İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə74/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   70   71   72   73   74   75   76   77   ...   161
SALAMLIQHAQQINDADNCLR

VEYKAN
Tərkibi: buğda cücərtisinin yağı, lesitin, beta-karotin, E vitamini, linol turşusu, linolen turşusu.
Əsas xüsusiyyətləri və təsir mexanizmi:
- E vitamini (tokoferol) əzələlərin fəaliyyətini və cinsiyyət vəzilərinin funksiyasını stimullaşdırır, hüceyrə membranını zədələnmədən qoruyur, trombların yaranmasına mane olur, damarların divarlarını möhkəmləndirir və elastikliyini artırır. Çox mühüm təbii antioksidantlardan biridir. Hamiləliliyin normal gedişinə və dölün inkişafına kömək edir. Aterosklerozun, onkoloji xəstəliklərin inkişafının qarşısını alır, beynin və ürək əzələsinin oksigen aclığına qarşı davamlılığını artırır. Daxili orqanlarda A vitaminin yığılmasına kömək edir.

- Doymamış yağ turşuları – linol, linolen və arxidon turşusu orqanizmdə sintez olunmayan zəruri və əvəzedilməz qida maddələrinə aiddir. Onlar hüceyrə membranının, sinirlərin mielin qişasının, birləşdirici toxumanın vacib elementləridirlər. Onlar xolesterinin sürəti dəyişməsi və orqanizmdən çıxarılmasına kömək edir, qan damarlarının elastikliyini artırır, ürək əzələsinin yığılma qabiliyyətini yaxşılaşdırır, reproduktiv funksiyanı (uşaq doğma) yaxşılaşdırır, uşaqların böyüməsinin intensivliyinə, dəri örtüyünün vəziyyətinə müsbət təsir göstərir. Bağırsaq zəhərlərinin dağılması və qaraciyərdə lesitinin sintezi üçün zəruridir. B qrup vitaminlərinin mübadiləsində iştirak edirlər.

- Lesitin bütün toxumaların, xüsusilə qaraciyər, beyin və böyrəyin hüceyrə membranının mühüm tərkib hissəsidir. Lesitin xüsusilə sinir toxumasında çoxlu miqdarda olduğu üçün, o, dölün beynin normal yaranması və inkişafı yaddaşın olması və qocalıqda əqli zəifliyin qarşısını almaq üçün zəruridir. Lesitin qaraciyər və böyrəyin normal funksiyasını saxlayır, qaraciyər sirrozunun qarşısını alır, normal qan dövranına, xüsusilə, ətraflardakı qan dövranına görə cavabdehdir. Dəri örtüklərinin sağlam görünməsini təmin edir, piy vəzilərinin fəallığını tənzimləyir. Yuxarıda göstərildiyi kimi, E vitamini mübadiləsində iştirak edir.

- Beta-karotin orqanizmdə A vitamininə çevrilir. O. görmə piqmentlərinin əmələ gəlməsində iştirak edir, orqanizmin normal inkişafını təmin edir, dişləri, saçları və dırnaqları möhkəmləndirir, dərini ekologiyanın və günəş radiasiyasının zərərli təsirlərindən qoruyur, onu cavan saxlayır. O, güclü antioksidantdır, immuniteti artırır, sümük toxumasının artmasını yaxşılaşdırır, qocalma və onkoloji xəstəliklərin inkişafı ilə mübarizədə əla vasitədir, ürək-damar xəstəliklərinin riskini azaldır, cinsiyyət hormonlarının təsirini gücləndirir. Qalxanvarı vəzi, qaraciyər ,böyrəküstü vəzilərin normal fəaliyyəti üçün zəruridir.


İstifadə üçün göstəriş:
1. Ümumi möhkəmləndirici və tonuslandırıcı vasitə kimi böyük zehni və fiziki yüklənmələrdə, xroniki yorğunluq sindromunda.

2. Yaddaşın yaxşılaşdırılması, eləcə də qoçaqlıqda əqli zəifliyin profilaktikası üçün.

3. Ürək-damar xəstəlikləri: infarkt, İnsult, stenokardiya, yüksək təzyiq, venaların varikoz

genişlənməsi və aterosklerozun müalicə və aterosklerozun müalicə və profilaktikasında.

4. Endokrin sistemi xəstəlikləri, o cümlədən şəkərli diabetin müalicəsi və profilaktikası.

5. Cinsiyyət orqanlarının fəaliyyətini gücləndirmək, o cümlədən, impotensiyanı müalicə etmək üçün; reproduktiv funksiya pozulduqda, sonsuzluqda (qadın, kişi), kişilərdə oliqospermiyada, qadınlıqda yumurtalıqların disfunksiyası zamanı.

6. Görmə qabiliyyəti pozulduqda, yaxındangörmə və uzaqdangörmənin müalicəsində, kataraktanın profilaktikasında.

7. Erkən qocalma prosesini ləngitmək üçün.

8. Dərinin təravətliliyini saxlamaq üçün, eləcə də dəri xəstəliklərində, piqment ləkələrinin, çivzə səpgisinin profilaktika və müalicəsində.

9. Uşaqların körpəlikdən başlayaraq normal böyüməsi və inkişafı üçün.

10. Hamiləliyin 4-cü ayından başlayaraq, eləcə də südvermə dövründə (dölün, yeni doğulmuş körpənin normal inkişafı, ananın sağlamlığının saxlanması üçün).

11. Qaraciyər, böyrək, həzm sistemi xəstəlikləri.

12. Menopauzanın qarşısını almaq üçün (cavanlığın uzadılması), klimaksın gedişinin yüngülləşdirilməsi üçün, klimakterik dövrdə neyrosirkulyator distoniyanın gur vaxtında ("axınlar", yuxunun pozulması və s.), diensefal sindromda.

13. Ekoloji cəhətdən əlverişsiz şəraitdə yaşayanlar üçün; antioksidantlar məsləhət görüləndə.


Əks göstərişlər: aşkar edilməyib.
İstifadə qaydası: yeməkdən sonra gündə 1 kapsul, soyuqdəymədə və ağır intoksikasiyalarda hər 2 saatdan bir gündə 3 dəfə 1 kapsul 5-7 gün qəbul etmək. Uşaqlara kəskin xroniki xəstəliklərdə hər 2-3 gündən 1 kapsul, 7-10 gün qəbul etmək məsləhət görülür.
Buraxılış forması: 30 kapsul.
Müalicəvi kapsullar. (İKAN)

Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin