Ürək ritminin pozuntuları (aritmiya)
Ekstrasistoliya, taxikardiya, bradikardiya, səyriyən aritmiya. Ən çox ürəyin qüsuru, miokarditi və başqa ürək xəstəliklərindən əziyyət çəkənlərdə qeyd olunur.
Ekstrasistoliya bütün ürəyin və ya onun şöbələrinin vaxtından qabaq yığılmasıdır. Nadir hal kimi (dəq.1-2), həmçinin tez (dəq.6-dan çox), bəzən qrup (bir neçə ekstrasistol dalbadal) halında baş verir. Bu hallar nəinki fiziki gərginlik, həyəcan zamanı, hətta sakit vəziyyətdə də baş verir. Bəzən xəstələr ekstrasistoliyanı ürəyin dayanması kimi qəbul edirlər. Ürəyin işinin müntəzəm olmaması ilə yanaşı baş gicəllənmə, zəiflik də baş verir. Əksər uşaqlar ekstrasistoliyanı hiss etmir və bu barədə ancaq həkim qəbulundan sonra bilirlər.
Taxikardiyanın (dəq.90-dan çox yığılma), bradikardiyanın (dəq.60-dan aşağı) yaranmasına ürəyin müxtəlif xəstəlikləri və ürəkdən kənar xoşagəlməz faktorların təsiri nəticəsində baş verir. Bradikardiya ürək xəstəliklərindən əziyyət çəkən xəstələrdə, habelə sağlam adamlarda, xüsusən idmançılarda olur. Bradikardiya yaxşı keçir, xoşagəlməz hisslər olmur.
Ürək yığılmasının kəskin tutması (dəq.160-220) paroksizmal taxikardiya adlanır. Bunun nəticəsində xəstələr ürək döyünməsinə, ürək nahiyəsində ağrılara. Zəifliyə, təngənə-fəsliyə şikayətlənirlər.
Səyriyən aritmiyanın tutması ürək döyünmə, zəiflik, təngənəfəslik, döş arxası ağrılar zamanı baş verir. Ürək ritmi düzgün deyil, nəbzin taktı qeyri bərabərdir. Bu, ağır ürək xəstəliyi olan xəstələrdə yaranır.
Ekstrasistoliyalı xəstələrin əksəriyyətinin dərhal müalicəyə ehtiyacı olmur. Ancaq onlar həkimə müraciət etməlidirlər. Kalium duzları ilə zəngin olan ərzaqlar məsləhət görülür ( kişmiş, ərik qurusu, ocaqda bişmiş kartof). Kofe, tünd çay içmək məsləhət görülmür.
Paroksizmal taxikardiyanın tutmasını bəzən dayandırmaq olur. Bunun üçün süni olaraq qusma yaratmaq lazımdır.
Ürək yığılmasını qəflətən aşağı düşməsi (dəq. 30-40) zəiflik, baş gicəllənməsi, bəzən huş itirmə halları ilə müşahidə olunur və belə vaxtlarda təcili yardım çağırmaq lazımdır. Həkimlər gələnə qədər ürək damcıları və həbini qəbul etmək olar.
Dostları ilə paylaş: |