İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Tənəffüs sistemi xəstəlikləri



Yüklə 286,46 Kb.
səhifə119/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   115   116   117   118   119   120   121   122   ...   161
SALAMLIQHAQQINDADNCLR

Tənəffüs sistemi xəstəlikləri
Anatomo-fizioloji xüsusiyyətləri. Uşağın doğulma anında tənəffüs orqanları morfoloji olaraq tam deyildir. Lakin həyatın 1-ci ilində onlar çox intensiv böyüyür. 7 yaşında tənəffüs orqanlarının formalaşması itir və sonralar onun ancaq böyüməsi baş verir.

Yeni doğulan uşaqlarda sormaya uyğunlaşdığı üçün dil böyük olur və bütün ağız boşluğunu tutur. Dilin özünəməxsus xüsusiyyəti nəticəsində uşaqlarda ağızdan tənəffüs etmək çətin olur. Buna görə də uşaqlar əsasən burunla nəfəs alırlar. Burun yolları ensiz olur, selikli qat çox incədir və yaxşı qan təchizatı ilə təmin olunmuşdur. Buna görə də yüngül rinit (burunun selikli qatının iltihabı) tənəffüs pozulmasına səbəb ola bilər.

Yadda saxlamaq lazımdır ki, burunla tənəffüs zamanı udulan hava təmizlənir, yaşlanır və qızdırılır. Uzun müddət ağızla tənəffüs olarsa, bu tez-tez soyuqdəymə və tənəffüs sisteminin aşağı sahəsinin zədələnməsinə səbəb olur, uşağın inkişafı ləngiyir.

Kiçik yaşlı uşaqlarda udlağın, traxeyaların, bronxların deşiyi nisbətən ensiz olur, bu isə tənəffüs yollarının xəstəliklərinin ağır keçməsinə şərait yaradır. Bu səbəbdən tənəffüs yollarının iltihabı (laringit, traxeit, bronxit) baş verir və adətən hava keçməsi (abstruktiv sindrom) çətinləşir, bu isə həyat üçün təhlükə yaradır.


Kəskin respiratorlu viruslu infeksiyalar
Məktəbə qədər, habelə məktəb yaşlı uşaqlarda hava-damcı infeksiyalardan ən çox yayılanı kəskin respiratorlu viruslu infeksiyadır. Bu xəstəliklərə qarşı hələlik effektli bir peyvənd işlənib hazırlanmayıb. Ona görə bu cür infeksiyalı xəstəliklərin profilaktikası çox vacibdir. Bununla qrip, paraqrip, adeno-viruslu, respirator-sintisial, rinoviruslu və başqa xəstəliklər aiddir. Bu xəstəliklər müxtəlif ailə və irsdən ibarət viruslar nəticəsində yaranır. İnfeksiyanın mənbəyi xəstə sayılır və xəstəliyin kəskin dövründə keçicidir. Sağlam adama infeksiya, ağız suyu və bəlğəm ilə xəstədən asqırma nəticəsində keçir. Xəstə ilə sağlam adam arasında məsafə 2 m olduqda xəstəlik asqırma yolu ilə 3,5 m olduqda isə öskürəklə keçir.
Qrip
Xəstəlik kəskin və yüksək qızdırma (38,5-40C), titrəmə, ümumi zəiflik, əzginlik, əzələ və damar ağrıları ilə başlayır. Xəstələr baş ağrısından, baş gicəllənməsindən, qulaqlarda səslərdən, göz bəbəyində ağrılardan şikayətlənirlər. 2-3 gündən sonra kataral əlamətlər-asqırmaq, burundan su gəlmə, öskürək əmələ gəlir.

Xəstə uşağa düzgün qulluq etmək üçün onu ayrı bir otaqda yerləşdirmək lazımdır. Bu cür rejimə kataral əlamətlər yoxa çıxmasına qədər əməl etmək lazımdır. Xəstənin şəxsi və olduğu otağın gigiyenasına xüsusi fikir verilməlidir.


Stenozlu laringit
Bu kəskin xəstəlik olub, udlaq nahiyəsində tənəffüs yollarının pozulması və ümumi tənəffüs çatışmamazlığı ilə xarakterikdir. Krup əsasən kəskin respirator virus xəstəlikləri (qrip, paraqrip, adenoviruslu infeksiya) fonunda yaranır. Stenozlu laringit zamanı uşaq narahat olur, onda kobud “ulayıcı” öskürək, yaxın məsafədən eşidilən səsli tənəffüs, dəri örtüyünün ağarması baş verir. Tənəffüsün çatışmaması səbəbindən uşaq narahat olur, çarpayıda özünə yet tapa bilmir, nəfəsalma çətinləşir. Yalançı krup əsasən 6 aylıqdan 3 yaşına qədər uşaqlarda inkişaf edir.

Yalançı krup zamanı təcili kömək aşağıdakılardan ibarətdir:



  • Uşağın başını qalxmış halda yatağa qoymaq.

  • Sıxıcı paltarların yaxasını açmaq.

  • Sakit şərait yaratmaq.

  • Baş qatıcı terapiya keçirmək  xardal yaxması qoymaq və ya xardal ayaq vannası (qanın aşağı nahiyəsinin keçməsi baş verir. İltihab azalır) qəbul etmək lazımdır.

  • Buxar inqalyasiyası (eufillin, soda, bəlğəm gətirən otlar əlavə olunmalıdır) keçirmək lazımdır.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin