Anadangəlmə ürək qüsuru Bu hamiləliyin 28-ci həftəsində embriogenez prosesinin pozulması nəticəsində ürəyin morfoloji inkişafının və magistral damarların anomaliyasıdır. Anadangəlmə ürək qüsurlu uşaqlar birinci gündən fiziki inkişafda geri qalırlar. Baxış zamanı dəri örtüyünün ağ (ağ tip) və ya göyərmiş rəngdə (göy tip) olduğu aşkar olur. Bu tiplər fiziki gərginlik: ağlamaqda, yeməkdə daha da güclənir. Belə uşaqlarda iştaha adətən aşağı olur, buna görə də onları tez-tez, az porsiyalarla qidalandırmaq lazımdır. Orqanizmin müqaviməti azalır, bunun nəticəsində infeksiyaların birləşməsi anadangəlmə ürək qüsurunu mürəkkəbləşdirir. Ürək qüsuru olan uşaqlar fiziki inkişafdan geri qalırlar, az hərəkət edirlər, fiziki güc vaxtı onlarda təngənəfəslik yaranır.
Uşağın müalicəsində və qulluğunda fərdi taktika seçilməlidir. Anadangəlmə ürək qüsurunun müalicəsi-cərrahiyyə əməliyyatıdır. Ən münasib müddət 3-12 yaşlarındadır.