Məhsulun əsas xüsusiyyətləri:
- sink bizim orqanizmdə 200-dən çox fermentin
aktivləşməsində, nuklein turşularının
(DNT,RNT),zülalların sintezində, hüceyrələrin
bölünməsində, inkişaf və regenerasiya
proseslərində iştirak edir;
hormonların ( o cümlədən, cinsi) sintezində mühüm rol oynayır;
sink cinsiyyət orqanlarının normal fəaliyyət göstərməsi və seksual qabiliyyətin lazımi səviyyədə saxlanılması üçün vacibdir;
sink dərinin və damarların elastikliyini təmin edən kollagen liflərin yaranmasında iştirak edir;
- skeletin formalaşması və normal fəaliyyət göstərməsi üçün orqanizmə daim normal miqdarda
sink daxil olmalıdır;
- sink görmə qabiliyyətinin saxlanması və yaxşılaşdırılması üçün mühüm maddədir. İnsan
gözündə 21 mq-a yaxın sink var. Sink xüsusən gözün torlu qişasında çoxdur;
yüksək immun səviyyəsinin saxlanmasında (xüsusi ilə yaşlı insanlarda) iştirak edir. Əgər
virus infeksiyası ilk mərhələdə aşkar edilibsə, sink onun inkişafını tamamilə dayandırır.
Sink qıtlığı ilk dəfə 1961-ci ildə İranın cavan kişilərində aşkar edilmişdir. Həmin kişilərdə başın ölçüsünün böyüməsi, boyun balacalığı, seksual qabiliyyətin aşağı düşməsi, sonsuzluğun inkişafı müşahidə edilmişdir. Bir müddət sonra bütün bunların sink qıtlığından yarandığı sübut edilmişdir.
İnsan orqanizmində sink daha çox yumurtalıqlarda, yumurtalıq artımlarında, prostat vəzidə və spermanın tərkibində toplanmışdır. Sink defisiti zamanı yaranan sonsuzluq, cinsi yetişmə proseslərində lənglik və seksual qabiliyyətin aşağı düşməsi bununla izah edilir. Çoxlu
miqdarda sink göz toxumalarında, xüsusən də gözün torlu qişasında, dəridə, saçlarda qaraciyərdə, böyrəklərdə, mədəaltı vəzidə, əzələlərdə və digər daxili orqanlarda olur. Sağlam insan orqanizmdə sinkin miqdarı 0,003%-ə (1,422,3 q) çatır. Qidada sinkin mənbəyi ilk növbədə ilbizlər (ən çox, 1000 mq/kq). krevetlər, siyənək, skumbriya , qaraciyər, balqabaq toxumları, günəbaxan və göbələklərdir.
Sinkə sutkalıq tələbat orta hesabla 10-20 mq-dır. Hamilələr üçün – 30 mq-a qədər, körpələr üçün – 3,5 mq, uşaqlar üçün 10 mq, yeniyetmələr üçün 15 mq.
İstifadə üçün göstəriş:
1. İmmuniteti gücləndirmək üçün.
2. KRVİ və qripin ilkin mərhələlərində xəstəliyin tezliklə dayandırılması üçün.
3. Yaxından görmənin profilaktikası və müalicəsi üçün. Gözün torlu qişasının xəstəlikləri, o cümlədən, şəkərli diabet zamanı normal görmə qabiliyyətinin saxlanması, kataraktının alınması və müalicəsi üçün.
4. Dəri xəstəlikləri, allergiyalar. dermatitlər, çivzə səpgiləri, saç və dırnaqların sağlamlığının qorunub saxlanması üçün.
5. Kişi və qadın sonsuzluğunun, kişilərdə oliqospermiya və impotensiyanın, qadınlarda yumurtalıqların disfunksiyasının müalicəsi zamanı. Cinsi fəallığı artırmaq üçün. Məlumdur ki, hər bir sperma porsiyası ilə kişi xeyli miqdarda sink itirir və bu boşluğu, xüsusən də yaşlılarda doldurmaq lazımdır.
6. Prostatitlər, prostat vəzinin adenoması.
7. Şəkərli diabetin müalicəsi və profilaktikasında (sink insulin sintezini yaxşılaşdırır).
8. Bədxassəli şişlərin profilaktikası üçün. Xərçəngin, QİÇS-in kompleks müalicəsində xüsusən də ilkin mərhələlərdə.
9. Hamiləlik ağırlaşmalarının qarşısının alınması, o cümlədən erkən toksikozlar, uşaq düşmələri, dölün böyüməsinin və inkişafının ləngiməsinin, çətin doğuşların profilaktikası üçün.
10. Sinir – psixi pozuntular, nevroloji xəstəliklər: epilepsiya, yayılmış skleroz, kəskin psixoz, şizofreniya, depressiyaların müalicəsində.
11. Bütün yaraların, o cümlədən əməliyyatdan sonrakı yaraların sağalmasını sürətləndirmək, əməliyyatdan sonrakı bərpa dövrünün gedişini yaxşılaşdırmaq üçün. Sinki əməliyyatdan əvvəl də qəbul etmək məsləhət görülür.
12. İstənilən Mənşəli diarreyalar , o cümlədən, dizenteriya.
13. Qadınlara klimakterik dövrdə, orqanizmin "sönməsi"nin qarşısını almaq üçün.
14. Aterosklerozun, hiperxolesterinemiyanın profilaktikası və müalicəsi.
15. Oynaqların iltihabı xəstəliklərində; ahıl dövrdə oynaqların hərəkətliliyini və elastikliyinin saxlanması üçün.
16. Yeniyetmələrə sürətli inkişaf dövründə (belə ki, skeletin kollagen toxumalarının
əmələ gəlməsinə lazımdır).
