80 .Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir? A) İnfeksiyadan sonra baş verən hematomalarda B)Aşağı ətrafların qızıl yelində C) Yuxarı ətrafın zədələnmələrində
D) Xəstə koma vəziyyətində olduqda E) Flebit və tromboflebitlərdə
81 Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur? A) 100-150 B) 100-200 C) 500-1000 D) 20-50 E) 200-300
82 .Kişilərdə kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir? A) 10 sm. B)12 sm. C) 14 sm. D) 19-20 sm.(sidik xaric olana qədər) E) 15 sm.
83 Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir? A) 3 B)1-2 C) 2-3 D) 4-6 E) 1-3
84 .Sidik kisəsinə qoyulan sistostomadan sonra tibb bacısı xəstəyə nəyi başa salmalıdır? A) Yeyunostomaya qulluğu B) Kolostomaya qulluğu C) Qastrostomaya qulluğu D) Traxeostomaya qulluğu E) Sistostomaya qulluğu
85 Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır? A)0.9%-li natrium xloridlə B)70%-li spirtlə C)1%-li yodonatla D)3%-li hidrogen peroksidlə E)1.5%-li xlorheksidin biqlükonatla
86: Yanıqlar zamanı ilkin tibbi yardıma nə aid deyil? A) Yanmış sahəni soyutmaq B)Termiki amilin dəriyə təsirini dayandırmaq C) Xəstəni qusdurmaq D)Aseptik sarğını qoymaq
87 : Yanığı olan xəstələr sarğıya necə hazırlanır? A)Antiseptiklərlə ümumi və yerli vannaların qəbulundan sonra B) Anesteziyadan sonra C)Xəstənin paltarı dəyişdirildikdən sonra
D)Yara təmizləndikdən sonra E) Arteriyal təzyiq və bədən hərarəti ölçüldükdən sonra
88 Xəstənin fizioloji sakitliyini təmin etmək üçün tibb bacısı nə etməlidir? A) Həkimin təyinatı ilə xəstəyə ağrıkəsicilər yeritməli B) Xəstəyə çarpayıda lazımı vəziyyət verilməli və otağın havasının dəyişdirilməli C)Əməliyyatdan sonrakı sarğını dəyişdirməli D)Bədən hərarətini gündə iki dəfə ölçməli E)Arterial təzyiqi ölçülməli,nəbzi saymalı
89 : Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil? A) Yaradan qanaxma B) Ağrı şoku C) Yaranın çapıqlaşması D)Tikişlərin aralanması E)Yara ətrafında qızartı