3. Uşaqlar üçün biokalsium isti suda, sıyıqda səhər yeməyindən 30 dəqiqə qabaq gündə 1 dəfə 1 tam olmayan kofe qaşığı ilə.
4. Biosink şam yeməyindən 1-1,5 saat sonra 2 kapsul qəbul edib, 1 ml su içmək lazımdır.
5. Veykan günaşırı şam yeməyindən 1-1,5 saat sonra (saat 21-23) 1 kapsul qəbul edib 100 ml su içmək lazımdır.
İl ərzində 2 kursdan az olmayan kurs təyin olunmalıdır.
Öd çıxaran yolların diskineziyası
Bu öd kisəsi axınlarının tonusunun funksional pozuntularıdır və o, ödün qaraciyərdən, öd kisəsindən onikibarmaq bağırsağa axımının pozuntularına gətirib çıxarır. Əsas səbəbləri intensiv əsəb yüklənməsi, mədə-bağırsaq yollarının xəstəlikləri, pəhrizin düzgün olmaması, az hərəkətli həyat tərzi. Əsasən 2 formada olur.
Hipotonik forma. Bu formada həmişə sancan, küt ağrılar və sağ qabırğa altında, göbək ətrafında ağrılar xarakterik olur. Qida qəbulu zamanı ödqovucu xassə zəifləyir. Bununla yanaşı bu formada disepsik pozuntular: ağızda acılıq, yağlı və qızardılmış qidaya iyrənmə hissi, ürəkbulanma, qusma halları müşahidə olunur.
Hipertonik forma. Bu formada qida qəbulu zaman güclənən, bəzən sağ çiyinə və kürəyə keçən qabırğa altında tutmalı ağırlar baş verir. Öd kisəsində müsbət simptomlar müşahidə olunur.
Öd çıxaran yolların diskineziyasının müalicəsində diyetoterapiyanın vacib rolu vardır. Uşağın pəhrizə riayət etməsi çox vacibdir. Qidanın qəbulu eyni vaxtda olmalı, uşağın istirahət və işinin təşkili, fiziki və emosional gücünün məhdud olması vacibdir.
Dostları ilə paylaş: |