İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Ürək Anatomo-fizioloji xüsusiyyətləri



Yüklə 286,46 Kb.
səhifə134/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   130   131   132   133   134   135   136   137   ...   161
SALAMLIQHAQQINDADNCLR

Ürək
Anatomo-fizioloji xüsusiyyətləri. Yeni doğulmuş uşağın ürəyi nisbətən böyükdür və çəkinin 0,8%-ni təşkil edir. 3 yaşında ürəyin çəkisi 0,5%-ə bərabər olur və böyük adamın ürəyinə uyğunlaşır. Uşaq ürəyi birinci iki ildə və cinsi yetişmə dövründə daha ahənglə inkişaf edir. Yeni doğulmuş uşaqda ürəyin forması dəyirmi olur, 6 yaşında isə böyük adamın ürəyinə oxşayaraq oval formasını alır.

Kiçik yaşlı uşaqlarda ürək damarları nisbətən genişdir. Belə ki, venanın deşiyi təxminən arteriyanın deşiyinə bərabərdir. Venalar çox intensiv böyüyür və 15-16 yaşlarında arteriyadan 2 dəfə böyük olur. Uşaqlarda arterial nəbz böyüklərə nisbətən tez olur. Ürək yığılmasının ən yüksək tezliyi (dəqiqədə 120-140) yeni doğulmuş uşaqlarda qeyd olunur. Yaşla əlaqədar olaraq o azalır: 1 yaşda  1 dəqiqədə 110-120, 5 yaşda  100, 10 yaşda  90, 12-13 yaşda  80-70. Uşaq yaşında nəbzin ahəngi də müxtəlif olur. Qışqırma, ağlama, fiziki gərginlik, temperaturun qalxması kimi səbəblər onun tez-tez vurmasına səbəb olur. Uşaq nəbzi üçün tənəffüs aritmiyası xarakterikdir. Buna görə də nəbzi 1 dəqiqə ərzində sakit vəziyyətdə saymaq lazımdır.

Uşaqlarda arterial təzyiq böyüklərə nisbətən aşağı olur. Uşaq nə qədər kiçikdirsə, təzyiq bir o qədər aşağı olur. Uşaqlarda təzyiqi ölçmək üçün uşaq manjetlərindən istifadə etmək lazımdır. Böyüklər üçün manjetdən istifadə edilərsə, təzyiqin göstəricisi aşağı olur.
Revmatizm
Ürək  damar sisteminin zədələnməsinə səbəb olan birləşmə toxumalarının iltihablı sistem xəstəlikləridir. Əksər hallarda böyük adamların revmatizmi uşaqlıqda yaranan xəstəliyin davamı olur. Revmatizm ürək qüsurunun əsas səbəbi sayılır. 7 yaşından 16 yaşına qədər uşaqlar daha tez xəstələnirlər. Soyuqdəymə, bəzi kəskin infeksiya xəstəlikləri, habelə xroniki infeksiyanın mənbələri (xroniki tonzillit, qaymorit, kariyes) orqanizmin streptokokka həssaslığını artırır və revmatizm xəstəliyinə şərait yaradır.

Xəstəlik əsasən streptokokk infeksiya xəstəliyi keçirəndən 2-3 həftə sonra inkişaf edir, temperatur qalxır, intoksikasiya simptomları əmələ gəlir, taxikardiya, ürək döyünməsi, dəri qatının ağarması, ürək tonlarının karlığı (ürəyin zədələnməsinin əlaməti-revmokardit) müşahidə edilir. Revmatik poliartrit adətən xəstəliyin başlanğıcında yaranır. Əsasən orta oynaqlar (diz, baldır, dirsək) zədələnir. Revmatik poliartrit üçün oynaqların simmetrik və çox saylı zədələnməsi xarakterikdir. Xəstəlik tədricən başlayır, emosional qeyri sabitlik əmələ gəlir, ümumi zəiflik, hərəkət narahatçılığı müşahidə olunur. Xoreyanın tipik şəkli xəstəliyin başlanğıcından 2-3 həftə sonra inkişaf edir. Belə ki, müxtəlif əzələ qrupunun sərbəst olmayan hərəkətləri, əzələlərin hipotoniyası, hərəkət koordinasiyasının pozulması, uşağın davranışının dəyişməsi baş verir.

Revmatizm dalğavari xəstəlikdir. Aktiv faza 1,5-2 aydan 4-6 aya qədər uzanır. Aktiv olmayan faza uşağın tam sağlam olmasını göstərmir. Bəzən bu dövrdə də intoksikasiya simptomları və ürək-damar sisteminin zədələnməsi müşahidə olunur.

Xəstəliyin kəskin dövründə uşağa mütləq yataq rejimi təşkil etmək lazımdır. Uşağa yataqda olarkən otağa təmiz havanın daxil olmasına şərait yaradılmalı, nəbzə nəzarət müntəzəm keçirilməli, tənəffüsün tezliyi, arterial təzyiqin göstəricisi qeyd olunmalıdır. Xəstəyə kaliumla (kartof, kələm, kərəvəz, kişmiş, əncir) zəngin qida verilməlidir. Gündəlik yemək rejimi 4-5 dəfədən az olmamalıdır. Xəstəliyə başqa infeksiyaların birləşməməsi üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Əmək və istirahətin təşkilində fiziki və emosional güc məhdudlaşdırılır. Revmatizmə tutulmayan dövrdə dispanser müşahidə və profilaktik müalicə tədbirləri görülməlidir. Bu tədbirlər axırıncı tutulmadan 5 ildən az olmayan müddətdə keçirilməlidir.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin