya strukturu, faydalı olmaq
bacarığı əsas götürülür.Ona görə də bu rolunu hazırlayarkən uşaqlar böyüklərin
ruhunu və əzmini tərbiyə edirlər” [7, s. 246 ]
Mədəniyyətin formalaşması problemi yeni nəslin quruculuğunun açarıdır.
Mədəniyyət ilk növbədə, cəmiyyət üzvünün düşüncə tərzi və fəaliyyət növüdür.
Sosioloji mənada mədəniyyət dəyərlər, normalar, ölçülər, ənənələr vasitəsilə insanlar
arasındakı qarşılıqlı münasibətləri tənzimləyir. L. Uayt qeyd edir ki, “ mədəniyyət
təkcə mədəniyyət baxımından izah edilə bilər ”. L.Uayt mədəniyyətə və cəmiyyətə
sistemli yanaşma əsasında izah edir ki, mədəniyyət cəmiyyətin inkişafının səbəbi və
şərtidir. Mədəniyyətə o, insan fəaliyyətinin spesifik sahəsi kimi baxır. O mədəniyyətə
cəmiyyətin funksiyası kimi baxmır. Əksinə sosial sistem mədəniyyətin daha geniş,
bütöv komponentlərindən birinə çevirir [7, s. 246 ].
Mədəniyyət-cəmiyyətin iqtisadi və siyasi mexanizmləri kimi eyni dərəcədə
zəruri və vacib amillərdən biridir. Əgər iqtisadiyyatda mülkiyyət münasibətlərin
əsasını təşkil edirsə, siyasətdə hakimiyyət, mədəniyyətdə isə əsas norma və
dəyərlərdir. Sosiomədəni mühitin mürəkkəbləşməsi sosiallaşma mexanizminin
mədəni təminatını daha rəngarəng edir. Mədəni norma və məqsədlər hər bir sosial
təbəqə və qrupun yerini müəyyən edir.
Hazırda daha bir məfhum – mədəni transmissiya, gələcək nəslə mədəni irsin
yeni məlumatlarının ötürülməsi anlayışından istifadə olunur. Məşhur amerikalı
etnopsixoloq M.Mid ənənəvi mədəniyyətdə sosiallaşmanın xüsusiyyətlərini
öyrənmişdir. Onun toplanmış materialları uşaqların psixoloji inkişafında sosiomədəni
amillərin rolunu müəyyən etməyə imkan vermişdir. Sosiallaşmanı Mid inkulturasiya
prosesi, mədəni dəyərlərin nəsildən nəslə ötürülməsi kimi başa düşmüşdür. Bu
yanaşma mədəni təsirlərin,prinsiplərin uşaqların təlim-tərbiyəsinə avtomatik surətdə
köçürülməsini təmin edir. M.Mid və R.Benedikt ictimai inkişafın müxtəlif
mərhələrində sosiallaşma prosesini araşdırdı. Onlar həyat tsiklinin bir mərhələdən
digərinə keçidi fərdlər üçün əhəmiyyətli təsirini göstərib. (xüsusilə, yetkinlik və ilk
gənclik dövrü üçün) Onların əsas maraq dairəsi müəyyən cəmiyyətdə mədəniyyətdə
baş verən dəyişikliklərin fərddə hansı dəyişikliklər ilə nəticələndiyini araşdırmaqdır.
Mid hesab edirdi ki, “ məhz mədəniyyət cəmiyyətdə uşaqları, düşünməyə, hiss və
hərəkət etməyi öyrədən əsas amildir ” [8 , c 141].
Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sferalarını –
maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar
Mədəniyyət sosiallaşma amili kimi
257
arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir və yalnız
ictimai həyatın bütün tərəflərinin (iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində dərk
edilə bilər, onların hər birini özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirə
bilər.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. S.S.Haşımova, Mədəniyyət şəxsiyyətin formalaşmasının mühüm amili kimi.
Müasir dövrün aktual problemləri. Buraxılış N4-2010,192 s.
2. Радугин А. А. , Радугин К. А. Социология: курс лекций. Москва, Центр,
2003, с. 303
3. Парсонс Т. Понятие общества: компоненты и их взаимоотношения.
Американская социологическая мысль. Тексты. Москва, 1996, с. 590
4. Смелзер Н., Социология. Москва, Феникс,1998, 688 с.
5. Fərman İsmayılov, Klassik psixoanalizin əsasları, Bakı, Ensiklopediya, 2003
6. Рубинштейн С. Л. Основы общей психологии. - СПб., 2000. – c. 635.
7. Уайт Л. Избранное: Наука о культуре. — Москва, РОССПЭН, 2004. —
960 с. — (Серия «Культурология. XX век»)
8. Мид Маргарет , Культура и мир детства , Сост. и предисл. И. С. Кона. —
Москва , Наука,
1988,c.429
Səlimov Ülviyyə Tacir qızı
258
XÜLASƏ
Məqalədə mədəniyyətin sosiallaşmada başlıca amil olması məsələsinə toxun-
muşdur. Sosiallaşma prosesinin vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: sim-
volları,mənaları,dəyərləri, normaları mənimsəyir. Mədəniyyətin şəxsiyyətə təsiri
sosiallaşma və inkulturasiya prosesində baş verir. İnkulturasiya-insanın mədəniyyətin
əsas elementlərinin mənimsənilməsi prosesidir: dəyərlər, simvollar, ənənələr və
normalar. Sosiallaşma və inkulturasiya anlayışları məzmunca bir-birinə çox yaxın
anlayışlardır, çünki hər hansı cəmiyyətin mədəni formalarının insan tərəfindən
mənimsənilməsi prosesidir. Buna görə də müasir elmi ədəbiyyatda sinonim anlayış
kimi istifadə olunur. İnkulturasiya özündə insanın təməl bacarıqlarını, digər
insanlarla ünsiyyət növlərini, mdavranışlarını, emosiyalarını formalaşdırır. İnkultura-
siyanın nəticəsi olaraq insan öz sosial mühitini sərbəst istiqamətləndirmək, əvvəlki
nəsillərin yaratdığı zehni və fiziki əməyin məhsullarının mübadiləsini edə bilir.
Dostları ilə paylaş: |