17. Sink qıtlığının nəticəsi olan və dadbilmənin itməsinə gətirib çıxaran ağızın selikli qişasının hiperplaziyasında.
Əks göstərişlər: aşkar edilməyib.
İstifadə qaydası: gün ərzində 3-6 kapsul.
Buraxılış forması: 60 kapsul.
SPİRULİNA
Tərkibi: təbii spirulina tozu, beta-karotin, B qrup vitaminlər, dəmir, kalsium, maqnezium, mis, sink, fosfor, selen, 18 növ amin turşusu (8-i əvəzolunmaz).
1 q spirulinada 1 kq müxtəlif tərəvəzdə olan qədər qida maddələri var.
Spirulina - göy-yaşıl rəngli mikroyosundur. Onun tərkibində insan orqanizmi üçün çox qiymətli maddələrin, o cümlədən amin turşularının güclü kompleksi toplanıb. Təsadüfi deyil ki, əsrlərlə qidada spirulinanı istifadə edən əfsanəvi Cənubi Amerika astekləri və Çad gölü ətrafında yaşayan Afrika aborigenləri möhkəm sağlamlıqları və uzun ömürlükləri ilə fərqlənirdilər.
Hal-hazırda bir sıra şirkətlər, əsasən yetişdirilmiş spirulinadan istifadə edərək öz BAƏ-ni yaradırlar. Onlardan fərqli olaraq, TİENS "Spirulina"sı Çinxay (Çində Yunan əyaləti) gölünün yabanı mikroyosunlarından hazırlanılır.
Spirulina zülalla zəngindir: 100 q. spirulinada 60-70 q zülal var (donuz ətindən 3 dəfə, mal ətindən 3 dəfə, mal ətindən, balıqdan 2 dəfə, soya paxlalarından 1,5 dəfə çoxdur), həm də spirulina zülallarını insan orqanizmi asanlıqla həzm edir – 65-80 %-ə qədər, belə ki, onların tərkibində insana lazım olan 18 amin turşusu var, onlardan 8-i əvəzolunmazdır. Bundan başqa
spirulinanın tərkibində çoxlu sayda mikro və makroelementlər, o cümlədən dəmir, kalsium, mis, maqnezium, manqan, sink, fosfor, selen, çoxlu sayda vitaminlər, o cümlədən, beta-karotin, . nuklein turşuları. (DNT və RNT), qammalineolen turşusu (Omeqa – 6 tipli doymamış yağ turşularına aid olan), xolinesteraza, xlorofil (üzvi dəmir mənbəyi, eləcə də, şlaklardan təmizlənmək üçün gözəl detoksikasiyaedici vasitə), fikosianın (immun sistemini stimullaşdırır, xərçəng hüceyrələrinin inkişafını ləngidir), fermentlər və çoxlu sayda digər aktiv maddələr var.
"Spirulina" yaxşı həzm olunur , bağırsağın mikroflorasını normallaşdırır, orqanizmi təmizləyir ki, bunun da nəticəsində oynaq, əzələ və limfada zəhərli mübadilə məhsullarının miqdarı azalır. "Spirulina" öz müsbət təsirini əzələlərin möhkəmlənməsində, görmə qabiliyyətinin yaxşılaşmasında , immunitetin güclənməsində, saçların vəziyyətində, dərinin elastikliyində, qanda xolesterinin səviyyəsinin normallaşdırılmasında, qaraciyərin funksiyasının yaxşılaşmasında, sinir sisteminin möhkəmləndirilməsində və s. təzahür etdirir. "Spirulina " dünyanın 60-dan çox ölkəsində istifadə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) XXI əsrdə bu cür müalicəvi profilaktik qida məhsullarının kütləvi istifadəsini proqnozlaşdırır.
İstifadə üçün göstəriş:
1. Dəmir defisitli və bədxassəli anemiyanın profilaktikası və müalicəsi üçün.
2. Orqanizmin ümumi vəziyyətini yaxşılaşdırmaq, vacib qida maddələri ilə təmin etmək üçün.
3. İmmuniteti zəif olan, tez-tez qrip və digər infeksion xəstəliklərə tutulan (ildə 4 dəfədən
çox) şəxslərin orqanizmini möhkəmləndirmək üçün.
4. Xroniki iltihabı xəstəliklərin müalicəsində orqanizmin müqavimətinin artırılması toxumaların bərpası, orqanların funksiyasının normaya düşməsi üçün.
5. Onkoloji xəstəliklərdə, kimyəvi və radioterapiya zamanı hüceyrələrin zədələnməsinin
qarşısını almaq üçün.
6. Oynaq xəstəliklərinin, osteoxondrozun, miozitin profilaktikası və müalicəsində.
7. Yaxından görmənin, kataraktının və digər göz xəstəliklərinin, diabetiklərdə gözün torlu qişasının zədələnməsinin profilaktikası və müalicəsində.
8. Gecə korluğunun qarşısını almaq üçün.
9. Şəkərli diabetin, o cümlədən insulindən asılı olan formanın kompleks müalicəsində
(insulinin dozasını xeyli aşağı salmağa imkan verir.).
10. Ateroskleroz və ürəyin işemik xəstəliklərinin profilaktikası üçün.
11. Dərinin quru və kobud olması ilə bağlı dəri xəstəliklərində (məsələn dabanda çatlar).
12. Dərinin yaxşılaşması, erkən qocalmasının qarşısının alınması, qırışların hamarlanması, çivzə səpgisinin müalicəsi üçün.
13. Disbakteriozlarda, bağırsağın təmizlənməsi və normal mikrofloranın bərpa olunması,
yoğun bağırsağın xərçənginin profilaktikası üçün.
14. Çəkinin azaldılması, orqanizmin şlaklardan təmizlənməsi proqramlarında.
Dostları ilə paylaş: |