Aşağı tənəffüs yolları xəstəliyində
“Tyanşi” BAƏ-nin qəbulu
(Bronxit, pnevmoniya)
I. 28 gün ərzində infeksiya ilə mübarizə, immun proseslərinin gücləndirilməsi:
1. Yeddi yaşına qədər uşaqlara Spirulin gündə 3 dəfə həbin 1/2 hissəsini qəbul edib, 100 ml ilıq itburnu dəmi ilə içmək lazımdır. Dozanı gündə 3 dəfə 1 həbə qədər artırmaq olar.
7 yaşından yuxarı Kordiseps gündə 2 dəfə kapsulun 1/2 hissəsi, 10-11 yaşdan yuxarı gündə 2 dəfə 1 kapsul, 100 ml su içmək.
II. 28 gün ərzində tənəffüs yollarını selikli qatının bərpası, ağciyərlərin normal funksiyasının bərpası:
2. Uşaqlar üçün biokalsium 2-3 gün ərzində hər 2 saatdan bir (6-8 qəbul) tam olmayan 1 kofe qaşığı qədər, sonra 1 yaşdan 3 yaşa qədər uşaqlara gündə 1 dəfə tam olmayan 1 kofe qaşığı, 3 yaşdan yuxarı ilıq itburnu dəmində həll edilmiş tam olmayan 1 çay qaşığı qədər qəbul etmək lazımdır.
3. Biosink yaşdan asılı olaraq şam yeməyindən 1,5 saat sonra kapsulun 1/2 hissəsindən 1 kapsula kimi qəbul edib, 1 stəkan su içmək lazımdır.
4. İkan yaşdan asılı olaraq nahardan qabaq 1-2 kapsul qəbul edib, 100 ml su içmək lazımdır.
İl ərzində kurs 2-dən aşağı olmamalıdır.
Bronxial astma
Bu xroniki xəstəlikdir, bu xəstəlik zamanı dövrü olaraq ekspirator təngnəfəsliyi (boğulma) tutması xarakterikdir. Buna səbəb isə bronxial keçiriciliyin pozulmasıdır.
Uşaq yaşında bronxial astmanın 3 əsas formasını fərqləndirirlər: 1) atopik; 2) infeksiya-allergiyalı; 3) qarışıq forma.
Atopik formanın inkişafında infeksiyasız allergenlərin sensibilizasiyası əhəmiyyət kəsb edir. Belə allergenlərə qida və dərman allergenləri, ev tozu, bitkilərin tozu, heyvanların yunu və kəpəyi. İnfeksiya allergiyalı formanın yaranmasında əsas rolu viruslar (qrip, paraqrip, RS virusları), bakteriyalar və göbələklər oynayır. Xəstəliyin inkişafına xoşagəlməz psixogen və meteoroloji təsirlər. həddindən artıq fiziki güc də səbəb olur.
Bronxial astmanın bütün formalarının inkişafında allergiya mexanizmləri vacib yer tutur. Allergiya reaksiyalarına mayelik bir çox hallarda irsi meyilliklə əlaqədardır.
Bronxial astmanın tutması troxeylərin və bronxların müxtəlif qıcıqlandırıcılara yüksək həssaslığı nəticəsində baş verir. Boğulma tutması havanın çatışmaması, döşdə sıxıntı, eksperator təngnəfəsliyi ilə xarakterikdir. Tənəffüs müəyyən məsafədən eşidiləcək dərəcədə xışıltılı olur. Balaca uşaqlar qorxu hissi keçirir, yataqda özlərinə yer tapa bilmirlər, yuxarı yaşlı uşaqlar isə məcburi vəziyyətdə oturaraq qabağa əyilib, dirsəkləri ilə dizlərinə söykənirlər, ağızları ilə havanı almaq istəyirlər. Nitq demək olar ki, mümkün deyil. Sifət ağ və göyərmiş halda, soyuq tərlə örtülü olur. Nəfəsalma zamanı burunun yanları üfürülür. Döş qəfəsi maksimum nəfəsalma vəziyyətində olur, tənəffüsdə əlavə əzələlər də iştirak edir. Öskürək zamanı bəlğəm çox çətinliklə azad edilir, yapışqanlı, qatı olur.
Astma zamanı tutmanı aradan qaldırmaq üçün aşağıdakı preparatları qəbul edirlər: adrenalin, eufillin, salbutamol, izadrin, teofillin, teofidrin, solutan, berodural və başqaları.
Dostları ilə paylaş: |